Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.

səhifə2/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   31

 

 

Tədqiq  etdiyimiz  Kiçik  Qafqazın  şimal-şərq  hissəsində  müxtəlif  antropogen 



fəaliyyətlər  nəticəsində  ekoloji  gərgin  ocaqlar  yaranmışdır.  Belə  ki,  ərazinin     

torpaqları  dağ-mədən  sənayesinin  müxtəlif  tullantıları,  ağır  metallarla  daha  çox 

çirklənməyə  məruz  qalmışdır.  Bu  da  öz  növbəsində  ətraf  mühit  komponentlərinin 

pozulması ilə nəticələnmişdir. 

Bu  baxımından  məsələnin  aktuallığını  nəzərə  alaraq  tərəfimizdən  yerinə 

yetirilən  “Kiçik  Qafqazın  şimal-şərq  yamacında  torpaqların  ağır  metallarla 

çirklənməsinin  ekoloji  qiymətləndirilməsi”  elmi-tədqiqat  işi  müasir  dövrün 

tələblərinə  cavab  verən  bir  sıra  mühüm  məsələləri  və  onların  həlli  istiqamətlərini 

özündə cəmləşdirir. 

Tədqiqatın  məqsədi.  Aparılan  elmi-tədqiqat  işi  özündə  aşağıdakı  mühüm 

məsələləri özündə birləşdirir: 

-  Kiçik  Qafqazın  şimal-şərq  yamacı  torpaqlarında  yayılan  ağır  metalların 

təhlükəlilik  dərəcəsindən  asılı  olaraq  təsnifləşdirilməsi,  xarakterik  xüsusiyyətlərinin 

araşdırılması; 

-  Müxtəlif  antropogen  təsirlər  nəticəsində  torpağa  daxil  olan  ağır  metalların 

ekoloji qiymətləndirilməsi; 

-  Ağır metalların yayılmasını intensivləşdirən mənbələrin araşdırılması,   təbii 

və  texnogen  proseslərin  torpaqda  ağır  metalların  yayılmasındakı  rolunun  

qiymətləndirilməsi; 

-  Torpaqda ağır metalların yüksək konsentrasiyasının yol açdığı    problemlər, 

canlı orqanizmlərdə bu problemlərin yaratdığı nəticələrin dəyərləndirilməsi; 

-    Dünya  təcrübəsində  torpaqların  ağır  metallardan  təmizlənməsində  istifadə 

olunan metod və texnologiyaların araşdırılması, tədqiq olunan ərazinin  torpaqlarına 

tətbiq olunması baxımından müsbət və mənfi cəhətlərinin müəyyənləşdirilməsi; 

Tədqiqatın  informasiya  bazası  və  işlənmə  metodlarıDissertasiya  işinin    

yerinə  yetirilmisində  zəngin  ədəbiyyat  materiallarından,  statistik  göstəricilərdən,     

MDB  dövlətlərində  və  xaricdə  nəşr  olunmuş  bir  çox  müvcud  ədəbiyyatlardan, 

həmçinin    şəxsi tədqiqat işlərindən istifadə edilmişdir. 




 

 

Tədqiqat  işinin  yerinə  yetirilməsi  zamanı  aşağıdakı  metodlardan  istifadə 



edilmişdir: 

-  Fiziki-kimyəvi metod - tədqiq olunan ərazinin strukturu, torpaqların kimyəvi 

tərkibi, mikroelementlərin miqdarı, ağır metalların torpağın fiziki-kimyəvi və bioloji 

şə

raitinə təsir xüsusiyyətləri müəyyənləşmişdir. 



-  Rizayi-statistik metod - iqlim dəyişmələri, ətraf mühitdə temperatur, rütubət 

parametrləri,  ağır  metalların  konsentrasiyasının  buraxıla  bilən  hədd  miqdarı 

müqayisəli şəkildə müəyyənləşdirilmişdir. 

-  Müqayisəli-coğrafi  metod  -    torpaq  ehtiyatlarının,  bitki  örtüyünün  yayılma 

arealı müəyyənləşdirilir. 

Tədqiqatın  elmi  yeniliyi.Tədqiqat  apardığımız  ərazidə  yayılan  ağır  metallar 

təhlükəlilik xüsusiyyətlərindən asılı olaraq sistemləşdirilmişdir. 

Ağır metallarla çirklənməyə məruz qalmış torpaqlarda ekoloji qiymətləndirmə 

aparılmış, yol verilən qatılıq miqdarından kənaraçıxmalar müəyyən edilmişdir. 

Kiçik  Qafqazın  şimal-şərq  hissəsində  ağır  metalların  yaratdığı  çirklənməyə 

qarşı  kompleks  mübarizə  üsulları  təklif  edilmiş,  bu  üsulların  iqtisadi  səmərəliliyi 

araşdırılmışdır. 

Torpağın  ağır  metallardan  təmizlənməsində  tətbiq  olunan  metod  və 

texnologiyaların müsbət və mənfi cəhətləri sistemləşdirilmişdir. 

Torpağın  ağır  metallardan  təmizlənməsində  tətbiq  olunan  fitoremediasiya 

üsulu geniş araşdırılmış və iqtisadi səmərəliliyi qiymətləndirilmişdir. 

Tədqiqatın təcrübi əhəmiyyəti.Elmi tədqiqat işində ərazinin torpaqlarını ağır 

metallarla  çirkləndirən  proseslər  müəyyənləşdirilmiş,  çirklənməyə  qarşı  kompleks 

mübarizə tədbirləri təklif edilmişdir.  

Dünya  təcrübəsində  uğurla  sınaqdan  keçmiş  üsul  və  texnologiyalar,  onların 

iqtisadi  səmərəliliyi,  müsbət  və  mənfi  cəhətləri  ətraflı  tədqiq  edildiyindən,               

elmi-tədqiqat  işindən  torpaqların  ekoloji  mühitinin  yaxşılaşdırılması  işlərində, 

tullantıların  idarə  edilməsi sahəsində, kənd təsərrüfatının, sənayenin iqtisadiyyatının 

bərpası və inkişafı məqsədilə istifadə edilə bilər. 




 

 

Tədqiqatın  strukturu.  Tədqiqat  işi  giriş,  üç  fəsil,  nəticə  və  təkliflər        

xülasə   və  ədəbiyyat siyahısı hissələrindən ibarətdir. 

Giriş  hissəsində  mövzunun  aktuallığı  və  tədqiqat  obyektinin  seçilməsi 

ə

saslandırılır,  tədqiqatın  məqsəd  və  vəzifələri,  obyekti  və  predmeti  müəyyən  edilir, 



işin elmi yeniliyi və praktiki əhəmiyyəti göstərilir. 

Birinci  fəsildə  Kiçik  Qafqazın  şimal-şərq  hissəsində  torpaqəmələgətirən 

amillər  təhlil  edilmiş,  ərazinin  relyefi,  iqlimi,  hidroqrafiyası,  bitki  örtüyü,  torpaq 

ehtiyatları  ətraflı tədqiq  edilmişdir.  Eyni  zamanda,  tədqiq  etdiyimiz  ərazinin torpaq 

ehtiyatları, xarakterik xüsusiyyətləri qeyd olunmuşdur. 

kinci  fəsildə  Kiçik  Qafqazın  şimal-şərq  hissəsində  yayılan  ağır  metalların 

təhlükəlilik  dərəcəsindən  asılı  olaraq  xarakterik  xüsusiyyətləri,  ərazidə  ağır 

metalların  yayılmasını  intensivləşdirən  mənbə  və  proseslər  və  onların  ekoloji 

qiymətləndirilməsi aparılmışdır. 

Üçüncü  fəsildə  Torpaqların  ağır  metallarla  çirklənməsinin  yaratdığı 

problemlər,canlı  orqanizmlərə  təsirlərinin  nəticələri  müəyyənləşdirilmiş,  eyni 

zamanda  torpaqların  ağır  metallarla  çirklənməsinə  qarşı  dünya  praktikasında  geniş 

yer tutan metod və texnologiyalar göstərilmişdir. 

Dissertasiya işi 80 səhifədən, şəkil və cədvəllərdən ibarətdir. 

 

 

 



 

 

 



 

 

 

 

 

 


: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə