Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   2   3   4   5   6   7   8   9   ...   31

 

 

yayılmışdır.  Meşənin  aşağı  qurşağında olan  ağacların  boyu  qısa  və  sıxlığı  zəif  olur. 



Dağ yamacı ilə yüksəkliyə qalxdıqca bu ağaclar sıxlaşmaqla yanaşı hündür boylu və 

çox  növlü  meşələrə  çevrilir.  Eyni  zamanda,  quraqlığa  davamlı  olan  meşə  ağacları 

yüksəkliyə qalxdıqca rütubətsevən ağac növləri ilə əvəz olunur. 

Kiçik  Qafqazın  şimal-şərq  hissəsində  meşə-bitki  formasiyaları  şaquli 

istiqamətdə  aşağıdakı  qayda  ilə  bir-birini  əvəz  edir.  Alçaq  dağlıq  qurşaqda  gürcü 

palıdı,  orta  dağlıq  qurşaqda  şərq  fıstığı,  vələs  və  yuxarı  dağ  qurşağında  isə  şərq 

palıdını  göstərmək  olar.  Burada  olan  palıd  meşələri  tək-tək  hallarda  başqa  ağac 

cinsləri  ilə  qarışır.  Bəzən  bu  ağacların  arasında  başqa  ağac  cinsləri,  ağcaqayın  və 

vələs ağaclarına da rast gəlinir.  

Müəyyən  edilmişdir  ki,  meşə  bitki  formasiyasının  şaquli  zonallıq  üzrə 

dəyişməsi torpaq tiplərinin dəyişməsinə də böyük təsir göstərir. Belə ki, alçaq dağlıq 

zonada  inkişaf  etmiş  palıd  meşəsi  altında  qəhvəyi  dağ-meşə  torpaqları,  orta  dağlıq 

qurşaqda  fıstıq  meşəsi  altında  tünd  qonur  dağ-meşə  torpaqları,  yüksək  dağlıq 

qurşaqda isə açıq qonur dağ-meşə torpaqları inkişaf etmişdir. Dağ meşələri xüsusilə 

meyilli  yamaclarda    torpağı  yuyulmadan  mühafizə  edib,  dağ  çaylarında  su  rejimini 

nizama salır, qarın tədricən əriməsinə səbəb olmaqla suyun torpağa hopmasını təmin 

edir və buxarlanmanın qarşısını alır. 

Alçaqdağ  meşələri  600-700  m  yüksəkliklərdən  başlanır.  Əksər  ərazilərdə 

(Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xanlar, Goranboy rayonları ərazisində) 800-1000 m 

yüksəkliklərə  qədər  meşələr  tamamilə  qırılmış,  onların  yerində  törəmə  bitki 

formasiyaları  inkişaf  etmişdir.  Bunlara  alçaqdağ  və  dağətəyi  zona  çölləri,  çöl-kol 

formasiyası  və  kolluqlar  daxildir.  Tovuz  və  Xanlar  rayonları  alçaqdağlığında 

meşədən  sonrakı  çöl  və  çöl-kol  formasiyası,  Şəmkir  rayonu  alçaqdağlığında  isə  kol 

formasiyası  üstünlük  təşkil  edir.  900-1000  m  yüksəkliyə  qədər  olan  yamaclarda 

meşələr seyrək və qarışıqdır. 

Aşağı  qurşaqda  meşələr  əsasən,  iberiya  palıdından  (Quercus  berica) 

ibarətdirsə,  yuxarı  hissələrdə  ona  vələs,  800-900  m-dən  yuxarı  isə  fıstıq  ağacları 

qarışır. Dağ meşə qurşağının fıstıq meşələri zonasında təmiz və qarışıq fıstıq meşələri 




 

 

ə



sasən  dağların  daha  rütubətli  və  kölgəli  şimal  yamaclarında  yayılmışdır.  Aşağı 

qurşaqdakı  meşəaltı  bitkilər  əsasən,  yemişan,  zoğal,  murdarça  kolları,  palıd,  vələs 

pöhrələrindən ibarətdir. 

Orta  dağlıq  qurşaqda  (1000  m-dən  1700  m-ə  qədər)  başlıca  olaraq  fıstıq 

meşələri  yayılmışdır.  1400  m-lə  1600  m  yüksəkliklər  arasında  şərq  fıstığı  (Fagus 

orientalis) üstünlük təşkil edir. Dağlara qalxdıqca aşağı qurşağın quraqlıq sevən ağac 

növləri rütubətsevən növlərlə əvəz olunur. Bu qurşağın şimal yamacları fıstıq, şərq və 

qərb  yamacları  isə  fıstıq-vələs,  palıd-vələs  meşələri  ilə  örtülüdür.  Burada  3-5  sm 

qalınlığında meşə döşənəyi əmələ gəlir, ot bitkisi isə inkişaf edə bilmir. 

Yüksək  dağlıq  qurşaqda  (1700  m-dən  2100  m-ə  qədər)  şərq  palıdı  (Quercus 

marienthera)  üstünlük  təşkil  edir.  Meşə  ağacları  bir  qədər  xırda  boylu  və  seyrək 

olduğu üçün ot örtüyünün inkişafına şərait yaranır. Bu qurşaqda ən çox işıqsevən şərq 

palıdına,  şimal  yamaclarda  isə  palıd  ilə  qarışıq  şərq  fıstığına  rast  gəlinir.  Daha 

yüksəkliyə qalxdıqca palıdın sayı çoxalır. Fıstığa yalnız şimal səmtli yamaclarda rast 

gəlinir.  Yüksəklik  artdıqca  fıstıq  tamamilə  sıradan  çıxır,  bəzi  sahələrdə  bu  tozağacı 

ilə əvəz olunur. 

Tədqiq  etdiyimiz  ərazinin  bütün  yüksəklik  qurşaqlarında  ardıc  ağacına  rast 

gəlmək  mümkündür.  Lakin  burada  da  ardıc  meşələri  geniş  sahələri  tutmayıb  kiçik 

ləkələr, dar zolaqlar şəklində yayılmışdır.  

Antropogen  təsirlərin  intensivliyi  nəticəsində  kiçik  sahələrdə  əsaslı  şəkildə 

qorunmuş  fıstıq  və  palıd  ağac  cinslərindən  ibarət  meşə  örtüyü  qalmışdır.  Bölgədə 

ə

kinçilik və maldarlığın inkişafı nəticəsində meşə örtüyü demək olar ki, heç bir yerdə 



öz təbii sərhədində qalmamış, bir çox yerlərdə meşə örtüyü tamamilə sıradan çıxmış 

və ərazini şiddətli eroziyaya uğramış çılpaq sahələr əvəz etmişdir. Bununla əlaqədar 

bölgədə meşə ilə örtülü sahələrin faizi xüsusilə son 10-15 ildə     əsaslı şəkildə aşağı 

düşmüşdür.    Əkinçilik  məqsədilə  istismar  olunan  meşələrin  təbii  yolla  bərpası  artıq 

mümkün deyil. Bu sahələrdən əsasən kartof və taxıl bitkiləri yetişdirmək məqsədilə 

istifadə  edilir.  Kol  formasiyaları  yayılmış sahələrdən isə örüş  kimi  istifadə  edilməsi 




 

 

palıd, vələs pöhrələrinin böyüməsinə ciddi maneə törədir. 



Ş

ahdağ  və  Murovdağ  silsilələrinin  yüksək  dağlıq  hissəsi  subalp  çəmənləri  ilə 

örtülüdür.  Subalp  çəmənləri  1800-2300  m  yüksəkliklər  arasında  geniş  zona  əmələ 

gətirir. Meşələrin qırılması ilə əlaqədar olaraq, bəzi yerlərdə bu çəmənlər 1800-1900 

m-ə  qədər  enir.  Nəticədə  meşə-bitki  örtüyü  əvəzinə  çəmən  bitki  qrupları  əmələ 

gəlmişdir.  Subalp  bitkilərinin  boyları  hündür  və  növ  sayı  çox  olduğu  üçün  biçənək 

kimi  istifadə  olunur.  Təbii  bitki  örtüyü  pozulmamış  sahələrdə  subalp  çəmənliyinin 

böyük  torpaqqoruyucu  əhəmiyyəti  vardır.  Burada  bitən  müxtəlif  dənli  və  paxlalı 

bitkilər torpağı atmosfer çöküntülərinin dağıdıcı qüvvəsindən mühafizə edir. Subalp 

bitkiləri  zəngin  tərkibə  malikdir.  Buradakı  çoxillik  otlardan  ibarət  çəmən 

bozqırlarında ağ ot üstünlük təşkil edir. Subalp çəmənlərində ala topal (Festuca varia 

H.), şırımlı topal (Festuca sulcata E.) və alp qırtıcı, mərcanotundan ibarət fitosenozlar 

geniş yayılmışdır. 

2300  m  yüksəklikdən  qayalı  və  çınqıllı  sahələrdə  alp  çəmənləri  başlanır.  Alp 

çəmənlikləri  ərazinin  geomorfoloji  xüsusiyyətlərindən,  relyefin  formalarından  asılı 

olaraq  müxtəlif  tipli  və  müxtəlif  tərkiblidir.  Eyni  zamanda  subalp  çəmənlikləri  ilə 

müqayisədə  daha  geniş  sahə  tutmaqla  yay  otlaqlarının  əsasını  təşkil  edir.  Alp 

formasiyası  alçaqboylu  müxtəlif  otlarla  xarakterizə  olunub,  bütöv  örtük  əmələ 

gətirməklə çim qatı yaradır. 

Alp  çəmənlərində  pişikquyruğu,  tarlaotu,  qırtıc,  yonca,  zəngçiçəyi, 

qaymaqçiçəyi və bir çox başqa ot bitkiləri geniş yayılmışdır. Daşlı-kəsəkli sahələrdə 

dağ-bozqır bitkilərindən topal, dovşantopalı və s. seyrək bitki qatı əmələ gətirir. Bu 

bitkilər nəmlənmə dərəcəsi və substratın səciyyəsindən asılı olaraq, qapalı yaxud açıq 

areallar təşkil edir. Aparılan tədqiqatlar nəticəsində bu zonada yayılan bitkilərin növ 

sayının  az  olması  və  bitki  örtüyünün  seyrək  inkişaf  etməsi  müəyyənləşmişdir.  Belə 

sahələrdə  mal-qaranın  sistemsiz  və  intensiv  otarılması  bitki  örtüyünün  daha  da 

seyrəkləşməsinə və bəzi sahələrin bitki örtüyündən məhrum olmasına səbəb olur ki, 

nəticədə  eroziya  prosesi  geniş  inkişaf  edərək  torpaqların  deqradasiyasına  şərait 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə