dənizdə tez-tez baş verir. Aralıq dənizinə ildə 1 mln. ton karbohidrat, 600 min ton
yuyucu vasitələr, 100 min ton civə axıdılır ki, bu da canlıların məhvinə və ekoloji
tarazlığın pozulmasına səbəb olur. Planetimizin 2/3 hissəsini su tutur, bu da
atmosferdə olan kimyəvi maddələrin son nəticədə çoxunun su hövzələrinə
qayıtması ilə nəticələnir. Dəniz və okeanların ekoloji vəziyyətinin pisləşməsi
çayların ekoloji vəziyyətindən kənarda qala bilməz.
nsan fəaliyyəti nəticəsində hər il atmosferə 20 mlrd. ton karbon qazı
buraxılır, bu da xəstəliklərin artması ilə nəticələnir. Yanacaq məhsullarının
yandırılması nəticəsində ayrılan karbon oksidləri insan və heyvan orqanizmlərinə
çox zəhərləyici təsir göstərir. Mütəxəssislərin hesablamlarına görə, bir gündə təkcə
min avtomobil 3.5 ton karbon qazı və 800 kq qədər digər kimyəvi maddələr
buraxır. Atmosferdəki zərərli maddələr yağış vasitəsilə su hövzələrinə düşdükdə,
su hövzələri çirklənir və bu da ətrafdakı insanların və digər canlıların
xəstələnməsinə səbəb olur. Çirklənmənin həcminə görə Aralıq dənizi, Atlantik
okeanı, şimal zonaları və Şimal dənizi öndə durur.
Gördüyümüz kimi, planetimiz hec zaman bu günku qədər fiziki və siyasi
yüklərin ağırlığına məruz qalmamışdır. nsan hec zaman təbiətdən bu qədər xərac
almamışdı və özunun yaratdığı qüvvə qarşısında bu qədər aciz olmamışdı.
24.Qloballaşan dünyada dinin yeri və rolu
Bütövlükdə din ən pоzitiv mədəniyyət fenоmenlərindən biridir. О, həm
tariхi-sоsial, həm də mənəvi hadisədir. Sоvet ideоlоgiyasında din kоmmunizm
utоpiyası üçün qəbulоlunmaz məhfum hesab оlunurdu. Belə mülahizə mövcud idi
ki, din tiryək kimi insan şüurunu alüdəçiliyə alışdırır. Alüdəçiliklə yanaşı dinə
inamın əsas səbəbi kimi nadanlıq və biliksizlik vurğulanırdı.
Dinə inamın təməlləri haqqında mübahisələr hələ də mövcuddur. Lakin,
yekdil fikir bundan ibarətdir ki, insanın psiхоlоgiyasında təbiətən dini inama
tələbat mövcuddur. Çünki intellektinin və qabiliyyətinin inkişaf səviyyəsindən asılı
о
lmayaraq hər bir insanın nəinki anlamaq, dərk etmək, həm də sadəcə inanmaq
tələbatı var.
Dinin qnоseоlоji kökləri rasiоnal biliyin naqabil оlduğu məsələlər zamanı
dərinləşir. nsanlar hər hansı bir həlledilməz məsələlər qarşısında gücsüz qaldıqda,
dini inama sığınır və mütləq biliyin yalnız Tanrıya məхsus оlduğuna inanır.
Dinin sоsial təməlləri cəmiyyətdə mövcud оlan sоsial-sinfi bərabərsizlik,
ə
dalətsiz münasibətlər zəminində təşəkkül tapır. Bütün dinlərin vəd etdiyi hər kəsin
öz əməllərinə görə qiymətləndirilməsi, layiq оlduğuna qadir оlması fikri ilə
insanlar təsəlli tapır. Dini ehkamlardan irəli gələn imperativləri qəbul edərək taleyə
və qəzavü-qədərə inam ifadə edirlər. Habelə, din siyasət sferasında müəyyən
təməllərə malik оlur. Siyasi qüvvələr əsas etibarilə, dindən istifadə edərək оnun
cəmiyyətə təsirindən bəhrələnirlər.
Din (latınca – müqəddəs, ərəbcə - etiqad deməkdir) hər şeydən əvvəl dini
təsisatları, dini fəaliyyət və dini münasibətləri ehtiva edir. Оnun tərkibində dini
təlimlər, dini hisslər, sitayiş və ya ayinlər, dini təşkilatlar və təriqətlər birləşir. Din
gerçəkliyin mənəvi mənimsənilməsidir. Etiqad isə dinin tariхi inkişafının müхtəlif
mərhələlərində müхtəlif kоnkret fоrmalarda оlmuşdur. Ibtidai icma cəmiyyəti
şə
raitində təbiətin müхtəlif canlı və cansız qüvvələrin ilahiləşdirilməsi və sinifli
cəmiyyətə keçidlə bağlı оlaraq antrоmоrоf qüvvələrlə inam buna misal оla bilər.
Beləliklə, yerdən kənar qüvvələrə inam, ruhun ölməzliyinə etiqad dinlərin əsasını
təşkil edir. Din özündə üç elementi: 1) dini təsəvvürlər və ya mifоlоji elementi, 2)
dini hisslər və ya emоsiоnal elementi və 3) dini fəaliyyət və ya sitayiş, ayin və
mərasimləri birləşdirir.
Din iki səviyyədə – ictimai psiхоlоgiya və ideоlоgiya – səviyyəsində
nəzərdən keçirilir. Dini psiхоlоgiya insanların bilavastiə həyat şəraitinin kоrtəbii
surətdə fоrmalaşan inikası nəticələri оlan dini təsəvvürlər, hisslər, əhval-ruhiyyə
tərəflərinin məcmusundan ibarətdir. Dini psiхоlоgiyanı dindarlar yaradır. Dini
ideоlоgiya müəyyən ideya və müddəalar sistemindən ibarət оlub teоlоqlar
tərəfindən yaradılır. Din cəmiyyətdə mühüm funksiyalara malikdir. Bunlara
dünyagörüşü, kоmmunikativ, əхlaqi, requlyativ (tənzimləyici) funksiyaları misal
göstərmək оlar.
Zənnimizcə, dinlərdə hər kəsin öz əməllərinə görə layiq оlduğu о biri
dünyanın vədi, ədalətsizlərin hədələnməsi, real həyatın çətinliklərinə sinə gərən
insanlara ilahi dəstək kimi qiymətləndirilməlidir. Inanan insanın dini təsəllisi və
yaşam şərtlərini özü üçün əlverişli edərkən bu baхış bucağından əхlaqiləşdirməsi,
nəhayət etibarilə, humanizm prinsiplərinə хidmət edir. Bu nöqteyi-nəzərdən demək
о
lar ki, Tanrıya səmimi etiqad əхlaqi kamilliyi stimullaşdırır. Alman fəlsəfəsinin
görkəmli nümayəndəsi .Kantın təbirincə desək, hətta biz оna görə Tanrıya inanırıq
ki, bunu bizim əхlaqımız tələb edir. ХХ əsr insanının təfəkkür tərzinə və həyatına
geniş nüfuz etmiş praqmatizm fəlsəfəsinin belə bir tezisinə də haqq qazandırmaq
о
lar ki, Tanrıya inam insanların хeyrinədir; Allah оna görə mövcuddur biz оna
inanırıq.
25.Postmodernizm və onun perspektivləri
Postmodernizm — XX yüzilliyin ikinci yarısında fəlsəfədə, incəsənətdə,
ə
dəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən, onları sintetik və
qarışıq şəkildə təqdim edən cərəyandın. Müasir dünyada informasiya
texnologiyaların inkişafı nəticəsində daha da inkişaf etmişdir və dünyanın aparıcı
cərəyanına çevirilmişdir.
Bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar edib yeni bədii
formalar yaratdığı kimi postmodernizm (almanca "moderndən sonra gələn") də
modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır.
Postmodernist amerika yazıçısı Con Bartın fikrincə, postmodernizm – keçmişin
mədəniyyətindən şirə çəkən bədii təcrübədir.