Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

 

 

Misin  bitki  fiziologiyasındakı  rolu  ilə  bağlı  bir  sıra  tədqiqatlar  aparılmışdır. 



Bunlar aşağıdakılardır: 

1.

  Mis  əsasən,  molekul  çəkisi  aşağı  olan  orqanik  maddələrlə  və  vitaminlərlə 



birləşmə əmələ gətirir. 

2.

  Misə funksiyası tam olaraq müəyyən edilməmiş bir sıra birləşmələrdə və həyati 



ə

həmiyyət daşıyan fermentlərin tərkibində rast gəlinmişdir. 

3.

  Mis  fotosintez,  tənəffüs,  maddələr  mübadiləsi  kimi  fiziolojik  proseslərdə 



mühüm rol oynayır. 

4.

  Mis xəstəliklərə qarşı dözümlülük yaradır. 



Misin az miqdarda konsentrasiyası ilə yanaşı yüksək miqdarda konsentrasiyası 

da  bitkilərdə  ciddi  təhlükə  doğurur.  Bir  sıra  fiziolojik    proseslərdə  müəyyən  rolu 

olduğunu  nəzərə  alaraq  bitkilər  üçün  lazımı  olan  miqdarının  dəqiqləşdirilməsində 

çətinlikər törədir. 

Mis,  müxtəlif  sahələrdə  istifadə  olunan  element  olduğu  üçün,  onun          

meydana  gətirdiyi  çirklənmənin  bir  çox  mənbələri  mövcuddur.  Bu  elementin 

qablaşdırmada  istifadə  edilməsi  məhsulları  çirkləndirə  və  ətraf  mühitə  zərər  verə     

bilər. Misin hətta aşağı konsentrasiyası da əkinçilik məhsullarına, su orqanizmlərinə    

və insan həyatına ciddi təhlükə yaradır. 

Mis  və  sink  və  kimi  ağır  metalların  zülalların  və  fermentlərin  katalitik            

və struktur komponentləri olaraq, bitkinin normal böyümə və inkişafı üçün kofaktor  

olaraq  lazımlı  olduğu  müəyyən  edilmişdir.  Lakin  bu  qida  elementləri  ilə  kadmium,  

nikel və qurğuşun kimi ağır metalların çoxluğu bitkilərdə toksiki təsirə malikdir. 

Sink  Sinkin  suda  həll  olan  formaları  bitkilər  üçün  münasibdir  və  sinkin       

qəbulu  maddənin  torpaqdakı  konsentrasiyası  artdıqca  artır.  Sinkin  mənimsənilməsi 

bitkinin  növü  ilə  olduğu  qədər  aid  olduğu  mühitlə  də  əlaqədardır.  Xüsusilə          

mühitdə  kalsiumun  miqdarı  sinkin  qəbuluna  təsir  edir.  Sinkə  əsasən  bitki        

köklərində rast gəlinir. Bitkilərdə maddələr mübadiləsi üçün lazımlı bir elementdir. 

Tərkibindəki  fermentlərə  əsasən,  karbohidrat,  zülal,  fosfat,  RNT  əmələ 

gəlməsində  rol  oynadığı  deyilə  bilər.  Membranların  keçiriciliyində  rolu  olduğu 



 

 

müəyyənləşmişdir.  Bakteriya  və  göbələklərin  yol  açdığı  xəstəliklərə  qarşı        



qoruyucu təsiri olduğu da məlumdur. 

Sinkin  toksiki  təsiri  zamanı  bitkilərin  kökü  incəlir,  yarpaqlar  qıvrılır,         

hüceyrə  böyüməsi  zəifləyir,  hüceyrə  orqanoidləri  parçalanır  və  xlorofil  sintezi       

azalır. Yüksək konsentrasiyada sinkin xlorofil sintezinə təsir etməsinin səbəbi olaraq 

kifayət  qədər  dəmir  olması  halında belə bitkinin bundan  yararlanmasına            maneə 

törətməsi və xlorofil mərkəzində olan maqneziumun yerinə keçməsi       göstərilir. 

Bitkilərdə,  sink  çatışmazlığından  daha  çox  dəmir-sink  nisbətindən  bəhs        

etmək  məqsədəuyğundur.  Bu  iki  elementdən  birinin  konsentrasiyasının 

artmasıdigərinin  miqdarını  azaldır.  Bu  yəqin  ki,  hər  iki  elementin,  bitki  tərkibinə 

alınması  sırasındakı  rəqabətdən  qaynaqlanır.  Dəmir-sink  arasındakı  əlaqənin  oxşarı               

sink-mis  arasında  da  müşahidə  edilir.  Bəzi  bitki  növlərinin  sinkin  yüksək 

konsentrasiyasına  qarşı  böyük  bir  dözümlüluyü  var.  Bu    bitkilər  eyni  zamanda 

torpaqdakı  sink  dəyişmələrinə  çox  tez  reaksiya  verirlər.  Sink  zəhərlənmələri  digər      

ağır metallarla müqayisədə az təsirlidi. 



Kadmiumun  təsərrüfat  ərazisinə  daxil  olması  və  yayılması  sənaye      

fəaliyyətləri,  fosforlu  gübrələr,  tullantılar  vasitəsilə  baş  verir.  Torpaqda  3  mq/  kq, 

bitkilərin quru çəkisində isə 1 mq/ kq-dan çox kadmium toksiki təsirlidir. Torpağa və 

bitki  orqanizminə  kadmiumun  böyük  qismi  tərkibində  kadmium  olan  toz 

zərrəciklərinin  havadan  çökməsi  yolu  ilə  daxil  olur.  Nəqliyyatın  sıx  olduğu       

sahələrdə  yol  kənarlarındakı  torpaqlarda  toz  çökməsi  ilə  ildə  hər  m²  sahəyə               

0,2-1,0 mq kadmium daxil olur. 

Kadmium  insan,  heyvan  və  bitkilər  üçün  toksiki  təsirli  elementdir.  Bitki 

orqanizmində  azot  və  karbohidrat  mübadiləsini  dəyişdirərək  bir  çox  fizioloji 

dəyişikliklərə  səbəb  olur.  Digər  tərəfdən  fermentləri  inaktivə  etməklə,  fotosintezə 

maneə  törətməklə,  transpirasiya  ilə  su  itkisinin  azalmasına  və  xlorofilin       

biosintezinin pozulmasına səbəb olur. 

Aparılan təcrübələrdə 50 mq kadmium tətbiq olunan pomidor bitkisinin yarpaq 

və  köklərində  nitratın  miqdarı  24%  və  62%  nisbətindən  daha  aşağı  olduğu  halda, 

ümumi amin turşusu miqdarının artdığı təyin olunmuşdur. 



 

 

Bir digər  təcrübədəisə buğda pöhrələrinin yetişdirildiyi mühitə kadmium əlavə 



edilməsinin bitkilərin kalium və nitrat mənimsəməsini azaltdığı və inkişafına maneə 

törətdiyi müəyyən olunmuşdur. 



Qurğuşun  sənayenin  və  kənd  təsərrüfatının  intensivliyi  ilə  əlaqədar  ətraf   

mühitdə  geniş  yayılan  elementdir.  Məlum  olan  bir  sıra  səbəblərlə  yanaşı  torpağa 

pestisid  istifadəsi  zamanı  da  daxil  olur.  Qurğuşun  bitkilər  üçün  mütləq  lazımlı   

olmayıb,  təbii  halda  torpaqda  az  miqdarda  mövcuddur.  Torpaqdakı  qurğuşun 

konsentrasiyasıyol  verilən  həddi  keçmədiyi  müddətcə  insan  və  bitki  sağlamlığı 

baxımından  ciddi  təhlükə  yaratmır.  Qurğuşun  hüceyrə  turqoruna  və  hüceyrə       

divarına mənfi təsir etməsi, yarpaq sahəsini azaltması səbəbiylə bitkilərin su rejiminə 

təsir etməsilə xarakterizə olunur. Eyni zamanda kök inkişafına təsir edərək bitkilərdə 

kation  və  anionun  miqdarını  azaldır  və  qidalı  maddələrin  mənimsənilməsinə  mənfi 

təsir göstərir. 



Nikel  əkinçilik  məqsədilə  istifadə  olunan  torpaqda  aşağı  konsentrasiyada 

mövcuddur.  Lakin,  bəzi  torpaqlarda  nikelin  konsentrasiyası  100-5000  mq/  kq     

arasında  dəyişir.  Nikel  kömür  (10-50  mq/  kq),  neft(49-345  mq/  kq),  polad,  aşqar 

istehsalı,  qalvanik  və  elektron  sənayesində  istifadə  edilir.  Kritik  toksiki  səviyyə 

torpaqda 100 mq/ kq, həssas bitkilərdə >10 mq / q və orta səviyyədə həssas bitkilərdə 

isə > 50 mq/ q təşkil edir. 

Nikel  bir  sıra  fermentlərin  quruluş  maddəsidir.Bu  səbəblə  nikelin   

konsentrasiyasıaz  olan  bitkilər  kompleks  şəklindətətbiq  olunan  azotlu  gübrələrdən 

yararlanmadıqları kimibu bitkilərə toksiki təsir göstərirlər. 

Aparılan  təcrübələr  nəticəsində  müəyyən  olunmuşdur  ki,  tərkibində  nikel 

olmayan  soya  paxlasına  yüksək  konsentrasiyada  nikel  tətbiq  etdikdə  ferment      

aktivliyi  aşağı  düşür  və  yarpaq  uclarında  nekozlar  əmələ  gəlir.  Lakin  normal 

konsentrasiyada  tətbiq  edildikdə  ferment  aktivliyi  4,5  dəfə  artır,  nekroz  əmələ 

gəlməsi minimuma enir. 

Bitkidə  nikelin  konsentrasiyasının  çox  olması  xlorofil  sintezi  və  yağ  

mübadiləsinə mənfi təsir edir. Eyni zamanda, bitki köklərinin digər qida elementlərini 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə