Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 

 

olub, 0,0001 mq təşkil edir.  



Kadmium (Cd) Kadmiumun ətraf mühitdə yayılması lokal xarakter daşıyır. O, 

ə

traf  mühitə  metallurgiya  istehsalının  tullantıları  ilə,  qalvanik  istehsalının  çirkab 



suları  ilə  (kadmiumlamadan  sonra),  kadmium  tərkibli  stabilizatorlar,  piqmentlər, 

boyalar istifadə olunan istehsal sahələrindən və fosfat gübrələrindənistifadə edilməsi 

nəticəsində daxil olur.  nsan fəaliyyəti nəticəsində torpağa daxil olan kadmiumun  54-

58%-i  fosforlu  gübrələr,  39-41%-i  atmosfer,  2-5%-i  isə  kənd  təsərrüfatı  fəaliyyəti 

təşkil  edir.  Fosforlu  gübrə  istehsalında  istifadə  olunan  xam  fosfat  qayalarındakı 

kadmiumun  70-80%-i  gübrə  istehsalı  zamanı  sərf  olunan  məhsullara  keçir.  Bu 

məhsulların  istifadəsi  zamanı  kadmium  birbaşa  fosfor  tərkibli  gübrələrlə  torpağa 

daxil  olur.  Bundan  başqa,  kadmium  iri  şəhərlərin  havasında,  təkərlərin  sürtülməsi, 

bəzi plastik məmulatların, boyaların və yapışdırıcı materialların eroziyası nəticəsində 

mövcudur.

 

çməli  suya  kadmium  istehsalat  tullantıları  ilə  çirklənmiş  su  mənbələrindən, 



suhazırlığı  mərhələsində  reagentlərdən,  həmçinin  su  kəməri  konstruksiyalarının 

miqrasiyası  nəticəsində  daxil  olur.  Su  ilə  orqanizmə  daxil  olan  kadmiumun  payı 

ümumi sutkalıq dozanın 5-10%-i təşkil edir. 

Atmosfer havasında kadmiumun normativi 0,3 mkq/m³, su mənbələri suyunda 

0,001  mq/l,  torpaqda  –qumlu  və  qumluca,  turş  və  neytral  torpaqlarda  uyğun  olaraq 

0,5,  1,0  və  2  mq/kq  təşkil  edir.  Torpaqda  3  mq/kq-dan  çox  miqdarı  toksiki  təsirə 

malikdir. [4] 

Kadmium  ətraf  mühitin  toksiki  çirkləndiricilərindən  biri  olub,  aşağı 

konsentrasiyası  su  canlıları  üçün  olduqca  zərərli  təsirə  malikdir.  Əsasənekoloji 

cəhətdən  problemli  olan  dənizlərdə  qida  zəncirinin  mühüm  hissəsi  olan  balıqlar 

tərəfindən  toplanması  və  müxtəlif  səviyyələrdə  zərərli  toksiki  təsirlər  meydana 

gətirdiyi  müəyyən  olunub.  Kadmiumun  hədəf  orqanları  qaraciyər,  böyrəklər,  ilik, 

sperma,  boruvari  sümüklər  və  qismən  dalaq  hesab  olunur.  Kadmium  əsasən 

qaraciyərdə  toplanır,  onun  orqanizmdə  olan  ümumi  miqdarının  30%-ni  təşkil 




 

 

edir.Kadmiumun  kanserogen  effekti  bu  metalınistehsalı  ilə  məşğul  olan  fəhlələrdə 



xərçəng xəstəliyinin əmələ gəlməsində təzahür olunur. 

Arsen  (As)  Bu  metal  şərti  olaraq  esensial  mikroelementi  sayılır.Təbiihalda 

onun  bioloji  transformasiyasının  nəticəsi  metilləşmiş  birləşmələri  halında 

mövcuddur.  Arsen  ətraf  mühitə  atıntılar,  çirkab  suları  və  metallurgiya  istehsalı 

tullantıları (xüsusilə mis və qızıl ərintilərindən), dəri və azot gübrələri zavodlarından, 

həmçinin arsentərkibli kömürün yandırılmasından, pestisidlərin,  insektofunqisidlərin 

istehsalı və istifadəsi zamanı atılır. Müəyyən şəraitlərdə o, dib çöküntülərindən maye 

fazaya miqrasiya edərək, səthi su mənbələrini çirkləndirir. 

Atmosfer  havasında  arsenin  miqdarı  kənd  rayonlarında  0,001-0,01          

mkq/m-

3

,  şəhərlərdə  0,003-0,01  mkq/m-



3

-ə  çatır.  Yüksək  konsentrasiyalı  arsen 

tərkibli kömürün yandırılması zamanı atmosferdə onun miqdarı xeyli yüksəkdir. [4] 

Ə

ksər su hövzələrinin suyundaarsenin konsentrasiyası YVK-nin səviyyəsindən 



çox olmur, lakin bəzi regionların yeraltı sularında o, xeyli artıq ola bilər. Bu, suların 

arsen  ilə  zəngin  təbii  xam  mədənlərdən  keçməsi  ilə  əlaqədardır.  Orqanizmə  əsasən 

çirkli sudan istifadə zaman daxil olur. 

Arsen  birləşmələrinin  toksikliyi,  onun  orqanizmdən  ayrılması  sürəti  və  orqan 

və  toxumalarda  toplanma  dərəcəsindən  asılıdır.  şçilərdə  xroniki  arsen  intoksasiyası 

aşağıdakı  simptomların  kombinasiyası  ilə  səciyyələnir:  əsəb,  mədə-bağırsaq, 

kardiovaskulyar  və  respirator  pozuntuları,  hemolit  kənarlaşma,  dəri  zədələnməsi, 

qaraciyər və böyrəklərin funksional pozulması. 

Arsen  birinci,  ən  təhlükəli  kanserogen  maddələr  qrupuna  aiddir.  Arsenin  10-

100 mkq/m-

3

 dərəcəsində xroniki təsiri (1 ildən artıq) ağciyərdə xərçəng xəstəliyinin 



baş vermə tezliyini artırır. Bu hala metallurgiya zavodları və arsentərkibli pestisidlər 

istehsal edən müəssisələrin işçilərində daha çox rast gəlinir. Siqaret çəkmək arsenin 

kanserogen effektini dərinləşdirir. 

Nikel(Ni)Atmosfer 

havasınametallurgiya 

zavodlarının, 

mədənçıxarma 

müəssisələrinin, daş kömür və mazutla işləyən energetik qurğuları tullantıları ilə daxil 



 

 

olur.  Onun YVK-sı 1 mkq/m



-3

 təşkil edir. 

Nikel  kanserogen  maddə  (I  qrup)  sayılır.  ÜST-nin  Avropa  Bürosunun 

tövsiyəsinə  uyğun  olaraq  nikelin  ömürlük  kanserogen  riski  3,8•10-

4

  bərabərdir. 



Nikelin və onun birləşmələrinin suda YVK-ı 100 mkq/l; torpaqda təxmini yol verilən 

konsentrasiyası (TYK) torpağın tipindən asılı olaraq 20-60 mq/kq arasında dəyişir.

 

Orqanizmdə nikel zəruri elementlərdən biridir.Heyvanların qaraciyəri, dərisi və 



endokrin  vəzilərində  olur.Müəyyən  edilmişdir  ki,  o,  fermentləri  aktivləşdirir  və 

oksidləşdirmə  proseslərinə  müsbət  təsir  göstərir.Lakin    normadan  artıq  olduqda 

insanda müxtəlif xəstəliklərə səbəb olur. 

Nikelə  xroniki  intoksikasiya  burun-udlaq  və  ağciyər  peşə  xəstəliklərinin  baş 

verməsinə  səbəb  olur,  bədxassəli  yeni  törəmələrin  əmələ  gəlməsinə  risk  yaranır, 

dərinin allergiya zədələnməsi (dermatit və ekzema) müşahidə edilir. [6] 



Mis  (Cu)  Misin  birləşmələri  sənayedə  və  kənd  təsərrüfatında  geniş  tətbiq 

edilir.Parçaların rənglənməsində, inşaat rənglərinin alınmasında mis birləşmələrindən 

geniş  istifadə  olunur.Mis  2-sulfat  duzundan  qalvanoplastikada,  yazı  rənglərinin 

hazırlanmasında, ağac materiallarının uzun müddət çürüməsinin qarşısını almaq üçün 

hopdurucu maddə kimi istifadə edilir. 

Bir  sıra  birləşmələri  zəhərli  olduğundan  kənd  təsərrüfatında  insektofunksid 

kimi  tətbiq  edilir.  Mis  duzlarının  əksəriyyətinin  10  qramı  insanlarda  ölümlə 

nəticələnən zəhərlənməyə səbəb ola bilər. 

Mis  atomları  zəhərli  olduğundan  məişət  qablarında  xörək  bişirilərkən 

mütəmadi  zəhərlənmə  hadisələri  baş  veriridi.  Bunun  qarşısını  almaq  üçün  mis  

qablarıqalay örtüklə örtməyə başladılar.  

Mis birləşmələri sintez olunan zavodlarda zəhərlənmə hadisələri çox olur.Məs: 

insektofunksid  kimi  tətbiq  edilən  mis  duzları  çox  zəhərli  olduğundan(  1-1,5  qramı 

ölümlə  nəticələnə  bilər)  onun  istifadəsi  və  saxlanması  zamanı  təhlükəsizlik 

texnikasına  əməl  olunmadıqda  ekoloji  çirklənmələr  baş  verir.  Suda  asan  həll 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə