Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   2   3   4   5   6   7   8   9   ...   31

17 
 
D.Penrouz 
O.Uilyamson 
K.Errou və b. 
Bazarın iqtisadi institut 
kimi müstəqil alıcılar 
və satıcılar arasında 
aktivlərlə, əmtəələrlə 
və informasiya ilə 
mübadiləni səmərəli 
həyata keçirmək 
qabiliyyətində 
olmamasını aradan 
qaldırmağa cəhd 
Firmanını danışıqlara 
və sazişlərin həyata 
keçirilməsinə, 
mülkiyyət 
hüquqlarının 
qorunmasına çəkdiyi 
xərclər nə qədər 
yüksəkdirsə, alıcının 
məlumatlı olmaması 
səbəbindən əmtəəyə 
görə maksimal 
qiymətin alınması 
qeyri-mümkündürsə 
və s., onda firma BX -
nin həyata 
keçirilməsində bir o 
qədər aktiv olur 
Firmaların bazarın 
qeyri-təkmilliyinin 
aradan qaldırılmasına 
çəkdikləri xərclərin 
yüksək olması 
hallarında 
C.Danninq 
Firma BX -ni üç şərtin 
olması halında həyata 
keçirir: 
göprünməyən aktivlərə 
sahib olmadan irəli 
gələn üstünlüklərə 
malikdir; 
onun üçün aktivlərdən 
özünün istifadə etməsi 
daha faydalıdır; 
birinci iki səbəbin 
mövcud olması halında 
firma üçün xaricdə hər 
hansı bir istehsal 
amilindən istifadə 
etməklə üstünlükləri 
reallaşdırmaq 
faydalıdır 
Ancaq birinci 
üstünlüyə malik firma 
patent və lisenziyalar 
satır; birinci və ikinci 
və ya hər üç üstünlüyə 
malik firmalar BX  
həyata keçirirlər 
Qeyd olunan şərtlərə 
malik firmaların BX -
si 
 
Halil  Seyidoğlu  Uluslararası  ktisat:  Teori  Politika  ve  Uygulama,  ,  stanbul,  Güzem  Can 
Yayınları, 2010. 
 
Texnoloji
‐tutumlu  sektorlar  (industrial  kimyəvilər,  neft  emalı,  əczaçılıq, 
ofis  makinaları,  nəqliyyat)  və  yüksək  səviyyədə  marketinq  bacarığı  tələb  edən 
sektorlar  (kosmetik,  spirtsiz  içkilər)  ABŞ  tərəfindən  qoyulan  birbaşa 
investisiyaların  böyük  bir  qismini  təşkil  etməkdədir.  Digər  tərəfdən,  çox  sayda 


18 
 
böyük  şirkəti  əhatə  etməsinə  rəğmən,  bilgi
‐tutumlu 
olmayan  trikotaj  və 
dəmir
‐polad sektorlarında üfüqi birbaşa investisiya görülməməkdədir. 
Mal Yaşam Dönəmləri Nəzəriyyəsi 1966
‐cı ildə (Product Cycles Theory
R.  Vernon  tərəfindən  Monopoliya  Avantajı  Nəzəriyyəsinə  zaman  müstəvisi  də 
ə
lavə  edilərək  dinamik  hala  gətirilmişdir.  Nəzəriyyəyə  görə,  bir  mal,  ilk  icad 
mərhələsi ilə kütləvi istehsal mərhələsi arasında yenilik, yetkinlik və standartlaşma 
olmaq üzrə, üç yaşam dövrəsi keçirir. 1960
‐cı  illərin  ortalarında  ABŞ‐da  adam 
başına düşən milli gəlir digər inkişaf etmiş ölkələrdən çox daha yüksək idi (Qərbi 
Avropadakının təqribən iki qatı idi). Bundan dolayı, malı ərsəyə gətirən və inkişaf 
etdirən şirkət, ilk olaraq Amerikan bazarını hədəf alacaq, maliyyətlər digər ölkələrə 
görə yüksək olsa da, istehsal ABŞ
‐da reallaşdırılacaqdır.46 Yenilik mərhələsində 
mal keyfiyyət tərkibi yönündən hələlik tam olaraq standartlaşmamışdır. 
stehsal texnologiyasının yalnız icad edən firmanın əlində mövcud olduğu bu 
dövrədə,  istehsal  daha  çox  daxili  bazara  yönəlikdir.  Yetkinlik  mərhələsində 
firmaya aid texnologiyanı başqa firmalar da əldə etməyə başlar. Bazarda istehsalçı 
sayının artması ilə, icadçı firmanın monopolistik mənfəəti azalır. 
Bu dönəmdə ölkə sözü gedən malı daha çox ixrac etməyə başlamışdır. Malın 
və istehsal texnologiyasının standart hala gəldiyi son mərhələdə, istehsalçılar arası 
rəqabət və xaricdə texnologiya lisenziyası vermək daha rentabelli görünməyə 
başlar.    Aşağı  maliyyətli  qaynaqların  da  önəm  qazanması  inkişaf  etmiş  ölkə 
investisiyalarını  bol  və  ucuz  iş  gücünün  mövcud  olduğu  inkişaf  etməkdə  olan 
ölkələrə yönəltməkdədir. Digər bir deyişlə, bu cür malların ticarəti ilk mərhələdə 
texnolojik  monopoliya  faktoruyla,  son  mərhələdə  isə,  Faktor  Təchizi  Nəzəriyyəsi 
ilə açıqlana bilər. 
Oliqopolistik  Reaksiya  Nəzəriyyəsi,  oliqopol  quruluşlu  bir  bazarda  çox  az 
firma  fəaliyyət  göstərdiyindən,  bazardakı  hər  hansı  bir  firmanın  istehsal,  qiymət, 
satış və mənfəətlə bağlı qərarlarının digər firmaları da yaxından maraqlandırdığını 
vurğulamaqdadır. 


19 
 
Nəzəriyyəyə görə, bir firma maliyyətlərini aşağı salmaq üçün ölkə xaricində 
investisiya  qoymağa  başladığı  zaman,  digər  firmalar  da  bu  duruma  laqeyd 
qalmayacaq  və  lider  firmanı  izləyəcəklərdir.  Qısacası,  oliqopolistik  bazar 
quruluşunun  təməl  xüsusiyyətini  şirkətlər  arası  qarşılıqlı  asılılıq  təşkil 
etməkdədir.49 Knickerbocker çalışmalarında, ABŞ
‐dakı qlobal şirkətlərin sənaye 
sektorundakı  birbaşa  investisiyalarını  incələmiş  və  bu  şirkətlərin  oliqopolistik  bir 
quruluşa  sahib  bazarda  fəaliyyət  göstərdikləri  nəticəsinə  varmışdır.  187  böyük 
ş
irkəti  əhatə  edən  bu  araşdırmada,  1948  ilə  1967
‐ci  illər  arasında,  hər  hansı  bir 
sektorda  gerçəkləşdirilən  birbaşa  investisiyaların  50%
‐ə  yaxın  bir  nisbətinin  üç 
illik  bir  zaman  dilimində,  75%
‐inin  də  yeddi  illik  bir  zaman  dilimi  içərisində 
gerçəkləşdiyi nəticəsini əldə etmişdir. Bu çalışmadan çıxardığı başqa bir nəticə isə, 
mal  müxtəlifliyi  çox  olan  şirkətlərin,  mal  müxtəlifliyi  məhdud  olan  şirkətlərə 
nəzərən,  rəqiblərinin  birbaşa  investisiyalarına  daha  az  əhəmiyyət  verdikləridir. 
Çünki mal müxtəlifliyi çox olan şirkətlər daha fərqli yollardan rəqabət edə bilərlər. 
Qlobal  şirkətlər  üfüqi  və  şaquli  bütünləşmələr  yolu  ilə  pozitiv  ekstern 
iqtisadiyyatlar  yaradaraq,  mal  çeşidləndirməsinə  gedərək,  üstün  marketinq 
texnikləri  və  qiymətlər  tətbiq  edərək  xüsusilə,  inkişaf  etməkdə  olan  ölkələrdəki 
yerli  istehsalçıları  daha  rahat  bazardan  çıxara  bilərlər.  Bütün  bunların  yanında, 
inkişaf  etməkdə  olan  ölkə  hökumətlərinin  qlobal  şirkətlərin  mənfəətlərinə  uyğun 
iqtisadi  siyasətləri  (pul  və  maliyyə)  həyata  keçirmələri  (tam  rəqabət  şərtlərinin 
axsaqlığı, proteksionist xarici ticarət siyasətləri və s.), bu şirkətlərin sahib olduğu 
monopolist  mövqeyi  daha  da  gücləndirməkdə  və  dolayısilə  müvəffəqiyyətlərini 
artırmaqdadır. 
Dinamik  Müqayisəli  Üstünlüklər  Nəzəriyyəsini  önə  sürən  Kojimaya  görə, 
ABŞ  firmaları  mal  yaşam  mərhələləri  modelindəki  kimi  davranmamaqdadırlar. 
Yenə  Kojimaya  görə,  Yapon  firmaları  ənənəvi  nəzəriyyədə  olduğu  kimi  özlərinə 
müqayisəli  üstünlük  təmin  edəcək  sahələrə  investisiya  qoymamaqdadırlar. 
nvestisiya  qoyduğu  ölkəyə  uzun  müddətdə  müqayisəli  üstünlüklər  qazandıran 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə