Sifarişi qəbul edən metrdotel aşağıdakı məlumatları qeyd edir:
1. Otağın nömrəsi;
2. Yemək və içkilərin adı və miqdarı;
3. Qonaqların sayı;
4. Yemək və içkilərin nömrəyə verilmə vaxtı.
Sifarişi qəbul edən metrdotel onu ofisianta və mətbəxə çatdırır və iki nüsxədə hesab yazır, biri
qonaq, o biri mətbəx üçün. Mehmanxana nömrələrinə restoran xidməti göstərmək üçün xüsusi
qab – qacaqlar, mətbəx və restoran ləvazimatı, müxtəlif formalı arabalardan istifadə olunur.
Nömrələrdə restoran xidmətinin əsas təşkilat prinsipi, fransız söz birləşməsinin ifadə etdiyi kimi,
mise on place – hər şey öz yerində. Qonaqlara nömrələrdə restoran xidməti göstərmək üçün
xüsusi qaydalar mövcuddur:
1. Qonağın sifarişi nömrəyə məcməyidə və ya servis arabasında gətirilir. Məcməyini
ofisiant sol əlində aparır. Sağ əli boş olmalıdır ki, nömrənin qapısını açıb – bağlaya
bilsin. Dəhlizdə hərəkət vaxtı məcməyini ofisiant çiyni, nömrəyə daxil olan zaman
sinəsi səviyyəsində endirməlidir;
2. Ofisiant nömrənin qapısını döyməli, icazə aldıqdan sonra daxil olmalıdır;
3. Qonaqlarla salamlaşmalıdır;
4. Çarpayıda səhər yeməyi, yemək istəyən qonağa kənar tərəfdən məcməyini təqdim
etməlidir, iki nəfərə səhər yeməyi təqdim olunursa, hər birinə ayrıca məcməyi verilir;
5. Məcməyidə yemək servirovka olunmuş halda təqdim olunur;
6. Masa arxasında səhər yeməyi yemək istəyən qonaq üçün süfrə salınır, məcməyi masa
üstünə qoyulur və ya qonağın arzusu ilə masa üstündə servirovka edilir.
Ofisiant ədəb qaydalarına riayət etməli, yersiz söhbət etməməli, işini qurtaran kimi <
olsun>> deyib sağollaşaraq nömrəni tərk etməlidir.
Suаl–41. Mehmanxana biznesində marketinq
«Marketinq» sözü ingilis dilindən götürülüb. Onun kökü «market» sözüdür, tərcümədə «bazar»
deməkdir və bu sözdən əmələ gələn marketinq hərfi mənada «bazarda iş görmək» mənasını
daşıyır. Maksimal qazanc əldə etmək məqsədilə istehlak tələbatını aşkar edib və tədqiq edilməsi
ə
sasında hər bir istehlakçının fərdi tələbatlarının təmin olunmasına yönəlmiş ticarət-istehsalat
sisteminə marketinq deyilir. Kommersiya fəaliyyətinin bütün üsulları və stimulları artıq istehsal
olunmuş malların və xidmətlərin bazarda satılmasına yönəlirsə, marketinqin məqsədi istehlak
tələbatına müvafiq olaraq malların və xidmətlərin istehsalı və satışının qarşılıqlı əlaqəsi olan
prosesdir. Digər tərəfdən, marketinqin məqsədi fərdi istehlakçılar səviyyəsində tələbatın aşkar
edilməsi və onun daim artması istiqamətində formalaşdırılmasıdır. Nəhayət, marketinqin son
məqsədi maksimal qazanc əldə etməkdir - bu da onu son dərəcə iqtisadi kateqoriyaya çevirir.
Marketinq nədir?
1. Məqsədi: satışın stimullaşdırılması ilə maksimum qazanc əldə etmək;
2. Istehsal-satış fəaliyyətinin ümumi layihəsinin planlaşdırılması və həyata keçirilməsi.
3. Bazarın tədqiq edilməsi:
• Alıcılar nə istəyirlər (tələbat);
• Onların tələbatları nə cür ödənilir (təklif və qiymətlər).
4. Qarşılıqlı mübadilə məqsədi ilə, fərdi və ya kollektiv tələbləri ödəyən malların və xidmətlərin
bazara çıxarılması və onların satılması.
5. Reklam.
6. Məhsulun yeni növlərinin yaradılması.
7. Bazarın alıcılıq şəraitində, alıcı öz tələblərini satıcıya buyurursa, marketinq istifadə oluna
bilər.
8. Marketinq üçün azad bazar şəraiti tələb olunur və istehsalçı ilə istehlakçı arasında
münasibətlərdə sərbəstlik hökm sürür.
9. Marketinq üçün əmtəə istehsalçıları arasında azad rəqabət şəraiti, sahibkarlıq təşəbbüsü tələb
olunur.
10. Bazar mallar və xidmətlərlə kifayət qədər bol olduğu halda marketinq faydalı hesab olunur.
Marketinqin geniş və müvəffəqiyyətlə tətbiq edilməsi yalnız müvafiq hüquqi təminat şəraitində
mümkündür, yəni aşağıdakı prinsiplərin həyata keçirilməsi üçün əlverişli hüquqi mühitin təmin
olunmasına dair qanunların və qanunverici aktların vəhdəti olduqda:
• malların, ixtisasın, istehsalatın şəraitinin, sahibkarlığın formasının azad seçilməsi;
• istehsalat vasitələrinə və əməyin nəticəsinə xüsusi mülkiyyət hüquqları;
• müqavilələrin və tərəfdaşlıq öhdəliklərinin şərtlərinə riayət olunması;
• malların və xidmətlərin satılması prosesində istehlakçının üstünlüyü (“müştəri hər zaman
haqlıdır” prinsipi).
Strategiya - mehmanxana müəssisəsinin fəaliyyətinin daha əhəmiyyətli və həlledici istiqamətidir
ki, bunun da icra edilməsinə xeyli vaxt və xərc tələb olunur. Qiymətlər və qiymət siyasəti -
marketinq strategiyasının həyata keçirilməsi üçün mühüm üsullardır. Məhz əldə edilən ticarətin
nəticələri əhəmiyyətli dərəcədə qiymətlərdən asılı olur və effektli aparılan qiymətlər siyasəti
mehmanxananın bütün ticarət-istehsalat sisteminə uzunmüddətli, bəzən isə həlledici təsir
göstərir. Marketinq strategiyasına müvafiq olaraq mehmanxana xidmətlərini inhisarlı yüksək
qiymətlərlə - bazarın məhdud seqmenti çərçivəsində, müvafiq sahə üçün orta qiymətlərlə -
tələbatın stimullaşdırılması məqsədilə satmaq olar və nəhayət, təkliflərin rəqabət qabiliyyətini
təmin etmək və bazarda davam gətirmək zərurəti yarandıqda qiymətlərin kəskin endirilməsini
keçirmək olar.
Suаl–42. Mehmanxana xidmətləri bazarında marketinq konsepsiyası
Mehmanxana ticarət (kommersiya) istehsalı olaraq bazarda öz əmtəə məhsulunu xidmətlər
şə
klində təklif edir.
Xidmət - mübadilə sazişləri vasitəsilə müştəri tərəfindən əldə edilən məhsuldur ki, bu, satınalma
mülkiyyəti deyil, əşya şəklini almır və yalnız məhsulu və onun istifadəsini müəyyən vaxt ərzində
və məkanda əldə etmək olar. Xidmət bir sıra xüsusiyyətlərə malikdir. Xidmətin bir əmtəə
məhsulu, turist mehmanxanasının istehsalat nəticəsi kimi əsas səciyyəvi xüsusiyyəti ondadır ki,
istehsalat proseslərinin, xidmətlərin satılması və istehlakı zaman və məkanda baş verir.
Xidmətin yerinə yetirilməsi istehsalçının ərazisi olan mehmanxanada istehlakçının fəal iştirakı
və icraçı ilə qarşılıqlı təsiri, habelə onların bilavasitə təmasları mühitində baş verir. Buna görə
mehmanxana məhsulunun keyfiyyəti əsas etibarilə mehmanxananın heyəti tərəfindən
müəyyənləşir, xüsusən də bilavasitə turistlərlə təmasda olan heyət ilə (front-offise).
Xidməti ölçmək mümkün deyil. Onu yalnız xidmət göstərildikdən sonra qiymətləndirmək olar.
Mehmanxana xidmətini ehtiyat üçün istehsal etmək, saxlamaq, konservləşdirmək olmaz.
Mehmanxana xidməti müştərinin istəyini dərhal təmin edir. Xidmət göstərilmədiyi halda
mehmanxananın gözlənilən mənfəəti itirilir və ödənilə bilmir. Hətta vaxtında göstərilməyən
xidmət mehmanxana üçün gələcək itkiyə çevrilə bilər.
Mehmanxana məhsullarına olan tələbat dəyişkəndir, ilin mövsümündən asılı olur, mövsüm
dəyişikliklərinə məruz qalır. Mehmanxana məhsulunun istehsalı yüksək daimi maddi xərclərlə
yanaşı, bir qədər az dəyişkən xərclər də tələb edir. Daimi xərclər xidmət olunan müştərilərin