Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 

 

Xrom birləşmələrinin istehsalı, xromlu məişət əşyalarının hazırlanması zamanı 



tullantıların  su  hövzələrinə  axıdılması  baş  verir  ki,  bu  da  ətraf  mühitə  ciddi  təsir 

göstərir. 



Stibium-sürmə  (Sb)  Stibiumun  birləşmələri  xalq  təsərrüfatında  geniş  tətbiq 

edilir. Stibium kalium tartarat, stibium 5-oksid, stibium 5-sulfid qabların üzərinə emal 

təbəqəsi  çəkmək  üçün,  şüşə  istehsalında,  toxuculuq  sənayesində,  oda  davamlı 

parçaların, rezinin istehsalında istifadə olunur. [6] 

Stibium  birləşmələri  tibbdə  və  kosmetikada  geniş  tətbiq  olunur.  Surmin, 

stibenil,  neostibazon,  solyusurmin  kimi  dərman  preparatlarında  stibium  birləşmələri 

ə

sas tərkib hissəni təşkil edir. 



Stibium birləşmələri böyük dozada istifadə edildikdə zəhərlənmə hadisələri baş 

verir.  Belə  ki,  stibiumun  əksər  birləşmələri  üçün  ölüm  dozası  150  mq 

müəyyənləşdirilmişdir. 

Stibiumun  birləşmələri  uzun  müddət  orqanizmdə  qalaraq  qaraciyərdə  və 

böyrəkdə toplanır ki, bu da patoloji xəstəliklər törədir. 

Odur  ki,  stibium  birləşmələrinin  istehsalı  və  tətbiqi  zamanı  ətarf  mühitə 

olduqca ciddi ziyan dəyir. Zavod tullantıları atmosferə və yer qabığına yayılaraq uzun 

müddət dəyişməz qalır. 



Bismut  (Bi)  Bismut  metal  və  birləşmələr  halında  xalq  təsərrüfatında  geniş 

tətbiq olunur. Metal bismut aşağı temperaturda əriyən ərintilərin alınmasında istifadə 

edilir. 

Bismut 


birləşmələrindən 

fotoqrafiyada, 

kosmetik 

preparatların 

hazırlanmasında,  tibbdə  istifadə  olunur.  Bismut  oksiddən  billur  şüşə  istehsalında 

istifadə olunur. 

Bismutun  suda  həll  olan  duzlarından  tibbdə  dəri-zöhrəvi  xəstəlikləri  zamanı 

istifadə olunur. Onların tətbiqi zamanı orqanizmdən və təbiq dozasından asılı olaraq 

zəhərlənmə hadisələri baş verə bilər. 

Bismut birləşmələri ilə zəhərlənmə zamanı sinir sistemi pzountuları müşahidə 




 

 

edilir. Orqanizmə təbii yolla daxil ola bilən bismut birləşmələri mədə şirəsində olan 



birləşmələrlə, süd turşusu və başqa üzvi maddələrlə asan həll olan kompleks duzlar 

ə

mələ gətirərək asanlıqla qana sorula bilir. 



Bismut birləşmələri orqanizmdə  uzun  müddət  qala  bilir.  Tər vəziləri ilə xaric 

olunan  bismut  birləşmələri  dəridə  səpkilər  və  yara  əmələ  gətirmək  xüsusiyyətinə 

malikdir. 

Barium (Ba) Barium və onun birləşmələri orqanizm üçün güclü zəhər hesab 

olunur. Orqanizmə daxil olan barium aminturşularla birləşərək onların bioloji rolunu 

aradan qaldırır və funksional pozğunluqlar yaradır. 

Bariumun birləşmələri kənd təsərrüfatında sənayedə şüşə və saxsı istehsalında 

geniş tətbiq edilir. Barium 2-sulfat duzundan mədə-bağırsaq yollarının rentgen analizi 

zamanı  kontrast  maddə  kimi  istifadə  olunur.  Odur  ki,  ətraf  mühitin  barium 

birləşmələri  ilə  çirklənməsi  qarşısı  alınmaz  prosesdir.  Barium  birləşmələrinin 

filizlərdən  alınması  zamanı,  zavod  tullantılarını  su  hövzələrinə  axıtdıqda  canlılar 

üçün təhlükə mənbəyinə çevrilir. 

Tədqiqat nəticəsində məlum olmuşdur ki, bariumun əksər birləşmələrinin 0,8-

0,9 qramı ürək əzələlərinin paralicinə səbəb olur. 

Tibbdə  kontrast  maddə  kimi  (adətən  rentgen  analizində  100  qram  duzdan 

istifadə edilir) barium  sulfatın tərkibində barium  karbonat ola bilər ki, bu da barium 

karbonatın  mədə  şirəsində  olan  xlorid  turşusunun  təsirindən  asanlıqla  reaksiyaya 

daxil olması ilə əlaqədardır. 

Bu  duzlar  ilə  zəhərlənmə  qan  təzyiqinin  dəyişməsi,  mədə  divarlarının 

zədələnməsi  nəticəsində  qanaxma  baş  verməsi  və  qaraciyərdə  funksional 

pozuntuların baş verməsi ilə xarakterizə olunur. 



Tallium  Tallium  birləşmələri  şüşə  sənayesində,  elektrik  lampalarının 

hazırlanmasında,  kənd  təsərrüfatı  ziyanvericiləri,  əsasən  gəmiricilərlə  mübarizədə, 

fungisid məqsədilə geniş tətbiq edilir. [6] 



 

 

Talliumun  duzlarından  az  miqdarda  tibbdə  tüklərin  tökülməsi  zamanı  istifadə 



edilir. Talliumun bütün birləşmələri çox zəhərli olub, ilk növbədə tüklərin tökülməsi 

ilə  müşahidə  olunur.  Zəhərlənmə  zamanı  həzm  sisteminin  funksiyası  pozulur, 

böyrəklər və qaraciyər zədələnir və sinir siteminin iflici baş verir.  

Tallium  sulfatın  ölüm  dozası  0,1-0,2  qram  miqdarında  müəyyən  edilmişdir. 

Talliumun mikroelement kimi orqanizmdə rolu müəyyən edilməmişdir. Odur ki, təbii 

şə

kildə onun birləşmələrinə orqanizmdə rast gəlinmir. 



Tallium  birləşmələrinin istehsalı və tətbiqi  zamanı texnoloji proseslər düzgün 

aparılmadıqda ekoloji çirklənmələr müşahidə edilir.

 

Canlı  orqanizmlərdə  ağır  metallar  əsasən  iki  rol  oynayır.  Az  miqdarda  onlar 



bioloji aktiv maddələrin tərkibinə daxil olub onun həyat fəaliyyəti proseslərini normal 

gedişini nizama salır. Texnogen çirklənmə nəticəsində bu müvazinət pozularaq canlı 

orqanizmlər  üçün  mənfi,  bəzən  fəlakətli  nəticələrə  səbəb  olur.  nsan  orqanizminə 

daxil olan ağır metallar əksər halda qaraciyərdə, böyrəklərdə toplanır.  

Bitkiyə daxil olduqda ağır metallar onun orqan və toxumalarında olduqca qeyri 

bərabər yayılır. Məsələn, bitkinin kök sistemində sink yerüstü hissəsinə nisbətən çox 

yığılır,  yerüstü  orqanlarda  sink  əksər  halda  köhnə  yarpaqlarda  toplanır.  Buğda 

bitkisinin  kökləri  yarpağına  nisbətən  yüksək  miqdarda  qurğuşun  və  kadmium 

toplanması ilə fərqlənir. 

Ağır metallar bitkilərin reproduktiv orqanlarında vegetativ orqanlarına nisbətən 

az toplanır. Ağır metalların udulması, nəqli, metobolizmi, orqanlarda və toxumalarda 

paylanması  becərilən  bitkilərin  növ  və  sort  xüsusiyyətləri  ilə  sıx  bağlıdır,  onlara 

ekoloji və antropogen faktorlar da təsir göstərir. Ağır metalların tərəvəz bitkilərində 

yayılma  xüsusiyyətlərinin  öyrənilməsi  vacibdir.  Yerkökünün  kökmeyvəsinin 

(dəmirdən başqa) uc hissəsində başcıq hissəsinə doğru ağır metalların miqdarı azalır. 

Kökmeyvənin  başcıq  hissəsində  dəmirin  miqdarı  yüksək  olur,  qalan  hissəsində  isə 

bərabər  paylanır,  orta  hissəsində  sinkin  və  qurğuşunun,  qabığında  isə  mis,  manqan, 

kadmium və dəmirin miqdarı yüksək olur. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə