Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   2   3   4   5   6   7   8   9   ...   39

 
22
inanırlar və “yalan-palan” ta əvvəlindən bu günə qədər Arxi-
medin dayaq nöqtəsi olub. Ədəbiyyatın gücü var, onun gücü 
budur. Yalanlar, uydurmalar, saxtakarlıq, fantazilər onun 
paltarı deyil, mahiyyətidir. Belə mahiyyət bakirə ola bilər-
mi?! Ondan qorxmamaq mümkünmü?! 
Deyirsən, ədəbiyyat yalan-palandır və onun tərifini verə 
bilmirlər. O yalan-palan dediyin fiksiyanın bir başqa adı da 
uydurmadır. Uydurmanın isə fantaziya olması ilə razılaşma-
maq çox çətindir. Fantastik ideyalar daha çox yuxuda ikən 
(ya həqiqi, ya da qeyri-həqiqi) təşrif buyurur. Və biz indicə 
addım-addım sənin təyinindən yola çıxaraq Borxesin məşhur 
“ədəbiyyat idarə edilən yuxudur” tərifinə  gəlmiş olduq. 
Burada bir əlavəyə ehtiyac var ki, bu yuxunu ədəbiyyatda 
çox zaman primitiv şəkildə başa düşür və personajları yeri 
gəldi-gəlmədi, ayılar-ayılmaz yenidən yatmağa göndərirlər, 
onların gördükləri yuxuları uzun-uzadı təsvir edirlər. Bu yu-
xular isə Borxes deyən yuxu deyil. Borxes deyən yuxu əsə-
rin  əvvəlindən axırınadək davam edir. Borxes deyən yuxu 
müəllifin yuxusudur, personajın yuxusu deyil. 
Ədəbiyyatın universal tərifə “gəlməməsinin” isə, mən-
cə, bir səbəbi də budur ki, ədəbiyyat həyatın bütün sferaları-
nın, bütün şaxələrinin fövqündə dayanır. Yəni, təxminən be-
lə: “Ədəbiyyat hər  şeydir”. Havanın, suyun mənəvi tərifini 
vermək nə cür mümkündürsə, ədəbiyyatın da tərifini vermək 
o cür mümkündür. Yəni, mümkün deyil. 
Belə olurkən isə, bayaq dediyimiz kimi, bu asan və sü-
rətlə məşhurlaşmaq yoluna qədəm qoymaq istəyənlərin sayı 
təbii ki, az olmayacaq. Qəm çəkməyə  dəyməz. "Ol zaman-
lar"da da belə bir hal mövcud idi. Həyat hər şeyi öz yoluna 
qoyacaq. Unudulanlar unudulacaq, yaşayanlar yaşayacaq. 


 
23 
Yaşayanların yaşaması üçün unudulanlar hökmən olmalıdır. 
Unudulan ədəbiyyat tramplindir, fondur, meyarın müəyyən-
ləşmə bazasıdır, səviyyənin qəbul edilmə şərtidir. 
Səviyyəli oxucu isə, bunu da hökmən demək lazımdır, 
həmişə olub və indi də var. Məsələ kəmiyyətdə deyil, ən az 
sayda olsa belə, yetər. Əslində, “səviyyəli əsər” və "səviyyə-
li oxucu” fenomenləri bir-birini şərtləndirir, biri digərinin 
formalaşmasını saxlayır. Bu, sonu olmayan kimyəvi proses-
dir, biri o birini doğurur, biri o birini yaşadır. Biz yaxşı oxu-
cularıq, çünki bundan öncə yaxşı dinləyicilər olmuşuq. Uzun 
qış gecələri yuxuya getməzdən  əvvəl gözlərimiz həzzdən 
qıyıla-qıyıla nağıllara, dastanlara çox qulaq asmışıq. Nağıl 
yazmaqda ərəblərin, nağıl danışmaqda farsların, nağıla qulaq 
asmaqda türklərin misli-bərabəri yoxdur. Yaxşı dinləyicinin 
(oxucunun) formalaşması nağılın (rəvayətin, romanın) səviy-
yəsinin yetərli olmasına bağlıdır və əksinə. 
Bu gün "yazarlar"ın sayının oxucuların sayından çox 
olmasını isə belə də başa düşmək olar: deməli, sözün deval-
vasiyası prosesi tam sürətlə getməyindədir. Bunun qarşısını 
süni surətdə – əmrlə, göstərişlə, proyektlərlə almaq imkansız 
və bivec xülyadır. Sözün buna, bu "canfəşanlığa" ehtiyacı 
yoxdur, söz özü-özünü qoruyacaq. Devalvasiya əsl "mala" 
ehtiyacı (həsrəti) yaradacaq. Söz özü-özünü yenidən doğa-
caq, özünün ikili-üçlü görüntülərini üzə  çıxaracaq, kiminin 
mətnində ilkin bakirəliyini nümayiş etdirəcək, bir başqasının 
mətnində sürtük küçə qadınlarına dönəcək. Gözəgörünməz, 
adi məntiqlə dərkedilməz hansısa bir çevrə qapanacaq. İnan, 
bu belədir. Özü də söhbət eyni sözdən gedir. Başqa-başqa 
mətnlərdə, başqa-başqa libaslarda, hətta başqa-başqa mahiy-
yətlərdə görünməyə pioner kimi hazır olan eyni sözdən. 


 
24
Salam: Çox düşündürücü fikirdir. Eyni söz həm bakirə 
qız kimi, həm də sürtük küçə qadını kimi... Nə isə. 
Söhbətimizin  əvvəlinə qayıtmaq istərdim. Razılaşıram 
sizin o fikrinizlə ki, «istedadla yazmaq»la «mütaliəli yaz-
mağ»ı qarşılaşdırmaq düzgün deyil. Bəs qarşılaşdırası olsay-
dıq, hansı mənzərə alınardı? Bədii yaradıcılıqda istedadın və 
mütaliənin rolları, çəkiləri hansı nisbətdədir? Məncə, mütali-
ənin, nəzəriyyənin «ədəbi oyun»da yerini şahmatın debüt 
hissəsinə bənzətmək olar: hamı bilir ki, debüt şahmatda nə-
zəriləşdirilmiş, əvvəlcədən hesablanmış hazır, əzbər gedişlər 
sistemidir. Ancaq debüt özü oyunda uzaqbaşı 15-20-ci gedi-
şə qədər əhəmiyyətli olur, ondan sonra oyunçunun öz təfək-
kürü, öz talantı işə düşməlidir. 
Kamal Abdulla. Məsələ burasındadır ki, axı debütə də 
oyunçu (əsl oyunçu!) bəzi əlavələr edə bilir. Amma bunu na-
dir hallarda nadir oyunçular edirlər. Ona qalsa, söz də debüt 
kimi hamı üçün eynidir. Hamı – yaxşı yazan da, pis yazan da 
eyni sözlərdən istifadə edir. Həm istedadlı, həm də istedad-
sız qələm sahibinin eyni söz arsenalı var. Bəs bu istedadlılıq 
aspektində adamlar arasında fərq nə zaman yaranır?! 
Fərq cümlə  səviyyəsində yaranır. Sözlərin yaratdığı 
cümlələr müxtəlif mətnlərdə müxtəlif olur. Eynən adamlar 
kimi, eynən istedadlar kimi. Onun üçün də kimin hardan gəl-
məsi önəmli deyil, kimin özü ilə  nə  gətirməsi, yəni, nə cür 
cümlə qurması önəmlidir. Cümlə artıq fərdiliyin astanası, öz 
içinin  şəxsi mənzilidir. Məcazı davam etsək, söz daha çox 
yataqxanaya (kimə daha xoşdusa – otelə) bənzəyir.
 


 
25 
 
 
Ədəbi barrikadalar 
 
 
 
 
Etimad.  Son dövrün ədəbi prosesini, çox 
güman ki, ardıcıl izləyirsiniz. Gənclərdən kimlə-
ri oxuyursunuz? 
Kamal Abdulla. "Ardıcıl" sözü xeyli təm-
təraqlı səsləndi. Farslar demiş, "bə qədri-qüvvə" 
izləyirəm. Gənclər dedikdə, mən yaş həddi mü-
əyyənləşdirməkdə  çətinlik çəkəcəyəm. Amma 
yeni müstəqillik dövrünün maraq doğuran bir sı-
ra imzalarını  mən də bir oxucu kimi tanıyıram. Bunların 
içində mənimki olan yazarlar da var, mənimki olmayanlar da 
var. Amma deməliyəm ki, bu axırıncılar da ədəbiyyatın için-
dədirlər. Ayrı-seçkilik salmayaq. Adlara gəldikdə isə, əlbəttə 
ki, Rafiq Tağının, Murad Köhnəqalanın, Aqşinin, Salamın, 
Etimadın, Əli Əkbərin, Qismətin, Mövludun... adlarını çəkə 
bilərəm. Onların yazdıqları mənim üçün çox maraqlıdır, çün-
ki professional bünyələri aşkardır. Bunlardan başqa Rasim 
Qaraca var, Həmid Herisçi var, Şərif Ağayar var, daha kim-
lər var?! Əsəd Qaraqaplan var, Sərraf var, Ziyad var, Seyid 
Sarı var... Əməlli-başlı imperiyadır. 
Salam.  Ədəbiyyatda imperiya yaratmaq meyli həmişə 
olub. Tutaq ki, yazıçılar ədəbiyyata konkret ədəbi məhsuldan 
qabaq onun manifestini gətirir, bütün ədəbi auranın bu nəzəri 
   2-úè ìÿãàì 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə