Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

26 
 
marketinqdə  yığılmış  təcrübəni  əks  etdirən  reklamda  üstünlük  və  şirkətin  ölçüsü 
eyni  zamanda  həm  ixrac,  həm  də  idxal  amilləri  kimi  çıxış  edirlər.  Masştab 
iqtisadiyyatı, istehsalın təmərküzləşməsinin yüksək dərəcəsi və təbii resurslara olan 
ehtiyac  birbaşa  investisiyaların  ancaq  ixrac  amilləridir.  Kapitala  olan  ehtiyac, 
çoxsaylı milli filiallar, daha aşağı istehsal xərcləri, daxili bazarın yüksək müdafiə 
səviyyəsi və daxili bazarın böyük ölçüsü birbaşa xarici investisiyaların ancaq idxal 
səbəbləridir. 
Ümumilikdə isə birbaşa xarici investisiyaların yerləşdirilməsinin əsas motivi 
kimi  satış  bazarının  genişlənməsini,  ucuz  resurslara  çıxış  imkanının  yaranmasını, 
mülkiyyətin əldə edilməsini göstərmək olar. 
Bazarın  genişləndirilməsi  məqsədilə  birbaşa  xarici  investisiyaların  həyata 
keçirilməsini aşağıdakılar şərtləndirir: 
−  Milli istehsal gücünün olmaması; 
−  Əmtəələrin  nəqliyyat  xərclərinin  yüksək  olması  və  bunun  da  onların 
ixracının qeyri-mənfəətli olmasına gətirib çıxarması; 
−  dxalatçı ölkədə ticarət məhdudiyyətləri; 
−  “Miqyas effekti”ndən istifadəyə can atma; 
−  “Müştərilərin  arxasınca  getmə”  (avtomobil  şinlərinin  istehsalçıları 
avtomobil istehsalçılarının arxasınca hərəkət edirlər); 
−  “Rəqiblərin arxasınca getmə”; 
−  Yerli  istehsalçıların  məhsullarına  üstünlük  verən  xarici  alıcıların  əldə 
edilməsi; 
−  Müqayisəli xərclərdə gözlənilən dəyişikliklər və s. 
Ucuz  istehsal  amilləri  mənbələri  əldə  etmək  baxımından  birbaşa  xarici 
investisiyaların həyata keçirilməsinə aşağıdakılar təkan verir: 
−  Xərclərin 
aşağı 
salınması 
məqsədilə 
istehsalın 
ölkələrarası 
regionallaşdırılması; 


27 
 
−  Kapitalı  qəbul  edən  ölkədə  xarici  investisiyaların  dövlət  tərəfindən 
stimullaşdırılması; 
−  Kapitalı ixrac edən ölkənin özünü strateji resurslarla təmin etməyi qarşısına 
məqsəd qoyması. 
Xaricdə  mülkiyyətin  əldə  edilməsi  və  ya  yeni  tikintinin  həyata  keçirilməsi 
aşağıdakılarla izah edilir: 
−  Ayrı-ayrı resursların xarici müəssisəyə ötürülməsi çətinlikləri; 
−  Tanınmış  firmanın  reputasiyasını,  ticarət  markasını  öz  mülkiyyətinə 
keçirmək imkanı (françayzinq müəssisəsinin alınması zamanı); 
−  Risklərin, xərclərin aşağı salınması və s. 
Çox zaman birbaşa xarici investisiyalar yuxarıda sadalanan səbəblərdən biri 
ilə əlahiddə surətdə deyil, həmin səbəblərin müəyyən toplusundan istifadə etməklə 
izah edilir. 
BMT-nin  transmilli  şirkətlər  üzrə  mərkəzi  xarici  ölkədə  əmtəə  və  xidmət 
istehsalının  təşkil  edilməsi  ilə  birbaşa  kapital  qoyuluşlarının  dörd  əsas  səbəbdən 
baş verdiyini göstərir: 
1.  Birbaşa  xarici  investisiyalar  ona  görə  həyata  keçirilir  ki,  bir  sıra  əmtəə  və 
xidmətlərin  xarici  ölkəyə  idxalı  müxtəlif  məhdudiyyətlər  və  ya  əmtəələrin, 
xüsusilə  də  xidmətlərin  özünəməxsus  cəhətləri  səbəbindən  qeyri-
mümkündür və ya çox çətindir. 
2.  Əmtəə  və  xidmətlərin  yerində  istehsalı  həmin  xarici  bazara  xidmət 
göstərilməsi üçün daha ucuz və səmərəli üsuldur. 
3.  Sahibkar  kapitalını  qəbul  edən  ölkə,  əmtəə  ə  xidmətlərin  sonradan  onların 
dünya bazarlarına çıxarılması şərti ilə istehsalı üçün daha ucuz yer kimi çıxış 
edir. 
4.  Bir  sıra  məhsullar,  xüsusilə  də  texniki  cəhətdən  mürəkkəb  olan  üçün 
satışdan  sonra  xidmət,  məsləhət  və  digər  xidmətlər  tələb  edir  ki,  bu  da 
istehsalçının  bazarda  olmasını  zəruri  edir.  Bu  halda  xarici  ölkədə  istehsalı 
təşkil etmək orada ancaq satış firmasını təşkil etməkdən daha faydalı olur. 


28 
 
Birbaşa xarici investisiyalar aşağıdakı əsas formalarda həyata keçirilir: 
1.  Xarici filialların və qız şirkətlərinin yaradılması yolu ilə. Bu, ənənəvi forma 
hesab edilir. Bu zaman filiallar tam olaraq ana şirkətə tabe olur, hüquqi şəxs 
hesab  edilmirlər,  özlərinin  xüsusi  balanslarına  malik  olmurlar,  öz 
öhdəliklərinə görə müstəqil şəkildə cavab verirlər, özlərinin xüsusi balansına 
malik olurlar və özləri firmanın inkişaf istiqamətlərini müəyyən edirlər. 
2.  Firmaların beynəlxalq qovuşması və birləşməsi yolu ilə. Bu cür əməliyyatlar 
mülkiyyət hüququnu və qovuşan və birləşən firmaların milliliyini dəyişir. 
3.  Strateji alyansların yaradılması yolu ilə. Bu cür alyanslar, adətən elmtutumlu 
sahələrdə  yaradılır  və  bu  şirkətin  digər  şirkətin  mülkiyyətində  hansısa  bir 
paya uzunmüddətli sahib olmasını nəzərdə tutmur. Müqavilə sazişləri bir və 
bir  neçə  fəaliyyətin  həyata  keçirilməsi  üçün  imzalanır.  Strateji  əməkdaşlıq 
informasiya texnologiyaları, əczaçılıq, avtomobilqayırma kimi sahələri əhatə 
edir. 
Birbaşa  xarici  investisiya  ilə  xarici  ticarət  arasında  həm  fərqli,  həm  də 
ümumi cəhətlər mövcuddur ki, onlar da beynəlxalq iqtisadi münasibətlərin bu iki 
forması arasında qarşılıqlı əlaqəni və qarşılıqlı tamamlanmanı göstərir. Həm əmtəə 
ixracı, həm də birbaşa xarici investisiya ixracı firmalar tərəfindən xarici bazarlarda 
maksimum  mənfəətin  əldə  edilməsinə  yönəlib.  Və  bu  zaman  birbaşa  xarici 
investisiyalar  təkcə  maliyyə  formasında  deyil,  həm  də  əmtəə  formasında  yatırıla 
bilər.  Birbaşa  investisiyaların  köklü  fərqi  ondan  ibarətdir  ki,  onların  ölkə 
iqtisadiyyatlarına  yatırılması  zamanı  investorun  mülkiyyət  hüququ  qorunur  və 
investor  yatırılan vəsaitə  görə dəfələrlə  mənfəət  əldə  etmək  imkanına  malik olur. 
Ə
mtəə ixracı zamanı isə əksinə əmtəələrin satışı baş verir, yəni mülkiyyət hüququ 
satıcıdan alıcıya keçir və satıcı yalnız bir dəfə, satış zamanı mənfəət əldə edir. 
Göstərilən fərqlərə baxmayaraq, xarici ticarət və birbaşa xarici investisiyalar 
bir-birlərini  tamamlayan  bir  sıra  cəhətlərə  də  malikdirlər.  Onları  aşağıdakı  kimi 
müəyyən etmək olar: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə