Microsoft Word Meqale Gubad doc



Yüklə 89,64 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü89,64 Kb.
#12164


Qlobal  maliyyə böhranının Azərbaycan  

iqtisadiyyatına təsirləri   



Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri  

 

Dünya maliyyə böhranının milli iqtisadiyyatlara təsiri barədə danişarkən ilk növbədə 

böhran qabağı  vəziyyət, sonra isə böhranın mövcudluğu  şəraitində makroiqtisadi siyasətdə  və 

biznes mühitində  baş verən dəyişikliklər və onlara hökümətlərin, bizneslərin, ev təsərrüfatlarının 

reaksiyası dəyərləndirilməlidir. Belə ki,  dünya iqtisadiyyatında böhranqabağı vəziyyət  xüsusilə 

inkişaf etmiş ölkələrin maliyyə sektoru və kapital bazarlarında normal  və ahəngdar  fəaliyyətin 

pozulması, iqtisadi artım tempinin səngiməsi və iqtisadiyyatın iş yerlərini itirməsi statistikasının 

genişlənməsi ilə  səciyyəvi olmuşdur. 2008-ci ilin ortalarından aparıcı olkələrdə ipoteka 

defoltları, bankların problemli kreditlərinin artması, istehlak xərclərinin və investisiyaların 

azalması, muşahidə edilmişdir. 2009-cu ilin ilk rübündə dünyanın əksər inkişaf etmiş olkələrində 

tənəzzul meylləri yaranmış, Ümumi Daxili Məhsul  kəskin azalmış,  əmtəə bazarlarında 

qiymətlər, maliyyə bazarlarında aparıcı indekslər aşağı düşmüş, işsizlik  artmışdır. Bu şəraitdə 

bir çox olkələrdə pul-kredit  siyasəti əhəmiyyətli dərəcədə yumşaldılmış, dovlət xərcləri və budcə 

kəsirləri artırılmış, eyni zamanda maliyyə sistemi uzərində  nəzarət gucləndirilmişdir.  Bu 

məqsədlə  məcmu qlobal tələbi dəstəkləmək üçün bir çox olkələrdə  əlahiddə maliyyə 

stabilizasiyası və iqtisadiyyata yardım proqramları həyata keçirilmişdir.  

 Qlobal böhran dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatı 

üçün də əhəmiyyətli risklər yaratsa da qonşu Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycan 

ötən ili müsbət yekunla başa vurmuşdur. Çünki, Azərbaycan iqtisadiyyatı qlobal böhranını neft 

ixracatından gələn gəlirlər hesabına akkumilyasiya olunmuş kifayət qədər sərbəst maliyyə  

resursları    ilə qarşılamışdır.  Bu, böhrandan oncəki dovrdə neft hasilatının və ixracatının artımı 

hesabına yaradılmış valyuta ehtiyatları sayəsində mümkün olmuşdur. Bütün bunlar  nəticəsində 

Azərbaycan  iqtisadiyyatının  “təhlukəsizlik yastığı” rolunu oynayan valyuta ehtiyatları  börhan 

dövrü üçün   makroiqtisadi və maliyyə sabitliyinin təminatına çevrilmişdir. Azərbaycan 

iqtisadiyyatı qlobal böhrana yuksək dayanıqlılıq nümayiş etdirərək öz muvazinətini 

itirməməsinin, ÜDM-in yüksık artım dinamikasını qoruya bilməsinin digər səbəbi də  

Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi antiböhran siyasəti olmuşdur.  Belə ki, daxili və 

xarici maliyyə  mənbələrinin azalması  şəraitində  Mərkəzi Bank pul siyasətini ciddi şəkildə 

yumşaltmalı oldu, uçot dərəcəsi 15%-dən 2%-dək azaldıldı.  2009-cu il ərzində qanunvericilikdə 

bir sıra  əlavə  tədbirlər görüldü:  sığortalanan  əmanətlərin məbləği 5 dəfə artırılaraq 6 min 

manatdan 30 min manata çatdırıldı; bankların xarici borclarının qaytarılmasını təmin etmək üçün 

onlara zəruri yardım göstərildi; qanunvericiliklə banklara və sığorta təşkilatlarına kapitallaşdırma 

məqsədi ilə vergi güzəştləri tətbiq olundu (Nizamnamə kapitalına yönəldilən mənfəət vergidən 

azad edildi), mümkün itkilər üzrə banklardan maliyyə ehtiyatlanması daha da artırıldı. Bütün bu 

tədbirlər 2009-cu ilin birinci rübündə bank sektorunda müşahidə edilən gərginliyi aradan 

qaldırılmasına və onlarin likvidliyinin sabitləşdirilməsinə xidmət edirdi. Azərbaycan bank 

sektorunun beynəlxalq maliyyə bazarlarına məhdud səviyyədə asılılğı şəritində  Mərkəzi Bankın  

yuxarıda sadalanan antiböhran tədbirləri və birbaşa maliyyə yardımları bank sistemini iflasdan 

qurtarsa da, bank sektorunun köklü problemlərini həll edə bilmədi,  sığorta, qiymətli kağızlar və 

lizinq bazarında ciddi  tənəzzül meylləri müşahidə olundu.   

Qlobal maliyyə böhranı dövründə  əmtəə bazarlarında  bəzi məhsulların,  xüsusilə  də 

neftin  qiymətlərin ucuzlaşması  səbəbindən valyuta daxilolmalarının,  bundan başqa xaricdə 

yaşayan soydaşlarımızın sosial baxımdan xüsusi əhəmiyyət kəsb edən pul transferlərinin 

azalması  nəticəsində  Azərbaycan manatı devalvasiyası  təzyiqləri ilə qarşılaşdı. 2009-cu ilin 

birinci rübündə xüsusilə  şiddətlənən təzyiqlərə  əhalinin devalvasiya  gözləntilərinin də  əlavə 

olunması milli valyutanın stabilliyini qorumaq üçün Mərkəzi Bankı xeyli  resurslar  sərf etməyə 

məcbur etdi  və  bununla əlaqədar olaraq yalnız ötən il  ərzində Mərkəzi Bankın xalis emissiyası 




1,8 mlrd. manat təşkil etdi. Bu pulların oyandığı rola nəzər salanda onu daha çox havaya atılmış 

gülləyə  bəznzətmək və maliyyə böhranının təzyiqləri nəticəndə hökümətin itkiləri kimi 

qiymətləndimrək olar.  

  Ötən ilin yekunları  əsasında aparılmış  tədqiqatlar təsdiq edir ki,  bu və ya digər 

səbəblərdən qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına da negativ təsir gostərmiş  və 

milli iqtisadiyyat bir sıra risklər ilə uzləşmişdir. Qlobal böhranın olkə iqtisadiyyatına  təsiri 

əsasən neftin və digər qeyri-neft ixrac məhsullarının qiymətinin aşağı duşməsi,  daxili əmtəə 

bazarlarında likvidlik probleminin yaranması, xüsusilə  də qeyri-ticari sektorda təklif olunan 

məhsullar üzrə alıcılıq qabliyyətinin aşağı düşməsi səbəbindən  əlavə  dəyərin yaradılması 

prosesinin səngiməsi, ticari sektorun buraxılış qabliyyətinin və ixracat potensialının azalması,  

mill bank bazarına  xarici kredit axınlarının kəskin məhdudlaşması, xaricdən pul transfertlərinin 

azalması, ev təsərrüfatlarında bank sektoruna inamın azalması  və onların neqativ gozləntilərin 

artması vasitəsilə özünü gostərmişdir.  

Hökümətin müşahidə olunan belə neqativ tendensiyalara laqeyd münasibət bəsləməsi  və seyrçi 

mövqeyi nəticəsində qlobal böhranın təsirindən Azərbaycan iqtisadiyyatı  bir sıra  risklərlə 

uzləşmişdir ki, onu da aşağıdakı kimi qruplaşdırmaq olar: 

•  davamlı makroiqtisadi artım tempinin yüksək sürətlə  aşağı düşməsi (xüsusilə  də qeyri-

neft ÜDM-nin artım tempinin azalması); 

•  makro maliyyə sabitliyin pozulması (milli valyutanın devalvasiyası  və inflyasiyanın 

yuksəlməsi); 

•  maliyyə sabitliyinin pozulması (bankların kredit portfelinin keyfiyyətinin  əhəmiyyətli 

pisləşməsi və  əmanətlərin bank sektorundan geri şəkilməsi, bankların odəniş 

qabiliyyətinin pisləşməsi, biznesin və ev təsərrüfatlarının  kreditləşməsinin dayanması); 

•  iqtisadiyytda  resessiyanın və  cəmiyyətdə sosial deformasiyanın  başlaması, mövcud iş 

yerlərinin itirilməsi. 

 

Odur ki, bu risklərlə üz-üzə qalan 2009-cu ili   Azərbaycan iqtisadiyyatı üçün ən çətin il kimi 



xarakterizə etmək olar. Belə ki, təzahürləri hələ 2008-ci ilin ikinci yarısından  başlayan qlobal 

böhranın yaratdığı risklər Azərbaycan iqtisadiyyatında nominal ÜDM-in neqativ dinamikasını, 

adambaşına düşən ÜDM-in azalmasını, ÜMM-lə ÜDM arasında fərqin böyüməsini, qeyri-neft 

ÜDM-nin  ümümi səviyyədən  geridə qalan artımını, dövlət xərcləmələrinin ixtisarını, biznes 

mühitinin rəqabət qabliyyətinin aşağı düşməsinin, əhalinin gəlirlərinin artım tempinin azalmasını 

şərtləndirmişdir. Nəticədə    Azərbaycan iqtisadiyyatında böhrandan əvvəlki 3 ildə müşahidə 

edilmiş orta illik 22%-lik iqtisadi artım sürəti 2009-cu ildə  9,3%-ə endi. İlk baxışdan bu artım 

dünyada tüğyan edən böhran şəraitində  nəinki regional, hətta qlobal baxımdan kifayət qədər 

yuksək göstərici təsiri bağışlayır. Lakin unutmayaq ki,  Azərbaycan hələ  də xammal ölkəsi 

olaraq qalır və ÜDM-in artımı ölkə iqtisadiyyatının real vəziyyətini o qədər də adekvat ifadə 

etmir.  Ötən il ölkə iqtisadiyyatının  əsas ixrac məhsulundan - neftdən, daha doğrusu, onun 

qiymətindən asılılığını bir daha qabarıq  şəkildə göstərdi. Belə ki, struktur təhlili göstərir ki, 

Azərbaycanda ÜDM-in  üçdə iki hissəsi ixrac edilir və milli iqtisadiyyatın artımının yarıdan 

çoxu xarici tələb amilləri hesabına formalaşır. Bu baximdan ölkədə istehsal olunan neftin həcmi 

və onun dünya bazar qiymətlərinin dinamikası milli iqtisadiyyat üçün çox önəmlidir. Ötən il 

ÜDM-in real artımının 9,3% səviyyəsində qərarlaşmasında neft sektorunda formalaşan ÜDM-in  

14,3%-lik və  həcmcə ondan kiçik olan qeyri–neft ÜDM-nin 3,2%-lik artımı səbəb oldu.  Qeyd 

edək ki, ÜDM-in real artımı istehsalın fiziki artım göstəricisidir və onun dinamikası sözsüz ki, 

ölkə iqtsadiyyatının aktivliyini əks etdirən göstərici kimi qəbul edilir. Ancaq  iqtisadiyyatında 

xammal komponenti  üstünluk təşkil edən ölkələr üçün fiziki həcmlərin artımını iqtsadiyyatın 

aktivliyi kimi səciyyələndirmək tam doğru olmazdı. Çünki həmin xammalın dəyişən qiyməti 

xarici faktorlarla, xarici tələblə müəyyənləşir və qiymətlər ucuzlaşdırda  tamam başqa mənzərə 

yaranır. Bu isə ondan ibarətdir ki, Azərbaycanda UDM-in real artımı fonunda ölkənin müasir 

tarixində ilk dəfə nominal ÜDM-in 21,2%-lik azalması qeydə alındı, deflyatorun səviyyəsi 2008-

ci ildəki 127,8%-dən, 78,8%-ə endi. Yəni daha çox məhsul və xidmətlər istehsal olundu, ancaq 



onun müqabilində daha az vəsait əldə edildi. Daha ümumiləşdirici göstərici - adambaşına duşən 

ÜDM, 2008-ci ildəki 4604 manatdan  ($5603), 2009-cu ildə 3917 manata ($4874) qədər azaldi. 

Azərbaycanda ÜDM-in nominal həcminin azalması neftin qiymətinin düşməsi və qeyri-neft 

sektorunun zəif inkişaf sürəti ilə bağlıdır.  

 

Əsas makroiqtisadi göstəricilər 

Cədvəl   1. 

 

 



2007  

2008  

2009  

ÜDM , mln. AZN  

Artim tempi , %  

28360,5  

25,0  

40137,2  



10,8  

34578,7  

9,3  

Adambaşına ÜDM , mln. AZN 

2981  


4603  

3913  


«Neft» ÜDM-i,  mln.AZN  

Artım tempi , %  

15411,7  

36,8  

22251,3  



6,8  

16257,3  

14,3  

«Qeyri-neft» ÜDM-i, млн.AZN  

Artım tempi , % 

9533,9  


11,4  

15197,2  

15,9  

15683,2  



İnflyasiya, %  

Orta illik  

 

16,7  



 

20,8  


 

1,5  


Əhalinin gəlirlərinin artım tempi, %  

40,3  


37,8  

8,0  


Orta aylıq əmək haqqı, AZN  

Artım tempi , % 

214,0  


42,0  

274,4  


24,2  

298,0  


8,6  

Deflyator 

121 127,8 

 78,8 

 

       2009-cu  ildə Azərbaycanda  faktiki bazar qiymətlərilə 34 mlrd. 579 mln. manatliq ÜDM 



istehsal edilib. Əvvəlki, 2008-ci ildə isə ölkədə 40 mlrd. 137 mln. manatlıq ÜDM əldə edilmişdi. 

Beləliklə,  əgər maliyyə-iqtisadi böhran baş verməsəydi  və 2009-cu ildə ortalama qiymətlər 

2008-ci il səviyyəsində qalsaydi, onda ötən il nominal ÜDM-in həcmi 43 mlrd. 882 mln. manat 

təşkil edərdi. 2009-cu ildə nominal ÜDM-in baza və faktiki qiymətləri arasındakı fərq (43 mlrd. 

882. mln manat - 34 mlrd. 579 mln. manat) 9 mlrd. 303 mln. manatdır ($11,6 mlrd). Bu, 

maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanın əldən çıxartdığı, qazana bilmədiyi məbləğdir, 

dolayısı ilə  itkisidir. Həmin bu itkilər özünü Dövlət Neft Fondunun və  dövlət büdcəsinin 

planlaşdırılan gəlirlərinin azalmasinda, tikinti və digər biznes sahələrinin  əldə edə biləcəyi 

qazanclarda göstərdi. Hesablamalr göstərir ki, neftin hər barelinin qiymətinin $10 düşməsi 

Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti 

2009-cu ildə 2008-ci ildəki  $96,5-dan, $62-a düşüb, nəticədə    tədiyyə balansının profisiti  

hökumətin gözləntilərindən (hökümətin  lkin hesablamalrına görə gözləntilər təxminən $16 mlrd. 

idi.)  $5,8  mlrd. az  olaraq $10,2 mlrd. səviyyəsinə enib.  



0

2000


4000

6000


8000

10000


12000

14000


16000

18000


20000

22000


24000

26000


28000

30000


32000

34000


36000

38000


40000

42000


44000

1996 1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009

100

102


104

106


108

110


112

114


116

118


120

122


124

126


128

130


132

134


136

138


140

mln manat

%%

 

Diaqram 1. Nominal ÜDM-in həcmi  və real ÜDM-in artım tempi 



 

2009-cu ildə ÜDM-in yarısını formalaşdıran sənaye sektorunda real artım 8,6% 

səviyyəsində olmuşdu. Əsas sənaye məhsulları olan xam neftin həcmi 13.5% artaraq 50.4 milyon 

tona,  əmtəəlik təbii qaz hasilatı isə 16.3 milyard kub metrə çatmışdır. Ötən il ümumilikdə 

sənayenin  əsas bölməsi olan mədənçıxarmada istehsalın həcmi  əvvəki ili 12.5% üstələyib. 

Sənayedəki artım məhz mədənçıxarmadakı artım hesabına formalaşmışdi, çünki sənayenin digər 

iki bölməsində - emal sənayesi və  elektrik enerjisi, qaz və suyun istehsalı  və bölüşdürülməsi 

bölmələrində istehsalın müvafiq olaraq 7,7% və 10,8% azalması müşahidə edilib. Bunlara 

baxmayaraq sənaye sahəsində formalaşan ÜDM-in artımı 12,8% olmuşdur. Maddi istehsalın 

digər sahələrində - kənd təsərrüfatında ÜDM-in həcmi 3,5% artmış, tikintidə isə 8,2%-lik 

tənəzzül qeydə alınmişdı. Ümumilikdə UDM-in 64,1% iqtisadiyyatın istehsal (burada UDM-in 

artımı 10% təşkil edib), 28,3% xidmət sahələrinin payına düşmüş (+9,1%), məhsula və idxala 

görə ödənilmiş xalis vergilər isə ÜDM-in 7,6% -ni təşkil etmişdir (+1,8%).   

 

 



 

 



2009-cu ilin yanvar-dekabr aylarında 

ümumi daxili məhsulun strukturu

6,7%


50,0%

7,4%


7,0%

1,0%


6,6%

2,0%


11,7%

7,6%


Kənd təsərrüfatı (6,7%)

Sənaye (50,0%)

Tikinti (7,4%)

Ticarət və xidmətlər  (7,0%)

Mehmanxana və restoranlar (1,0%)

Nəqliyyat (6,6%)

Poçt və rabitə (2,0%)

Sosial və fərdi xidmətlər (11,7%)

Xalis vergilər (7,6%)

 

Diaqram 2.  2009-cu ildə ÜDM-in  strukturu 



 ÜDM-in  50%-i  sənayedə, 6,7%-i kənd təsərrüfatı, ovçuluq və meşə  təsərrüfatında, 7,4 %-i 

tikintidə,  6,6%-i nəqliyyat və anbar təsərrüfatında, 2,0%-i poçt və rabitədə, 7,0%-i topdan və 

pərakəndə ticarətdə, avtomobillərin, məişət məmulatlarının və  şəxsi istifadə  əşyalarının təmiri 

üzrə xidmətlərdə, 1,0%-i mehmanxana və restoran xidmətlərində, 11,7%-i isə sosial və digər 

xidmətlər göstərən sahələrdə istehsal olunmuşdur. Neftin dünya bazar qiymətinin ucuzlaşması 

neft sahəsinin ÜDM-dəki xüsusi çəkisinin 2008-ci ildəki 55,4%-dən 47%-ə saldı, nəticədə 

iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış  əlavə  dəyərin ÜDM-də xüsusi çəkisi 2008-ci 

ildəkinə nisbətən 7,5 faiz bəndi artaraq 45.4% təşkil etdi. Qeyri-neft  ÜDM-nin 3,2%-lik artımına 

isə  qeyri-neft  maddi  istehsal sahələri yox, xidmət sahələrində qeydə alınmış artımlar səbəb 

oldu, məsələn poçt və rabitə xidmətləri sahəsində 13,1%-lik artım, nəqliyyatdakı 9,3%, 

ticarətdəki 8,9%, sosial və digər xidmətlər sahəsindəki  7,7%-lik  artımlar. 

       Nominal  ÜDM-in  neqativ  dinamikası fonunda DSK-nın məlumatına görə, ötən il 

Azərbaycan əhalisinin pul gəlirləri  2008-ci ildəkilə müqayisədə 8,0% artaraq 22,4 mlrd. Manata, 

adambaşına düşən  gəlirlər isə 6,7% artaraq   2 537,1 manata (ayda 211,4 manata)  çatdı.  Ayrı-

ayrı ölkələrin praktikasından və eyni zamanda mövcud aparıcı  nəzəryyələrdən çıxış edərək, 

demək olar ki, əslində bir qayda olaraq  nominal ÜDM-in azalması əsasən əhalinin gəlirlərinin 

azalması və işsizliyin artmasına gətirib çıxarır. Nəzərə alsaq ki, rəsmi məlumatlara görə,  2008-c 

illə müqayisədə ötən il daimi yaradılan iş yerlərinin sayı 35 min nəfər azalıb,eyni zamanda 

ixtisar edilmiş  işçilərin sayı 3 dəfəyədək (2008-ci ildə 3037 nəfərdən 2009-cu ildə 8747 

nəfərədək) artıb,  bu halda əhalinin gəlirlərinin artımı ilə bağlı  bəyan olunan rəsmi  statistika 

şübhə döğurur. Digər tərəfdən də rəsmi statistika göstərir ki, əhalinin gəlirləri istehsal olunmuş 

faktiki ÜDM-də 14 faiz bəndi artaraq 64,8%-ə qədər yüksəldi. Halbuki həmin göstərici 2008-ci 

ildə 50,9% olub. Bu isə özlüyündə ötən il əsas  fondlara, dövriyyə vəsaitlərinə və ümumilikdə  

məcmu yığıma yönəldilən vəsaitlərin azalması  səbəbindən   istehlakla yığım arasında paritetin 

pozulmasdan xəbər verir.  Əslində bu dəyişiklik, yəni  əhalinin gəlirlərinin ÜDM-dəki xüsusi 

çəkisinin artımı istehlak bazarlarına ciddi təzyiq göstərməli, iqtisadiyyatda mövcud qiymətləin 

orta səviyyəsinin yüksəlməsini də şərtləndirməli idi. Lakin, ötən il ərzində əhalinin gəlirlərinin 

əsas mənbəyi olan əmək haqlarının  da orta hesabla 8,6% artaraq 298 manata çatması istehlak 

bazarlarında müvafiq qiymət artımlarına səbəb olmadı.  Əhali  əlindəki vəsaitləri daha qənaətlə 

xəclməyə üstünlük verdi.  




Ötən il ölkədə müşahidə olunan deflyasiya və inflyasiya Azərbaycanda iqtisadi prosesləri 

yarıya böldülər. Belə ki, iİlin birinci yarısı deflyasiya, ikinci yarısı isə inflyasiya prosesləri 

şəraitində keçdi və  aylıq istehlak qiymətləri indeksi 1,6 faiz bəndi (-0,8%, +0,8% arasında 

tərəddüd etdi) hüdudlarında  dəyişərək  illik +1,5% təşkil etdi. Qeyd etmək lazımdır ki, 2008-ci 

ildə inflyasiya 2007-ci illə müqayisədə 20,8% olub.  

Qlobal maliyyə böhranının neqativ təsirləri nəticəsində ötən il ÜDM-in yığıma gedən 

hissəsi, investisiya qoyuluşları kifayət qədər azaldı. Rəsmi məlumatlara  əsasən  əsas kapitala 

yönəldilən investisiyaların həcmi ötən il  18,7% azalaraq (2008-ci ildə müvafiq göstərici  34,4% 

artımla ifadə olunmuşdu) 7 mlrd. 359 mln. manat təşkil etdi. Nəticədə milli iqtisadiyyat xarici 

investisiyaların 1/3-ni itirdi, daxili  investisiyaların həcmi də 14,2% azaldı. Daxili 

 

investisiyaların  əsas mənbələrindən olan dövlət büdcəsinin xərcləri 28% azalaraq 2 mlrd. 678 



mln. manat və ya ümumi investisiyaların 36,4%-ni təşkil etdi. Büdcə investisiyalarının 

azalmasının səbəbi daxilolmalar üzrə bütün il boyu büdcənin icra olunmaması idi.     

   

  2009-cu  il  üzrə icmal büdcənin gəlirlərini proqnozlaşdırılan zaman neftin hökumət 



tərəfindən hesablama bazası kimi istifadə etdiyi qiymət həddi (80 dollar ) özünü doğrultmadı.  

Dünya bazarında neftin ğtən il üçün orta qiymətinin 62 dollar olması reallıqda 2009-cu il 

büdcəsini gözlənildiyindən də gərgin vəziyyətə saldı.  Xüsusi qeyd etmək lazımdır ki, 2009-cu il 

büdcəsinin 2008-cu il büdcəsindən zəif icrası Neft Fondundan dövlət büdcəsinə transfertlərin 

2008-ci ildəkinə nisbətən 1 mlrd. 115 mln. manat artırılması, yəni 3 mlrd. 800 mln. manatdan  4 

mlrd. 915 mln. manata  çatdirılması fonunda  baş verib. Lakin buna da baxmayaraq 2009-cu ildə 

dövlət büdcəsinin gəlir və  xərcləri 2008-ci ilin göstəricilərindən aşağı  səviyyədə icra olundu. 

İlkin məlumatlara görə, ötən il dövlət büdcəsinə 10 mlrd. 326 mln. manat yığmaq mümkün olub. 

Bu isə  2008-ci ildəkindən 4,1% və ya 438 mln. manat azdır. Büdcə xərcləri isə ötən il  2008-ci 

ildəkindən 1,9% və ya 112 mln. manat az olaraq, 10 mlrd. 568 mln. manat səviyyəsində icra 

olundu.  

 

 



 

 

 



Diaqram 3.  2009-cu ildə büdcə xərcləmələri 

 

2009-cu ildə büdcə daxilolmalarının 39,8 faizi və ya 4113,5 mln. manatı Azərbaycan 



Respublikasının Vergilər Nazirliyi, 10,8 faizi və 1112,7 mln. manatı Azərbaycan 

Respublikasının  Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 47,6 faizi və ya 4915,0 mln. 

manatı Azərbaycan Respublikası Dövlət Neft Fondundan, 1,8 faizi və ya 184,7 mln. manatı sair 

mənbələrdən daxil olmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2009-cu 

ildə toplanmış ümumi vəsaitlərin 56,6  faizini və ya 2327,7 mln. manatını qeyri-neft gəlirləri 



təşkil edir ki, bu da proqnoza nisbətən 742,3 mln. manat və ya 24,2  faiz az, 2008-ci ilin müvafiq 

dövrü ilə müqayisədə isə 70,0 mln. manat və ya 3,1 faiz çoxdur. 

1

 

  



Ötən il  Azərbaycanın xarici ticarət statistikası da  ürəkaçan olmadı. Rəsmi statistikaya 

görə, xarici ticarət dövriyyəsinin 2,5 dəfədən artıq azalması qeydə alındı.  Əgər 2008-ci ildə 

Azərbaycanın ixrac-idxal əməliyyatları $54 mlrd. 920 mln.  təşkil edirdisə, ötən il bu göstərici 

$20 mlrd. 818 mln.-a qədər azaldı. İxracat ayrılıqda 3,2 dəfədən artıq - 2008-ci ildəki $ 47 mlrd. 

756 mln.-dan  2009-cu ildə $14 mlrd. 698,5 mln.-a  qədər azaldı. Azərbaycana idxal isə  cəmi 

14,6% azalaraq, $6 mlrd. 119 mln.  təşkil etdi. Azərbaycan ixracatının  əhəmiyyətli dərəcədə 

azalmasına baxmayaraq, ölkənin  aktiv ticarət saldosu qorunub saxlandi. 2009-cı ildə 

Azərbaycanın xarici ticarətində müsbət saldo $8 mlrd. 579 mln.  təşkil etdi. Müqayisə üçün qeyd 

edək ki, 2008-ci ildə bu göstərici 4,7 dəfə çox olub və $40 mlrd. 593 mln. təşkil edib. Acınacaqlı 

vəziyyət ölkənin qeyri- neft  ixracında müşahidə olundu. Qlobal tələbatın azalması  və bunun  

nəticəsində qiymətlərin azalması keyfiyyətcə nisbətən aşağı olan Azərbaycan məhsullarinin 

rəqabətliliyini daha da zəiflətdi. Alüminium və ondan hazırlanan məmulatların ixracı 10 dəfə, 

kimya sənayesi məhsullarının ixracı 3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlarin 

ixracı 2 dəfə azaldı, hətta meyvə-tərəvəzin də ixracında 10%-lik azalma qeydə alındı.       

Adambaşına düşən qeyri-neft ixracatı 2008-ci ildəki $167-dan 2009-cu ildə $124-a enib. 

Hesablamalara görə,  Azərbaycan adambaşına qeyri-neft ixracatına görə, keşmiş sovet  ölkələri 

üzrə orta göstəricidən  geri qalır. 

     Azərbaycanın xarici dövlət borcu 2009-cu ildə $420,7 mln. və ya 14% artaraq bu ilin 1-i 

yanvarına  $3421,8 mln. oldu. Onun ÜDM-də payı 6,4%-dən 7,95%-ə yüksəldi. Adambaşına 

xarici borc isə $380,3-ə çatdı. 1 yanvar 2010-cu il tarixinə Azərbaycanın iqtisadi islahatların 

həyata keçirilməsi üçün cəlb etdiyi kreditlərin məbləği  $326,91 mln. və ya ümumi öhdəliklərin 

9,6%-i olub (bundan $61,96 mln. BVF-yə, $264,96 mln. DB-yə olan borcdur). Öhdəliklərin 

$3094,86 mln. (xarici borcun 90,45%-i) həcmində qalan hissəsi investisiya layihələri, o 

cümlədən: elektroenergetika sektorunda - $1359,8 mln., yol tikintisi və  nəqliyyatda - $868,48 

mln., su təchizatı və meliorasiyada - $309,81 mln., neft-qaz və kimya sahəsində - $207,34 mln, 

sosial sahədə - $153,94 mln, kənd təsərrüfatında - $124,78 mln. və başqa sahələr üzrə $70,71 

mln. həcmində cəlb edilən kreditlərdir.  

  

Qlobal  maliyyə böhranın bisnesə  təsirləinə  gəlincə, qeyd etməliyik ki, İqtisadi 



Tədqiqatlar Mərkəzinin apardığı  tədqiqatlar göstərdi ki, sorğuya cəlb edilən 238 firmanın 80 

faizə qədəri böhranın təsirlərindən əziyyət çəkib.  Maliyyə böhranının  mənfi təsirlərinə məruz 

qalan Azərbaycan  şirkətlərinin 47,54 faizi  bunu  2008-ci ildən, 52,46 faizi 2009-cu ildən hiss 

etməyə başlayıb. Tədqiqat göstərdi ki, sorğuya cəlb edilən şirkətlərin 33,8 faizinin satışdan daxil 

olan gəlirləri böhrandan sonra  ildə 30  faizdən çox, 38,3 faiznin gəlirləi 5 faizlə 30 faiz arasında  

artırdısa,  əskinə böhran dövründə 60,3 faiz şirkətlərin gəlirləri 5 faizlə 30 faiz arasında, 28,6 

faiznin  gəlirləri isə 30 faizdən çox aşağı düşmüşdür.  Şirkətlərin məşqulluq göstəriciləri üzrə, 

vəziyyət eynilə satişdan  əldə etdikləri gəlirlərin həcminə adekvat olmuşdur. Belə ki,  əgər 

böhrandan  əvvəl  şirkətlərin 22,8 faizi tamştatlı  işçilərinin sayını 30 faizdən çox, 33,3 faizi 5 

faizlə 30 faiz arasında artırdisa, əksinə böhran dövründə şirkətlərin  60 faizi tam ştatlı işçilərin 

sayının 5 faizdən 30 faizədək, 20  faizi isə 30 faizdən çox istisar etmişdir. Tədqiqat göstərmişdir 

ki, böhrandan əvvəlki vəziyyətlə müqayisədə böhran dövründə eyni tendensiya şirkətlərin 

investisiya qoyuluşlarının azalmasında, istehsal etdiklləri  malın və göstərdikləri xidmətin 

ucuzlaşmasında,  baklardan aldıqları borcların istifadəsində  də müşahidə olunmuşdur.  

Müqayisəli tədqiqat göstərdi ki, iqtisadi böhran sahibkarlıq obyektlərinin satışdan 

gəlirlərinə, dövriyyə kapitalına, investisiya qoyuluşlarına  neqativ təsir etməklə onların büdcə 

ödənişlərində  də  ləngimə riskini artırır. Qlobal maliyyə böhranı  şəraitində yerli sahibkarlığın 

inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət 

                                                 

1

 Mənbə: www.maliyye.gov.az 



 


vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 

faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət 

növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin 

azaldılmasına dair ötən ildə qanunvericiliyə dəyişikliklər edilmişdir.  

  

Ev  təsərrüfatlarının yaşayış  şəraitinə  təsirinə  gəlincə, qlobal maliyyə böhranı dövründə 



baş verən dəyişikliklər - ÜDM-in tərkibində istehlak xərclərinin dinamikası,   infrastrurktura 

yönələn dövlət xırcləmələrinin azalması, yeni yaradılan  iş yerlərinin tərkinində daimi iş 

yerlərinin artım dinamikasının aşağı düşməsi, ixtisar olunan iş yerlərinin sayının artması, istehlak 

kreditlərinin məhdudlaşması, xaricdən göndərilən pul baratlarının azalması -  bu sahədə 

vəziyyəti xeyli pisləşdirmişdir. Bütün bunlar bir tərəfdən ev təsərrüfatlarının  rəsmi  gəlirlərinin 

artım tempinin aşağı düşməsini, digəır tərəfdən də onların sosial-iqtisadi tərəqqinin nəticələrinə  

çıxış imkanlarının azalmasını  şərtləndirmişdir. Buna baxmayaraq rəsmi statistik məlumatlarda 

ölkədə yoxsulluğun səviyyəsinin 11 faizədək  aşağı düşməsi gerçək vəziyyəti təhrif edir.  

Rəsmi məlumatlara  əsasən 2008-ci ilin yekunları ilə müqayisədə 2009-cu il ərzində 

yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Lakin, Azərbaycanda yoxsulluq həddinin hələ  də 

yuxarı həddə olması bir reallıqdır. Bunu İqtisadi Tədqiqatlar Mərkəzinin 2009-cu ildə 3000 ev 

təsərrüfatı arasında apardığı sorğuların nəticəsi də  təsdiq edir. Belə ki, rəyi soruşulanların 16 

faizi yoxsulluq həddindən aşağı  səviyyədə yaşadığını bildirmişdir. Lakin burda obyektiv 

amillərin təsirini də nəzərdən qaşırmaq olmaz,  belə ki, nəzərə almaq lazımdır ki, Azərbaycanda 

qaçqın və məcburi köçkünlərin əhalinin ümumi sayındakı xüsusi çəkisi 12% təşkil edir. 

Ötən il dünya iqtisadiyyatının yekunları göstərdi ki, iqtisadi artımı kredit və kapital axınından 

asılı olan inkişaf edən və böyüyən iqtisadiyyatların bir çoxu maliyyə böhranından ziyan çəkib, 

Azərbaycan maliyyə böhranının təsirlərinə daha az məruz qalmasının səbəblərindən biri də onun 

iqtisadi artımının kredit və kapital axınlarından daha az asılı olmasıdır ki, bunu da ölkədə 

yüksələn xətlə müşahidə oluan neft və qaz hasilatının və ixracatının artımı ilə izah etmək olar. 

Lakin bütün bunlara baxmayaraq tədqiqatlar göstərdi ki,

 

 qlobal maliyyə böhranın Azərbaycan 

iqtisadiyyatına makroqitisadi axınlarda olduğu kimi  hərtərfli qayda, həm üfüqi, yəni  bazarlar 

(əmtəə, maliyyə, valyuta, pul-kredit, qiymətli kağızlar) üzrə    və  həm də    şaquli yəni  iqtisadi 

agentlər (hökümət, biznes və ev təsərrüfatı) üzrə  təsir etmişdir.  Odur ki,   qlobal böhran 

Azərbaycan hökümətin qarşısında duran iqtisadi artımda dayanıqlıq və maliyyə sektorunda 

sabitlik  risklərinin adekvat idarə olunması üzrə  problemləri  daha da aktuallaşdırmışdır. Orta və 

uzunmuddətli dovrdə iqtisadiyyatın, məşğulluğun, budcə  və ixrac gəlirlərinin yuksək dərəcədə 

diversifikasiyasına (şaxələnməsinə) nail olmaq, bu əsasda olkədə uzunmuddətli makroiqtisadi 

dayanıqlığı təmin etmək və millin iqtisadiyyatın beynəlxalq rəqabət qabliyyətini  artırmaq  olkə 

qarşısında duran əsas çağırışdır. Bu çağırışı  nəzərə alaraq iqtisadi dayanıqlığın mühüm 

əsaslarından olan makroiqtisadi və maliyyə sabitlyinin möhkəmlənməsi, habelə qlobal böhranın 

iqtisadiyyata, biznesə və ev təsərrüfatlarına neqativ təsirlərinin  aradan qaldırılması Azərbaycan 

hökümətinin qarşısında duran başlıca vəzifələrdən biridir. 

Ötən 2009-cu ili   Azərbaycan iqtisadiyyatı üçün ən çətin il kimi xarakterizə edir. Belə ki, 

təzahürləri hələ 2008-ci ilin ikinci yarısından  başlayan qlobal böhranın yaratdığı risklərin 

foununda Azərbaycan hökümətinin adekvat reaksiyasına  əsaslanan antiböhran tədbirlərinin 

vaxtında və sistemli şəkildə  həyata keçirilməməsi  son nəticədə milli iqtisadiyyatda nominal 

ÜDM-in neqativ dinamikasını, adambaşına düşən ÜDM-in azalmasını, ÜMM-lə ÜDM arasında 

fərqin böyüməsini, qeyri-neft ÜDM-nin  ümümi səviyyədən  geridə qalan artımını, dövlət 

xərcləmələrinin ixtisarını, biznes mühitinin rəqanbət qabliyyətinin aşağı düşməsinin,  əhalinin 

gəlirlərinin artım tempinin azalmasını şərtləndirmişdir. Bu səbəblərdən də Azərbaycanda UDM-

in real artımı fonunda ölkənin müasir tarixində ilk dəfə nominal ÜDM-in 21,2%-lik azalması 

qeydə alınmış, deflyatorun səviyyəsi 2008-ci ildəki 127,8%-dən, 78,8%-ə enmiş, adambaşına 

duşən ÜDM, 2008-ci ildəki 4604 manatdan  ($5603), 2009-cu ildə 3917 manata ($4874) qədər 

azalmışdır.  

Hesablamalar göstərir ki,  2009-cu ildə Azərbaycanda  faktiki bazar qiymətlərilə 34 mlrd. 

579 mln. manatliq ÜDM istehsal edilib. 2008-ci ildə isə ölkədə 40 mlrd. 137 mln. manatlıq 




ÜDM  əldə edilmişdi. Beləliklə,  əgər maliyyə-iqtisadi böhran baş verməsəydi  və 2009-cu ildə 

orta qiymətlər 2008-ci il səviyyəsində qalsaydi, onda ötən il nominal ÜDM-in həcmi 43 mlrd. 

882 mln. manat təşkil edərdi. 2009-cu ildə nominal ÜDM-in baza və faktiki qiymətləri 

arasındakı fərq (43 mlrd. 882. mln manat - 34 mlrd. 579 mln. manat) 9 mlrd. 303 mln. manatdır 

($11,6 mlrd). Bu, maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanın  əldən çıxartdığı, qazana 

bilmədiyi məbləğdir, dolayısı ilə  itkisidir. 

Yekun olaraq qeyd etmək isterdim ki: 

•  Qlobal maliyyə böhranın Azərbaycan iqtisadiyyatına neqativ təsirləri heç də  rəsmiləri 



bəyan etdiyi kimi səngiməyib, bu istiqamətdə  mənfi tendensiyaların davam etməsindən 

milli iqtisadiyyat, xüsusilə  də biznes mühiti və ev təsərrüfatları  hələ  də  əziyyət 

çəkməkdədir; 

•  Azərbaycan iqtisadiyyatının qlobal böhrana yuksək dayanıqlılıq nümayiş etdirərək öz 



muvazinətini itirməməsinin, ÜDM-in yüksək artım dinamikasını qoruya bilməsinin  əsas 

səbəbi böhrandan oncəki dovrdə neft hasilatının və ixracatının artımı hesabına 

yaradılmış böhran dövründə “təhlukəsizlik yastığı” rolunu oynayan valyuta ehtiyatları  

olmuşdur.   

•  Azərbaycan iqtisadiyyatının qlobal maliyyə böhranından az təsirlənməsi digər tərəfdən 



də hökümətin ardicil və məqsədyönlü siyasətinin nəticəsi kimi deyil, milli iqtisadiyyatda 

artım tempinin kapital və maliyyə qaynaqlarında qidalanmaması  və  təbii  resursların 

istismarı yüksəlməsi və xammal ixracatı ilə bağlıdır; 

•  Tədqiqatlar göstərir ki, hansı    ölkələrdəki gizli iqtisadiyyatın səviyyəsi yüksək olub, 



həmin ölkələrin milli iqtisadiyyatında qlobal maliyyə böhranının  rəsmi göstəriciləri 

neqativ təsiri ciddi hiss olunmayıb. DB-nin Azərbaycanla bağlı misiyasının 

açıqlamalarına görə, Azərbaycanda gizli iqtisadiyyatın ÜDM-də xüsusi çəkisi 60 faiz 

təşkil edir.  

•   Aparılan hesablamalara görə, maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanın  əldən 



çıxartdığı, qazana bilmədiyi məbləğ, dolayısı ilə  itkisi 9 mlrd. Manatdan çox olub. 

 

Yüklə 89,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə