Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

 

 

ə



həmiyyətə  malikdir.  Bu  torpaqlar  Kiçik  Qafqazın  Murovdağ                                      və 

Qarabağmsilsiləsinin şimal yamaclarında, Gədəbəy rayonunda inkişaf etmişdir. 

Respublikamızda dağ- qara torpaqlarının tədqiqi ilə bağlı M.E. Salayev, G.A. 

Salamov, H.Ə. Əliyev, Q.Ş. Məmmədov və başqaları məşğul olmuşlar. 

Dağ-qara  torpaqları  meşənin  aşağı  sərhədlərində  meşə  torpaqlarının  ətrafında 

ayrı-ayrı  massivlər,  ləkələr  şəklində  yayılır  və  yayılmasında  müstəqil  zona  əmələ 

gətirmir.  Bu  torpaqlara  bəzən  ot  örtüyü  yaxşı  inkişaf  etmiş  seyrəkləşmiş  quru 

meşələrdə  və  meşəsizləşmiş  dərindən  bozqırlaşmış  meşə-bozqır  ərazilərində  rast 

gəlmək mümkündür. 

Respublikamızda  qara  torpaqların  yayıldığı  ərazilər  dağlıq  olduğu  üçün  iqlim 

göstəriciləri  qara  torpaqların  mərkəzi  fraksiyasından  fərqlənir.  Bu  torpaqların 

yayıldığı  dağ  və  çəmən  bozqırlarının  iqlimi  mülayim  isti  və  quru  qış  fəsli  ilə 

səciyyələnir. Qış fəsli quru keçir və uzun müddətli olmur. Bu torpaqlarda vegetasiya 

uzun müddətli davam edir. Yağıntıların əksəriyyəti yaz və yayın əvvəllərində düşür. 

Dağ-qaratorpaqların  ekoloji-coğrafi  şəraiti  bütövlükdə  torpaq  əmələgəlmənin 

xarakterinə,  üzvi  maddələrin  toplanmasına,  karbonatlı  profilin  əmələ  gəlməsinə  

böyük  təsir  göstərir.  Əsasən  uzun  müddətli  davam  edən  əlverişli  geotermik  şəraitin 

mövcud olması ilə əlaqədar olaraq ot bitkiləri sıx inkişaf edir, hər il böyük miqdarda 

bitki  töküntüləri,  bozqır  və  çəmən  bozqır  senozlarının  otkütlələri  toplanır.  Bu 

torpaqlarda  çürüntü  maddələrinin  çox  olması  da  bununla  əlaqədardır.  Dağ-qara 

torpaqları  üçün  mövsümi  yuyucu  su  rejimi  səciyyəvidir.  Su  rejiminin  bu  cür  tip 

şə

klində quruma və rütubətlənmə dövrlərinin təsiri altında profil boyu yuxarı qalxan , 



yaxud  aşağı  düşən  torpaq  rütubəti  axınları  maddələrin  profil  boyu  miqrasiyasına, 

qalın humus horizontunun və kif, yaxud yalançı göbələk telləri şəklində karbonatların 

yaranmasına səbəbolur. 

Bu  torpaqlar  Kiçik  Qafqazın  orta  və  alçaq  dağlıq  ərazilərində  mülayim 

bozqırların  ağotlu-topallı  müxtəlif  otlu  senozları  altında  formalaşmışdır.  Dağ-qara 

torpaqların  inkişafında  ot  bitkilərindən  ağot,  şırımlı-topal,  daşdayan,  ala  tonqalotu, 

incə  nazikbaldır  və  s.  kimi  bitkilər  üstünlük  təşkil  etmişlər.  Əsasən  çim  yaradan 

bitkilərdən  biri  topallı  otlar  olub  bozqırlar  əmələ  gətirirlər.  Daşdayan  ən  çox  meşə 




 

 

altından çıxmış sahələrdə yayılaraq, bərk və kələ-kötür çim qatı yaradır, dənəvər və 



dənəvər-topavari struktur əmələ gətirir.  

Çöl bitkiləri altında inkişaf edən dağ qaratorpaqlar humusun yüksək miqdarı ( 

6-7  %)  ilə  seçilir.Humus  qatının  qalınlığı  60-120  sm-dir.  Udulmuş  əsasların 

tərkibində  kalsium  (60-90%),  maqnezium  (5-40%)  və  natrium  üstünlük  təşkiledir. 

Humusun yüksək miqdarı ilə əlaqədar torpaqda azotun miqdarı da yüksəkdir. 

Hazırda  dağ  qaratorpaqları  taxılçılıq,  dəmyə  üzümçülükdə  və  tərəvəzçilikdə 

geniş istifadə olunur.  

Azərbaycanda  dağ-qara  torpaqlarının  formalaşması,  heç  də  bozqır  landşaftla 

ə

laqədar  olmayaraq,  ümumiyyətlə  meşə  landşaftının  tədricən  quraqlaşması 



nəticəsində  dəyişilməsi  ilə  bağlıdır.  Bu  onunla  əlaqədardır                                          ki, 

respublikamızın  iqlim  şəraitində,  dağ-qara  torpaqlarının  əmələ  gəlməsi  mümkün 

deyildir. Bu proses çoxəsrlik dövrün nəticəsində əmələ gəlmişdir. 

 

Qəhvəyi dağ-meşə torpaqları. Qəhvəyi dağ-meşə torpaqları landşaft etibarilə 

ə

sasən kserofil  meşə qurşaqlarına aiddir. Bu torpaqlar Kiçik Qafqazın orta və alçaq 



dağlıq qurşaqlarında xeyli ərazini əhatə edir. 

Respublikamızda  qəhvəyi  dağ-meşə  torpaqları  E.M.Salayev,  B.P.Valabuyev, 

Ş

.G.Həsənov,  H.Ə.Əliyev,  Ş.G.Həsənov,  E.F.Şərifov  və  başqaları  tərəfindən  ətraflı 



öyrənilmişdir. 

.P.  Gerasimov  qəhvəyi  dağ-meşə  torpaqlarının  xüsusi  genetik  torpaq  tipi 

olduğunu, seyrək və quraq meşələr altında əmələ gəldiyini izah etmişdir.  

Qəhvəyi  dağ-meşə  torpaqlarının  inkişaf  etdiyi  kserofil  meşə  və  kolluqların 

iqlimi  Arazlıq  dənizi  iqliminə  xeyli  yaxındır.  Bu  ərazilər  üçün  isti  quraq  yay,  uzun 

müddət davam edən isti payız və mülayim qış səciyyəvidir. Yağıntılara əsasən yaz və 

payız mövsümlərində təsadüf edilir. [1] 

Müəyyən edilimişdir ki, bu torpaqlar meşaltının və kserofil ot örtüyünün yaxşı 

inkişaf etdiyi, daha quru variantları püstə-ardıc formasiyalarından ibarət arid seyrək 

meşələr, həmçinin kol qrupları  altında formalaşırlar.  Meşə  örtüyünün seyrəkləşməsi 




 

 

və ot bitkilərinin yaxşı inkişafı torpaqda böyük miqdarda kök kütləsinin və humusun 



( 6 % və daha çox) toplanmasına səbəb olmuşdur. 

 

Təsvir  edilən  torpaqların  yayıldığı  ərazilərdə  əhəngdaşları,  əhəngdaşlı 



qumlucalar,  karbonatlı  gilli  şistlər,  yaxud  həmin  süxurların  karbonatlı  gillicələrdən 

ibarət olan aşınma məhsulları əsas torpaq əmələgətirən süxurlar rolunu oynayır. 



 

Dağ-boz-qəhvəyi  torpaqlar.  Dağ-boz-qəhvəyi  torpaqlar  Azərbaycanda  quru 

subtropik  bozqırlar  zonasının  alçaq  dağlıq  və  dağətəyi  qurşağında  500-800  m-dək 

hündürlüklərdə  daha  çox  yayılmışdır.  Kiçik  Qafqazın  dağlıq  vilayətlərində  quru 

bozqırlar  zonası,  kifayət  qədər  geniş  ərazilərdə  təmsil  olunmuşdur  və  ən  çox  şərq 

hissəsində  geniş  yayılmışdır.  Relyef  şəraitindən,  iqlimdən,  müxtəlif  təbii  və 

antropogen  amillərin  təsirindən  bu  torpaqlar  bəzi  hallarda  meşə  torpaqlarının  alt 

hissəsi ilə də sərhədlənir. 

Tədqiq etdiyimiz ərazida dağ-boz-qəhvəyi torpaqlar Tovuz, Göygöl və Şəmkir 

rayonları  ərazisində  yayılmışdır.  Bu  torpaqların  yayıldığı  quru  bozqırlar  zonasının 

iqlimi nisbətən mülayim qışı və isti yayı ilə səciyyələnir. 

Dağ-boz-qəhvəyi  torpaqlarının  öyrənilməsi  ilə  bağlı  bir  çox  tədqiqatçılar 

müəyyən işlər aparmışlar. Respublikamızda quru subtropik bozqır zonasında yayılmış 

torpaqlar  S.A.Zaxarov,  V.V.Akimtsev,  .Z. mşenetski,  V.R.Volobuyev,  H.Ə.Əliyev, 

Q.Ş.Məmmədov  və  başqaları  tərəfindən  “şabalıdı”  və  “qonur”  torpaqlar  adı  altında 

öyrənilib təsvir edilmişdir. 

Boz-qəhvəyi  (şabalıdı)  torpaqların  yayıldığı  zonada  əhəngdaşları,  qumlucalar 

və  onların  yumşaq  aşınma  məhsulları  əsas  torpaq  əmələgətirən  süxurlar  rolunu 

oynayır.  Gəncə-Qazax  massivində  və  Arazboyu  zonada  “gəcli”  süxurlar  da  torpaq 

ə

mələgətirən süxurlar kimi əhəmiyyətli rol oynayır.    



 

 

 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə