Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 

 

Bitkilərin  inkişafı  üçün  mütləq  lazımlı  element  olub-olmamasından  asılı 



olmayaraq  ağır  metalların  toxuma  və  orqanlardakı  həddindən  artıq  konsentrasiyası 

bitkilərin vegetativ və generativ orqanlarının inkişafına mənfi istiqamətdə təsir edir.  

Ağır  metallar  toksiki  təsirləri  səbəbiylə  bitkilərdə  transpirasiya,  su  qəbulu, 

fotosintez,  ferment  fəaliyyəti,  cücərmə,  zülal  sintezi,  membran  stabilizasiyası,   

hormonal  tarazlıq  kimi  bir  çox  fizioloji  proseslərin  pozulmasına  səbəb  olur. 

Toksikilik,  metaldan  metala  dəyişə  bildiyi  kimi,  orqanizmdən  orqanizmə  də  dəyişə  

bilir. Müsbət və ya mənfi (Toksik) təsir yalnız elementin tipi və konsentrasiyasından 

asılı  olmayıb,  müxtəlif  növlərin  genetik  əsaslı  fizioloji  davranışları  ilə  də       

ə

laqədardır.  Bitkilərin  ekoloji  stress  faktorlarına  qarşı  dözümlülükləri  bitkinin     



növünə,  stress  faktoruna,  stressə  məruz  qalma  müddətinə  və  stressə  məruz  qalan  

toxuma və ya orqanının quruluşuna bağlı olaraq dəyişir . 

Bu  səbəblə,  bitkilərin    stress  şərtlərinə  reaksiyalarının  və  inkişaf  etdirdikləri 

uyğunlaşma  mexanizmlərinin    bilinməsi  zəruridir.  Bitkilərin  ağır  metallara  qarşı 

toksiki dözümlülük sərhədlərinin bilinməsi üçün metalın növü və miqdarı, zəruriliyi, 

zərərin  müddəti  və  növü  eyni  zamanda  zərərin  meydana  gəlmə  müddəti  nəzərə 

alınmalıdır.  Bu  xüsusiyyətlərin  bilinməsi,  bitkilərin  inkişafı  və  məhsuldarlığı 

baxımından olduqca əhəmiyyətlidir. 

Xörək  (qida)  çuğundurunun  kökmeyvəsinin  aşağı  hissəsinə  nisbətən  başqa 

bütün metalların miqdarı yüksək olur, orta hissəsində isə mis və dəmirin miqdarı az 

olur, silindrin orta hissəsində sink və qurğuşun, qabığında isə mis, manqan, kadmium 

və dəmirin miqdarı yüksək olur. 

Kartof  bitkisinin  yumrusunun  orta  yumşaq  hissəsində  kadmium,  sink  və 

qurğuşunun  miqdarı  az  olur,  yumrunun  kənar  hissəsində  dəmirin  miqdarı  yüksək 

olur.  Mis  kartof  yumrusunun  bütün  hissələrində  bərabər  paylanmışdır.  Kələm  digər 

tərəvəz bitkilərindən və kartofdan sinkin yüksək, kalsiumun miqdarının az olması ilə 

fərqlənir. Bütün elementlərin miqdarı kənardan orta hissəyə doğru artır.

[8] 


 


 

 

2.2 Ərazidə torpaqların ağır metallarla çirklənməsinə təsir göstərən  



başlıca proseslə

Torpağın  çirklənməsi  prosesi  suyun  və  havanın  çirklənməsindən    tamamilə 

fərqlənir.  Belə  ki,  su  və  hava  çirklənən  zaman  onların    tərkibində  müəyyən 

dərəcədətoksiki təsiri olan komponentlər daxil olur ki, həmin  maddələri də müxtəlif 

üsulların  köməyi  ilə  kənarlaşdırdıqdan  sonra  həm  su,  həm  də  hava  öz  təbii  halına 

qayıdır.


 

Torpağın  daha  mürəkkəb  və  kompleks  bir  sistem  olması  çirklənmə  zamanı 

onun tərkib hissələri arasında uzun bir vaxt intervalında formalaşan tarazlığın elə bir 

şə

kildə pozulmasına səbəb olur ki, hətta çirklənmənin səbəbləri aradan qaldırıldıqdan 



sonra uzun müddət ərzində həmin tarazlığı bərpa etmək çətin olur. [24]

 

Torpaqların  ağır  metallarla  çirklənməsi  torpağın  içərisinə  daxil  olan  toksiki 

kimyəvi  elementlərin  torpağın  ekoloji  strukturunu  pozmasıdır.  Bu  çirklənmə  növü 

xarakterinə  görə  kimyəvi  çirklənmə  qrupuna  aid  edilir.  Torpağın  ağır  metallarla 

çirklənməsi  zamanı  torpağın  kimyəvi,  fiziki-kimyəvi,  bioloji  xüsusiyyətlərinin 

sıradan çıxması nəticəsində ekoloji tarazlıq pozulur.



 

Torpaqların  mədəniləşdirilməsi  və  əkinçiliyin  intensivləşdirilməsi  məqsədilə 

elmi cəhətdən zəif əsaslandırılmış tədbirlər, otlaqların və meşələrin səmərəsiz yollarla 

istifadəsi,  intensiv  sənayeləşmə  və  urbanizasiya  torpaqların  ağır  metallarla 

çirklənməsinə səbəb olmuşdur.

 

Tədqiq  etdiyimiz  ərazidə  metallurgiya  sənayesinin  inkişafı,  yanacaq  istehsalı 

və  emalı,  nəqliyyat,  əkinçilik,  heyvandarlığın intensivliyi  ilə  əlaqədar  torpaqlar  ağır 

metallarla  çirklənməyə  məruz  qalmış  və  xüsusilə  metallurgiya  sənayesinin  inkişaf 

etdiyi Gədəbəy, Daşkəsən rayonlarının ərazisində bu çirklənmə intensiv hal almışdır.

 

 

Sənaye sahəsi      Cd    Cr    Cu   Hg   Pb   Ni   Sn   Zn 

Kağız sənayesi                  -     +      +      +      +     +     -      - 



 

 

Neft-kimya sənayesi        +     +       -      +      +     -     +     + 



Gübrə Sənayesi                +     +       +     +      +     +     -      + 

Dağ-mədən sənayesi         +     +       +      +      +     +    +     + 

Energetik sənayesi    +     +       +      +      +     +    +      +  

 

Ağır  metallarla  çirklənmə  zamanı  torpaqda  toplanan  yüksək  konsentrasiya 



bitkilər  vasitəsilə  qida  zəncirinə  keçir  və  nəticədə  heyvan  vəinsan  orqanizmində 

müxtəlif  pataloji  halların  yaranmasına  səbəb  olur.  Bu  baxımdan  ağır  metalların 

yaratdığı  çirklənməni  qiymətləndirməli  olsaq  heçbir  iqtisadi  göstərici  ilə  bu  ziyanı 

ifadə  etmək  olmaz  və  son  nəticədə  vəziyyətin  belə  davam  etməsi  torpağın  üzvi 

aləminin məhv olmasına gətirib çıxara bilər. 

Çirklənmiş  torpaqların  identifikasiyası,  səciyyələndirilməsi,  təsnifatı  və 

kartoqrafiyasını  həyata  keçirən  zaman  əsasən  çirklənmənin  mənbəyinə,  çirklənmə 

dərəcəsinə  və  onu  əmələ  gətirən  səbəblərə  diqqət  yetirilməlidir.  Torpaqların  ağır 

metallarla çirklənməsində bir sıra faktorlar mövcuddur:  

1.

  Bərk halda olan faydalı qazıntıların istehsalı və emalı 



2.

  Duru halda olan yanacağın istehsalı, emalı və istifadəsi 

3.

  Enerji istehsalı 



4.

  Sənaye istehsalı 

5.

  Nəqliyyat 



6.

  Kommunal fəaliyyət 

7.

  Əkinçilik 



8.

  Heyvandarlıq   [8] 

Qeyd etdiyimiz çirklənmə mənbələri əsasən metallurgiya və kənd təsərrüfatının 

intensivliyi ilə əlaqədar meydana çıxır. 

Texnogenez  şəraitdə  torpaqların  ağır  metallarla  çirklənməsi  müxtəlif 

səbəblərdən baş verir. 

 

Torpağı ağır metallarla çirkləndirən mənbələr

 

Cədvəl 3 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə