yaranması dünya bazarına yüksək səviyyəli, beynəlxalq standartlara uyğun mehmanxana
xidmətlərininn çıxarılmasına şərait yaradır. Beynəlxalq mehmanxana şəbəkələrinin böyük bir
qismi ABŞ-a məxsusdur. Bu, lüks dərəcəli mehmanxana şəbəkələri olan “Hyatt”, “Hilton”,
“West Inn”, “Mariott”, “Şeraton”, “Ramada” və başqalarından ibarətdir.
ABŞ 1948-ci ildə Latın Amerikası ölkələrinin iqtisadiyyatinın inkişafı məqsədilə bu ölkələrdə öz
filiallarını açmaq və otellər tikmək üçün bir neçə mehmanxana şirkətinə müraciət edir. Yalnız
1950-ci illərin axırlarında “Pan American Airways” şirkəti buna razılıq verir. Beləliklə onun
“Intercontinental Hotels” adlanan filialları Vensuela, Baziliya, Uruqvay, Çili, Kolumbiya,
Meksika və Latın Amerikasının digər ölkələrində yaranır. Artıq 1981-ci ildə dünyanın 50
ölkəsində bu tipli 85 otel yayılmışdı. Sonralar “Pan American” öz mehmanxansına şəbəkəsini
“Sasian Japanese Corporation” şirkətinə, o da öz növbəsində bu mehmanxana şəbəkəsini “Grand
Metropelitan” şirkətinə satmışdır.
Konrad Hilton beynəlxalq mehmanxana bazarını mənimsəyən ilk liderlərdən biri idi. O, 1948-ci
ildə San Xuanda (Puerto-Riko) “Caribe Hilton” otelinin idarəçiliyini ələ keçirir. Hilton öz
rəqiblərini qabaqlayraq bu müqaviləni bağlayır. Bu işdə ona ispan dilini bilməsi də kömək
etmişdir. Artiq 1974-cü ildə Hilton 31 dövlətdə yerləşən 61 mehmanxanya rəhbərlik edirdi.
Hazırda “Hilton International” Böyük Britaniyanın “Ladbroks Group PLC” şirkətinə məxsusdur.
“Sheraton hotel Corporation ITT” şirkətinin dünyanın 70 ölkəsində 430 mehmanxanası var. Bu
mehmanxanalarda nömrələrin sayı 131007-dir. Öz əməliyyatlarına görə Şeraton yalnız Fransız
“Group Accor” Şirkətindən geri qalir. ABŞ mehmanxana şəbəkələri sistemindən başqa,
dünyanın mehmanxana şəbəkələrinə aşağıdakı şirkətlər daxildir:
“Accor” (Fransa) - 91 ölkədə 470000 nömrəsi olan 3600 mehmanxana;
“Trunsthouse Fort” (Böyük Britaniya) -75000 nömrəsi olan 800 mehmanxana;
“Club Meditrans” (Fransa) - 61000 nömrəsi olan 243 mehmanxana;
“Qrupp Sol” (Ispaniya) - 34000 nömrəsi olan 133 mehmanxana və b.
Suаl-9. Mеhmаnхаnа şəbəkələrinin növləri
Son illərdə mehmanxan sənayesinin inkişafı meylinə aşağıdakıları aid etmək olar:
- mehmanxana təklif və tələblərinin dərindən ixtisaslaşması;
- beynəlxalq mehmanxana şəbəkələrinin yaranması;
- kiçik müəssisə şəbəkələrinin inkişafı;
- mehmanxana sənayesində müasir kompyuter texnologiyasinin istifadəsi;
Beynəlxalq Mehmanxana Asossiasiyası mehmanxana şəbəkələrini 3 qrupa bölür:
1) Kooperativ şəbəkələr – çoxsaylı müəssisələrə sahib olan mehmanxana şirkətləri;
2) Müstəqil müəssisələr şəbəkəsi – bu müəssisələr birləşərək vahid bronlaşdırma reklam
marketinq və s. xidmətlər siyasəti yeridir;
3) Idarəedici xidmətlər göstərən mehmanxana şəbəkələri.
Müxtəlif mehmanaxanaların xidmətlərinin eyniliyi, qonaqlar üçün əlverişli qiymətlərin,
xidmətlərin keyfiyyəti, komfort nömrələr və s. mehmanxana şəbəkələrinin müvəffəqiyyətinin
ə
sas göstəricisidir. Mehmanxana şəbəkəsinə daxil olan hər bir mehmanaxana şəbəkə nişanı
altinda fəaliyyət göstərir. Öz firma nişanlarına ciddi əməl edən mehmanxanaların üstünlüyü
ondan ibarətdir ki, eyni nişanlı müəssisələrin müştərilərinin bu mehmanxanalarda təqdim olunan
xidmətlər haqqında kifayət qədər təsəvvürləri olur. Bu, sistem şəbəkəsinə imkan verir ki, yeni
mehmanxanalar fəaliyyətə başlamazdan əvvəl onların reklamını həyata keçirsin və əvvəlcədən
sifariş qəbul etsin.
Mehmanxana şəbəkələrindən fərqli olaraq dünya turizm bazarında digər xüsusi birləşmələr,
ittifaqlar, assosiasiyalar da aktiv fəaliyyət göstərirlər. Bu assosiasiyaların əsas məqsədi məhşur
və fərqlənmiş mehmanxanaları birləşdirməkdir.
Avropada
mehmanxana
şə
bəkələrinin,
müstəqil
mehmanxalar
və
restoranlar
assosiasiyalarının fəaliyyətinin koordinasiya olunması problemləri ilə Avropa Iqtisadi Birliyinin
Milli Mehmanxanalar və Restoranlar Assosiasiyalarının Konfederasiyası məşğul olur. Təcrübə
göstərir ki, təkcə mehmanxana şəbəkələrinin inkişafı çoxsaylı turistlərin istək və arzularının
ödənilməsini təmin etmir, həmçinin bu kiçik müstəqil mehmanxanaların yaranmasına səbəb olur.
Bu kiçik mehmanxanalar əsas üstünlüyü təkrarolunmaz xidmətlərə, nadirliyə və qeyri-
adiliyə verirlər. Məhz bunları mütəxəssislər XXI əsrin mehmanxanaları hesab edirlər. Məsələn,
kiçik kənd üslubunda tikilmiş, əlverişli qiymətlərlə, iş və istirahət üçün bütün şəraiti olan
restoranı olmayan kiçik mehmanxanaların nadirliyi, qeyri-adiliyi, xidmət keyfiyyəti bazar
iqtisadiyyatı şəraitində mehmanxana sənayesində rəqabətə davam gətirə bilər.
Suаl-10. MDB ölkələrində mehmanxana şəbəkələrinin yaranması
Son zamanlar MDB ölkələrində mehmanxana şəbəkələrinin yaradılma meyli inkişaf edir. Belə
ki, 1997-ci ilin oktyabrında Moskvada Rusiya mehmanxana şəbəkəsi - “Nord Hotel”
yaradılmışdır. Bu şəbəkəyə könüllü olaraq paytaxt Moskvanın şimal-şərq dairəsinin 12
mehmanxanası daxil olmuşdur. Onlar müxtəlif mülkiyyət formasına malik idilər. Bu
mehmanxanalar “Altay”, “Baykal”, “Vostok”, “ Zarya”, “Ostankino”, “Zolotoy Qolos ”, “
Turist”, “Yaroslav skarya”, “Zvezdnaya” və başqaları idi. Sabiq SSRI mıəkanında ölkədə yeganə
mehmanxanalar şəbəkəsi “Inturist” Səhmdar Cəmiyyəti idi. O, 1970-ci ildə dünyada 23-cü yeri
tuturdu. “Inturist” 27 000 nömrəyə malik idi. Bakıda “Inturist” Səhmdar Cəmiyyətinin 3
mehmanxanasi var idi. Bunlar “Azərbaycan”, “Inturist” və “Moskva” mehmanxanaları idi. Hal-
hazırda Rusiyada özəl mehmanxana şəbəkəsi yaradılıb. Bu, “Inturist Korona” və “Inturotel
Avroasiya” şəbəkəsidir. Bakıda fəaliyyət göstərən “Hyatt Regency Baku” (160 nömrə), “Hyatt
Park Baku” (159 nömrə), “Plaza-Baku” (40 nömrə), “Wellington-Baku” (80 nömrə) müxtəlif
mehmanxana şəbəkələrinə daxildir.
Suаl-11. Dünyа mеhmаnхаnа sənаyеsinin nömrə fоndunun rеgiоnlаr üzrə bölgüsü
Avropada nəhəng mehmanxana imperiyaları əvəzinə könüllü şəbəkələr yaratmağa daha meyilli
olan ənənəvi mehmanxanaların sayı üstünlük təşkil edir. Hazirda dünyada 14 milyon nömrəli (26
mln. yer olan) 350 min yüksək səviyyəli komfort mehmanxana var. Son 20 ildə mehmanxana
nömrələrinin sayı 3-4 % artmışdır. Bu, turistləri yerləşdirmə vasitələrinin dinamikasının
artmаsına sübutdur. Dünya mehmanxna təsərrüfatında Avropa regionu aparıcı yer tutur. Dünya
turist axınının 70%-i mehmanxana nömrə fondunun isə 45%-i Avropanın payına düşür. Lakin
qeyd etmək lazımdır ki turistlərin yarısı mehmanxanalarda yarısı isə başqa yerləşdirmə
müəssisələrində qəbul olunur. Amerika qitəsində dünya mehmanxana fondunun 35% -ni təşkil
edən 5 mln nömrə var. Amerika mehmanxana bazasının artım sürəti Avropanı qabaqlayır. 90-cı
illərdə amerika mehmanxana şəbəkələrinin təsiri daha da güclənir. Onlar mehmanxana şəbəkələri
siyahısında 1-ci onluğundan Avropanın “Travelodge International” və “Master Hosts
International” kimi mehmanxana şəbəkələrini sıxışdırıb çıxarmıış və hazırda bu siyahıda yalnız
“Accor” (Fransa) və “Forte PLC” (Böyük Britaniya) mehmanxana şəbəkələri qalmışdır. Dünya
mehmanxana nömrə fondunun 14%-nə (3 mln nömrə) malik olan Asiya regionu bu sahədə 3-cü
yeri tutur. Artım sürəti isə 15-20% olaraq orta dünya tempini 2-3% qabaqlayir.