Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

 

 

almasına maneə törədərək qida elementləri ilə bağlı nöqsanların meydana çıxmasına 



səbəb olur. 

Paxla  bitkisinə  0,1,  0,3  və  0,5  mq  konentrasiyada  Ni  tətbiq  olunan           

təcrübədə  bitkinin  xlorofil,  karotenoid  və  ümumi  piqment  miqdarının  azaldığı         

təyin  olunmuşdur.  0,1  mq  nikel  tətbiq  olunan  yarpaqlarında  xlorofil  miqdarı         

27,8%,  0,5 mq Ni dozasında isə, 35,1% nisbətində azalmışdır. 

Xrom  paslanmayan  polad  istehsalı,  müxtəlif  lehim  və  pas  əngəlləyicilərin 

istehsalı  ilə  əlaqədar  metallurgiya  sənayesində,  boya,  lak,  şüşə  və  keramika 

materiallarında,  dəri  sənayesində  istifadə  edilir.  Təbii  olaraq  torpaqda  mövcuddur. 

Torpaqda  5-100  mq/kq  nisbətində  rast  gəlinir.  Bitkilərin  isə  quru  çəkisindən            

100 mq/ kq çox olması bitkilər üçün toksiki təsirlidir. 

Bitki  orqanizmində  toksiki  səviyyəyə  çatan  xromun  bitkidə  ilk  təsiri     

toxumların  cücərməsini  zəiflətməkdir.  Xrom  kök  hüceyrələrinin  bölünmə  və 

uzanmasına  maneə  törədərək  kökün  inkişafına  mane  olur.  Bu  vəziyyət  torpaqdan    

alınan  qida  maddələrinin  və  suyun  azalmasına  yol  açaraq  bitkilərin  böyümə  və 

inkişafına  mənfi  təsir  göstərir.  Bu  səbəbdən  bitkinin  məhsuldarlığında  əhəmiyyətli 

dərəcədə azalma müşahidə edilir. 

Tədqiq  olunan  ərazidə  metallurgiya  sənayesinin,  kənd  təsərrüfatının,     

nəqliyyatın  inkişafı  bir  çox  çirkləndiricilərlə  birlikdə  ağır  metalların  da  ətraf    

mühitdəki  miqdarlarını  artırmaqdadır.  Bu  vəziyyət  xüsusilə,  aktiv  hərəkət  etmə 

qabiliyyəti  olmayan  bitkilərdə  xüsusən  məhsul  itkisi  olmaq  üzrə  bir  çox  mənfiliyə   

səbəb  olmaqdadır.  Həddindən  artıq  metal  mənimsəyən  bitkilərdə  bir  sıra      

dəyişikliklər  müşahidə  olunur.  Bu  dəyişikliklərin  yaratdığı  problemlərin  bir  qismi    

gözlə  görülə  bilən  olsa  da,  digər  bir  qisminin  müəyyən  olunması  üçün  biokimyəvi 

analizlər aparılmalıdır. 

Ağır  metalların  bitkilərdə  səbəb  olduğu  dəyişikliklər  ilkin  olaraq  kök    

sistemində  müşahidə  edilir.  Yüksək  miqdarda  metal  mənimsəmiş  bitkilərdə          

köklər,  normal  bitki  köklərinə  görə  olduqca  qısa  olur.  Saçaq  köklərin  sayında      

azalma,  yan  köklərdə  artma  ya  da  azalma  müşahidə  edilir.  Bunların  xaricində 

epidermis  və  hipodermisdə  bəzi  struktur  dəyişiklikləri  də  müəyyən  olunmuşdur. 




 

 

Metal  qəbulu  davam  etdikcə  gövdənin  böyüməsi  də  zəifləyir.  stər  kök,  istərsə  də 



gövdənin  yaş  və  quru  kütlələrində  azalma  meydana  gəlir  və  bitkinin  inkişafı   

yavaşlayır.  Metalın  növündən  və  təsir  xüsusiyyətlərindən  asılı  olaraq  yarpaq  

sahələrində  kiçilmə,  saralma  və  nekrotik  ləkələrin  meydana  gəlməsi  də  müşahidə   

edilir. 


Bitkiyə daxil olduqda ağır metallar onun orqan və toxumalarında olduqca qeyri 

bərabər yayılır. Məsələn, bitkinin kök sistemində sink yerüstü hissəsinə nisbətən çox 

yığılır,  yerüstü  orqanlarda  sink  əksər  halda  köhnə  yarpaqlarda  toplanır.  Buğda 

bitkisinin  kökləri  yarpağına  nisbətən  yüksək  miqdarda  qurğuşun  və  kadmium 

toplanması ilə fərqlənir. [12] 

Ağır metallar bitkilərin reproduktiv orqanlarında vegetativ orqanlarına nisbətən 

az toplanır. Ağır metalların udulması, nəqli, metobolizmi, orqanlarda və toxumalarda 

paylanması  becərilən  bitkilərin  növ  və  sort  xüsusiyyətləri  ilə  sıx  bağlıdır,  onlara 

ekoloji və antropogen faktorlar da təsir göstərir. Ağır metalların tərəvəz bitkilərində 

yayılma  xüsusiyyətlərinin  öyrənilməsi  vacibdir.  Yerkökünün  kökmeyvəsinin 

(dəmirdən başqa) uc hissəsində başcıq hissəsinə doğru ağır metalların miqdarı azalır. 

Kökmeyvənin  başcıq  hissəsində  dəmirin  miqdarı  yüksək  olur,  qalan  hissəsində  isə 

bərabər  paylanır,  orta  hissəsində  sinkin  və  qurğuşunun,  qabığında  isə  mis,  manqan, 

kadmium və dəmirin miqdarı yüksək olur. 

Xörək  (qida)  çuğundurunun  kökmeyvəsinin  aşağı  hissəsinə  nisbətən  başqa 

bütün metalların miqdarı yüksək olur, orta hissəsində isə mis və dəmirin miqdarı az 

olur, silindrin orta hissəsində sink və qurğuşun, qabığında isə mis, manqan, kadmium 

və dəmirin miqdarı yüksək olur. 

Kartof  bitkisinin  yumrusunun  orta  yumşaq  hissəsində  kadmium,  sink  və 

qurğuşunun  miqdarı  az  olur,  yumrunun  kənar  hissəsində  dəmirin  miqdarı  yüksək 

olur.  Mis  kartof  yumrusunun  bütün  hissələrində  bərabər  paylanmışdır.  Kələm  digər 

tərəvəz bitkilərindən və kartofdan sinkin yüksək, kalsiumun miqdarının az olması ilə 

fərqlənir. Bütün elementlərin miqdarı kənardan orta hissəyə doğru artır.

 



 

 

Sənayeləşmə  və  şəhərləşmənin  təbiətdə  meydana  gətirdiyi  ən  əhəmiyyətli 



problemlərdən  biri  ətraf  mühit  çirkliliyi  olaraq  qəbul  edilir.  Son  dövrlərdə  faydalı 

qazıntıların,  kimya  sənayesinin  istifadə  etdikləri  metal  ehtiva  edən  kənd           

təsərrüfatı  dərmanları,  böyük  sənaye  komplekslərinin  yaydığı  qaz  və  tozların         

torpaq  və  bitkiləri  çirkləndirdiyi  müəyyən  edilmişdir.  Xüsusilə  ağır  metal  çirkliliyi      

bu  tip  torpaqlar  üzərində  yaşayan  bitkilər  üçün  böyük  bir  potensial  təhlükədir.         

Buna  görə  də  bu  cür  ağır  metal  çirkliliyi  görülən  torpaqlar  üzərində  təmizləmə   

metodları  tətbiq  olunaraq  məhsuldarlığın  artırılmasına  yönəldilmiş  işlər      

aparılmalıdır. [17] 

Ağır  metallar  bioloji  proseslərdə  iştirak  dərəcələrinə  görə  həyati  və  qeyri-

həyati olaraq təsnif olunur. Həyati olaraq qeyd olunan ağır metalların   orqanizmdə 

müəyyən  bir  konsentrasiyada  olması  tələb  olunur  və  bu  metallar                  bioloji 

reaksiyalarda  iştirak  etdiklərinə  görə  nizamlı  olaraq  qida  vasitəsilə  qəbulu  

məcburidir. Məsələn, mis heyvanlarda və insanlarda qırmızı qan hüceyrələrinin və bir 

çox  oksidləşmə  və  reduksiya  prosesinin  ayrılmaz  parçasıdır.  Bununla    müqayisədə 

qeyri-həyati  ağır  metallar  çox  aşağı  konsentrasiyada  belə,  orqanizmə  ciddi  təhlükə 

törədərək sağlamlıq problemlərinə gətirib çıxarır. 

Ağır  metalın  həyati  olub  olmadığı    nəzərə  alınan  orqanizmə  da  bağlıdır.    

Məsələn,  nikel  bitkilər  baxımından  toksiki  təsir  göstərərkən,  heyvanlarda  iz        

elementi olaraq mövcudluğu zəruridir. 

Bəzi sistemlərdə ağır metalların təsir mexanizmi konsentrasiyaya bağlı olaraq    

da  dəyişir.  Bu  cür  orqanizmlərdə  metalların  konsentrasiyası  nəzərə  alınmalıdır.        

Ağır  metalların  yol  verilən  həddən  artıq  konsentrasiyası  toksiki  təsir  göstərir.               

Bu    ümumi  prosesin  əksinə  ağır  metallar  yalnız  konsentrasiyadan  asılı  olaraq            

təsir göstərmirlər, təsir eyni zamanda canlının növünə və metal ionunun quruluşuna      

da  bağlıdır  (kimyəvi  quruluşu,  redoks  və  kompleks  yaratması  qabiliyyəti,  bədənə     

alınış şəkli, ətraf mühitdə çoxluq ehtimalı, lokal pH dəyəri və s.). Bununla əlaqədar, 

içməli  sularda  və  qida  məhsullarında  ağır  metalların  konsentrasiya                        həddi 

müəyyən  olunmuşdur  və  bu  normalara  lazımi  qurumlar  tərəfindən  nəzarətin  təşkili 

zəruridir. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə