Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
M a d d ə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə
müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan
şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada
əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
1
M a d d ə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun
özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair
əsas müddəaları müəyyən edir.
M a d d ə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır:
mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması;
mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması;
yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə
verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması;
özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət.
M a d d ə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna
məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri
əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
2
M a d d ə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə
müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış
ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə
üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə
verilə bilər.
Bir neçə kirayəçinin yaşadığı biri digərindən təcrid olunmamış, məhdud kommunal şəraitli
mənzillərin (evlərin) özəlləşdirilməsinə hər bir kirayəçinin və onların yetkinlik yaşına çatmış
ailə üzvlərinin razılığı ilə yol verilir.
KM1
Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər)
özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin
ümumi mülkiyyətinə verilir.
3
M a d d ə 6.
Təhsil müəssisələrinin yataqxanalarında
, qəza vəziyyətində olan evlərdə,
qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə
yol verilmir.
4
Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna
olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti
orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada
faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər
tərəfindən özəlləşdirilə bilər;
Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra
həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək
qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir.
5
M a d d ə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək
hüququndan yalnız bir dəfə istifadə edilə bilər.
6
M a d d ə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-
istismar təşkilatı beş gündən kec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və
mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir.
Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa
müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı
verilir.
Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına
verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir:
mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə
(evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə
əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;
mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə
mənzil istismar təşkilatının arayışı (2 №-li forma);
mənzil sahəsinin orderi.
Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə
sənədlər tələb edilə bilməz.
7
M a d d ə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən
vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin)
vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın
mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən
çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra
hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.
Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda
müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda
vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina
barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.
Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra
hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir.
Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş
hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində
müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
8
M a d d ə 10. Mənzil (mənzil-tikinti) kooperativinin mənzilinin kooperativ üzvünün
mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil
kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-
cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir.
9
M a d d ə 11. (Çıxarılıb)
10
M a d d ə 12. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış
ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan
istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya
bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya
bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına
və qanuni mənafeyinə xələl gətirməməlidir.
Yaşayış evlərinin və şəxsi yardımçı təsərrüfat üçün tikililərin yerləşdiyi torpaq sahələrinin
verilməsi torpaq qanunvericiliyi ilə tənzimlənir.
Mənzillərin mülkiyyətçiləri Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi
qaydada razılaşdırılmış layihəyə uyğun surətdə mənzillərin quruluşunu dəyişdirmək, onları
modernləşdirmək, rekonstruksiya və ya əsaslı təmir etmək hüququna malikdirlər.
M a d d ə 13. Özəlləşdirilmiş mənzillərə (evlərə) xidmət və onların təmiri mülkiyyətçilərin
vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə, mənzil
fondunun istismarının və təmirinin vahid qaydalarına və normalarına mütləq əməl edilməklə
həyata keçirilir.
Mənzil sahəsinin və kommunal xidmətlərin haqqının ödənilməsində imtiyazları olan
vətəndaşlar kommunal xidmətlərin dəyərinin müəyyən edilməsində, habelə özəlləşdirilmiş
mənzillərə (evlərə) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları tərəfindən xidmət
göstərilməsində və onların təmirində də imtiyazlarını saxlayırlar.
M a d d ə 14. Dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin
(evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərinin şirkətləri, digər birlikləri) ilə ancaq müqavilə
əsasında bu mənzillərə ( evlərə) xidmət göstərə bilərlər.
Müqavilənin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
Tam özəlləşdirilmiş evdəki mənzillərin mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün
müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları,
kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçı subyektlər seçməyə ixtiyarı vardır.
Qismən özəlləşdirilmiş evlərdə mənzillərə xidməti və onların təmirini bu evlərə
özəlləşdirmədən əvvəl xidmət etmiş mənzil-istismar və təmir-tikinti təşkilatları həyata
keçirirlər.
M a d d ə 15. Özəlləşdirilmiş mənzil fondunun texniki vəziyyətinə və vaxtında təmir
olunmasına yerli icra hakimiyyəti orqanları nəzarət edirlər.
Özəlləşdirilmiş yaşayış evlərinin, mənzillərin, texniki avadanlığın və evyanı ərazinin
istismarı qaydalarının pozulması müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
M a d d ə 16. Bu Qanunun tətbiqi ilə əlaqədar meydana çıxan mübahisələrə Azərbaycan
Respublikası qanunvericiliyinə müvafiq qaydada məhkəmədə baxılır.
11
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 26 yanvar 1993-cü il.
№ 463.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246)
2.
19 sentyabr 1995-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 359)
3.
23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)
4.
30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)
21 aprel 2006-cı il tarixli
100-IIIQD
nömrəli Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, № 6, maddə 478)
26 dekabr 2006-cı il tarixli 218-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 74)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1
24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası
Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246) ilə 1-ci maddə yeni redaksiyada verilmişdir.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“M a d d ə 1. Bu Qanunda özəlləşdirmə dedikdə, vətəndaşların yaşadıqları dövlət və ya ictimai
mənzil fondu mənzillərinin (evlərinin) onların mülkiyyətinə verilməsi nəzərdə tutulur”.
2
19 sentyabr 1995-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 359) ilə 4-cü maddə yeni redaksiyada
verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“ M a d d ə 4. Mənzil fondunun özəlləşdirilməsini aşağıdakılar həyata keçirirlər:
dövlət mənzil fondunun özəlləşdirilməsini—ixtiyarında mənzil fondu olan müvafiq yerli dövlət
hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar;
ictimai mənzil fondunun özəlləşdirilməsini—mülkiyyətində mənzil fondu olan müvafiq
kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar”.
21 aprel 2006-cı il tarixli
100-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 4-cü maddədə "dövlət texniki
inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları" sözləri "müvafiq icra hakimiyyəti
orqanı" sözləri ilə əvəz edilmişdir.
KM1
30 oktyabr 2000-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarı
(“Azərbaycan” qəzeti 2 noyabr 2000-ci il, № 251, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı №2/2001) ilə 1. «Azərbaycan Respublikasında mənzil fondunun
özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsi
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci
maddəsinin II hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir.
3
24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası
Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246) ilə 5-ci maddə yeni redaksiyada verilmişdir.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“ M a d d ə 5. Özəlləşdirmə qaydasında vətəndaşların mülkiyyətinə onların yaşadıqları
mənzillər (evlər) verilə bilər. Mənzillər (evlər) kirayəçi ilə birlikdə yaşayan bütün yetkin yaşlı ailə
üzvlərinin razılığı ilə mülkiyyətə verilir. Onların arzusu ilə mənzil (ev) onların ümumi (paylı, birgə)
mülkiyyətinə verilə bilər”.
4
26 dekabr 2006-cı il tarixli 218-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 74) ilə 6-cı maddəsinin birinci
hissəsində "Yataqxanalarda" sözü "Təhsil müəssisələrinin yataqxanalarında" sözləri ilə əvəz
edilmişdir
və
həmin
hissədən
sonra
maddəyə
yeni
ikinci
hissə
əlavə
edilmişdir, ikinci hissə isə üçüncü hissə hesab edilmişdir.
5
24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası
Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“ M a d d ə 6. Qəza vəziyyətində olan evlər (mənzillər), ərazinin yenidən qurulması ilə əlaqədar
söküləsi evlər, yataqxanalarda, qapalı hərbi şəhərciklərin evlərində, memarlıq, tarix və mədəniyyət
abidələri sayılan evlərdə mənzillər, eləcə də xidməti mənzillər özəlləşdirilmir”.
6
24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası
Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“ M a d d ə 7. Vətəndaşların yaşadıqları mənzilləri (evləri) pulsuz olaraq mülkiyyətə yalnız bir
dəfə almaq hüququ vardır”.
7
19 sentyabr 1995-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 359) ilə 8-ci maddə yeni redaksiyada
verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“ M a d d ə 8. Yaşadıqları mənzilin vətəndaşların mülkiyyətinə verilməsi mənzilin mülkiyyətçisi
və ya onun vəkil etdiyi orqan ilə bağlanan və notarius tərəfindən təsdiq edilən müvafiq müqavilə
ilə rəsmiləşdirilir”.
21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 8-ci maddədə, birinci hissədə "on" sözü "beş"
sözü ilə, üçüncü hissədə isə "dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı
orqanına" sözləri "müvafiq icra hakimiyyəti orqanına" sözləri ilə əvəz edilmişdir.
8
19 sentyabr 1995-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 359) ilə 9-cu maddə yeni redaksiyada
verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“ M a d d ə 9. Özəlləşdirilmiş mənzillər qanunvericiliyin fərdi mənzil fondu evləri (mənzilləri)
üçün müəyyən etdiyi qaydada texniki inventarlaşdırma orqanında dövlət qeydiyyatından
keçirilməli və uçota alınmalıdır”.
21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 9-cu maddədə, birinci hissədə "Dövlət texniki
inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanı" sözləri "Müvafiq icra hakimiyyəti
orqanı" sözləri ilə, "bir ay" sözləri "iyirmi gün" sözləri ilə, "mülkiyyət hüququ barədə qeydiyyat
vəsiqəsini tərtib edib onu" sözləri "mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət
reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı" sözləri ilə əvəz edilmişdir, ikinci hissənin birinci
cümləsində "dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanı" sözləri
"müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmişdir və həmin hissənin ikinci cümləsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Həmin orqan bu barədə əsaslandırılmış qərar çıxarır və qərarın surətini üç gün ərzində vətəndaşa
verir, yaxud poçtla göndərir.
üçüncü hissədə "dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı
orqanının" sözləri "müvafiq icra hakimiyyəti orqanının" sözləri ilə əvəz edilmişdir.
9
23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 10-cu maddə yeni redaksiyada
verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“ M a d d ə 10. Mənzil (mənzil-tikinti) kooperativinin evində mənzilə mülkiyyət hüququ pay
haqqının tam ödənildiyi barədə müvafiq mənzil (mənzil-tikinti) kooperativi idarə heyətinin arayışı
əsasında texniki inventarlaşdırma orqanının vəsiqə verdiyi andan əmələ gəlir”.
10
30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 11-ci maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“ M a d d ə 11. Mülkiyyətinə mənzillərin (evlərin), pulsuz verildiyi vətəndaşlar mənzilə (evə)
mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödəməkdən azad edilirlər”.
11
24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası
Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246) ilə 16-cı maddə yeni redaksiyada verilmişdir.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“M a d d ə 16. Yaşadıqları mənzilləri onların mülkiyyətinə verməkdən imtina edildikdə,
vətəndaşlar məhkəməyə şikayət edə bilərlər”.
Dostları ilə paylaş: |