Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

 
55 
onları iki nəhəng və möhtəşəm düşüncə tərzi, mədəniyyətlər 
arasında, az qala, tikənli keçilməz sərhədə çeviriblər. Amma 
bu zaman həmən misralarla başlayan o gözəl balladanın 
məzmununun ibrətamizliyini “unudurlar”. Balladanın sonun-
da Kiplinq, əlbəttə ki, iki sevən gəncin faciəli aqibətində 
Şərqlə Qərbi birləşdirir. 
Harda  Şərq qurtarır, harada Qərb başlayır?! Bunu kim 
dəqiqliyilə deyə bilər?! Müasir insan özünü bütöv dünya mə-
dəniyyətinin kontekstində hiss eləyirsə onun üçün istiqa-
mətin bir anlamı varmı?! Və yaxud istiqamət hərisi üçün 
ümumbəşəri mədəni xəzinənin anlamı nədir?! 
Müəyyən sonuclar mövcuddur ki, dünyanın ümumi 
axarı onlara doğru gedir. Ancaq bu da o demək deyil ki, bu 
ümumi axarda biz bütün immanent xassələrimizdən, ənənə-
lərimizdən imtina etməliyik. Burda çox incə  dəyərləndirmə 
mexanizmi ilə hərəkət eləmək lazımdır, mən isə ümumi şə-
kildə öz fikrimi bildirə bilərəm, onun üçün də mənim dedik-
lərimi iddiasız münasibət kimi qəbul edin. Yəqin ki, bu mə-
sələlərlə daha ciddi şəkildə məşğul olanlar var. 
Ədəbiyyatımızın səviyyəsinə  gəldikdə isə… Bəlkə  də, 
dünya çapına çıxmaq üçün (nə qədər paradoksal səslənsə də) 
səviyyənin dəxli yoxdur. Dünya arenası o deməkdir ki, kitab 
hansısa bazara çıxarılır və satılır. Bazarda isə səviyyə anlayı-
şı, demək olar ki, yoxdur. Səviyyəni biz özümüzdən quraşdı-
rıb çıxarmışıq, səviyyə sonra (!) müəyyənləşir. İlk öncə orta-
lığa çıxarılmaq məsələsidir.  Əgər bundan sonra o əsər haq-
qında danışılırsa, o əsər həmin ədəbi mühitin söhbət predme-
tinə çevrilirsə, o əsərlə böyük ədəbi proses arasında əlaqə ta-
pılıb qurulursa və yaxud o əsər haqqında hətta hər hansı bir 
film də çəkmək istəyirlərsə və beləliklə, əgər əsər öz janrının 


 
56
sərhədlərini vurub yarırsa, yəni, o biri janrlara, estetik müs-
təvilərə yan alırsa, əsərin dünyaya çıxması bu deməkdir. Bu 
zaman artıq əsər dünyanı səndən xəbərsiz “dolaşmağa” baş-
layır, o, dəb və zövq müəyyənləşdirici fakta dönür. Əsas mə-
sələ, məncə, janrın sərhədlərini aşmaqdır, ölkənin yox. 
Bir nəfər yazıçı mənə göstərin ki, ona müraciət olunub 
ki, biz sizin əsər haqqında eşitmişik, istəyirik onu tərcümə 
eləyək və çap eləyək. Bəlkə də, var bir-iki nəfər, mənim dos-
tum Çingiz Abdullayev başda olmaqla. Amma o əsərlər də, 
təəssüf, həmin düşdükləri yeni mühitin ədəbi faktına çevrilə 
bilmədilər. Afrikada da əsər nəşr edilə bilər, amma ədəbi 
fakta çevrilməz. Bax, o ədəbi fakta çevrilməyin özünün qu-
rulmağı var. Yadıma şou-biznes düşdü. Əsər-bazar-şou-biz-
nes. Yaxın anlayışlara dönürlər. Bizim şou-biznesdə  iştirak 
eləyənlər yaxşı tapıblar bunun yolunu. Bir də görürsən ki
süni qalmaqallar düzəldirlər, bir-biri ilə “evlənirlər”, bir-bi-
rindən “boşanırlar”. Belə-belə, ad hallana-hallana, qulaqları-
mız dözə-dözə (biz də ki, mazoxist – onlara hökmən baxa-
baxa özümüzə zülm etməkdən həzz alırıq) dönürlər həyatı-
mızın bir parçasına.  İndi bu mədəniyyətə aiddi, yoxsa anti-
mədəniyyətə aiddi – söhbət bundan getmir. Bu, başqa möv-
zudur. 
Bu istiqamətdə nəyi isə ədəbi mühitdə də eləmək olar. 
Süni qalmaqallar da, bəlkə, nə isə verər. Deyir, İsa peyğəm-
bəri öldürmək lazım idi ki, o, bütün gələcək zamanlar üçün 
peyğəmbər olsun. Həmişə hamının əvəzinə günahı boynuna 
götürən bir adam olmalıdır. Dünyanın və dünyaların Müəllifi 
İsa peyğəmbərin timsalında bunu onun üçün və bizim üçün 
etdi. 


 
57 
Salam. Süni qalmaqal?! Onda belə çıxır ki, məsələnin 
ciddi həlli yolu yoxdur. 
Kamal Abdulla. Bundan ciddi yol?! Başqa üsullar da-
ha var. Məsələn, tərcümə mədəniyyətini yüksəltmək. Özü də 
tərcümə strategiyasını formalaşdırıb onu ölçülü-biçili şəkildə 
üzü dünyaya tuşlamaq lazımdır. 
Mesenatlar yaranmalıdır, onların yaranması üçün vacib 
olan formal baza artıq mövcuddur. Bizdə bu gün əhalinin 
müəyyən qismi həddindən artıq varlanmış bir qisimdir. Bu, 
normal hala dönüb. Biz ki dünya inteqrasiyasına gedirik, biz 
ki indi bazar iqtisadiyyatı  əsasında həyatımızı qururuq, o 
zaman orta bir hədd yaranmalıdır – orta zümrə. Bu zümrə də 
yaranmaqdadır. Sadəcə olaraq, indi bir azcıq milli şüur və 
milli təəssübkeşlik çatışmır ki, həmin varlanmış adamlar tək-
cə futbolun, şou-biznesin deyil, Azərbaycan  ədəbiyyatının 
təbliğində  də maraqlı olsunlar. Mən inanıram ki, vaxt gə-
ləcək və bizim mesenatlar Hollivudda Azərbaycan filmi çək-
dirməyə girişə biləcəklər. Niyə  də yox? Dünya mədəniyyə-
tinin içinə girmək istəyiriksə, Los-Ancelesin Hollivudundan, 
Parisin «Rotonda» kafesindən başlamaq lazımdır. Çox da 
böyük para gərəkmir ki, onu tərcümə və təbliğə sərf edib ən 
yüksək mükafatlar barədə ciddi şəkildə düşünməyək. 
Salam. Kamal müəllim, çox zaman ədəbiyyatda səmi-
miyyətdən danışırlar. Bir qədər əvvəl siz də bu barədə danış-
dınız. Onu müəyyənləşdirməyin meyarı varmı? 
Etimad. Bu, əlbəttə, bir qədər ritorik sualdır – səmimi-
lik və ya qeyri-səmimilik, əlbəttə, bədii kriteriya deyil, lakin 
bizdə hətta peşəkar səviyyədə əsəri dəyərləndirərkən, bir-iki 
kəlmə ilə  də olsa, bu barədə danışmağı yaddan çıxarmırlar, 


 
58
sanki, hamı yazardan əsər yerinə bir «səmimi etiraf» gözlə-
yir. Doğrudan da, ədəbiyyatdakı bu «səmimilik» nə demək-
dir, sizcə?! 
Kamal Abdulla. Səmimilik nədir? Çox sadə, amma 
çox da qəliz sualdır. Ən əvvəl bu sözlə bağlı düşüncələrimizi 
bir məxrəcə  gətirək. Bu, məncə, nə cür düşünürsənsə, nəyi 
duyursansa, hansı  dəyərləndirmə prinsipləri sənin dünyagö-
rüşünü formalaşdırırsa, o şəkildə  də yazmağındır, danışma-
ğındır, nəhayət, yaşamağındır. Sənin içinlə içindən alıb kö-
çürdüyün yazı arasında ziddiyyət olmamalıdır. Siz də belə 
düşünürsünüzmü?! 
Salam. Bəli. Bu, belədir. 
Etimad. Mən də elə düşünürəm. 
Kamal Abdulla. Çox gözəl.  Əlbəttə, doğrusu budu. 
Ədəbiyyatda səmimiyyət dedikdə, yəqin ki, elə bunu nəzərdə 
tutmaq lazımdır. Amma di gəl ki, bu “səmimiyyət” adlandır-
dığımızı şerə tətbiq etməklə nəsrə tətbiq etmək başqa-başqa 
mənzərələr yaradır. Səmimiyyətlə  qələmə alınan  ədəbi per-
sonaj, məqam... axı bunlar eyni zamanda "sevgi ilə, məhəb-
bətlə  qələmə alınmışdır" deməkdir, eyni zamanda yüksək 
professionallıq tələb edir. Bəs belə isə... 
Bu zaman mənfi obraz öz-özlüyündə  səmimi yaradıla 
bilərmi?! Axı onu da professionallıqla və sevə-sevə yaradır-
lar. 
Konkret götürsək, nəsrdə  səmimi olmaq mümkündür-
mü? 
Bir Qaloşlu adamı təsvir edərkən səmimiyyət özünü nə 
cür büruzə verir?! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə