Microsoft Word Mahmudova S. docx


FƏS L I.  K Ç K  QAFQAZIN



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   2   3   4   5   6   7   8   9   ...   31

 

 

FƏS L I.  K Ç K  QAFQAZIN  Ş MAL-ŞƏRQ  YAMACININ TƏB   



COĞRAF   ŞƏRA T N N  TƏHL L

 

 

1.1  Coğrafi mövqeyi və relyefi 

Kiçik  Qafqazın  şimal-şərq  yamacı  Respublikamızın  qərb  hissəsindəKiçik 

Qafqazın  böyük  bir  ərazisini  əhatə  edir.  Bu  əraziyə  5  inzibati  rayonun  (Gədəbəy, 

Daşkəsən  (bütövlükdə);  Göygöl,  Şəmkir  və  Tovuz  rayonlarının  şimal-şərq  yamacı 

üzrə daxil olan dağlıq ərazilər) müəyyən əraziləri daxildir. 

Kiçik Qafqazın şimal-şərq yamacı ərazisi müxtəlif oroqrafik quruluşa malikdir. 

Ə

razinin  cənub  hissəsindən  Şahdağ  və  Murovdağ  silsilələri  keçir.  Tədqiqat 



obyektimiz  şimaldan  Şəmkir,  Tovuz,  Göygöl  rayonlarının  düzən  əraziləri 

ilə,cənubdan Kəlbəcər rayonu və qismən Ermənistan Respublikası, şərqdən Goranboy 

rayonunun torpaqları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. 

Ə

razinin  relyefi  torpaq  əmələgəlmə  prosesində  bilavasitə  iştirak  edən 



amillərdən  biridir.  Relyef  bitki  örtüyünün    tərkibinə  və  sıxlığına  təsir  göstərməklə 

torpaq  əmələgəlmə  prosesinə  dolayı  yolla  təsir  göstərir.  Relyefin  dağlıq    və    düzən 

olmasından asılı olaraq torpaqların qalınlığı, məhsuldarlığı dəyişir.[2] 

Ə

razidə  şiş  zirvələrə,  dərin  dərələrə,  şiddətli  parçalanmış  dağ  yamacları  və 



suayırıcılarına  daha  çox  rast  gəlinir.  Müşahidə  edilən  belə  bir  relyef  endogen  və 

ekzogen proseslərin uzun müddət birlikdə təsir göstərməsi nəticəsində əmələ gəlib. 

Kiçik Qafqazın şimal-şərq yamacı qurşaqlıqlarla xarakterizə olunur. Burada 4 

qurşaq ayırd edilir: 

1.

  Dağətəyi və alçaq dağlıq qurşaq (500-1200 m) 



2.

  Orta dağlıq qurşaq (1200-1800 m) 

3.

  Yüksək dağlıq qurşaq (2800m -dən yuxarı) 



Dağətəyi və alçaq dağlıq qurşağın əsas relyef formalarının dərinliyi 500-1200 m 


 

 

olan çay dərələrindən, suayırıcılardan ibarətdir. 



Orta  dağlıq  qurşaq  bir  sıra  düzəlmə  səthlərinin  olması  ilə  səciyyələnir.  Digər 

qurşaqlarda olduğu kimi, orta dağlıq qurşaqda da çay dərələri əsas relyef formasıdır. 

Yüksək dağlıq qurşaq (2800m -dən yuxarı) Şahdağ və Murovdağ silsilələrinin 

suayırıcı hissəsini  əhatə  edir.  Dağ  yamacları dik  və  uçurumludur.  Buradakı  relyefin 

ə

mələ gəlməsində qədim buzlaşma böyük rol oynamışdır. 



Kiçik  Qafqazın  şimal-şərq  yamacı  öz  başlanğıcını  Şahdağ  və  Murovdağ 

silsiləsindən götürür. Bu silsilələrlə Gəncə-Qazax maili düzənliyi arasında geniş (30-

40  km,  həmin  silsilələrin  suayrıcından  isə  40-50  km),  orta  və  alçaqdağlıq  zona 

yerləşir.  Şahdağ  və  Murovdağ  silsilələrinin  orta  və  alçaqdağlıq  şimal  yamacları 

oroqrafiyasının  ən  başlıca  əlamətlərini  geniş  düzəlmə  səthləri  və  dərin  çay  dərələri 

təşkil  edir.  Burada  qədim  buzlaq  relyefi  formalarına  da  rast  gəlinir.  Əsas  suayrıcı 

silsilələrdən  8-10  km  şimalda  Hinaldağ  və  Göygöl  fonunda  Kəpəz  dağı  (3066  m) 

ucalır.  Şahdağ  və  Murovdağ  silsiləsinin  şimal  yamacı  çox  böyük  sahəyə  malik 

olmaqla  şimaldan  Kürün  sağ  sahili  maili  düzənliyi,  cənubdan  isə  Şahdağ  və 

Murovdağ silsiləsi ilə əhatə olunur. 

Axıncaçayın  mənbəyindən  şərqə  50  km  məsafədə  Şahdağ  silsiləsi  uzanır. 

Silsilənin cənub yamacları Göyçə gölü çökəkliyinə düşür. Azərbaycan tərəfdə qalan 

silsilənin şimal-şərq yamacı, yəni tədqiq etdiyimiz ərazi isə mailidir. Şahdağ silsiləsi 

cənub-qərbə  tərəf  yüksəlir.  Silsilənin  orta  yüksəkliyi  2750  m  olub,  bəzi  zirvələrin 

yüksəkliyi  3000  m-ə  yaxındır  (Alagöllər,  Qaraarxac  və  s.).  Silsilənin  ən  yüksək 

nöqtəsi Hinaldağ zirvəsidir (3373 m). Şahdağ silsiləsindən şimala böyük və köndələn 

sıra  Qoşqar  dağı  uzanır.  Qoşqardağ  Hinaldağ  yaxınlığından  başlayıb  şimal-şərq 

istiqamətində uzanır. Qoşqar zirvəsindən (3368 m) 3 km məsafədə Qoşqar silsiləsinin 

suayrıcı üzərində Bala Qoşqar (2607 m) adlanan yüksək zirvə vardır. 

Oroqrafik  cəhətdən  Şahdağ  silsiləsinin  şərqə  davamı  Murovdağ  silsiləsidir 

(uzunluğu 55 km). Murovdağ silsiləsinə Gamışdağ (3722 m) və Murovdağ (3419 m) 

zirvələri daxildir. Silsilənin orta yüksəkliyi 3000 m-ə yaxındır. Murovdağ zirvəsindən 




 

 

şə



rqə  tərəf silsilə  sürətlə  alçalır və  qurtaracağında bir  sıra təpəliklərə  çevrilir.  Kiçik 

Qafqazın  şimal  yamacı  istiqamətində  axan  Gəncəçay  öz    başlanğıcını  Şahdağ  və 

Murovdağ silsiləsindən götürür.  

Tədqiq  etdiyimiz  ərazinin  şimal  yamacında  yerləşən  sıra  dağlar  daha  alçaq 

olub,  bəzi  nöqtələri  700-1000  m-ə  çatır.  Orta  və  mərkəzi  hissədə  yerləşən  dağların 

ayrı-ayrı nöqtələri isə 500 m-ə çatır. 

 

1.2  qlim şəraiti 

Kiçik  Qafqazın  şimal-şərq  yamacının  iqlimi  ümumi  coğrafi  şəraitdən  asılı 

olaraq müxtəlifdir və şaquli qurşaqlarla əlaqədar olaraq dəyişir. Ərazinin iqlim şəraiti 

müxtəlif amillərin təsiri altında formalaşır.  

Bu  amillər  sırasında  ilkin  olaraq  ərazinin  coğrafi  mövqeyi  mühüm  yer  tutur. 

Coğrafi mövqe eyni zamanda ərazinin atmosferin planetar və regional sirkulyasiyası 

sistemində  yerini  müəyyən  edir.  Tədqiq  olunan  ərazidə  iqlimin  əmələ  gəlməsində 

iştirak edən digər amil relyefdir. Relyef öz-özlüyündə iqlim yaradıcı amil kimi passiv 

olsa  da  iqlimin  bütün  elementlərinin  ərazi  diferensiasiyası  ilk  növbədə  oroqrafik 

quruluşdan asılıdır. 

Ekoloji  baxımdan  vacib  olan  iqlim  ehtiyatları  adı  altında,  ərazinin  malik 

olduğu  və  insan  fəaliyyətinin  müxtəlif  sahələrində  istifadə  edilən  günəş  enerjisi, 

havanın  hərəkəti  və  nəmliyi  nəzərdə  tutulur.  Ərazinin  aqroiqlim  ehtiyatları  dedikdə 

isə, iqlimin o elementləri nəzərdə tutulur ki, bitki tərəfindən biokütlə hazırlanarkən bu 

göstəricilərdən  istifadə  olunsun.  Bunlara  bilavasitə  təsir  göstərən  günəş  enerjisi, 

nəmlik, onların nisbəti daxildir. [2] 

 Kiçik 

Qafqazın 



iqlim 

şə

raitinə 



həsr 

olunmuş 


bir 

çox 


elm-

tədqiqatlarƏ.Ə.Mədətzadə,  E.M.Şıxlınski,  Ə.D.Əyyubov  və  başqaları  tərəfindən 

aparılmışdır.

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə