Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   2   3   4   5   6   7   8   9   ...   39

 
18
şuma gələn bir fikri var, deyir ki, o, yazdığı hər bir sözlə mü-
barizə aparır və bu mübarizədən çox zaman söz qalib çıxır. 
Özünün bundan xəbəri olsa da, olmasa da, şerin ilk ünvanı 
artıq  şairin özüdür (Füzuli hər qəzəlinin sonunda "ey Fü-
zuli!" demirdimi?!). Burada eqoizm əlaməti axtarmaq, əlbət-
tə ki, sadəlöhvlükdür. Mən oxucusunu nəzərdə tutub sabah 
səhər ona bu şeri nə cür oxuyacağını götür-qoy edə-edə gecə 
şeir yazan Məhəmməd Füzulini (Allah ona qəni-qəni rəhmət 
eləsin) heç cür təsəvvürümdə canlandıra bilmirəm. O onda 
olardı Məmməd Füzuli. Məmməd Rahimi isə (Allah ona da 
rəhmət eləsin) belə bir vəziyyətdə  təsəvvür edirəm. Məm-
məd Rahim Məhəmməd Rahim ola bilmədiyi kimi Məhəm-
məd Füzuli də Məmməd Füzuli ola bilməz. 
Başqa tərəfdən – əgər şerə ilahidən gələn bir nemət ki-
mi baxa biliriksə (bu ilahi nemətlərin ən vacibi isə yenə də 
kitabdır), onda niyə belə düşünməməliyik ki, şair ötürücü-
dür, o, göylərin ruhunu, Allahın üz-gözünün qırışını, çatılmış 
qaşını və peşiman (yaxud, gənclik ehtirası və təravətini itir-
məmiş ümidli) surətini bizlərə çatdırır, bizləri bu şəkildə 
Səmaya yaxınlaşdırmaq onun ən ali missiyasıdır. Mən ina-
nıram ki, Cavid və Müşfiq bizim və ədəbiyyatımızın taleyinə 
yazılmış belə şairlərdəndir. 
Salam deyən eksperimentə  gəldikdə isə. Bu artıq  ədə-
biyyatdaxili söhbətdir,  ədəbiyyatfövqi söhbət deyil, yəni, 
dünya söhbətidir, “aşağı”lara aiddir, Səma söhbəti deyil. 
Eksperiment və yenilik. Bunların dəqiq sərhədini kim cıza 
bilər?! Harada eksperiment bitir və harda yenilik başlayır?! 
Ton-ton eksperiment lazımdır ki, bir qram yenilik "ala bilə-
sən" və yaxud, əksinə. Bütün bunlar çox incə  məsələlərdir. 
Hər bir yazarın eksperimentləri var. Ya onu (onları) qəzet, 


 
19 
jurnal, kitab səhifəsinə  çıxarırsan, ya da beyninin bir kün-
cündə qoruyub saxlayırsan. Fərq budur. "Bu eksperiment-
dir", "bu isə  mətnin özüdür" hökmü ilə  çıxış eləmək son 
dərəcə  çətin məsələdir. Burada, bəlkə  də, daha çox intuisi-
yaya arxalanmaq lazımdır. Və yaxud, çəkinmədən özün özün 
haqqında deməlisən. Mən deməkdən qətiyyən çəkinmirəm. 
Mənim bir sıra şeirlərim, esselərim, hekayələrim, hətta 
pyeslərim romanlarımı yazmaq üçün eksperiment funksi-
yasını yerinə yetirdilər. Amma maraqlısı odur ki, mən bunu 
indi, romanlar yazılandan sonra duydum. Yəni, mən onları 
yazanda düşünməmişdim: bax, bu eksperimentdir, bu isə 
yox. Yazı zamanı bunlar səni məşğul edə bilməz. Eksperi-
mentlə bağlı bu qədər. Mən eksperimentdən danışmağı çox 
da sevmirəm. Eksperiment Səma söhbəti deyil. 
«Oxucu» məsələsi də o qəbildən sayıla bilər, o da Səma 
söhbəti deyil. Əslində, bunlar son dərəcə vacib, amma yenə 
də ədəbiyyatətrafı söhbətlərdir. Sənə nə lazımdır? Sənə Yol 
lazımdır!!! Hər kəs öz yolunu, öz şerini, öz şairini tapır, nər-
divan kimi dirəyir üzü Dərgaha. Kimi hoppanır, hoppanır 
sonra yenə qayıdıb dəyir guppultuyla yerə /Sizif kimi/, kimi 
görükən buludlara qədər ucalır, kimi bir az da ondan yu-
xarı... Sən bütün bu vurhavurda "oxucu" adlandırılan o məx-
luqu görə bilirsənmi?! 
Kiçik hərflə yazılan “oxucu” və böyük hərflə yazılan 
“Oxucu”nun fərqi barədə isə uzun-uzadı danışmaq olar. 
Bunların ikisinin arasında hələ bir “oxuyucu” da var. 
O başqa məsələ ki, niyə O − göydəki, bu hoppanıb-dü-
şənlərin birinə işıq göndərir, başqasına hüzur verir. Qiymət-
ləndirmə məqamı (meyarı), əslində, insan oğlunun icadı de-
yil və onun istəyilə olmur. Yadındamı, Bulqakovun «Sənət-


 
20
kar və Marqarita» əsərində  Sənətkar haqqında belə deyilir: 
"O, işığa layiq deyil, o hüzura layiqdir". Həqiqətən, sənətkar 
üçün ən önəmli olan hüzurdur, başqa şey deyil. 
Etimad. Oxucular haqqında da maraqlı təsnifatlar möv-
cuddur. Zənnimcə, Azərbaycan gerçəkliyində bu məsələ son 
dərəcə kritik əhəmiyət kəsb edir. Ədəbiyyatı başa düşmək 
üçün, ilk növbədə estetik zövq, ideal, mükəmməl, kifir və 
biçimsiz olan nəsnələrin mahiyyətinin dərk edilməsi tələb 
olunur. Bu gün yaranan ədəbiyyat (və ya qeyri-ədəbiyyat) 
nümunələrinin adekvat qavranılması problemi əcaib mənzə-
rənin yaranmasına gətirib çıxarıb. Bu mənzərənin yaranma-
sının birbaşa səbəbi isə kütləvi zövqsüzlük, ədəbiyyat haq-
qında təsəvvürlərin primitiv biçimidir. Əks halda əlifbanı 
bilən hər kəs qolunu çırmalayıb şeir və ya hekayə yazmağa 
girişməzdi. Azərbaycan kimi kiçik ölkədə AYB-nin 1500-
dən çox üzvü olmazdı, profanasiya bu həddə çatmazdı. Bu 
gün qrafomanlar və epiqonçular ordusunun burnunu soxma-
dığı bir kvadratmetr ədəbi  ərazi qalmayıb. Say göstəriciləri 
heç bir mədəniyyətdə, belə deyək, bədii təkamülün kriteriya-
sı sayılmır. Mən həyata nikbin nəzərlərlə baxan adam olsam 
da, bu prosesin nəhayətini görməkdə zorluq çəkirəm. Görü-
nən odur ki, bu xəmir hələ çox su aparacaq. Məncə, bu pro-
sesin nisbətən dürüst məcraya düşməsinin yolu «elitar» ədə-
biyyat”ın mövqelərini bərpa etməkdən keçir. Bu mənada 
Azərbaycanda yazıçıdan çox oxucuya ehtiyac var, məncə. 
Oxu mədəniyyətinin, oxu vərdişlərinin oturuşmasına ehtiyac 
var. Çoxlu sayda insanların oxucu olması  nəticədə  ənənəyə 
çevrilir. Səviyyəli oxucusu olan toplum səviyyəsiz yazarların 
onun başında qoz sındırmasına heç vaxt izn verməz... 


 
21 
İngilis dilində  bədii  ədəbiyyat «fiction» adlanır, yəni, 
fiksiya, yalan-palan. Amma şəksiz, bu söz müstəqim anlam-
da işlənmir, baxmayaraq ki, məsələn, Oskar Uayld özünün 
«Məramlar» adlı kitabında ”bədii yalanın” təəssübünü çəkir. 
Məsələ burasındadır ki, əsl ədəbiyyat heç vaxt fiksiya olma-
yıb,  əsl reallıq olub. Əks halda neçə-neçə yazıçı  və  şairləri 
edam etməz, sürgünə göndərməzdilər. Səksəninci illərin son-
larında Moskvada “Fransız  ədibləri  ədəbiyyat haqqında”, 
“İspaniya  ədibləri  ədəbiyyat haqqında” və s. adlı seriya ki-
tablar buraxırdılar. Bu kitablarda yazıçıları kimlərlə müqayi-
sə etmirlər – mühəndis, aqronom, körpüsalan və s. Belə ba-
xıram ki, ya ədəbiyyatın tərifi yerli-dibli yoxdur, ya bu tərifi 
verə biləcək insan hələ doğulmayıb. Elə isə bir tərif də mən 
qoşmaq istərdim – bəlkə  də,  ədəbiyyat fiksiyanın köməyilə 
reallıq yaratmaq sənətidir. Elə bir əlahiddə reallıq ki, çox-
çox bağlı qapıların açarıdır, bir növ, fəlsəfə daşıdır... 
Kamal Abdulla. Sən dediyin o seriyanı  mən də yaxşı 
tanıyıram. Onun başqa nəşrləri də var idi: "Skandinaviya ya-
zarları ədəbiyyat haqqında", "Cənubi Amerika yazarları ədə-
biyyat haqqında" və s. Çox maraqlı və hər bir filoloqa (istər 
yazar, istər tənqidçi-ədəbiyyatşünas, istərsə də oxucu olsun) 
son dərəcə vacib bilgi mənbəyidir. Təkidlə  məsləhət görü-
rəm. 
Etimad,  şairləri, yazıçıları edam edir və ya sürgünlərə 
ona görə göndərmirdilər ki, onlar hansısa təhlükəli bir reallı-
ğın içində olublar və onlardan buna görə ehtiyat edir, qor-
xurlar. Bunu edəndə ona görə edirdilər ki, ədəbiyyat, yəni 
qeyri-reallıq həyatın – əsl reallığın daim yamsılamağa çalış-
dığı qorxulu bir mənəvi məkandır. “Yalana-palana" daha tez 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə