MƏAD
ölümdən sonrakı həyat
Ayətullahil-uzma
Məkarim Şirazi
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
2
Məad
ölümdən sonrakı həyat
Müəllif:
Ayətullah Əl-Uzma Məkarim Şirazi
Tərcümə edən / Əli Nur
Azərbaycan Respublikası Dini Qurumlar İş Üzrə Dövlət Komitəsi
DK 596/Q saylı 12 oktyabr 2010-cu il tarixli məktubu ilə kitabın çap
olunmasına və idxalına razılıq verilmişdir.
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
3
BİSMİLLAHİR RƏHMANİR RƏHİM
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
4
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
5
Müqəddimə
Məbdə və məada inam
Bu iki əsas İslamın ən mühüm rüknlərindəndir. Çünki bunlar olmadan
heç bir əxlaqi və əməli proqram həyata keçmir və heç bir insan haqq, ədalət və
təqva yolunu gedə bilmir.
Məbdə məsələsinə etiqad bəsləmək – özünü daima Allahın hüzurunda
bilməkdir. Elə bir Allah ki, bütün niyyət və əməllərdən, kiçik və böyüyün-
dən, aşkar və gizlisindən agahdır. O, xətakarların nəzər bucaqlarını görür,
münacat edənlərin səsini eşidir. O, qəlbimizdə olan, ya düşüncələrimizdə
dolanan hər şeyi bilir. “Allah gözlərin xəyanətini (xain gözləri) və
ürəklərin gizlətdiyini biləndir!”
1
O, bizə özümüzdən daha yaxındır, şah damarı-mızdan da yaxındır. “Biz
ona şah damarından da yaxınıq!”
2
Heç bir maneə bizi ondan gizlətmir, heç bir za-man və məkanda bizdən
uzaq deyil. “Siz harada ol-sanız, O sizinlədir.”
3
Məada etiqad bəsləmək – yəni dünya məhkə-mələrinə əsla bənzəməyən
böyük bir hesab gününə iman gətirməkdir. Bizim bütün əməllərimiz orada
hazır olar. “Onlar (dünyada) etdikləri bütün əməl-lərin (öz
qarşılarında) hazır durduğunu görəcək-lər.”
4
Əməllərin ən kiçiyinin də, ən böyüyünün də qeydi vardır. “O Bizim heç
bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır”
5
Biz özümüz öz əməl dəftərimizi oxumalı və özümüz özümüzə hakim və
qazi olmalıyıq. “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab
çəkməyə özün-özünə kifayətsən!”
1
1
Ğafir surəsi, 19.
2
Qaf surəsi, 16.
3
Hədid surəsi, 4.
4
Kəhf surəsi, 49.
5
Kəhf surəsi, 49.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
6
Özümüz özümüzə şahidik, bədənimizin hər bir üzvü də bu məhkəmədə
şahid olub əleyhimizə şahidlik edərlər. “Qulaqları, gözləri və dəriləri
etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.”
2
Nə inkar etməyə yer var, nə geri qayıdıb əskik-ləri düzəltməyə imkan. Nə
İlahi cəzanı çəkməyə dözüm var, nə də qaçmağa yol.
Yaxşılar və paklar, salehlər və müqərrəblər Allah yanında gözlərin heç
görmədiyi, qulaqların eşitmədiyi, heç bir insanın qəlbindən belə keçməyən
nemətlərdən bəhrələnərlər. Bir halda ki, zalımlar, fəsad və pis əməllərin
sahibləri canlarının içindən sərçeşmə alan alovlar əhatəsində yanar və əriyib
gedərlər. “O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-
yaxar.”
3
Bəli, əgər bu iki əsas məsələyə, canımızın dərinliklərində müxtəsər şəkildə
olsa belə, imanı-mız olsa, bizim tərbiyələnməyimiz və hidayətimiz üçün
kifayət edər. Əgər məbdə və məada iman olmasa, heç bir qanun insanı islah
edə bilməyəcək.
Bu kitab müasir dil ilə, mövzuları kamil surətdə sübüt olunan və bütün
təbəqələrin anlaya biləcəyi tərzdə, bütün irad və suallara cavab verəcək halda
yuxarıda qeyd olunan iki əsas məsələdən ikincisi – məad barəsindədir.
Məad gününün gəlişinə qədər ona etiqad bəsləməklə özümüzü düzəltmək
və islahımız yolunda təsirli addım atmaq ümidi ilə...
Nasir Məkarim Şirazi.
2008.
1
İsra surəsi, 14.
2
Fussilət surəsi, 20.
3
Huməzə surəsi, 6.
Dostları ilə paylaş: |