ikinci böyük çirklənmə mənbəyi kommunal məişət tullantıları sayılır. Böyük
şə
hərlərdə il ərzində adambaşına 0.3 ton məişət tullantıları və 0.3 ton kanalizasiya
çöküntüsü düşür. Kommunal-məişət tullantılarına şəhərtəmizləmə qurğularının
çöküntüləri də aiddir. Tullantılar çox vaxt yerində, yaxud şəhər ətrafına
daşınaraq yandırılır. Həmin tullantıların tərkibində (yanandan sonra) ağır
metalların konsentrasiyası sənaye tullantılarından geri qalmır. Yanmış tullantılarda
qurğuşunun,
sürmənin,
kadmiumun,
bismutun,
gümüşün
konsentrasiyası
litosferdə olandan 100 dəfələrlə, toz isə 1000 dəfələrlə çoxdur.
Dağ-çəmən landşaftı daxilində əmələ gələn texnogen dəyişmələr və pozuntular
təbii fon landşaftını kəskin dəyişdirmiş, onun rekreasiya potensialını tam
zəiflətmişdir.
Daşkəsən və Zəylikdə açıq üsulla hasilatın davam etdirilməsi gələcəkdə burada
ekoloji gərgin ocaqların artmasına, texnogen sürüşmələrin fəallaşmasına, məhsuldar
torpaqların sıradan çıxmasına səbəb olacaqdır. Ərazinin mühüm rekreasiya rayonu
olduğunu nəzərə alaraq dəmir filizi və alunit hasilatının şaxta üsulu ilə aparılması və
yararsız vəziyyətə salınmış torpaqların rekultivasiyası vacibdir.
Tədqiq etdiyimiz ərazidə, xüsusilə Daşkəsən, Gədəbəy zəngin filiz
ehtiyatlarına malik olduğundan, filizlərin hasilatı, işlənməsi zamanı, eyni zamanda
torpaqla təmasda olarkən təbii halda da torpaqların ağır metallarla çirklənməsinə
səbəb olur. Ağır metallarla çirklənmənin ilkin qaynağı filiz ehtiyatlarının kütləv
istismarı olmuşdur ki, bunun da tarixi bir neçə əsr əvvələ təsadüf edir. Belə ki, XIV-
XV əsrlərdə yunanlar uzun məsafə qət edərək, Böyük Qafqaz dağlarının cənub
yamacında, Kiçik Qafqazın şimal-şərq hissəsində mis, dəmir və s. əritmək məqsədilə
sobalar quraşdırmışlar. XVIII əsrin sonunda Rusiyadan gələn məmurlar,
təbiətşünaslar: Musin-Puşkin, Eyxvald və başqaları Daşkəsəndə dəmir, Zəylikdə
alunit filizlərinin olması barədə məlumatlar verirlər. XIX əsrin ortalarından
başlayaraq H. V. Abix, F. Frex, Q. Arthaber və başqaları tərəfindən Respublikanın
ayrı-ayrı mahallarının geoloji xəritələri tərtib olunur. XX əsrin əvvəllərindən
başlayaraq Azərbaycanın faydalı qazıntı yataqlarının öyrənilməsində canlanma hiss
olunur. Bu dövrdə əsasən Rusiyadan gələn geoloqlar fəaliyyət göstərirlər. Xüsusilə
Kiçik Qafqazda aparılan tədqiqatların intensivliyi Belə ki, geoloqlardan Ş. Ə.
Ə
zizbəyov, M. S. Qaşqay, S. M. Süleymanov, A. N. Solovkin, . A. Şirvanzadə, N.
M. Səlimxanov, M. A. Mustafabəyli, H. . Kərimov, . N. Sitkovski və başqalarının
apardıqları tədqiqatlar nəticəsində Respublikamızda əlvan, qara metal yataqları aşkar
olunmuşdur. Bunlardan Daşkəsəndə dəmir, xromit, Gədəbəydə mis, Çovdarda qızıl
və başqa yataqları göstərmək olar.
Nəinki tədqiq etdiyimiz ərazidə, eyni zamanda Respublikamızda Azərbaycanda
ə
n iri faydalı qazıntı obyektlərindən biri olan və istismar edilən yeganə alunit yatağı –
Zəylik Daşkəsən rayonunda yerləşir. Alunitdən alüminium oksidi almaq üçün
Leninqradın (hazırkı SanktPeterburqun) keçmiş Ümumittifaq alüminium-maqnezium
institutunda alunit filizlərin kompleks emalı üçün texnoloji sxemişlənib-hazırlanmış,
Kirovabad (hazırkı Gəncə) və Sumqayıt alüminium zavodları tikilmişdir. [9]
Daşkəsən yatağının dəmir filizi cisimləri 50 ilə yaxındır ki, istismar olunur və
qalıq ehtiyatlar təxminən 90 ilə çatır.
Kiçik Qafqazın Azərbaycan hissəsinin metallogenik əyalətlərində əlvan
metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri
geniş yayılmış və əsasən Gədəbəy, Daşkəsən ərazisində cəmlənmişdir.
Tədqiq etdiyimiz ərazidə müxtəlif filiz faydalı qazıntılar (dəmir, alüminium,
xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s. ) əsasən
dağlıq hissələrdə müxtəlif tip yataqlar əmələ gətirirlər.
Azərbaycan Respublikasında yerləşən və ehtiyatları təsdiq olunmuş bütün də-
mir filizi yataqları Daşkəsən filiz rayonu hüdudlarında təmərküzləşmişdir. Bunlar
Daşkəsən, Cənubi Daşkəsən və Dəmir (kobaltlı maqnetit) yataqlarıdır. Bu yataqların
işlənməsi əsasında yaradılan Daşkəsən Filizsaflaşdırma kombinatının məhsulu (dəmir
konsentratı) Gürcüstanın Rustavi metallurgiya kombinatının tələbatını tam ödəyirdi.
Daşkəsən Filizsaflaşdırma Açıq Səhmdar Cəmiyyəti Cənub Daşkəsən yatağının şərq
sahəsindən dəmir filizi çıxarılır. Çıxarılan dəmir filizləri isə yük avtomobilləri ilə
saflaşıdırma fabrikinə daşınır. Gün ərzində buradan 4-5 min ton dəmir filizi çıxarılır.
Burada gün ərzində 26 ədəd ağırtonnajlı texnika çalışır. Çıxarılan filizin tərkibinin
orta hesabla 40%-i dəmirdir.
Ümumi mədənlərdə dövlət tərəfindən təsdiq olunan 270 milyon ton dəmir filizi
ehtiyatı var. Dəmir Filizsaflaşdırma Fabrikinə gətirildikdən sonra burada xammal
bunkerlərə tökülür. Fabrikdə 1 ton filizdən 500 kq-a yaxın hazır məhsul alınır.
Hazırda kombinatın illik istehsal gücü 350 min tondur.
Kompleks filiz yataqlarından çıxarılan bəzi metalların emal edilməsi çox
böyük çətinliklər yaratdığından, zənginləşdirmə texnologiyasının aşağı olması
səbəbindən tullantıya göndərilən son materialda itkilərin miqdarı yüksək olurdu və
sonda ümumi yataq üzrə itkilər yüksək həddə çatırdı. Daşkəsən filiz yatağından
çıxarılan yüksək tərkibə malik dəmir filizinin emal olunduqdan sonra atılan
tullantısının tərkibi belə, zəngin olaraq qalırdı. Belə ki, tullantı hesab edilən bu
məhsulda böyük miqdarda filiz atılırdı ki, inkişaf etmiş ölkələrdə yataqlardan
çıxarılan filizin miqdarı bəzən bu tullantıların tərkibindən aşağı olurdu. Ona görə
istər iqtisadi səmərəlilik baxımından istərsə də ətraf mühitə dəyə biləcək ziyanın
aradan qaldırılması baxımından sənaye tullantıları üzərində nəzarətin düzgün
təşkilinə riayət etmək lazımdır. Bununla əlaqədar, yeni yataqların işlənilməsi və
çıxarılan xammalın emalı məsələləri vahid bir mərkəzdən idarə olunmalı,
mərkəzləşdirilmiş qaydada həyata keçirilməklə, yeni texnika və texnologiyaların
mütərəqqi üsullarının vaxtında və ümumilikdə tətbiqinin yerinə yetirilməsi prosesini
sadələşdirməlidir. Yataqlar ayrı-ayrı özəl təşkilatlar tərəfindən istismar edilsə də, bu
ehtiyatların ümumi idarəetməsinin konkret dövlət qurumunda birləşdirilməsi və
koordinasiyanın vahid rəhbərlik əsasında həyata keçirilməsi məqsədəuyğun olardı.
Daşkəsən dağ-mədən kombinatının tullantılarından tikintidə,xüsusən yol
çəkilişində döşəmə materialı kimi istifadə edilməsinin həm istehsalatın səmərəsinin
yüksəldilməsi,həm də ətraf mühitin qorunması baxımından əhəmiyyəti
böyükdür.Dəmir filizinin saflaşdırılması prosesində eyni vaxtda onun tərkibində olan
Dostları ilə paylaş: |