Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   2   3   4   5   6   7   8   9   ...   31
    Bu səhifədəki naviqasiya:
  • Birba

14 
 
Jamaika və Venesuelada mədənçilik və neft axtarma fəaliyyətləri sürdürməsi şaquli 
bütünləşməyə  bir  misaldır.  Çünki  buralardan  əldə  edilən  xam  maddə    son  mal 
olaraq  qlobal  bazara  dağıdılacaqdır.  Digər  tərəfdən,  qlobal  şirkətin,  öz  ölkəsində 
istehsal  etdiyi  mal  və  xidmətlərin  eynisini  istehsal  etmək  üçün,  xarici  bir  ölkəyə 
investisiya qoymasına üfüqi bütünləşmə deyilməkdədir. Üfüqi bütünləşməyə gedən 
bir şirkət, sahib olduğu bənzərsiz istehsal texnologiyasını və idarəetmə bacarığını 
başqa şirkətlərlə paylaşmadan, xarici bazarlara açılmaq niyyətindədir. Məsələn, bir 
computer  şirkəti  digər  şirkətlərlə  paylaşmaq  istəmədiyi  bir  computer 
texnologiyasını  istehsal  etdiyində,  xaricdəki  tələbdən  maksimum  faydalanmaq 
üçün, ixrac etmək yerinə, üfüqi bütünləşməyə gedə bilər. 
Monopoliya  Avantajı  Nəzəriyyəsinin  üç  fərqli  versiyası  mövcuddur. 
Bunlardan  Üstün  Bilgi  və  Mal  Yaşam  Dönəmləri  (dövrələri)  Nəzəriyyələri  üfüqi 
bütünləşmə; üçüncü versiya olan Oliqopolistik Reaksiya isə, şaquli bütünləşmə ilə 
açıqlanmaqdadır.  Üstün  Bilgi  qlobal  şirkətlərə  fəaliyyət  göstərdiyi  ölkələrdə 
rəqabət  gücü  təmin  edən  texnologiya,  idarəetmə  (menecment),  orqanizasiya  və 
marketinq  texnikləri  kimi  bilgiləri  əhatə  edir.  Bu  kimi  bilgiyə  dayalı  varlıqların 
marjinal  maliyyəti,  qazanclarına  nisbətlə  sıfır  və  ya  sıfıra  yaxın  olduğu  üçün  bir 
növ ictimai mal sayılırlar. 
 Bilgini  birdən  çox  ölkədə  eyni  anda  istifadə  etmək  mümkün  olduğundan, 
qlobal şirkətlərin bilgi təklifi olduqca əsnəkdir və bəzi durumlarda sonsuzdur. 
Buna qarşılıq, lokal firmalar bənzər varlıqları əldə etmək üçün böyük investisiyalar 
gerçəkləşdirmək  məcburiyyətindədirlər.  Üstün  bilgiyə  sahib  olmaq,  qlobal 
ş
irkətlərə,  rəqiblərininkilərdən  fərqliləşdirilmiş  mal  və  xidmətlər  istehsal  etmə 
imkanı verir. 
Bu şəkildə şirkət, qiymətlər və satışlar üzərində bir dərəcə kontrol əldə edər 
və əlindəki bilgidən iqtisadi renta təmin etmə şansını qazanır. Bu nəzəriyyəyə görə, 
üfüqi birbaşa investisiyalar böyük ölçüdə bilgi
‐tutumlu sektorlarda görülə bilər. 
ABŞ  iqtisadiyyatına  baxıldığında  bunun  doğru  olduğu  açıqca    Məsələn,  yeni  bir 
kompüter  proqram  təminatının  (software)  inkişaf  etdirilməsinin  ilkin  maliyyəti 


15 
 
milyonlarla  dollar  həcmində  R&D  xərcini  lüzumlu  qıla  bilər.  Fəqət  bunların 
çoxaldılmasının nüsxə çıxarma maliyyəti (marjinal maliyyət) sıfıra yaxındır. 
 
Birbaşa xarici investisiyalar  üzrə işlənmiş  nəzəriyyələrin  icmalı
  (cədvəl ) 
göstərir ki, iki əsas yanaşmadan istifadə edilmişdir [2]: 
•  transmilli  şirkətlərin  digər  firmala  qarşısında  rəqabət  üstünlüklərini  təmin 
edən  xarakteristikaları  müəyyən  edən  və  birbaşa  xarici  investisiyaların  nə 
üçün həyata keçirildiyi sualına cavab verən  nəzəriyyələr; 
•  kapitalın beynəlxalq axın istiqamətlərini izah edən nəzəriyyəsi. 
Cədvəl . 
Beynəlxalq investisiya münasibətlərinin ümümnəzəri əsasları 
Müəllif 
BX -nin əsas stimulları  Nəzəri nəticələr 
Müasir tətbiq sahəsi 
Makroiqtisadi yana
şma
 
R.Aliber 
Kapital və valyuta 
bazarlarının qeyri-
təkmil olması 
Sabit valyutaya malik 
ölkələrdə firmalar 
daha yüksək 
kapitallaşmaya 
malikdirlər və bunun 
da hesabına zəif 
valyutaya malik 
ölkələrə BX  risqi 
kompensasiya edilir 
Sənayecə inkişaf etmiş 
ölkələrdən inkişaf 
etməkdə olan ölkələrə 
BX  axınları və 
onların valyuta 
məzənnələrinin 
dinamikasından asılı 
olaraq dəyişməsi 
K.Kodzima 
Müəyyən resurslara 
malik olmadan irəli 
gələn müqayisəli 
üstünlüklər və 
firmaların fəaliyyət 
göstərdikləri bazar 
strukturunun 
xüsusiyyətləri 
BX  ticarətə əlavədir 
və müqayisəli 
üstünlükləri 
gücləndirir. BX  
ticarətə yönələn 
(Yaponiya) və 
yönəlməyən (ABŞ) 
hissələrə bölünür 
Yaponiya BX -nin 
xüsusiyyətləri 
T.Ozava 
Yaponiya 
iqtisadiyyatının 
spesifikası: xarici 
bazarlardan güclü 
asılılıq, milli istehsal 
amillərinin 
qiymətlərinin artımı, 
ölkənin əmtəələrinə 
qarşı güclənən 
proteksionizm və s. 
BX  sadalanan 
faktorların mənfi 
təsirlərini aradan 
qaldırmağa imkan 
verir 
Yaponiya BX -nin 
xüsusiyyətləri 
R.Mandell 
Gömrük tariflərinin 
Kapitalın hərəkəti 
dxaləvəzetməsinə 


16 
 
səviyyəsi 
idxalın 
ə
vəzedilməsinə 
yönəlib 
yönəlmiş BX  
Mikroiqtisadi yana
şma
 
T.Horst 
Mənfəətin və ixracın 
maksimallaşdırılması 
Bu iki məqsədin əldə 
edilməsi eyni bir 
strategiyanın, yəni 
BX -nin həyata 
keçirilməsini tələb 
edir 
Tələb üzrə qiymətlərin 
elastikliyi nəzərə 
alındığı hallarda 
S.Haymer 
Portfel investisiyaları 
üçün – faiz dərəcələri; 
birbaşa investisiyalar 
üçün – investisiya 
qoyan firmalar üçün 
differensiaıllaşmış 
məhsullar, masştab 
ə
sasında qənaət, ticarət 
markası, patent edilmiş 
texnologiya, yüksək 
menecment səviyyəsi 
formalarında spesifik 
üstünlüklər 
Birbaşa investisiyalar 
və beynəlxalq ticarət 
bir-birlərini qarşılıqlı 
tamamlayan 
strategiyalardır ki, 
onlar da investorlara 
yerli firmalar 
tərəfindən rəqabətə 
maneə yaratmağa 
imkan verir 
Firmaların portfel 
investisiyaları; 
differensiallaşmış və 
ş
aquli surətdə inteqrə 
olunmuş istehsala 
malik firmalar üçün 
BX  
R.Vernon 
L.Uells 
Məhsulun həyat dövrü 
nəzəriyyəsi: ticarət və 
investisiyalar xarici 
bazarlardan istifadə 
edilmənin vahid 
prosesinin 
elementləridir (bu 
prosesin zamana görə 
dəyişməsini nəzərə 
almaqla)  
BX  istehsalı idxal 
ölkələrinə köçürməyə 
imkan verir ki, bu 
zaman da masştab 
ə
sasında qənaət 
məhsulla nəinki yerli 
bazarı təmin etməyə 
imkan verir, həm də 
məhsulu üçüncü 
ölkələrə ixrac etnməyə 
şə
rait yaradır 
Yaponiya və Qərbi 
Avropa BX -nin 
inkişaf etməkdə olan 
ölkələrə axını 
S.Hirş 
Firmaların spesifik 
üstünlükləri (texnoloji 
və idarəetmə nou-
hauları, məhsulun 
differensiallaşdırılması 
imkanları və s.) və 
informasiyanın əldə 
edilməsinə, sazişlərin 
həyata keçirilməsinə, 
xaricdə 
kommunikasiyanın 
təşkil edilməsinə 
çəkilən xərclər 
Firma BX  
strategiyasını seçir: 
spesifik nou-hauya və 
öz ölkəsində və xaric 
ölkədə çəkdiyi satış 
xərclərində böyük 
fərqə malikdirsə; 
aşağı istehsal 
xərclərinə mailk olan 
ölkələrə 
Nou-hauya malik olan 
firmaların BX -si; 
aşağı istehsal 
xərclərinə malik 
ölkələrə BX  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə