Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə1/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
  1   2   3   4   5   6   7   8   9   ...   55


AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
AMEA İQTİSADİYYAT İNSTİTUTU 
 
Dos. Dr. Vidadi Zeynalov 
 
 
 
 
MALİYYƏ BÖHRANI:  
TARİX, NƏZƏRİYYƏ VƏ 
ANTİBÖHRAN SİYASƏT   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2012
 


 
2
BBK 6.1. 
Z-40 
 
Elmi məsləhətçi: i.e.d., prof. Ş.H.Hacıyev 
Elmi redaktor: i.e.d., prof. Z.F.Məmmədov 
 
Rəyçılər : i.e.d., prof. M. Sadıqov 
TC. Marmara Universitetinin prorektoru Hasan Selcuk 
i.e.d., prof. E.M.Sadıxov 
dos. dr. Z.H. brahimov 
 
Z-40 Dos. V.Z.Zeynalov. Maliyyə Böhranı: Tarix, nəzəriyyə və 
antiböhran siyasət. Bakı, Azərnəşr. 2012. səh.176. 
 
Qlobal  maliyyə  böhranı  və  antiböhran  siyasət  mövzuları  ilə  əlaqədar 
problemləri beynəlxalq elmi ictimaiyyətin, həmçinin ictimai və humanitar elmlə
sahəsində çalışan alimlərin müzakirə mövzusudur.  Həyata keçirilən antiböhran 
siyasəti əksəədəbiyyatda təsviri çalışma  səviyyəsində şərh edilir və təbii ki, bu 
siyasətin mahiyyətinin dərin elmi analitik şərhə ehtiyacı vardır. 
Tədqiqatın  əsas  məqsədi  qloballaşan  iqtisadi  münasibətlər  şəraitində 
maliyyə  -bank  sektorunda  həyata  keçirilən  islahatlar,  maliyyə  nəzarətinin  tək-
milləşdirilməsi müstəvisində maliyyə böhranlarının nəzəriyyəsinin və metodolo-
giyasının  işlənib  hazırlanmasından,  bu  sahədə  elmi  cəhətdən  əsaslandırılmış
nəzəri və praktiki təküflərin hazırlanmasından ibarətdir. 
Özəlliklə, Azərbaycanda uğurla həyata keçirilən inkişaf və modernləşmə 
strategiyası sayəsində gerçəkləşdirilən antiböhran monetar siyasətinin  maliyyə 
sabitliyinin təminatında rolu elmi cəhətdən təhlil edilir. 
Kitab geniş oxucu auditoriyası, xüsusən də maliyyə və bankçılıq məsələri 
ilə  əlaqədar  məşğul  olan  mütəxəssislər,  ekspertlər  və  «Maliyyə»  ixtisası  üzrə 
tədris edən müəllimlər, təhsil alan bakalavr, magistr və doktorantlar üçün çox 
faydalı və yararlı elmi nəşrdir. 
 
 
Z-40
 
 
 
© V.Z. Zeynalov, 2012. 
   0601000000 
M-651 (07) 2012
 
qrifli nəş


 
3
Ö N   S Ö Z 
 
Hal-hazırda iqtisadiyyatın bütün sahələrində aparılan islahat-
lar  həyatın  bütün  sahələrini,  xüsusən  sosial-iqtisadi  münasibətlər 
sistemində  müstəsna  rolu  olan    maliyyə  sektorunu  da  əhatə  edir. 
Bu gün istənilən iqtisadi sistemə malik olan ölkənin maliyyə-iqti-
sadi vəziyyətini öyrənmək üçün onun maliyyə-bank sistemində baş 
verən prosesləri araşdırmaq lazımdır. Çünki məhz hər bir ölkənin 
maliyyə  sistemi  ilkin  olaraq,  onun  iqtisadiyyatında  baş  verən 
yüksəlişə  və  ya  tənəzzülə  adekvat  reaksiya  verərək,  bu  prosesləri 
qabaqcadan proqnozlaşdırmaq üçün şərait yaradır. 
Bazar  iqtisadiyyatı  şəraitində  maliyyə  böhranları  qanunauy-
ğ
un  haldır  və  ona  xas  olan  immanent  disproporsiyalar  və  ziddiy-
yətlərlə şərtləndirilir. Bu çərçivədə maliyyə sektorundakı böhranla-
rın səbəblərini araşdıran elmi-tədqiqat işləri son illər artmaqdadır. 
Son illərdə, daha dəqiq desək, 2008-ci illərin əvvəlindən baş-
layaraq dünyanın bir çox ölkələrində banklar müflisləşməyə başla-
mış, maliyyə institutlarında və pul bazarlarında qlobal səbatsızlıq-
lara yol verilmişdir ki, bu da geniş miqyasda bank böhranının ya-
ş
anması  problemlərini  gündəmə  gətirmişdir.  Son  illər  artıq  bu 
problemlər  «epidemiya»  halını  alaraq  getdikcə  daha  çox  ölkələri 
və  regionları  öz  əhatəsinə  almışdır.  Bu  böhranların  baş  verməsi 
ə
manətçilərin  və  iri  kreditorların  hüquqlarının  təmin  olunmasının 
səmərəli  mexanizmlərinin  olmamasını  aşkara  çıxarmış  və  bunun 
da nəticəsində maliyyə - bank sisteminə olan etimad sürətlə aşağı 
düşərək, depozitlərin həcminin azalmasına gətirib çıxarmışdır. 
Məhz bu problemlərin baş verməsi üzündən bir çox ölkələrdə 
bank böhranı baş verən kimi qısa bir dövr ərzində bankların restruk-
turizasiyası  üçün  kompleks  proqramların  işlənilməsinə  başlanıl-
mışdır. Çünki hazırda dünya bank sistemi üçün maliyyə sabitliyinin 
təmin  olunması  məsələləri  həyati  əhəmiyyət  kəsb  edir.  Məhz  bu 
səbəbdən  də,  dünyanın  inkişaf  etmiş  dövlətlərində  bank  depozit-
lərinin icbari sığortalanması sistemi tətbiq olunmağa başlanmışdır.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə