Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

 

 

Sənaye 



Nəqliyyat 

Kənd təsərrüfatı 

Yaşayış yeri 

Radioaktiv 

Tullantılar 

Neft məhsullarının 

Qalıqları 

  Mineral gübrələr  

 

Məişət tullantıları 



 

    Çirkab  

Suları 

Daşınma nəticəsində 



maddələrin itkisi 

      Pestisidlər 

 

Ekzogen kimyəvi 



    maddələr 

Bərk sənaye  

Tullantıları 

 - 


Heyvandarlıqda ifrazat 

məhsulları 

Bərk tullantılar 

 

Xüsusilə sənaye, kommunal-məişət obyektlərində, yaşayış ərazilərində və kənd 



təssərrüfatı  məqsədilə  istifadə  olunan  torpaqlarda  ağır  metallarla  çirklənmə  geniş 

miqyas alır.  stehsalatın müxtəlif sahələri çirkləndirici maddələrin xüsusi və səciyyəvi 

xüsusiyyətləri  baxımından  ətraf  mühitə  olan  təsirinin  intensivliyinə  və  xarakterinə 

görə fərqlənirlər. 

Tədqiqat  apardığımız  ərazidə  istehsalat  sahəsində  toksiki  elementlərin 

yayılması ilk növbədə dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə əlaqədardır. 

Metallurgiya  sənayesi  əlvan  və  qara  metallurgiyanı  özündə  birləşdirərək,  çıxarılan 

filizlərin  təmizlənməsindən  metal  alınana  qədər  gedən  prosesləri  özündə  birləşdirir. 

Qara metallurgiyaya  dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın 

ə

ridilməsi,  prokat  və  ferroərintilərin  istehsalı  daxildir.  Azərbaycanın  ən  iri  qara 



metallurgiya  mərkəzlərindən  biri  olan  Daşkəsən  ən  iri  dağ-mədən  sənayesi 

mərkəzidir.  Burada  fəaliyyət  göstərən  dağ-mədən  sənayesi  faydalı  qazıntıların 

çıxarılmasını və emalını həyata keçirən mürəkkəb kompleksdir. Daşkəsəndəki dəmir 

filizi  yatağı  yaxınlığında  filiz  saflaşdırma  kombinatı  fəaliyyət  göstərir.  Bu 

kombinatdakı filiz Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna göndərilir. 

Bu onunla əlaqədardır ki, Azərbaycanda dəmir filizinin əridilməsi üçün kokslaşan daş 

kömür  yoxdur.  Toksiki  tullantıların  əmələ  gəlməsində  əlvan  metallurgiya  birinci 

yerdə, qara metallurgiya ikinci yerdədir. 

Qara metallurgiya zavodlarının tullantıları yüksək temperaturda (300°C-400°C, 

bəzən  də  800°C)  olduğuna  görə  istilik  daşıyıcıları  kimi  də  təhlükəlidir.  Bu 

tullantılaristi olduğundan troposferin yuxarı qatlarına qədər qalxa bilir ki, bu da külək 

vasitəsilə onların miqrasiyasını sürətləndirir. 




 

 

Metallurgiyada  əsas  təhlükə  mənbəyi  zəhərləyici  xassəyə  malik  olan  ağır 



metalların  -  mis,  civə,  qurğuşun,  kadmium,  sink  və  onların  birləşmələrinin  tullantı 

kimi  əmələ  gəlməsidir.  Sənayedə  istifadə  olunan  metalların  dahasonradan  yararsız 

hala  gələrək  torpağa  daxil  olması  böyük  təhlükə  riski  yaradır.Ağır  metalların  yol 

verilən  həddən  artıq  konsentrasiyasının  artması  nəticəsində  canlıların  sağlamlığı 

mənfi təsirlərə məruz qalır. 

Kompleks  filiz  yataqlarından  çıxarılan  bəzi  metalların  emal  edilməsi  çox 

böyük  çətinliklər  yaratdığından,  zənginləşdirmə  texnologiyasının  aşağı  olması 

səbəbindən  tullantıya  göndərilən  son  materialda  itkilərin  miqdarı  yüksək  olurdu  və 

sonda  ümumi  yataq  üzrə  itkilər  yüksək  həddə  çatırdı.  Daşkəsən  filiz  yatağından 

çıxarılan  yüksək  tərkibə  malik  dəmir  filizinin  emal  olunduqdan  sonra  atılan 

tullantısının  tərkibi  belə,  zəngin  olaraq  qalırdı.  Belə  ki,  tullantı  hesab  edilən  bu 

məhsulda  böyük  miqdarda  filiz  atılırdı  ki,    inkişaf  etmiş  ölkələrdə  yataqlardan 

çıxarılan filizin miqdarı bəzən  bu tullantıların  tərkibindən aşağı olurdu. 

Aşağıdakı  cədvəldə  əlvan  metallurgiya  sənayesində  tullantıların  miqdarı  kq/t 

metal nisbətində göstərilmişdir. 

Cədvəl 4

 

 



Element 

Mis-Nikel 

Sink-Kadmium 

Qurğuşun 

Civə 

Arsen 


        3 

 0,591 


     0,363 

  0,015 


Kadmium         0,2 

       0,5 

     0,005 

  0,002 


Mis 

       2,5 

       0,14 

     0,0072 

   0,04 

Civə 


         -  

      0,042 

     0,002 

   4,8 


Nikel 

       9,0 

         - 

     0,085 

   0,003 

Qurğuşun        3,09 

       2,54 

     6,36 

     - 

Sink 


     0,845 

       15,72 

     0,11 

    0,35 

 

Beləliklə, əlvan metalların istehsalı zamanı ətraf mühitə bir çox elementlər-Se, 



As, Sb, Cu, Ag, Sr, Zn, Cd, Hg, Al, Sn, Pb, Bi, Mo, Mo, Ni toz halında yayılırlar. Bu 

tullantıları  əksər  hallarda  həmin  sahələrdə  basdırırlar.  Tullantıların  miqdarı  on  min 




 

 

tonlarla ölçülür.  



Tullantıların  intensivliyi  ətraf  mühitdə,  xüsusilə  torpağın  ekoloji  mühitinin 

sabitliyini pozaraq bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Tullantılarda ağır 

elementlər  üzərində  aparılan  labarator  təcrübələri  göstərmişdir  ki  ,  ağır  metalın 

növündən asılı olaraq torpaqda miqdarının 5-20 dəfə artıq olduğu təyin olunmuşdur. 

Dağ-mədən  tullantıları  və  ona  yaxın  ərazilərdən  götürülmüş  torpaq 

nümünələrinin  analizi  göstərir  ki,  torpağın  tərkibində  mikroelementlərin  və  ağır 

metalların  miqdarı  təbii  landşaftlara  nisbətən  xeyli  yüksəkdir.  Tullantı  süxurlarının 

səth  suları  ilə  yuyulması,  habelə  filtrasiya  nəticəsində  aktiv  kimyəvi  elementlər 

miqrasiya edərək torpağa çökür və onu çirkləndirir. 

Cədvəldə  göstərildiyi  kimi,kimyəvi  elementlərin  tullantılarda  miqdarı 

litosferdə olan tullantıların miqdarından 100-1000 dəfə çoxdur. 

 

 

Tullantılarda ağır metalların konsentrasiya əmsalı 

  Cədvəl 5

 

        Elementlər   

Qalvanik elementlərin 

çöküntüləri 

Metal tozları 

               Cu 

                340 

                31 

               Zn 

                217 

                 5 

               Mo 

                  9 

               669 

               Ag 

                1000 

                29 

               Cd 

               85700 

                 - 

               Sn 

                3200 

                 4 

               W 

                  - 

              3322 

               Pb 

                 374 

                 2 

               Bi 

                3300 

                 - 

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə