Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

 
34
duranları) var və  mən düşünürəm ki, bu istedadlı hissənin 
rəsmi ədəbiyyat orqanlarından, lap elə Yazıçılar İttifaqından 
kənar düşməsi, bəlkə, uzaqlaşdırılması bütövlükdə ədəbiyya-
tın xeyrinə deyil. 
Bəs dava nə davasıdır axı?! Məşhurluqdusa, özlərindən 
məşhuru yoxdu. İstedad elə şeydi ki, onun məşhurluğa yox, 
məşhurluğun ona ehtiyacı var. Bəli, mən səninlə razıyam, 
ədəbiyyat yarış deyil. Xüsusilə də, cıdır deyil. Ağıllı ədəbiy-
yat adamı üçün bu, öz-özüylə söhbətdir, pıçıltıdır. Bir az 
ağılsızı üçün, tutalım ki, oxucu ilə ünsiyyətdi, daha nə bilim
nədi. Bəs məsələ nədədi axı?! Bəlkə... Burada yada “Məşədi 
İbad” filmindən məlum sual düşür. Rüstəm bəy qızını nəyə 
görə  Məşədi  İbada vermək istəyir?! Və yaxud çox incə bir 
Molla Nəsrəddin lətifəsini yenə  də xatırlaya bilərik: bayaq 
dediyim “yorğan” məsələsini. 
«Rəsmi  ədəbi mövqelər» deyirsən. Bu, hansı mövqe-
lərdir?! Yazarlar Birliyindəki rəhbər vəzifələrmi nəzərdə 
tutulur?! Əgər söhbət Anardan gedirsə, o isə ən çox hədəfə 
gələndir, Anar üçün Yazarlar Birliyinin sədri olmaq nə ar-
tırıb onun sənətkarlığına?! Deyəcəklər, nə zamansa deputat 
olub. Yazarlar Birliyinin sədri kimi imtiyazları var... Axı, 
əzizim, Anar vəzifədə, Anar vəzifəsiz – nə  dəyişir?! Vəzi-
fəsiz Anar millət vəkili olmağa vəzifəli Anardan, bəlkə  də, 
min dəfə artıq layiq olardı. 
Mənə hərdən elə gəlir ki, ədəbi «xunveybinlər» (infan-
tillər), sadəcə olaraq, əsl  ədəbi-intellektual potensial nədir, 
özünü nədə göstərməlidir və yaxud göstərə bilər – bundan 
bixəbərdirlər, ya da özlərini vurublar bixəbərliyə. Sonuncu 
daha çox inandırıcıdır. Özləri də bunu boyunlarına alırlar. 
Məqsəd isə... yox, məqsəd yox, altməqsəd isə çox cılızdır. 


 
35 
Bu altməqsədin belə bir cəngəllik məntiqi var: "Yel əsdi, qoz 
töküldü" və "Sən yedin, mən qaldım". Vaxt var idi, yəqin ki, 
neçə-neçə həqiqi söz və duyğu quluna da zaman boyu beləcə 
yanaşanlar olmuşdu. Saymaq istəmirəm – şanlı  və  şansız 
ədəbiyyat tariximiz bu barədə kifayət qədər məlumat verir. 
Həqiqətən, «öz məmləkətində peyğəmbər ola bilməzsən!». 
Amma "cəngəllik məntiqi" oxyub sevinməyə tələsməyək. Bu 
sözün maraqlı bir ağırlıgı olsa da, bütün hallarda ondan 
(oxu: xunveybinlərdən!) yenə də infantillik "ətri" gəlir. 
Nyutonun belə bir məşhur sözü var: mən nəhənglərin 
çiyninə çıxmışdım, ona görə də uzağı görə bildim. Mültəfit 
olursunuzmu?! Normal adamlar başqalarının çiyninə ona gö-
rə  çıxmırlar ki, saçını yolsunlar, başını yumruqlasınlar, tə-
pikləyib məhv eləsinlər, ona görə çıxırlar ki, uzağı görə bil-
sinlər. 
Hələ bizim çoxbilmiş bir ədayla bir məqamla bağlı 
heyifsilənməyimiz də var. Filan xalqın adamı irəli getmək, 
kiminsə yerinə keçmək istəyəndə arzu edir ki, ay Allah, elə 
et, həmən adamın vəzifəsini bir az da böyütsünlər, mən onun 
yerinə keçim. Biz isə (bu yerdə, adətən, qaşlar çatılır, təəssüf 
bütün sifəti bürüyür)... biz isə dua edib yalvarırıq ki, ay Al-
lah, elə et, bu adam ölsün, mən onun yerinə keçim. Bu cür 
düşüncə  tərzi, nə  qədər bayağı olsa da, bu gün də yaşayır. 
Biz ona vaysılanırıq, o isə virus kimi cürbəcür iyrənc for-
malara girib yaşayır. "Sən yedin, mən qaldım. Səni görüm..." 
Belə şənbazı... sonra da nöyüt iyi verənəcən!.. Ta ki, millət 
bu cür tör-töküntüdən yaxasını qurtarsın. Qurtaranacan!! 
Barrikadanın bu biri tərəfindəkilər (Anar və başqaları) 
ona görə uzağı görə bilirlər ki, onların dayaqlandıqları, 
söykəndikləri mənəvi sütunlar var və onlar bu sütunları öz 


 
36
mənəvi sələfləri saymaqdan usanmırlar. Anar heç nə etmə-
yib, ancaq Üzeyir bəy haqda o filmi çəksəydi belə, mənəvi 
çəkisi indikindən qətiyyən az olmayacaqdı. Mən bu filmin 
Strasburq Universitetində fransız professorları tərəfindən öz 
tələbələrinə Azərbaycan mədəniyyətinə dair dərs vəsaiti 
kimi, dərs olaraq nümayiş etdirilməsinin şahidi olmuşam. 
Nifrətlə, kinlə yaşamaq olmaz. Əlində  qələm tutan 
sevgi ilə yaşamalıdır. Bizim ədəbiyyatımızdan, mənəviy-
yatımızdan ruh çıxıb gedir. Onu kim qaytaracaq?! Söykənə 
bilən, sevə bilən və sevgisində dönməz olan (bu isə Anardır) 
rədd edə bilməz. Rədd edən quldur. Sevən ağadır. Orta əsr-
lərdə "Tarixi – aşikar" adlı təzkirəçilik məktəbinin nümayən-
dəsi Hacı Mir Həsən ağa Səyyah “Sirlərin sərgüzəşti”  əsə-
rində, gərək ki, “Payız” fəslində belə yazır: "Xislətin nədir-
sə, sən də osan. Bunu bil ki, xislətin sənin kölgən deyildir
sən öz xislətinin kölgəsisən”. 
Başqa bir bucaqdan baxış da yox deyil, bu baxış isə 
deyir ki, hər baxışın öz yaşama hüququ var. Bəyənilmək, 
qəbul edilmək hüququ yox, yaşama hüququ! Demokratiya-
nın sütun ifadələrindən birini bir qədər əvvəl dedik, onu hələ 
XVIII əsrdə Volter formalaşdırmışdı. Bir daha yada salıram: 
"Mən sizə nifrət edə bilərəm, amma mən həyatımı verərəm 
ki, siz öz fikirlərinizi sərbəst şəkildə ifadə edə biləsiniz". 
Bizim böyüklərimiz də vaxt gəlib ki, həqiqətən,  əsl 
ləyaqət nümayiş etdiriblər. “Mirzə Cəlil və Əlibəy Hüseyn-
zadə” münasibətlərini bu məqamda yada salmamaq olmur. 
Başqa-başqa estetik prinsiplərin daşıyıcıları ola-ola onlar 
bir-birinə hörmətlə yanaşdılar (Əlibəy Hüseynzadənin öz 
estetik rəqibi Mirzə  Cəlilə dediyi "belə  də yazmağı bacar-
maq lazımdır" sözlərini xatırlayaq) və bununla öz böyüklük-


 
37 
lərini nümayiş etdirdilər. Tolstoy-Turgenev münasibətləri 
bunun gözəl paralelidir. 
Başqa dahilərimiz də var. Sabir gözəl maarifçi və tərcü-
məçi Haşım bəy Vəzirovu “Otello”nun tərcüməsinə görə 
haqsız olaraq söydü, hətta ona bir həcv də ("Oylə bir tərcü-
mə ki, ruhi-Şekspir görcək...") yazdı. Hüseyn Cavid isə Sa-
birin taxta heykəlinin küləkdən dağılması barədə “layiq 
olmayana heykəl qoyanda belə olar” dedi. Amma hətta bun-
lar da nifrətdən tikilmiş barrikadalara gətirib çıxarmadı. On-
ların hamısı son dərəcə səmimi idilər və, əslində, belə kəskin 
olmaları öz estetikalarına sədaqətdən doğurdu, vəhşi (infa-
ntil) nifrətdən yox. 
Bir məqamı da unutmaq olmaz ki, indiki söyənlərdən 
fərqli olaraq Sabir Haşım bəyi – bu böyük maarifçini ideolo-
ji cəbhədən, sonralar dəbə minən "proletariat adından" söy-
mürdü. Fərqi var!! 
Hüseyn Cavid Sabir haqqında dedikləri ilə göylərin 
şairi kimi yerlə "əlləşənlərə" öz münasibətini bildirirdi. "Mə-
həbbət namına, sevgi namına" yazan bu böyük idealist, Sabi-
rin sağlığında onun haqqında bir söz belə deməyi özünə rəva 
bilməmişdi, düşündüyünü proletar qəzet səhifələrindən və 
tribunalarından od kimi püskürməmişdi. Onların hər biri gö-
zəl bilirdi: əsl, böyük ədəbiyyatda hər şey var – geninə, bo-
luna məkan, əngin səma və bərəkətli torpaq, sinədolusu ud-
mağa hava, gələcək minillərin hələ deyilməmiş söz və  hələ 
yaşanmamış duyğu potensialı… Tək bircə  şeyə burda yer 
yoxdur – şəxsi nifrətdən ucaldılmış barrikadaya. 
Etimad. Generallardan, savaşlardan, barrikadalardan 
söz düşmüşkən… Ruslar yarızarafat-yarıciddi deyirlər ki, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə