Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   2   3   4   5   6   7   8   9   ...   39

 
10
raqlı bir «deyişmə» alınmışdı. Və  nədənsə orada mənə elə 
gəldi ki, deyəsən, xalqımız, doğrudan da, «şair xalqdır», 
Azərbaycanda hamı şeir yaza bilir və ən azı, şerin texnikası 
baxımından hər kəs poetik potensiallıdır. 
Kamal  Abdulla.  Ümumiyyətlə, mən belə düşünürəm 
ki, bütövlükdə bir xalqa «şair xalq», «qəhrəman xalq» deyi-
lirsə, bu ifadələr xalqı yaxşı  mənada təqdim etmir. Bunun 
özü qanan adam üçün bir dərddir. Bütövlükdə şair və yaxud 
rəssam xalq olmaq mümkün deyil. Həmən təyyarədəki sən 
xatırladıgın mənzərə o demək deyildi ki, bizdə nazir də, mü-
həndis də, alim də şeir yaza bilir və biz hamımız şairik. Yox. 
O deməkdi ki, bu adamlar şeir adlı gözəllik qarşısında öz 
müavinlərinin qarşısında duran kimi durmurlar, bu adamlar 
təsirlənə bilir, şeri duya bilir, müəyyən bir həyat məqamında 
onun duyğuları tam tarıma çəkilmiş vəziyyətə düşə bilir, bu 
adamda harmoniyaya can atmaq istəyi təhtəlşüurda olsa da, 
yaşayır (yəni, hələ hər şeyin sonu deyil!). 
Azərbaycan xalqının özəlliyi onun «şair» olmasında de-
yil, özəllik bu xalqın harmoniyaya can atmağındadı,  şeirə, 
sənətə, mədəniyyətə təzim edə bilməsindədi. Əgər biz bütöv-
lükdə  nəinki öz yazdıqlarımıza, hətta dünya ədəbiyyatına 
mənən açıgıqsa, bu, böyük nemətdi. Azərbaycanlı naturası 
dünya mədəniyyətini, dünya harmoniyasını öz içindən keçirə 
bilir, yəni, dünya ilə bizim aramızda böyük mənada götür-
sək, ciddi mənəvi baryer yoxdu, bu, son dərəcə vacib mə-
sələdi, çox müsbət bir haldır. 
O, bir başqa məsələ ki, bu gün yenə də cılız şeir, cılız 
musiqi Azərbaycanı ilanlar Laokoona daraşan kimi bürüyüb. 
İndi müxtəlif qəzetlərin ədəbiyyat səhifələrinə baxırsan, tele-


 
11 
kanallara baxırsan və görürsən ki, «yeni və çiy imza»lar qar-
şısıalınmaz sel kimi ədəbi mühitə daxil olur. Bu adamlar şeir 
yazıb çap etdirməyin «asan» başa gəlməsini çox böyük uğur-
la nümayiş etdirirlər.  İstər-istəməz başqalarına da elə  gəlir 
ki, əgər şeir elə bu çap olunan deməkdirsə və bunu yazmaq 
bu qədər asandırsa, o zaman mən niyə yazmamalıyam?! 
Əgər TV ekranlarına çıxmaq belə asandırsa, mən niyə mahnı 
oxumamalıyam?! Nəhayət, mən niyə musiqi bəstələməyim?! 
Sualın özünə görə məntiqi var. 
Etimad. Ədalət naminə qeyd edilməlidir ki, belə vəziy-
yət təkcə bizdə yaranmayıb. Baxın, Rusiya kimi böyük ədəbi 
ənənələri olan bir ölkədə  də  şairlərin bolluğundan  şikayət-
lənməyə başlayıblar. Ötən illərdə BSU-da tərcümə etdiyimiz 
tanınmış rus yazıçısı Yuri Polyakovun satirik üslubda qələ-
mə aldığı «Süddə  çəpiş» romanının qəhrəmanı, ümumiy-
yətlə, yazı yaza bilmir. Amma özünü yazar kimi təqdim et-
məyə çalışır və bunu bacarır… İstənilən halda əlifbanı bilən 
hər kəsin qolunu çırmalayıb şeir və ya hekayə yazmağa gi-
rişməsi, Azərbaycan kimi kiçik bir ölkədə AYB-nin 1500-
dən çox üzvü olması, profanasiyanın bu həddə çatması biz-
ləri heç də yaxşı  cəhətdən xarakterizə etmir. Bu gün qrafo-
manlar və epiqonçular ordusunun burnunu soxmadığı bir 
kvadratmetr  ədəbi  ərazi qalmayıb. Say göstəriciləri isə heç 
bir mədəniyyətdə, belə deyək, bədii təkamülün kriteriyası sa-
yılmır. Mən həyata nikbin nəzərlərlə baxan adam olsam da
bu prosesin nəhayətini görməkdə çətinlik çəkirəm. 
Kamal Abdulla. Bizim ən yaxşı tanıdığımız və duydu-
ğumuz dövr yaşadığımız dövrdür. Amma həmişə düşüncə-
mizdə "Kitabi-Dədə Qorqud"dan gələn bir "ol zaman" anla-


 
12
yışı var. Bu, əvvəlki dövrün indikindən daha yaxşı olduğuna 
işarə edən bir "parol"dur. Məncə, "ol zamanlarda" da belə 
ədəbi "probka"lar olub. Bu halı yaşadığımız dövrün özəlliyi 
hesab eləmək "ol zamanlara" münasibətdə ədalətsizlik olar-
dı... 
Salam. Çox maraqlı bir məqamın üzərinə gəldik. Bəli, 
ədəbiyyatımızın,  əsasən də poeziyamızın çağdaş  mənzərə-
sində "çiy" imzalar həddən artıq çoxdur. Ancaq  o  da aydın 
görünür ki, çağdaş poeziyamızın nüvəsini cəmisi 5-6 şair, 5-
6 orijinal yol təşkil eləyir. Şerimizin çevrəsi bu 5-6 şairlə qa-
panıb, qalanları bu çevrənin ətrafındadırlar. Yəni, qalan bü-
tün başqa imzalar bu 5-6 şairin yaradıcılıgının ksero nüsxə-
ləri, qalıqları, improvizələridir. Bu "imza coxluğunun" bir 
qismi isə tutaq ki, kənar dünya ədəbiyyatındakı imperiya-
ların Azərbaycandakı koloniyalarıdır... 
Kamal Abdulla. Lev Tolstoydan "Anna Karenina"nın 
süjetini soruşanda cavab verirdi ki, boş  şeydir,  ərli bir qa-
dının bir zabitə vurulmasının tarixçəsidir. Əslində, dərindən 
baxsaq, dünya ədəbi materialının da cəmi "5-6" süjeti var... 
Salam. Bununla yanaşı, qabarıq görünən cəhətlərin biri 
də budur ki, yazarlarımızın spektrində iki müxtəliflik var. 
Bir var istedadla yazanlar, bir də var savadla, mütaliəylə, 
təcrübəylə yazanlar. Yəni, poeziyaya kütləvi axını şərtləndi-
rən amillərdən biri də mütaliəyə, hansısa təcrübəyə istinad 
etməklə şeir yazmağın çox asan bir iş olmasının göstərilmə-
sidir. İndi interneti doldurmuş belə mətnlərə baxan kimi bir 
əlamət açıq-aşkar görünür: bu mətnlərdə hər şey tapmaq olar 
– müəllifin, cəmiyyətin, insanın əzablarını – ancaq mətnlər-
də yazının öz əzabı yoxdur. Məncə, artıq oxucunun ixtiya-


 
13 
rına verilmiş mətnin sir-sifətindən müəllifin yox, həmin mət-
nin yorğunluğu, müəllif tərəfindən hansı əziyyətə düçar edil-
məsi, hansı əzablardan keçib ərsəyə gəlməyi sezilməlidir. 
Nə bilim, bəlkə də, bütün bu mülahizələr artıq bir şey-
di. Onsuz da, ədəbiyyata iki axının qarşısını almaq heç vaxt 
mümkün olmayıb – bir istedadlıların, bir də istedadsızların. 
Etimad.  Görünür,  ədəbiyyata  kütləvi axın və  ədəbiy-
yata kütləvi maraq bir-birinə tərs mütənasib olan anlayışlar-
dır. Ədəbiyyata axın demişkən, son gedişat göstərir ki, «mən 
ədəbiyyata təbiətdən gəlmişəm», «filankəs ədəbiyyata kitab-
dan gəlib» kimi təsbitlərə «internetdən gələnlər» də  əlavə 
olunmalıdır. Kamal müəllim, bu məsələ ilə bağlı siz nə düşü-
nürsünüz, ədəbiyyata haradan gəlirlər? 
Kamal Abdulla.  Mənim çox sevdiyim yazıçı Xorxe 
Luis Borxes deyirdi ki, mən  ədəbiyyata kitabdan gəlmişəm 
və bununla fəxr edirdi. O özü də Argentina Milli Kitabxana-
sının  əvəzsiz müdiri idi. Borxes təkcə çalışdıgı yeri deyil, 
bütün dünyanı kitab və kitabxana sayırdı. Onunçün də ədə-
biyyata hardan gəlmənin, məncə,  əhəmiyyəti yoxdur. “İste-
dadlı olmağı” və “savadla, mütaliəylə yazmağı” qarşılaşdır-
maq korrekt deyil. Kitabdan gəlmirsənsə, bilikdən, intellekt-
dən gəlmirsənsə, bəs hardan gəlirsən?! Biçarə savadsızlar... 
Mən təsəvvür edirəm, bu ritorik suala cavab verməyə  tələ-
sənlər tapılacaq. Nə bilim, "həyatdan, acı  həqiqətdən,  əzab 
və  məhrumiyyətdən, torpaqdan, daşdan-kəsəkdən, nə bilim, 
alma ağacının altındakı qarışqa yuvasından, daha nələrdən, 
daha haradan..." deyənlərin bütün müxtəlif cavablarının bir 
adı var: demoqogika! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə