Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

 

 

bu  tip  torpaqlar  üzərində  yaşayan  bitkilər  üçün  böyük  bir  potensial  təhlükədir.         



Buna  görə  də  bu  cür  ağır  metal  çirkliliyi  görülən  torpaqlar  üzərində  təmizləmə   

metodları  tətbiq  olunaraq  məhsuldarlığın  artırılmasına  yönəldilmiş  işlər      

aparılmalıdır. 

Ağır 


metalların 

torpaqda 

yüksək 

konsentrasiyası 



təkcə 

torpağın         

məhsuldarlığı  və  ekosistem  funksiyalarına  deyil,  eyni  zamanda  insan  və  heyvan 

sağlamlığına  ciddi  təsir    edir.  Torpaqların    ağır    metallarla      çirklənməsi   

metallurgiyanın  ,  dağ-mədən  sənayesinin  inkişafı,  tullantı  suların  axıdılması                 

ilə  olduqca  ciddi  problemə  çevrilmişdir.  Ağır  metallarla  çirklənmiş  torpaqların 

təmizlənməsi  ekologiya  mühəndisliyinin  problemli  istiqamətlərindən  biridir.  

Çirklənmiş 

torpağın 

kompleks 

fiziki, 

kimyəvi, 

bioloji 

xüsusiyyətləri,      

çirkləndiricilərin  torpaq  mühitində  yayılması  və  hərəkəti  ilə  bağlı  məhdud 

informasiyanın  olması  kimi  faktorlar    təmizləmə  fəaliyyətinin  maaliyyələşməsində      

bir  sıra  çətinliklər  yaratmış,  eyni  zamanda  köhnə  təmizləmə  texnologiyalarının  

tətbiqinə  səbəb  olmuşdur.  Bununla  əlaqədar  torpaqların  ağır  metallardan 

təmizlənməsində iqtisadi cəhətdən səmərəli   və   yüksək   effektli  texnologiyaların 

tətbiqinə ehtiyac yaranır. [17] 

zolyasiya, 

immobilizasiya, 

toksikiliyin 

azaldılması, 

fiziki 

ayırma,        



ekstraksiya  torpağın  təmizlənməsində  əsas  üsullar  kimi  qiymətləndirilir.  Ağır    

metallarla  çirklənmiş  torpaqların  təmizlənməsində  ərazinin  xarakteristikası,         

metalın  növü,  konsentrasiyası,  çirklənmiş  torpağın  sonrakı  istifadəsi  kimi  mühüm 

faktorlar diqqətdə saxlanılmalıdır. 



 

 

Ağır  metallarla  çirklənmiş  torpaqları  qismən  yaxşılaşdırmaq  üçün            



aşağıdakı  tədbirlər görülür: 

1.

  Mexaniki- Torpağın üst, ən çirklənmiş qatı kənar edilərək, 10sm qalınlığında   



təmiz münbit qat tökülür. 

2.

  Kimyəvi-  Çirkləndirici  maddələr  mütəhərrik  formadan  qeyri-mütəhərrik 



formaya  çevrilir.  Torpağı  əhənglədikdə  turşuluğu  aradan  qaldırmaqla  toksiki 


 

 

metallar qeyri-mütəhərrik formaya çevrilir. 



3.

  Aqrokimyəvi-  Üzvi  gübrələr:  yaşıl  gübrə,  peyin  tətbiq  etdikdə  kadmium, 

kobalt, nikelin mütəhərrikliyi azalır. 

Ağır  metalların  yaratdığı  çirklənmə  ilə  əlaqədar  aparılan  tədqiqatlar  əsasən      

ağır  metalların  mənbəyi,  yayılma  xüsusiyyətləri,  insan  sağlamlığı  və  ətraf  mühitə    

təsiri,  çirklənmiş  ərazinin  tədqiqi  və  analizi,  riskin  qiymətləndirilməsi                

ə

trafında  cəmlənmişdir.  Torpağın  daha  mürəkkəb  və  kompleks  bir  sistem  olması 



çirklənmə zamanı onun tərkib hissələri arasında uzun bir vaxt intervalında formalaşan 

tarazlığın  elə  bir  şəkildə  pozulmasına  səbəb  olur  ki,  hətta  çirklənmənin  səbəbləri 

aradan  qaldırıldıqdan  sonra  uzun  müddət  ərzində  həmin  tarazlığı  bərpa  etmək  çətin 

olur.


 

Bu  tədqiqatlarda  həm  ərazi  üzrə  tətbiq  olunan,  həm  də  təkmilləşdirmə  işləri 

davam edən texnologiyalardan istifadə olunur. 

Ağır metallarla çirklənmiş torpaqlar üçün 4 nəzarət metodu mövcuddur: 

1.

  Çirkləndiricini olduğu kimi qoymaq, ərazinin istifadəsini yasaqlamaq; 



2.

  Çirkləndiricini  ərazi  daxilində  immobilizə  etmək  və  ərazini  nəzarətdə 

saxlayaraq digər ərazilərə keçməsinin qarşısını almaq; 

3.

  Çirklənmiş torpağı ərazidən kənarlaşdırmaq; 



4.

  Torpağı ərazi daxilində və ya xaricində təmizləmək; 

Torpağın  ağır  metallardan  təmizlənməsi  ərazinin  yenidən  istifadəyə 

yararlılığının  bərpası  baxımından  iqtisadi  alternativdir.  Torpağın  təmizlənməsiüçün 

fiziki,  kimyəvi,  termiki,  bioloji  prosesləri  özündə  cəmləşdirən  bir  sıra  metodlar 

mövcuddur. [20] 

Düzgün  metod  seçimi  ərazinin  xarakteristikasından,  çirkləndirici  metalın 

növündən,    konsentrasiyasından  və  ərazinin  sonrakı  istifadəyə  yararlılığı      kimi  bir 

sıra faktorlara bağlıdır. Torpağın təmizlənməsi əsasən ərazinin qazılması, izolə edilən 

və ya təmizlənən torpağın təkrar yerinə doldurulmasıyla həyata   keçirilir. Lakin son 




 

 

illərdə  torpağı  qazmadan  birbaşa  ərazidə  tətbiq  olunan  texnologiyalar  daha  da 



sürətlənmişdir. 

Dünya  təcrübəsində  ağır  metallarla  çirklənmiş  ərazilərin  təmizlənməsində     

tətbiq  olunan  bahalı  və  ənənəvi  mühəndislik  texnologiyaları  yerinə  son  illərdə      

iqtisadi  cəhətdən  daha  səmərəli  yaşıl  texnologiya  (fitoremediasiya)  tətbiq  edilir.          

Bu  metodun  tətbiqində  adətən  hiperakkumlyator  bitkilər  istifadə  olunur.  Bu          

bitkilər  yarpaq,  budaq      və        gövdələrində  torpaqdakı  metalın  konsentrasiyasından        

50-500  dəfə  daha    çox  metal    toplamaq  xüsusiyyətinə  malikdir.  Çiçəkli  bitkilərin     

0,2%-ni təşkil edən hiperakkumlyator bitkilərin sayı 450-ə qədərdir. [23] 

Fitoremediasiya  metodunda  ağır  metalları  absorbsiya  edən,  toxumalarında   

yüksək  konsentrasiyada  depolayan  və  müəyyən  müddət  sonra  təsirsiz  hala             

gətirən  hiperakkumlyator bitkilər istifadə olunur. 

Son illər bir çox ölkələrdə tətbiq olunan fitoremediasiya metodu ağır metalların 

təmizlənməsində  passiv  texnologiya  kimi  qiymətləndirilir.  Müxtəlif  təmizləmə 

metodları    ilə  müqayisə  edildiyində  iqtisadi  cəhətdən  səmərəli  olması,  asan  tətbiq 

edilməsi və estetikliyi baxımından seçilir. 

Fitoremediasiya  orta  və  aşağı  dərəcədə  ağır  metallarla  çirklənməyə  məruz    

qalmış  torpaqlarda  genetik  cəhətdən  seçilmiş  bitkilərin  istifadəsini  nəzərdə  tutur.        

Bu metod digər metodlarla birgə tamamlayıcı alternativ metod kimi tətbiq olunur. 

Ağır  metallarla  çirklənmiş  ərazilərdə  tətbiq  olunan  fitoremediasiya  metodu        

ilə  üzvi  çirkləndiricilərlə  çirklənmiş  ərazilərin  rekultivasiya  metodları  arasında  bir     

sıra  fərqlər  mövcuddur.  Bitkilər  tərəfindən  torpaqdan  absorbsiya  edilən  ağır        

metallar    ya    torpaqda  stabil  hala  keçirlər  ya  da  torpaqdan  kənarlaşdırılırlar. 



Thlapsi,Urtica,  Taraxacumofficinale,  Chenopodium,  Polygonumsachalase  ve 

Allyssim

cinsindən olan bir sıra bitki növləri kadmium,  mis,  qurğuşun, nikel  və  sink 

kimi            ağır  metallari  orqanizmlərində  depolamaq  xüsusiyyətinə  malikdirlər. 

Bununla        əlaqədar,  qeyd  olunan  cinsləri  yetişdirilməsi  çirklənmiş  torpaqların 

təmizlənməsində   alternativ metod kimi kimi tətbiq olunur.  [18] 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə