Microsoft Word men bir susmaz duyguyamki doc



Yüklə 226,85 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü226,85 Kb.
#52769

background image
www.cafarcabbarli.org 

 

 

 



 

 

MƏN BİR SUSMAZ DUYĞUYAM Kİ 

 

(ŞƏRQİ) 

 

 

Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,  



Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim. 

Mən səninçin ömrüm boyu cəfalara dözərim,  

Sənsiz güllər açılmasın, axar çaylar dayansın, 

Oxu, bülbül, bəlkə yarım oyansın!.. 

Mən bir sönməz ulduzam ki, daim işıq saçarım,  

Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım, 

Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.  

Sənsiz günəş görünməsin, qaralara boyansın,  

Oxu, bülbül, bəlkə yarım oyansın!.. 

Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım,  

Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım!  

Arar, arar, arar, arar, axır səni taparım;  

Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın,  

Oxu, bülbül, bəlkə yarım oyansın!.. 



 

Yüklə 226,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə