Sənaye
Nə
qliyyat
Kə
nd tə
sə
rrüfatı
Yaş
ayış
yeri
Radioaktiv
Tullantılar
Neft məhsullarının
Qalıqları
Mineral gübrələr
Məişət tullantıları
Çirkab
Suları
Daşınma nəticəsində
maddələrin itkisi
Pestisidlər
Ekzogen kimyəvi
maddələr
Bərk sənaye
Tullantıları
-
Heyvandarlıqda ifrazat
məhsulları
Bərk tullantılar
Xüsusilə sənaye, kommunal-məişət obyektlərində, yaşayış ərazilərində və kənd
təssərrüfatı məqsədilə istifadə olunan torpaqlarda ağır metallarla çirklənmə geniş
miqyas alır. stehsalatın müxtəlif sahələri çirkləndirici maddələrin xüsusi və səciyyəvi
xüsusiyyətləri baxımından ətraf mühitə olan təsirinin intensivliyinə və xarakterinə
görə fərqlənirlər.
Tədqiqat apardığımız ərazidə istehsalat sahəsində toksiki elementlərin
yayılması ilk növbədə dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə əlaqədardır.
Metallurgiya sənayesi əlvan və qara metallurgiyanı özündə birləşdirərək, çıxarılan
filizlərin təmizlənməsindən metal alınana qədər gedən prosesləri özündə birləşdirir.
Qara metallurgiyaya dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın
ə
ridilməsi, prokat və ferroərintilərin istehsalı daxildir. Azərbaycanın ən iri qara
metallurgiya mərkəzlərindən biri olan Daşkəsən ən iri dağ-mədən sənayesi
mərkəzidir. Burada fəaliyyət göstərən dağ-mədən sənayesi faydalı qazıntıların
çıxarılmasını və emalını həyata keçirən mürəkkəb kompleksdir. Daşkəsəndəki dəmir
filizi yatağı yaxınlığında filiz saflaşdırma kombinatı fəaliyyət göstərir. Bu
kombinatdakı filiz Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna göndərilir.
Bu onunla əlaqədardır ki, Azərbaycanda dəmir filizinin əridilməsi üçün kokslaşan daş
kömür yoxdur. Toksiki tullantıların əmələ gəlməsində əlvan metallurgiya birinci
yerdə, qara metallurgiya ikinci yerdədir.
Qara metallurgiya zavodlarının tullantıları yüksək temperaturda (300°C-400°C,
bəzən də 800°C) olduğuna görə istilik daşıyıcıları kimi də təhlükəlidir. Bu
tullantılaristi olduğundan troposferin yuxarı qatlarına qədər qalxa bilir ki, bu da külək
vasitəsilə onların miqrasiyasını sürətləndirir.
Metallurgiyada əsas təhlükə mənbəyi zəhərləyici xassəyə malik olan ağır
metalların - mis, civə, qurğuşun, kadmium, sink və onların birləşmələrinin tullantı
kimi əmələ gəlməsidir. Sənayedə istifadə olunan metalların dahasonradan yararsız
hala gələrək torpağa daxil olması böyük təhlükə riski yaradır.Ağır metalların yol
verilən həddən artıq konsentrasiyasının artması nəticəsində canlıların sağlamlığı
mənfi təsirlərə məruz qalır.
Kompleks filiz yataqlarından çıxarılan bəzi metalların emal edilməsi çox
böyük çətinliklər yaratdığından, zənginləşdirmə texnologiyasının aşağı olması
səbəbindən tullantıya göndərilən son materialda itkilərin miqdarı yüksək olurdu və
sonda ümumi yataq üzrə itkilər yüksək həddə çatırdı. Daşkəsən filiz yatağından
çıxarılan yüksək tərkibə malik dəmir filizinin emal olunduqdan sonra atılan
tullantısının tərkibi belə, zəngin olaraq qalırdı. Belə ki, tullantı hesab edilən bu
məhsulda böyük miqdarda filiz atılırdı ki, inkişaf etmiş ölkələrdə yataqlardan
çıxarılan filizin miqdarı bəzən bu tullantıların tərkibindən aşağı olurdu.
Aşağıdakı cədvəldə əlvan metallurgiya sənayesində tullantıların miqdarı kq/t
metal nisbətində göstərilmişdir.
Cədvəl 4
Element
Mis-Nikel
Sink-Kadmium
Qurğ
uş
un
Civə
Arsen
3
0,591
0,363
0,015
Kadmium 0,2
0,5
0,005
0,002
Mis
2,5
0,14
0,0072
0,04
Civə
-
0,042
0,002
4,8
Nikel
9,0
-
0,085
0,003
Qurğuşun 3,09
2,54
6,36
-
Sink
0,845
15,72
0,11
0,35
Beləliklə, əlvan metalların istehsalı zamanı ətraf mühitə bir çox elementlər-Se,
As, Sb, Cu, Ag, Sr, Zn, Cd, Hg, Al, Sn, Pb, Bi, Mo, Mo, Ni toz halında yayılırlar. Bu
tullantıları əksər hallarda həmin sahələrdə basdırırlar. Tullantıların miqdarı on min
tonlarla ölçülür.
Tullantıların intensivliyi ətraf mühitdə, xüsusilə torpağın ekoloji mühitinin
sabitliyini pozaraq bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Tullantılarda ağır
elementlər üzərində aparılan labarator təcrübələri göstərmişdir ki , ağır metalın
növündən asılı olaraq torpaqda miqdarının 5-20 dəfə artıq olduğu təyin olunmuşdur.
Dağ-mədən tullantıları və ona yaxın ərazilərdən götürülmüş torpaq
nümünələrinin analizi göstərir ki, torpağın tərkibində mikroelementlərin və ağır
metalların miqdarı təbii landşaftlara nisbətən xeyli yüksəkdir. Tullantı süxurlarının
səth suları ilə yuyulması, habelə filtrasiya nəticəsində aktiv kimyəvi elementlər
miqrasiya edərək torpağa çökür və onu çirkləndirir.
Cədvəldə göstərildiyi kimi,kimyəvi elementlərin tullantılarda miqdarı
litosferdə olan tullantıların miqdarından 100-1000 dəfə çoxdur.
Tullantılarda ağır metalların konsentrasiya əmsalı
Cədvəl 5
Elementlər
Qalvanik elementlərin
çöküntüləri
Metal tozları
Cu
340
31
Zn
217
5
Mo
9
669
Ag
1000
29
Cd
85700
-
Sn
3200
4
W
-
3322
Pb
374
2
Bi
3300
-