Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   23   24   25   26   27   28   29   30   31

 

 

çirkləndiricilərlə  çirklənmiş  torpaq  və  su  ehtiyatlarının  təmizlənməsi  üçün           



nəzərdə  tutulur.  Hiperakkumlyator  bitkilər  çirklənmiş  torpaqların  bioloji      

təmizləyicisi  kimi  nəzərdə  tutulduğundan  son  illər  istifadə  dairəsi  daha                        

da  genişlənmişdir.  Bu  metodun  üzləşdiyi  neqativ  hallar  əsasən,  hiperakkumlyator 

bitkilərin  əksəriyyətinin  aşağı  biokütlə  hazırlaya  bilməsi,  həm  də  ətraf  mühitin       

mənfi  təsirlərinə  qarşı  davamsız  olması  ilə  əlaqədardır.  Bununla  əlaqədar,          

metodun  tətbiqi  zamanı  metal  ionlarının  hərəkət  mexanizmini  ətraflı  tədqiq  etmək 

lazımdır. 

Ağır  metalların  bitkilər  tərəfindən  absorbsiya  edilməsi,  nəql  olunması                 

və  depolanması  ilə  əlaqədar  aparılan  tədqiqatlar  transgenetik  bitkilərin  inkişafına     

təkan  verir.  Fitoremediasiya  metodu  üçün  istifadə  olunacaq  bitkilərin  gen  və                

ya  proteinlərinin  quruluşunun  araşdırılmasında  əldə  olunacaq  nəticələr  ağır         

metallar  və    təbii  çirkləndiricilərlə  çirklənmiş  ərazilərin  təmizlənməsi    üçün      

alternativ bitkilərdən istifadəni sürətləndirəcəkdir. 

Torpaq  çirkləndiriciləri  içində  xüsusi  yer  tutan  ağır  metalların      

təmizlənməsində  fiziki  və  kimyəvi  təmizləmə  metodlarının  maliyyə  cəhətdən          

bahalı  proses  olması,  daha  uzunmüddətli  olması  və  prosesin  sonunda     

çirkləndiricilərin  qalması  ehtimalından  dolayı  daha  çox  risklidir.  Bu  səbəbdən,          

ağır  metalların  və  bir  sıra  təbii  çirkləndiricilərin  təmizlənməsində  tətbiq  edilən        

“yaşıl  metod”  fitoremediasiya    həm  iqtisadi  cəhətdən  səmərəli  olması,  həm  də       

ekoloji təbii olması baxımından digər metodlarla müqayisədə üstünlüyə malikdir.  

“Yaşıl  metod”da  istifadə  olunacaq  bitkilər  növlərinin  müəyyənləşdirilməsi, 

fitoremediasiya  üsulunun  istifadə  imkanlarını  daha  da  genişləndirir.  Lakin,  bu      

metoda  çirkləndiricini  ilkin  mərhələdə  zərərsizləşdirən  üsul  kimi  yanaşmaq  olmaz. 

Prosesin  sonrakı  mərhələsində  ağır  metallar  toplanmış  kök,  gövdə,  yarpaq         

torpaqdan kənarlaşdırılaraq yandırılır və ya müəyyən bir ərazidə depolanır. [23] 

zolyasiya  və  immobilizasiya  texnologiyası  Bu  metod  torpaqdakı 

çirkləndiricilərin  hərəkətlərinin,  tullantının  torpaq  içərisindəki  keçiriciliyinin     




 

 

azalması  üçün  tətbiq  olunur.    Polad,  sement,  bentonit  və  divarlarıdan  hazırlanan      



fiziki  maneələrlə  çirklənmiş  bölgənin  üzərini  örtmək  və  çirkləndiricinin                 

torpaq  profilində  üfüqi və  şaquli  istiqamətdəki    hərəkətini  məhdudlaşdırmaq      üçün 

geniş  şəkildə  istifadə  edilir.  Bu  maneələrin  əsasında  çirkləndiricinin  daşınması 

proseslərinə  maneə  törətmək  üzrə  aşağı  hidravlik  keçiriciliyinin  təmin  edilməsi    

ə

sasdır. 


Solidifikasiya  /  stabilizasiya  (S  /  S)  texnologiyaları  isə  fiziki  bariyerlər  kimi  

çirklənmiş  ərazinin  deyil  çirkləndiricinin  tutulmasını  təmin  edir.  S  /  S     

texnologiyasında  kimyəvi  maddə  əlavəsinə  əsaslanan  tətbiqlər  və  termiki  əsaslı 

texnologiyalar olmaq üzrə  iki cür yanaşma mövcuddur.  

Kimyəvi  maddə  əlavəsinə  söykənən  S  /  S  texnologiyaları  çirkləndiricilərin 

torpağda  hərəkətini  və  keçiriciliyini  azaldan  kimyəvi  reaksiyaları    özündə       

cəmləşdirir.  S  /  S  texnologiyası,  qazılan  torpağın  üzvi  və  ya  qeyri-üzvi  bağlayıcı  

maddələrlə  müəyyən  nisbətlərdə  qarışdırılması  və  ya  çirklənmiş  ərazidə  açılan   

quyulara  suda  həll  olmuş  halda  yüksək  təzyiqlə  nasosla  vurulması  şəklində            

həyata  keçirilir.  Torpağın  yerində  təmizlənməsi  həm  iqtisadi  cəhətdən  əlverişli     

olması  ilə  həm  torpağın  məcburi  vəsaitlərlə  qarışdırılması  zamanı  qarşılaşılan 

problemlər  torpağın  qazılaraq  təmizlənməsi  üsulunu  daha  məşhur  hala           

gətirmişdir.  [24] 

Termiki  enerjiyə  əsaslanan  S  /  S  texnologiyası  olan  vitrifikasiya,  çirklənmiş 

torpaqların  isidilib  əridilməsi  üçün  elektrik  enerjisinin  istifadə  edildiyi  bir    üsuldur. 

Böyük  elektrodların  torpağa  yerləşdirilməsiylə  yandırılıb  əridilən    torpaq, 

soyuduğunda  sərt,  homogen,  kimyəvi  olaraq  inert  və  şüşə  bənzəri  bir          materiala 

çevrilir.  Bu  üsulla  üzvi  çirkləndiricilər  tamamilə  yox  edilir.  Yüksək      istiliyə 

ə

saslanan proses boyunca qaz halına keçən çirkləndirici isə filtrdə   tutularaq toplanır. 



stifadəsi çox da geniş olmayan vitrifikasiya metodu  ilə bağlı təcrübələr onu göstərir 

ki, bu üsulun tətbiqi 10%-dən artıq üzvi maddə olmayan torpaqlarda əlverişli deyil. 

Eyni  zamanda  torpaqdakı  metal    konsentrasiyası      25%-i  (ağırlıq)  keçdiyi  halda,  



 

 

qeyri-üzvi çirkləndirici miqdarı   20%-i  keçdiyi ərazilərdə də bu üsul təklif edilmir. 



Aparılan  laboratoriya  təcrübəsində  xromla  süni  olaraq  çirklənmiş    torpağı 

təmizləmək üçün mikrodalğalı enerji istifadə edilmiş və 60 dəqiqəlik  bir mikro dalğa 

tətbiqiylə  çirkli  torpaqların  90%  -dən  çoxunun  şüşəyəbənzər  materiala  çevrildiyi 

müəyyən  edilmişdir.  Tədqiqatlar nəticəsində  böyük  miqyaslı  bir  ərazidə  tətbiqindən 

müvəffəqiyyət  əldə  edilərsə  bu  texnologiyanın  təhlükəli  tullantılar  və  çirklənmiş 

torpaqlar üçün əhəmiyyətli bir təmizlənmə üsulu olacağı qənaətinə  gəlinmişdir. 

Torpağın  təmizlənməsi  və  immobilizasiyası  metodları  içərisində  fiziki 

bariyerlərin  istifadəsi  (ərazidə  qalması  prinsipinə  əsasən)  iqtisadi  cəhətdən     

ə

lverişlidir.  Lakin  bu  üsulun  tətbiqi  zamanı  çirkləndirici  tam  olaraq  təmizlənmir. 



Çirkləndiricilərin  immobilizasiyasını  təmin  edən  stabilizasiya  və  vitrifikasiya       

prosesi  maliyyə  cəhətdən  yüksək  olmasına  baxmayaraq  əraziyə  birbaşa  tətbiq 

olunduqda  nisbətən  ucuz  başa  gəlir.  Stabilizasiya  üsulunun  maliyyə  dəyəri 

çirkləndiricinin dərinliyi və torpağın homogenliyi ilə bağlıdır. Bu üsul çirklənmənin   

çox  dərin  olmadığı  ərazilər  üçün  istifadə  olunan  texnologiyadır.  Vitrifikasiya  isə, 

yüksək  maliyyə  dəyərli  olmasına  baxmayaraq  digər  metodların  çox  da    təsir       

etmədiyi qarışıq tərkibli tullantılarda daha yaxşı nəticələr verir. [25] 

Mexaniki  ayırma  metodu  Çirklənmiş  torpaqların  təmizlənməsində  digər  bir 

yanaşma,  böyük  və  təmiz  hissəciklərdən  daha  kiçik  və  çirkli  olanlarından  ayrıldığı  

böyüklük  seçici  proseslərin  istifadəsidir.  Prosesin  uyğunluğunun  müəyyən 

olunmasındakı  ən  əhəmiyyətli  parametrlər  hissəcik  böyüklüyü  və  hər  bir      

fraksiyadakı  çirklilik  səviyyəsi  ilə    xarakterizə  olunur.  Ayırma  sentrifuqa  gücünə 

söykənən  hidrosiklonlar,  gravimetrik  çöktürməyə  əsaslanan  axıcı  yataq  ayırıcılar, 

çirkli  hissəciklərin  fərqli  səth  xüsusiyyətlərinə  əsaslanan  flotasiya  ayırıcılar  və 

metalların  maqnetik  xüsusiyyətlərinə  əsaslanan  maqnetik  ayırıcılar  ilə  həyata 

keçirilir. 

 Fiziki ayırma texnikalarının müəyyən metal çirkliliyinin   uzaqlaşdırılmasında 

təsirli  bir  şəkildə  istifadə  edilə  bildiyi  və  təmizlənəcək  torpağın    həcmini  azaltması 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə