66
fondlarına qədər ən müxtəlif bazarlar, aktivlər, fondlar üzrə
milyonlarla axınlarla yayıldı.
Bax bu səbəbdən Amerika maliyyəsinin nisbətən kiçik seq-
mentində – aşağı keyfiyyətli, ipoteka kreditləri seqmentindəki
problemlər tez bir zamanda mənzil bazarının hüdudlarından və
ABŞ-ın sərhədlərindən kənara çıxdı, qlobal maliyyə sistemini po-
zaraq və bir çox ölkənin iqtisadi artım perspektivini məyus etdi.
Kredit və digər reytinqlər sistemində nöqsanların mövcudlu-
ğ
u aydın olduqda, çoxları vahiməyə düşdü. Aktivlər etibarsız gö-
ründüyü şəraitdə isə, normal etibarlı kreditlər və likvid mənbələr
həmişə kəskin çatmır. Kreditlərə tələbat (onların qiyməti) kəskin
artır, onların çatışmamazlığı yaxud yüksək dəyəri şəraitində nə-
həng maliyyə korporasiyalarında çətinliklər və onların müflisləş-
məsi başlayır və dünyanın bütün iqtisadiyyatı böhrana yuvarlan-
mağa başlayır.
Beləliklə, dünyanın bütün maliyyələrinin azgəlirli ipoteka
kağızlarının pis aktivlərinə «yoluxma» ona gətirib çıxardı ki, 2007-
ci ilin yayından natamam Amerika böhranının tədricən dünya
maliyyə böhranına çevrilməsi başlandı.
Sual yaranır: nəyə görə ABŞ-ın daxili böhranı bütün
dünyada böhranın o qədər sürətli təzahürünə təkan verdi? Nəyə
görə 2000-2002-ci illərdə ABŞ-ın internet şirkətlərinin böhranının
belə nəticələri olmadı, və indiki durumun nəyi dəyişib?
Bizə elə gəlir ki, birincisi, müasir böhranın, ən azı ABŞ-da,
vaxtının təxirə salınması mümkün olurdu, o cümlədən daxili
borcun artırılması, uçot dərəcələrinin endirilməsi və s. hesabına.
kincisi, ötən bir neçə ildə müasir dünya iqtisadiyyatı,
xüsusilə onun maliyyə və xarici ticarət tərkib hissələri,
ə
vvəlkindən daha sıx bağlı olduqları müəyyənləşdi. Odur ki, bir
yerdə başlanan qarışıqlıq, dərhal digər yerdə öz təsirini göstərir.
Üçüncüsü, ABŞ-da getdikcə daha çox dünyanın maliyyə
aktivləri təmərküzləşir və onlar dünyanın ən iri maliyyə,
informasiya-texnologiya, valyuta və s. mərkəzinə çevrilir.
67
Dördüncüsü, son bir neçə ildə əyalət ölkələrin inkişaf resursu
bir tərəfdən tükənməyə başladı, digər tərəfdən isə sürətli artım
imkanının özü dünya – sistem mərkəzində tələbata güclü
bağlandığı müəyyən oldu.
Beşincisi, dünya sistemi mərkəzi dövlətlərinin maliyyə
problemlərinin miqyası elədir ki, onların ödənməsi üçün nəhəng
resurslar lazımdır.
Böhranın qaçılmaz olmasına həmçinin aşağıdakı amillər
yardım edib:
1. maliyyə sektoru və yeni maliyyə alətlərinin əhəmiyyət və
təsirinin artması;
2. ABŞ, bir sıra digər dövlətlərin yürütdüyü kredit
ekspansiyası (ucuz pullar) siyasəti ilə gücləndirilməsi;
4. bundan başqa A namizəd ölkələr qarşısında artım
templəri barədə çox yüksək plankalar və tələblər qoyurdu, bu da
ayrı-ayrı ölkələrin iqtisadiyyatını həddindən artıq qızdırırdı.
Biz hesab edirik ki, böhranın səbəblərinin kökündə müasir
maliyyə alətləri və dünya maliyyə sisteminin çatışmamazlıq, nata-
mamlıq və qüsurları, maliyyə-iqtisadi siyasətindəki səhvlər durur.
Lakin, bizim nöqteyi-nəzərdən, böhranın dünya və qlobal xa-
rakter almasına güclü yardım edən daha da fundamental səbəblər var.
Yayda və hələ 2008-ci ilin payızının əvvəlində çoxlarında
belə bir illyuziya var idi ki, bu böhran 2000-2002-ci illərdəki kimi,
2006-2007-ci illərin ipoteka böhranı kimi əsasən Amerikanın
problemi olaraq qalacaq.
Ə
ləlxüsus da yayda sanki ümid yarandı ki, ipoteka böhranı
azalmağa doğru gedir. Lakin iyulun əvvəlində o yeni fazaya keçdi:
ipoteka kreditlərinin verilməsində ixtisaslaşan Kaliforniyanın iri
bankı Bancorp inc, 2 həftə ərzində 1,3 mlrd. doll. Əmanətçi
axınına davam gətirmədi, və müflisləşmə proseduruna başladı. Bu
ABŞ-dakı FNMA (Fannie Mee) və FHLMC (Freddie Mec) nəhəng
ipoteka agentliklərinə zərbə endirdi. Təxminən bir həftə ərzində
onların səhmləri iki dəfədən çox çökdü. Böhranın başlınğıcından
Fannie Mee və Freddie Mec səhmdarlarının cəmi itkiləri müvafiq
68
olaraq 82% və 85% üstələdi. Vaxtilə bu agentliklər dövlətin
iştirakı ilə yaradılmış və yüksək dərəcədə onun faktiki nəzarəti
altında idi.
*
Onlar 5,3 trln. dollar ipoteka kreditinin sahibi idi, yaxud
zəmanət verirdi, yəni 12 trln. dollarlıq ipoteka bazarının təxminən
yarısını onlar müflislik həddinə çatanda, hökumət 2008-ci ilin
sentyabrının əvvəlində bankların hər ikisini milliləşdirməyə
məcbur oldu.
2008-ci ilin sentyabrını tamamilə dünya böhranının kəskin
fazasının başlanğıcı hesab etmək olar: neftin qiyməti, birja
indeksləri düşməyə başladı.
Xarici aktivlərdən investorların qaçışı istisnasız bütün
dünyanı əhatə etdi.
Hər halda ABŞ-dakı böhranda, hansı ki bütün dünyadakı
maliyyə nöqsanları üçün böhranın tətiyi oldu, demək olar, çoxdan
yığılan ziddiyyətlər özlərini biruzə verdi.
Bu ziddiyyətlərdən ən ciddisi və ondan ibarətdir ki,
menecerlərin davranışı və motivasiyası səhmlərinin motivasiya və
davranışından çox güclü fərqlənir.
Səhmdar və menecerin maraqlarının münaqişəsi həll
olunmamış məsələ kimi qalmaqdadır.
Müxtəlif qiymətləndirilmələrə görə müasir dünyada bütün ma-
liyyə əməliyyatlarının təkcə 2 yaxud 3 faizi maddi istehsalla bağlıdı.
Qalan pullar – onlarla trln. dollar özləri özlərinə xidmət edir.
Misal üçün, ABŞ-da iqtisadiyyatın real sektoru –
iqtisadiyyatın 15-18 faizidir. Qalanları isə xidmət sahələridir, o
cümlədən, bank sistemi, sığorta və s. digər sektorlar.
Maliyyə böhranının yayılmasında həmçinin reytinq
agentlikləri günahkardı. Maliyyə şirkətlərinin emitasiya etdikləri
istiqrazların əhəmiyyətli hissəsi reytinqin ən yüksək səviyyəsini
*
Hər iki agentliyi ABŞ hökuməti yaratmışdır: birincisini 1938-ci ildə, ikincisini
1970-ci ildə – məhz gəlirləri az olan ailələrə evlərin alınmasına kreditlərin
verilməsi üçün.
Dostları ilə paylaş: |