Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   2   3   4   5   6   7   8   9   ...   31

 

 

Ş



ahdağ silsiləsindən axan çayların şəbəkə sıxlığı daha çoxdur. Bu sahədə çay 

şə

bəkə  sıxlığı  çox,  çaylarda  isə  nisbətən  az  olub,  039-078  km/km²  arasında dəyişir. 



Lakin  axımın  əmələ  gətirdiyi  sahədə  çay  şəbəkə  sıxlığı  daha  çoxdur.  (1,00-1,70 

km/km²).  

Yüksəkliyinə  görə  çay  şəbəkə  sıxlığı  1000-2500  m-ə  kimi  hündürlüyü  olan 

sahələrdə  daha  çox  inkişaf  etmişdir  (1,20-1,50km/km²).  Ərazidə  axım  modulu  Kür 

çayı sahillərindən dağlıq sahəyə kimi 1,00-18,0 san/km² arasında dəyişir. 

 Kiçik  Qafqazın  şimal-şərq  yamacı  yüksəkdağlıq  silsilələrindən  başlanğıcını 

götürməklə  Gəncəçay  (98  km),  Şəmkirçay  (95  km),  Qoşqarçay  (76  km)  regionun 

böyük  çayları  hesab  olunur.  Öz  mənbəyini  ortadağlıq  qurşaqdan  götürən  qalan 

çaylara nisbətən bu çaylarda ortaillik axımın həcmi 1,5-3 dəfə artıqdır. 

Ə

razidə axan ən böyük çaylardan Gəncəçay (98 km) başlanğıcını 2800-2850 m 



yüksəklikdən  götürərək,  Kiçik  Qafqazın  Murovdağ  silsiləsinin  şimal  yamacından 

axır.  Çay  5-i  sağ,  4-ü  sol  qol  olmaqla  9  qoldan  ibarətdir.  Murovdağ  silsiləsi  boyu 

Tərtərçayla,  qərbdən  Qoşqarçayın  hövzəsi,  şərqdən  isə  Kürəkçayın  hövzəsi  ilə 

həmsərhəddir.  Çayın  orta  meyilliyi  27,7%,  çay  şəbəkəsinin sıxlığı 0,64 km/km²-dir. 

Gəncəçay  yaz  gursulu  rejimli  çay  qrupuna  aiddir.  Gursululuq  adətən  mart  ayından 

iyul  ayınadək  davam  edir.  Gəncəçayın  qidalanmasında  qar  suları  32%,  yeraltı  sular 

isə 44% təşkil edir. Avqust, oktyabr, bəzən noyabr aylarında qısa müddətli daşqınlar 

yaranır. 

Ə

razinin ən böyük çaylarından biri olan Şəmkirçay (95 km) öz mənbəyini 2920 



m yüksəklikdən götürüb, Kür çayına tökülür. Əsas 14 qola malikdir. Şəmkirçay yaz 

gursulu rejiminə malikdir. Qar suyu ilə qidalanma illik axım həcminin 38%- ni, yağış 

suları isə 17% -ni təşkil edir. 

Gəncəçay və Şəmkirçayın arasından Qoşqarçay (76 km) axır. Qoşqarçay Kiçik 

Qafqazın  Murovdağ  silsiləsinin  Qoşqar  dağının  (3368  m)  şimal  yamacından  axan 

Hamamçay  və  Xoşbulağın  qovuşmasından  əmələ  gəlir.Çay  hövzəsinin  sahəsi  798 

km²- dir. Qoşqarçayın 10 qolu vardır, onlardan 4-ü sağ, 6-sı sol qoludur. Qoşqarçayın 

suyu  sənaye və kənd təsərrüfatında geniş istifadə olunur. Bərk axım çay hövzəsində 

səth suları hesabına əmələ gələn aşınma prosesi nəticəsində baş verir. 



 

 

Tədqiqat apardığımız ərazidə axan çayların böyük kənd təsərrüfatı əhəmiyyəti 



vardır. Belə ki, bu çayların sularından böyük əkinçilik potensialına malik olan düzən 

zonanın torpaqları suvarılır. 

Kiçik  Qafqazın  şimal-şərq  ərazilərinin  düzən  sahələrində  qrunt  sahələri  geniş 

yayılmışdır.  Onlara  hər  yerdə  rast  gəlmək  mümkündür.  Bu  sular  çayların  gətirmə 

konuslarında, konuslararası süxurlarda və çayların allüvial çöküntülərində daha  geniş 

yayılmışdır. 

 

Ə

razidə yerləşən gölləri  mənşəyinə görə 2 qrupa ayırırlar: 



1.

  Uçqun  gölləri  (Göygöl  qrupu  gölləri-  Göygöl,  Maralgöl,  Murov  Qaragölü, 

biçənək aşırımı gölləri) 

2.

  Buzlaq gölləri (Murovdağ, Şahdağ silsiləsinin gölləri) 



 

Ə

ksər  hallarda  sahəsi  1  km²-  dən  kiçik  olan  bu  göllər  respublikanın  ən  dərin 



gölləridir.  Bu  qrupa  aid  göllərdən  Murovdağ  silsiləsinin  şimal  yamacında  Kəpəz 

dağının  ətəyində  yerləşən  Göygöl  və  onun  ətrafındakı  meşəli    dağlar    sahəsində 

birqrup  zəlzələ-  uçqun  gölləri  qeyd  etmək  olar.  Bu  göllərdən  ən    dərinləri  Göygöl 

(sahəsi  0,79  km²,  maksimal  dərinliyi  93m),  Şəmkir  Göygölü    (sahəsi  0,34  km², 

dərinliyi 66m) və Maralgöldür (sahəsi 0,23 km², dərinliyi61 km). 

 

1.4 Fitosenotik örtük 

Torpaqəmələgəlmə prosesində bioloji amillər, xüsusən bitki örtüyü başlıca rol 

oynayır. Bitki torpağa daxil olan və torpaqda humusa çevrilən üzvi maddələrin əsas 

mənbələrindən  biridir.  Eyni  zamanda  bitki  örtüyü  torpağı  yuyulmaqdan  qoruyan  və 

münbitliyinin saxlanılmasında iştirak edən başlıca amillərdəndir. 

Tədqiq 

etdiyimiz 



ə

razinin 


torpaq 

ehtiyatları 

yüksək 

dərəcədə 



mənimsənildiyindən təbii bitki örtüyü məhdud şəkildə qorunub saxlanılmışdır. Buna 

baxmayaraq, ərazinin iqlimi, relyefi, torpaq örtüyü və torpaq əmələgətirən süxurların 

müxtəlifliyi orada bitən meşə bitkilərinin rəngarəng olmasına səbəb olmuşdur. 

Kiçik  Qafqazın  şimal-şərq  yamacında  bitki  örtüyü  şaquli  zonallıq  qanununa 




 

 

ə



sasən  formalaşmışdır.  Ərazinin  dağlıq  zonasından  aşağı  endikcə  bitki 

formasiyalarında  dəyişiklik  müşahidə  edilir.  Kiçik  Qafqazın  şimal-şərq  yamacında 

bitki  örtüyünün  müxtəlifliyi  qurşaqlarla  əlaqədar  olub,  floristik  cəhətdən  Cənubi 

Avropanın dağ meşələri əyalətinə daxildir. (A.A.Qrossheym,1948) 

Kiçik Qafqazın şimal-şərq yamacında 400-500 m yüksəkliyə qədər yarımsəhra 

və  quru-çöl  bitkiləri  geniş  yayılmışdır.  Bu  zonada  torpaqda  rütubətin  çatışmaması, 

yay  aylarında  temperaturun  yüksək  olması,  rütubətin  buxarlanması  və  torpağın 

ş

oranlaşması  bitki  örtüyünün  dəyişməsinə  təsir  edən  əsas  amillərdəndir.  Ərazidə 



yarımsəhra  bitkilərindən  yarımçöl  şəkilli  Meyer  yovşanı  (Artemisia  Meyeriana  L.), 

soğanaqlı  qırtıclı  efemerlər,  dənli  bitkilər,  xaççiçəklilər,  paxlalılar  və 

qaymaqçiçəklilər fəsiləsindən ibarət birillik efemerlər yayılmışdır. Yağıntıların qeyri-

bərabər paylanması yarımsəhra formasiyasının inkişafına şərait yaratmışdır. Belə ki, 

yazın  əvvəlində  yağışların  intensivliyi  ilə  əlaqədar  olaraq  efemer  bitkilərsürətlə 

böyüyüb  yaşıllaşırlar.  Aprelin  sonu  və  mayın  əvvəllərində  isə  vegetasiya  dövrlərini 

başa vurub tələf olurlar, payızda yenidən canlanırlar. 

Tədqiq  etdiyimiz  ərazidə  500-700  m  hündürlüklərə  qədər  çöl  formasiyası 

fonunda  qarışıq  tərkibli  bitkilər  zonasına  rast  gəlinir.  Bu  qurşaq  alçaq  dağlıq  ilə 

dağətəyi sahələrdə yarımsəhra qurşağı ilə birləşib qarışıq bitkilər qrupu əmələ gətirir. 

Ə

razidə  dağ  kserofit  bitkiləri  geniş  yayılmışdır.  Dağ  kserofitlərinin  qarışıq  qruplar 



ə

mələ gətirməsi ərazinin torpaq örtüyü, yamacların quruluşu, relyefi və s. sıx surətdə 

ə

laqədardır.  Burada  dağ  kserofitləri  yarımsəhra  bitkilərinə  nisbətən  çox  zəngindir.  



Bu bitkilərdən gəvən, südlübiyan, kəklikotu, ağ ot, murdarça və s. geniş yayılmışdır. 

Dağlıq  sahələrə  yaxınlaşdıqca  şiyav,  şırımlı  topa  (Festuca  Sulcata  E.),  daşdayan 

(Antropogon L.) və başqa dənli bitki növləri artır . 

Dəniz  səviyyəsindən  600-700  m  yüksəklikdən  meşələr  başlanır.  Bu  qurşaq 

şə

rqdən  Göygöl  rayonundan  başlamış,  qərbdən  Gürcüstanla  olan  sərhədə  qədər  dar 



bir  zolağı  əhatə  edir.  Kiçik  Qafqazın  ayrı-ayrı  hissələrində  əsas  meşə  əmələgətirən 

ağaclardan  fıstıq,  ağcaqayın,  palıd,  vələs  və  bəzi  ağac  növləri  üstünlük  təşkil  edir. 

Bunlardan  başqa  meşələrdə  göyrüş,  Kox  şamı  (Göygöl  ətrafında)  ağacları,  kol 

bitkilərindən  zoğal,  göyəm,  itburnu,  alça,  fındıq,  yemişan,  əzgil  və  başqaları  geniş 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə