ş
irkətin 5300 oteli var. Onun ardınca “Choice Hotels International” şirkəti gəlir (3130 otel). Bu
siyahıda üçüncü yeri “Holiday Inn Worldwide” (2082 otel) tutur.
Suаl-15. Frаnçаyzinq yоlu ilə idаrəеtmənin mənfi və müsbət cəhətləri
Françayzinq sistemi hər iki tərəf üçün müsbət və mənfi cəhətlərə malikdir.
Françayzinq müqaviləsinin françayzi üçün müsbət cəhətləri:
1. Fəaliyyətinin əvvəlində ona planlar paketi ilə yardım göstərilir;
2. Ölkə və dünya üzrə reklamı təmin olunur;
3. Mərkəzləşdirilmiş bron sisteminə qoşulur;
4. Qonaqlara xidmət göstərmək məqsədilə alınan avadanlıq güzəştlə verilir.
Françayzinq müqaviləsinin françayzi üçün mənfi cəhətləri:
1. Françayzerə zəruri qəbul haqqı ödənişini vermək;
2. Françayzerin tələb etdiyi zəruri tələblərə əməl etmək;
3. Françayzerin yarıtmaz fəaliyyəti nəticəsində firmanın nişan imicinin nüfuzdan
düşməsi.
Françayzinq müqaviləsinin françayzer üçün müsbət cəhətləri:
1. Mehmanxana bazarında az investisiya qoymaqla biznesini genişləndirir.
2. Françayzer ödəmələrdən əlavə gəlir qazanır.
Françayzer üçün mənfi cəhətlər:
1. Gəlir ancaq françayzinin ödəmələri ilə məhdudlaşır.
2. Françayzi müəyyən edilmiş keyfiyyət standartlarına əməl etmədikdə françayzerin
imici, nişanı nüfuzdan düşür.
Beynəlxalq françayzinq təşkilatının apardığı tədqiqatlar göstərir ki, onun üzvlərinin ancaq 1%-i
iflasa uğrayır. 1960-cı ilə qədər “Hilton” və “Şeraton” şirkətləri françayzinq müqavilə
formasından imtina etmişlər. Yalnız 1960-cı ildən sonra bu şirkətlərin strategiyasını françayzinq
müqavilələri təşkil etməyə başlayıb.
Suаl-16. Mеhmаnхаnаlаrın müqаvilə yоlu ilə idаrə оlunmаsı
Mehmanxana sənayesi müəssisələrinin idarəetmə formalarından biri olan müqavilə ilə idarəetmə
1970-ci illərdə geniş yayılmışdı. Mehmanxana sahibkarları, menecer və ya şirkətlə yazılı
razılaşma əsasında müqavilə (kontrakt) bağlayaraq idarəçiliyi ona verir.
Mütəxəssislərin bir qismi müqavilə ilə idarəçiliyin ilk dəfə XX əsrin əvvəllərində “Sezar Rits
Qrupp” şirkəti ilə bağlandığını söyləyir. Digər mütəxəssislər hesab edir ki, ilk dəfə müqavilə ilə
idarəçiliyi “Tradway Hotel Co” şirkəti həyata keçirib. Bəziləri isə iddia edir ki, 30-cu illərdə
“Westin hotels” şirkəti ilk dəfə müqavilə ilə idarə edilmişdir. 90-cı illərin əvvəllərində
mehmanxanaların müqavilə ilə idarə olunmasında “Riçfild Hotel Menecment”, “Dalbri Hotel
Korp” və “Intersteyt Hotels Korp” kimi iri şirkətlərin rolu çox böyük olmuşdur. Müqavilə yolu
ilə idarə edən şirkətin və ya menecerin müəssisəsinin əmlakına heç bir hüquqi iddiası yoxdur.
Müqavilə üzrə şirkət adətən məhdud maliyyə məsuliyyəti daşıyır və hər bir halda gəlir əldə edir.
Təbii ki, mehmanxananın gəliri çoxaldıqca şirkətin və ya menecerin gəliri də artır. Lüks və orta
dərəcəli mehmanxana sahibkarları şirkətlərin yüksək səviyyəli peşəkar menecerləri ilə müqavilə
bağlayaraq otelləri onların idarəçiliyinə verirlər. Mənzil-qərargah Kaliforniya ştatının Beverli-
Hilz şəhərində yerləşən “Hilton Hotels” ABŞ-ın 219 şəhərində 97000 nömrəsi olan 271 oteli
idarə edir. Mənzil-qərargahı Memfisdə yerləşən və dünyanın iri şirkətlərindən sayılan “Holiday
Inn” in ABŞ və Kanadada, Avropa ölkələrində, Asiya və Cənubi Amerikada 1600 mehmanxana
müəssisəsi var.
Suа
l-17. Mе
hmа
nха
nа
sə
nа
yе
sində
icа
rə
yо
lu ilə
idа
rəе
tmə
Mehmanxana sənayesi müəssisələrinin icarə yolu ilə idarə olunması 1950-1960-cı illərdə geniş
yayılmışdı. Hazırda bu forma az istifadə edilir. Bu idarəetmənin mahiyyəti ondadır ki,
mehmanxana müəyyən müddətə icarəyə götürülür və danışıqlar əsasında faiz müəyyən edilir
(adətən 20-50%). Inkişaf etməkdə olan ölkələrdə bu forma geniş yayılmışdır. Məsələn, “Hilton”
ş
irkəti San-Xuan şəhərindəki (Puerto-Riko) oteli icarəyə götürür. Bundan sonra Puerto-Riko
hökuməti “Hilton”un nüfuzlu, məşhur şirkət olmasını nəzərə alıb, ölkədə onun adından istifadə
etməklə turizmi inkişaf etdirmək məqsədilə “Hotel Caribe”ni “Hilton” şirkətinə güzəştli şərtlərlə
icarəyə verir. Icarə yolu ilə idarəetmə Kubada da müvəffəqiyyətlə həyata keçirilmişdir. Lakin
Kuba inqilabından sonra Havanadakı “Hilton” oteli öz rentabelliyini itirir. Avropada icarə
forması daha çox gəlir gətirir. Londondakı “Hilton” oteli 25 illiyə icarəyə verilmişdir.
Proqnozlara görə, yaxın gələcəkdə mehmanxana sənayesində icarə formasının yenidən geniş
yayılması gözlənilir. Mehmanxana bazarında maliyyə və pul azlığı ilə əlaqədar bəzən yarımçıq
qalmış mehmanxana layihələrinə münasibətdə yeni idarəçilik formaları axtarılır. Arizona
ş
tatından olan Kriçer nə Snayder icarənin yeni tipini təşkil edirlər. Bu varianta görə ilkin kapital
olmadan icarəçi mənfəət götürür. Bu sxem üzrə hər nömrənin ümumi gəliri və müqavilə şərtləri
ə
sasında icarəçi mehmanxananı idarə edir. Icarəçi sığortaya, personalın işə qəbuluna, təchizata
və marketinqə cavabdehdir. Buna görə də icarəçi nömrələrdən əldə olunan xalis gəlirin böyük bir
hissəsinə və əlavə gəlirə malik olur.
Suаl-18. Sеzаr Ritsin mеhmаnхаnа biznеsinin inkişаfındа rоlu
Sezar Rits hələ sağlığında əfsanəvi şəxsiyyət kimi ad qazanmışdır. O, vəzifəsinə sadə işdən
başlayaraq inadkarlığı, zəhmətkeşliyi sayəsində tez bir zamanda mehmanxana biznesinin
sirlərinə yiyələnir. Bu sahədə mehmanxana müdirinin, şagirdi kimi, 15 yaşından başlayır. Artıq
19 yaşında Rits Paris restoranlarından birinə rəhbərlik edir, ancaq naməlum səbəbdən bu işini
buraxaraq məşhur «Voisin» restoranında xörəkpaylayan köməkçisi işinə düzəlir. Burada Rits
tezliklə varlı və nüfuzlu şəxslərin zövqlərini öyrənərək onları razı salmaq məharətinə yiyələnir.
Çox keçməmiş o, artıq daimi müştərinin hər biri haqqında məlumatlı idi (müştərilər nəyi xoşlayır
və onların zövqünə nə uyğun gəlir) və onlar da həmişə Ritsin xidmət göstərməsini xahiş
edirdilər. Artıq 22 yaşında Rits Isveçrənin Lüsserna şəhərində yerləşən «Grand National Hotel»
mehmanxanasının müdiri olur. Ritsin sayəsində bu otel məşhurlaşır. Ritsin yaradıcılığı ən yüksək
səviyyəli və adlı-sanlı seçilmiş müştəriləri belə özünə cəlb edir. Bu oteldə 11 il müvəffəqiyyətlə
çalışan Rits Londonda yeni açılan «Savoy Hotel» mehmanxanasının təklifini qəbul edir və 38
yaşında dünyanın dəbdəbəli otellərindən birinin müdiri olur. Ritsin şəxsi keyfiyyətləri bu oteldə
də özünü göstərir. Rits oteli kübar cəmiyyətin mədəni mərkəzinə çevirir. Baş aşpaz Ogüst
Eskofye ilə birlikdə onlar Avropa mətbəxinin ən ləziz yeməklərini hazırlaya və restoranda bu
yeməklərə uyğun mühit yarada bilən kollektiv toplayırlar. Restorana yalnız axşam ziyafətləri
geyimində gəlmək ənənəsini məhz Rits tətbiq etmişdir. O, restorana ən məşhur musiqiçiləri
dəvət edir, vəsait xərcləyib qeyri-adi effektlər təşkil edirdi. Hətta bir dəfə suda üzən restoran
ə
trafında «Venesiya» yaratmışdı. Suda üzən qandollarda qandolyerlər italyanca sevgi mahnıları
ifa edirdilər. Rits müştərilərlə ünsiyyəti menecerin ən vacib xüsusiyyətlərindən biri kimi qəbul
edirdi. Insanların istək və arzularına diqqətlə yanaşmağı menecer sənətinin yeni mərhələsi
sayırdı. Rits özünü bütün varlığı ilə işə sərf edir, var qüvvəsini əsirgəmirdi. 52 yaşında Rits güclü
ə
səb gərginliyi keçirir və bundan sonra vəfat edir. Bu gün Ritsin adı mehmanxana biznesində
nəzakət, kübar və zəriflik sinonimi kimi səslənir.