MAŞTAĞA ZİYALI
QADINLAR MƏCLİSİ
(almanax)
BAKI-2012
2
Kitabı xalq yazıçısı Əzizə Cəfərzadənin
əziz xastirəsinə ithaf edirəm
Nəşrə hazırlayan
və
ön sözün müəllifi:
SONA XƏYAL
Redaktor:
PÜNHAN SƏDA
Maştağa ziyalı qadınlar məclisi.
Bakı-“MBM”-2012. 104 səh.
Kitabda Maştağada fəaliyyət göztərən “Ziyalı qadın-
lar məclisi” üzvlərinin yazıları toplanmışdır. Burada ki-
tabları çap olunmuş, Azərbaycan Yazılar Birliyinin üzv-
ləri olan yazıçılarla birlikdə əlinə yenicə qələm alan qa-
dın yazarların da yazıları yer alır.
ISBN 978-9952-29-043-7
© S.Xəyal
Bakı, “MBM”
3
ZİYALI QADINLAR MƏCLİSİ
Maştağa şeirlə-sənətlə nəfəs alan bir məkandır. Bura-
da bəlkə hər evdə əli qələm tutan, ən azından beş-on
kəlmə bədahətən söz deyən adam tapılar. Ağlım kəsən-
dən kəndimizi belə gördüm, belə tanıdım. Meyxanaçılar
kəndi kimi tanınsa da, Maştağa, əslində, şairlər məka-
nıdır. Sadəcə biz bakılılar bir qədər yerimizdə saymağı
sevirik. Kəndimizin poeziya tarixini vərəqləyəndə
görürük ki, hamı elə sandıq ədəbiyyatı yaradıb. Heç kəs
çap olunmaq, irəli getmək, tanınmaq fikrinə düşməyib...
Həmişə istəmişəm ki, bizim kəndin yazarları şəhər-
dəki ədəbi məclislərə g etsinlər, yazıçılar birliyindəki
tədbirlərdə iştirak etsinlər, yazsınlar, yazılarını bir-
birinə oxuyub məsləhət alsınlar, dövri mətbuatda çap
olunsunlar, kitablarını nəşr etdirsinlər. 2009-cu ildə
Hacıağa Abbasov adına Maştağa Mədəniyyət Evində
“Gənc qələm” ədəbi birliyini yaradanda da məqsədim
gənclərimizi bu yola istiqamətləndirmək idi. 2010-cu
ildə birliyin birilliyi münasibətilə əlaqədar olaraq, birlik
üzvlərindən 16 nəfərin yaradıcılığı haqqında yazılarımın
və onların yaradıcılıq nümunələrinin toplandığı “Gənc
qələm” adlı bir kitab nəşr etdirdim. Daha sonra birlik
üzvlərindən İlahə Zaur Kamiyabın, Vaqif Fədanın və
Əlibala Xanların ilk kitablarını çap etdirdim. Təbii ki,
bu kəndin uğurlarıdır. Amma bir yaralı yerimiz var ki, o
da bizim kəndin yazar xanımlarıdır. Onların heç də
4
hamısı mədəniyyət evinə gəlmədi. Çox düşündüm,
nəhayət, qəsəbədəki kütləvi kitabxanada yazar qadınları
birləşdirən bir məclis təşkil etmək qərarına gəldim.
Ziyalılar bu fikri bəyəndilər və müdafiə etdilər.
Həmişə istəmişdim ki, kəndimizin öz qəzeti olsun. Elə
ilk yığıncaqda çoxdankı arzumu onlara bildirdim. Məs-
ləhətləşib “Paklıq” qəzetinin nəşrinə başladıq. Ətrafı-
mızda yazar qadınlardan başqa digər ziyalılar da oldu-
ğundan, məclisimizi “Ziyalı qadınlar məclisi” adlandır-
dıq. Qəzetin ilk sayı işıq üzü görəndə kitabxanada topla-
şıb bu əlamətdar hadisəni qeyd elədik...
Hər həftənin bazar günü keçirilən məclislərdə oxunan
yazılar qəzet səhifələrində çap olunduqca, daha bir arzu
yarandı. Məclisin almanaxını buraxmaq fikrinə düşdüm.
Artıq yazar xanımlarımızın yazıları toplanmış kitab çapa
hazırdır. Məclis üzvlərindən Ülviyyə Bahir, Pünhan Sə-
da artıq yazıçılar birliyinin üzvüdür, hərənin iki kitabı
işıq üzü görüb. Bundan başqa İnsafxanımın və Yeganə-
nin də şeir kitabları çap olunmuşdur. Çalışacağıq ki, gə-
ləcəkdə məclisin digər üzvlərinin kitabları da nəşr olun-
sun.
Almanaxın nəşri münasibəti ilə məclis üzvlərini əv-
vəlcədən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğur-
ları arzulayıram.
SONA XƏYAL
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun böyük elmi işçisi,
Azərbaycan Yazıçılar Birliyinin
“İRS” komissiyasının sədri
5
GÖVHƏR MAŞTAĞALI
Gövhərxanım Mirqədir qızı Aslanova 1960-cı ildə
Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya
göz açmış, 1978-ci ildə 187 saylı orta məktəbi bitir-
mişdir.
Atasının, əmisinin də şair təbi olmuş, evlərində daim
o dövrün şairlərindən Əliəkbər Şahid, Əliağa Bakir, Se-
yidağa və başqaları yığışıb şeirləşmişlər. Belə ədəbi mü-
hitdə böyüyən Gövhərxanım kiçik yaşlarından şeir yaz-
mağa başlamışdır.
Əvvəllər “Sərraf” təxəllüsü ilə yazan Gövhərxanım,
sonralar şeirlərini “Maştağalı” imzası ilə çap etdirmiş-
dir. Qələmini əsasən dini mövzuda sınayan şairin mə-
həbbət lirikası da qüvvətlidir. Fövhər Maştağalı “Ziyalı
qadınlar məclisi”nin sədr müavinidir.
ALLAHIM
Səni tanımayan gözlərə nifrət,
Sənə şəkk gətirən qəlblərə lənət,
Sən hər bir yerdəsən, görməz bir sifət,
Allahım, Allahım, böyük Allahım.
Səndən gələn dərdlər xoşdur hər kəsə,
Xofundan hər yerdə vücudlar əsə.
Adilsən, qadirsən, haqsan hər kəsə,
Allahım, Allahım, böyük Allahım.
Dostları ilə paylaş: |