Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

 

 

 



 

 

 



Kiçik Qafqazın şimal-şərq yamacı torpaqlarının faizlə göstəriciləri 

1- dağ-çəmən ; 2- qonur dağ-meşə ; 3- dağ-qara ; 4- qəhvəyi dağ-meşə ;                  5- 

bozqırlaşmış dağ-qəhvəyi ; 6- dağ-boz qəhvəyi ; 7- digər torpaqlar 

Dağəmən  torpaqları.  Dağ-çəmən  torpaqları  Kiçik  Qafqazın  yüksək  dağlıq 

zonasında  dəniz  səviyyəsindən  1800-3000  m  və  daha  çox  hündürlükdə  yerləşir.  Bu 

torpaqlar alp və subalp çəmənlərinin və çəmən-bozqırlarının torpaqlarına aiddir. 

Dağ-çəmən  torpaqları humusun  yüksək  miqdarı  (  10  %-dən  çox) və dərinliyə 

getdikcə  kəskin  şəkildə  azalması,  mübadilə  həcminin  45-60  m.ekv  və  turş 

reaksiyasının yüksək olması ilə səciyyələnir. 

Tədqiq  olunan  ərazi  üzrə  ümumi  sahəsi  98459,  43  ha,  yaxud  ümumi  sahənin 

22,71%-i  qədərdir.  Bu  torpaqların  dənli-müxtəlifotlu  bitkiliyi  qısa  vegetasiya  dövrü 

ə

rzində  güclü  kök  sistemi  inkişaf  etdirir  və  dağ-çəmən  torpaqlarının  üst  qatlarının 



səthi  yuyulmaya  qarşı  davamlılığını  təmin  edən  tünd  rəngli  sıx  çim  qatının 

yaranmasına səbəb olur. 

 Dağ-çəmən torpaqları bütövlükdə örtük qatı əmələ gətirmir, çox vaxt skeletlik 

və  profilin  primitivliyi  ilə  seçilir  ki,  bu  da  onların  bərk  ana  süxurlar  üzərində 

formalaşması  ilə  izah  edilir.  Bu  torpaqların  üst  qatları  daha  az  skeletlidir,  halbuki 

dərinə getdikcə skeletlik əhəmiyyətli dərəcədə artır, çınqıl və süxur qırıntılarına rast 

gəlinir.  Dağ-çəmən  torpaqları  yuxarı  qatlarında  kalsiumun  və  maqneziumun  biogen 

toplanması ilə də  səciyyələnir. [1] 

 Qeyd olunan torpaq tipində nisbətən aşağı temperaturlar (orta illik temperatur 

C



-  yə  yaxındır)  və  bolluca  atmosfer  yağıntıları  nəticəsində  bitki  örtüyünün  kök 

sisteminin  bol  kütləsi  çox  yavaş  çürüyür  və  yarıçürümüş  vəziyyətdə  toplanır.  Orta 




 

 

illik temperatur 4,2-5,1ºC arasında tərəddüd edir. Orta temperaturu mənfi (-5,1-8,9ºC) 



olan  aylar  dekabr-yanvar  və  fevral  aylarıdır.  Ən  isti  ayın  (iyul)  orta  temperaturu 

(10,9-11,2ºC).  10ºC-dən  yuxarı  illik  aktiv  temperaturların  cəmi  1280-1780ºC. 

Yağıntıların orta illik miqdarı 1200-1600 mm təşkil edir. Buxarlanma isə çoxzəifdir. 

Alp  qurşağında  bitkilər  başdan-başa  örtük  təşkil  etmir,  fraqmentlər  şəklində 

tez-tez  daşlı  sahələrlə  növbələşir.  Alp  və  subalp  çəmənlikləri  zonasının  daşlı-qayalı 

hissələrində  əsas  bitkilər  mamır  və  şibyələrdir.  Çim  əmələgətirən  bitkilərdən  cır 

yulaf, qumotu, şehduran, şirpəncəsi və s. qeyd etmək olar. 

Dağ-çəmən torpaqları yüksək məhsuldarlıqlı yay otlaqları, biçənəklər, qismən 

isə köküyumru bitkilər altında istifadə olunur. 

 

 Qonur dağ-meşə torpaqları. Qonur dağ-meşə torpaqları Kiçik Qafqazın 800-

2200  m  hündürlükdə  olan  rütubətli  hissələrini  tutur.  Azərbaycanda  qonur  dağ-meşə 

torpaqları S.A. Zaxarov, M.E. Salayev, H.Ə. Əliyev, E.F. Şərifov, Ş. . Mirzəyev və 

başqaları tərəfindən  öyrənilmişdir. 

Qonur  dağ-meşə  torpaqları  bütövlükdə  dağlıq  şəraitdə,  dağ  yamaclarında 

inkişaf  etmişdir.  Bu  torpaqların  torpaq  əmələgəlmə  prosesinə  və  torpaqların 

yayılmasına, onun müxtəlifliyinə ciddi təsir göstərən əsas səbəblər olaraq yamacların 

yüksəkliyi, meyilliyi, aşınma qabığının qalınlığı və s. göstərmək olar. 

Qonur  dağ-meşə  torpaqları  yekcins  profilə  malikdir;  onlar  üçün  humusun 

yüksək  (  5-  %)  miqdarı  yuxarıdan  aşağıya  doğru  azalır,  udulmuş  əsasların  cəmi 

yüksək ( 28-40 m.ekv / 100 qr torpaqda), torpaq reaksiyası turşdur ( pH 6,0-6,7). Bu 

torpaqlar  bəzən  səthdən  başlayaraq  skeletli  olur.  Qonur  dağ-meşə  torpaqlarına 

yuyulmuş dağ-meşə və meşə altından çıxmış qonur torpaqlar da aid edilir. 

Ə

razinin  relyefi  eroziya  təhlükəsi  olan  şiddətli  parçalanmış  orta  dağlıq 



xarakteri daşımaqla dağ çayları ilə güclü parçalanmışdır. 

Ə

sasən  bir  çox  hallarda  qalın  və  orta  qalınlıqlı  torpaqlar  şimala  baxarlı 



yamaclarda  inkişaf  etmişdir.  Qeyd  etmək  lazımdır  ki,  bu  torpaqlarda  meyillilik 

artdıqca torpaqların qalınlığı da artır. Orta qalınlıqlı torpaqlar ən çox cənuba baxarlı 




 

 

yamaclarda  üstünlük  təşkil  edir.  stər  şimala,  istərsə  də  cənuba  baxarlı  yamaclarda 



qalın profilli torpaqlara daha çox rast gəlinir. 

Qonur dağ-meşə torpaqlarının yayıldığı ərazilərin iqlim göstəricilərində fərqlər 

müşahidə  edilir.  Kiçik  Qafqazın  qonur  meşə  torpaqları  zonası  mülayim-soyuq  və 

mülayim-isti  iqlimlə  səciyyələnir.  Orta  illik  temperatur  6-80ºC,      illik  yağıntıların 

miqdarı 600-710 mm-dir. Burada yağıntıların rejimində kəskin mövsümi dəyişikliklər 

müşahidə  edilmir,  il  boyu  torpaqda  kifayət  qədər  faydalı  rütubət  mövcud  olur. 

Yağıntıların miqdarının nisbətən yüksək, buxarlanmanın isə az olması, ərazinin təbii 

parçalanması,  torpaq  və  qruntun  yüksək  çınqıllı              olması  və  s.  bu  torpaqların 

yuyucu su rejimi şəraitində inkişafına səbəb olmuşdur. 

Qeyd  olunduğu  kimi,  qonur  dağ-meşə  torpaqları  meşələrin  üst  rütubətli 

qurşağında  formalaşır.  Bu  qurşaqda  əsasən  şərq  fıstığı  yayılmışdır.  Ona  görə  bu 

qurşağa  fıstıq  meşə  qurşağı  da  deyilir.  G.A.Hacıyeva  Kiçik  Qafqazda  apardığı 

tədqiqatı  zamanı  qeyd  etmişdir  ki,  qonur  dağ-meşə  torpaqları  fıstıq,  vələs,  palıd  və 

başqa qarışıq meşələr altında əmələ gəlmişdir. Bu meşələr çox sıx və hündür ağaclı 

olur. 1400-1600 m yüksəklikdə fıstıq meşələri daha da sıxlaşır. Burada ot bitkilərinə 

təsadüf edilmir. 

Yüksəlik  artdıqca  meşələrin  tərkibində  vələs  ağaclarının  sayı  artır,  ancaq 

getdikcə  bu  tərkibə  fıstıq  ağacları  da  qarışır.  Meşəaltı  örtük  yemişan,  əzgil,  zoğal, 

alça kolluqlarından ibarətdir. 

M.E.  Salayev  qonur  dağ-meşə  torpaqları  üçün  podzollaşma  əlamətlərinin 

səciyyəvi  olmadığını  göstərir.  Qonur  dağ-meşə  torpaqlarının  genezisində  bitki 

qalıqlarının  tərkibində  kül  elementlərinin  yüksək  olması  ilə  yanaşı,  torpaq 

ə

mələgətirən süxurların xeyli çınqıllı olması da əhəmiyyətli rol oynayır. Bu amillərin 



təsiri  altında  torpağa  qələvi  və  qələvi-torpaq  elementləri  daxil  olur.  Bu  torpaqların 

yayıldığı  ərazilərin  təbii  parçalanması,  torpaqların  yaxşı  aqreqatlaşması  aerobioz 

şə

raitin yaranmasını qeyri-mümkün edir. 



 

Dağ-qara torpaqları. Respublikamızda dağ-qara torpaqları çox münbit olub, 

kənd  təsərrüfatının  inkişafındakı  torpaq  fondunun  əsas  tiplərindən  biri  kimi  böyük 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə