Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   2   3   4   5   6   7   8   9   10   ...   31

20 
 
Yapon  investisiyalarının  bu  üstünlüyü,  investisiyanın  qoyulduğu  ölkədəki 
sənayenin  ixracat  potensialını  artıraraq  yaratdığını  müdafiə  etməkdədir.  Ayrıca 
qlobal şirkətlərin mənşəyi olan ölkələrdə və ya investisiyanın qoyulacağı ev sahibi 
ölkədə inhisar və oliqopol durumlarının hegemon olma məcburiyyəti yoxdur. 
J.  Dunning  tərəfindən  xarici  kapital  nəzəriyyələrinə  qazanılan  Eklektik 
Yanaşma  Paradiqması  (OLI  Paradiqması),  qlobal  istehsalın  gerçəkləşməsi  üçün 
firmaların üç təməl avantaja sahib olması vacibliyini vurğulamaqdadır. Bunlar: 
‐ Rəqib firmalara özəl imkanlar yaradacaq mülkiyyət avantajları (ownership 
advantages). Bu xüsusiyyətlər ölkə xaricinə daşına bilən olmalı və maliyyətlərini 
qarşılayacaq  qədər  də  güclü  olmalıdır.  Bunlara  misal  olaraq,  miqyas 
iqtisadiyyatları, idarəetmə və marketinq bilgisi, R&D qaynaqlı yüksək texnologiya 
və fərqliləşdirilmiş mallar göstərilə bilər. Müvəffəqiyyətli qlobal şirkətlər çox vaxt 
bunların hamısına birlikdə sahib olanlardır. 
‐  Sahiblik  avantajına  malik  firmaların  bunları,  xarici  firmalara  satmaq  və  ya 
kiralamaq  yerinə,  öz  daxilində  istifadə  etmələrinin  daha  rentabelli  olacağı 
fərziyyəsi (internalization advantages). 
‐  lk  iki  şərtin  gerçəkləşməsi  fərziyyə  liyi  kimi  faktorlara  bağlı  bir  digər  avantaj 
olan  yerl  avanntajı  (location)  uyğun  bir  maliyyə  bazarlarının  və  valyuta  kursu 
dəyişkənlərinin  də,  qlobal  şirkətləri  investisiya  qoymağa  yönəltdiyi  Dunning 
tərəfindən iddia edilmişdir. 
Yuxarıdakı  üç  şərtin  meydana  gəlməsi  durumunda,  qlobal  şirkət,  özünə  və 
ev  sahibi  ölkəyə  xas  avantajları  dəyərləndirmək  istəyəcək  və  birbaşa  xarici 
investisiyalar  gerçəkləşəcəkdir.  Əks  halda,  şirkət,  ölkə  bazarına  ixracat  və  ya 
lisenziya vermə yolu ilə girməyə üstünlük verəcəkdir. 
 
 
 


21 
 
1.2. Beynəlxalq hərəkət formaları üzrə  kapitalin üstünlükləri və tətbiq 
xüsusiyyətləri 
Beynəlxalq kapital qoyuluşu xarakteri və formalarına görə müxtəlif ola bilər. 
Onları  bir  neçə  əlamətə  görə  təsnifləşdirmək  olar.  Yaranma  mənbələrinə  görə 
dövlət və özəl kapital fərqləndirilir. Dövlət kapitalı bəzən rəsmi kapital da adlanır. 
Bu  kapital  hökumətin,  həmçinin  hökumətlərarası  təşkilatların  qərarı  ilə  dövlət 
büdcəsinin  vəsaitlərinin  xaricə  hərəkəti,  yaxud  xaricdən  gətirilməsidir.  Kapital 
hərəkətinin  bu  kateqoriyasına  bir  ölkə  tərəfindən  digər  ölkəyə  hökumətlərarası 
saziş  əsasında  təqdim  edilən  bütün  dövlət  borcları,  qrantlar,  yardımlar  daxildir. 
Beynəlxalq hökumətlərarası təşkilatların öz üzvləri adından idarə etdikləri kapital 
da  rəsmi  kapital  hesab  edilir.  Rəsmi  kapitalın  mənbəyi  kimi  dövlət  büdcəsinin 
vəsaitləri,  yəni  vergi  ödəyicilərinin  vəsaitləri  çıxış  edir.  Ona  görə  də  həmin 
kapitalın  xaricə  hərəkəti  barədə  qərar  hökumət  və  qanunverici  orqan  tərəfindən 
birgə qəbul edilir. 
Özəl  kapital  dedikdə,  özəl  firmaların,  bankların  və  digər  qeyri-dövlət 
təşkilatlarının  xaricə hərəkət  edən  və  ya  xaricdən gətirilən vəsaitləridir.  Kapitalın 
hərəkətinin bu kateqoriyasına özəl firmalar tərəfindən xaricə kapital investisiyası, 
ticarət  kreditlərinin  verilməsi,  banklararası  kreditləşmə  aiddir.  Bu  kapitalın 
mənbəyi kimi özəl firmaların dövlət büdcəsi ilə əlaqədar olmayan vasitələri çıxış 
edir.  Firmaların  onlara  məxsus  olan  kapitalın  beynəlxalq  hərəkəti  barədə  qərar 
qəbul  etməklə  nisbi  azadlığa  malik  olmalarına  baxmayaraq,  hökumət  adətən  bu 
hərəkəti tənzimləmək və ona nəzarət etmək hüququnu özündə saxlayır. 
stifadə  edilmə  xarakterinə  görə  beynəlxalq  kapital  qoyuluşu  sahibkar  və 
borc  ola  bilər.  Sahibkar  kapitalı  divident  formasında  mənfəət  almaq  məqsədi  ilə 
istehsalat  birbaşa  və  ya  dolayı  yollarla  qoyulur.  Sahibkar  kapitalı  kimi  bir  qayda 
olaraq özəl kapital istifadə edilir. Ancaq bəzən dövlət və ya dövlətə məxsus olan 
müəssisədə  xaricdə  vəsait  qoyuluşunu  həyata  keçirilir.  Borc  kapitalı  faiz  əldə 
etmək  məqsədilə  borc  verilən vəsaitdir.  Beynəlxalq səviyyədə  borc  kapitalı  kimi, 


22 
 
adətən,  dövlət  mənbələrindən  formalaşan  vəsaitdən  istifadə  olunur.    Lakin  özəl 
mənbələrin  vəsaitləri  hesabına  həyata  keçirilən  beynəlxalq  kreditləşmədə  kifayət 
qədər əhəmiyyətli həcmə malikdir. 
stifadə  müddətinə  görə  beynəlxalq  kapital  qoyuluşunun  ortamüddətli, 
uzunmüddətli  və  qısamüddətli  növləri  mövcuddur.  Birinci  qrupa  bir  ildən  çox 
müddətə  qoyuluşlar  aid  olunur.  Bu  qrupa  ən  əhəmiyyətli  kapital  qoyuluşları  aid 
edilir, çünki birbaşa və portfel formalı sahibkar kapitalı bu qoyuluşlara daxildir. 
Qısamüddətli  kapital  bir  ildən  az  müddətə  kapital  qoyuluşudur.  Adətən 
ticarət kreditləri formasında borc kapitalı qısa müddətə verilir. 
Kapitalın beynəlxalq hərəkətinin əsas formaları sahibkar və borc kapitalının 
ixracı  və  idxalıdır.  Kapitalın  sahibkar  formasında  hərəkəti  üç  əlamətin  olmasını 
tələb edir: 
−  Xaricdə istehsal prosesinin təşkili və bu prosesdə iştirak; 
−  Xarici kapital qoyuluşunun uzunmüddətli xarakter kəsb etməsi; 
−  Digər  dövlətin  ərazisində  müəssisə  və  ya  onun  bir  hissəsinə  nail  olma 
hüququ. 
Qeyd  olunan  xüsusiyyətlərin  həyata  keçirilmə  dərəcəsindən  və 
məqsədlərindən  asılı  olaraq  sahibkar  kapitalın  birbaşa  xarici  investisiyaları  və 
portfel investisiyalarını fərqləndirirlər. 
Birbaşa  xarici  investisiyalar  uzunmüddətli  xarici  kapital  qoyuluşu  olmaqla 
kapital ixracatçısı tərəfindən olan ölkənin ərazisində istehsalın təşkilini və ya idarə 
edilməsində  iştirakını  nəzərdə  tutur.  Birbaşa  xarici  investisiyalar  praktiki  olaraq 
özəl sahibkar kapitalının ixracı ilə əlaqədardır. 
BVF,  Ə T  və  BMT-nin  Milli  Hesablar  Sisteminə  uyğun  olaraq  birbaşa 
xarici investisiyaların tərkibinə aşağıdakılar daxil edilir: 
−  Şirkətlərin öz vəsaitlərini xarici ölkələrin iqtisadiyyatlarına yatırmaları; 
−  Birbaşa investor tərəfindən xarici müəssisədə əldə edilmiş mənfəətin həmin 
müəssisəyə reinvestisiya edilməsi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə