Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
  1   2   3   4   5   6   7   8   9   ...   12



 

 

 

 

 

 

 

 

 

 

 

M

tant 



U

lu 


Ş

irvanlı 


 

 

Merinin 



NAĞILLAR

          

dünyası 

 

Sinifdənxaric oxu 

 

 

 

 

 

 

 

 

 

Bakı 

MÜTƏRCİM 

2016 


Bu kitab Azərbaycan Yazıçılar Birliyinin  

layihəsinin nəşridir. 

Layihənin rəhbəri: Xəyal Rza 

şair, Azərbaycan və Avrasiya Yazıçılar Birliyinin üzvü. 



Redaktoru: Qəşəm Nəcəfzadə  

– şair, AYB-nin Uşaq Ədəbiyyatı Şöbəsinin müdiri. 

Rəyçi: Qəşəm İsabəyli  

şair, “Şirvannəşr”in baş direktoru. 



Mətanət Ulu Şirvanlı. Merinin nağıllar dünyası. Sinifdənxaric oxu.  

– Bakı: Mütərcim, 2016. –  72 səh.

“Merinin Nağıllar dünyası” adlı kitabı Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist-şairə 

Mətanət Ulu Şirvanlının oxucularla səkkizinci görüşüdür. 

Əsasən lirik-romantik şeirlər müəllifi olan şairənin qələmə aldığı bu kitab uşaqlar üçün 

yazılmış əxlaqi-didaktik nağıllardan ibarətdir. Kitabda balacalar üçün maraqlı olacaq sehrli 

nağıllar üstünlük təşkil edir və balaca oxucuların diqqətini cəlb edir. 

Uşaqların maraq dünyası müəllif tərəfindən nəzərə alınmış, odur ki, nağıllar kitabı şeir 

parçaları ilə birlikdə hazırlanmışdır. 

İnanırıq ki, “Merinin Nağıllar dünyası” adlı kitab balaca oxucular tərəfindən maraqla 

qarşılanacaq və seviləcəkdir. 

ISBN: 978-9952-28-279-5

© AYB, 2016 

© Mütərcim, 2016 




 

3

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

Uşaqlar, nağılları oxuyun,  

 

 

 

 

şəkilləri isə rəngləməyi  

 

 

 

 

 

 

 

unutmayın. 

 

 



 

 

 



 


 

4

 



 

Ləya 

 

Biri var idi, biri yox idi... Ləya adlı yetim bir qız var idi. Onun çiyələk kimi 

qırmızı yanaqları, ceyran kimi sürməli gözləri, lalə kimi dodaqları  və qaymaq 

kimi dərisi var idi. 

Ləyanın beş yaşı olanda anası öldü. O, atası ilə birlikdə yaşamağa başladı. 

Saçları sünbülə  bənzəyən bu qızın anasız olmasına baxmayaraq günləri xoş 

keçirdi. Atası onu əzizləyər, qayğısına qalardı. Lakin çox keçmədi ki, atası 

evlərinə ögey ana gətirdi. O gündən hər şey dəyişdi... 

 

*** 


Qaraqabaq və zülmkar ögey ana Ləyanın gününü göy əskiyə bükdü. Atası 

isə qadına bir söz deyə bilmədi. Tezliklə Ləyanın qardaşı dünyaya gəldi. O, bütün 

günü qardaşını qucağında saxlayar, ona laylay çalardı. Sanki körpənin anası 

balaca qızcığaz idi. Analığı evin işlərini ona gördürər, uşağın paltarlarını 

yudurdar, hətta yaxınlıqdakı meşəyə keçiləri otarmağa göndərərdi. 

Analığı üstünə  qışqıranda Ləya küləyə tutulan zərif kəpənək kimi 

qorxusundan əsərdi. Beləcə günlər Ləya üçün çox ağır ötürdü... 

 

 




5

*** 


Ləyanın qardaşı böyümüş, nadinc oğlan olmuşdu. Qız qardaşını çox sevər, 

qardaşı isə  Ləyanı sevməz, anasının sözü ilə onu tez-tez incidərdi. Atası baş 

verənləri görsə də, qorxusundan səsini çıxara bilməzdi. Ata səsini çıxaran kimi:  

– İndi ki, belədir, mən çıxıb gedərəm. O zaman yetimini özün saxlayarsan.

Kim gəlib sənin yetiminə yiyə durar axı?! 

Belə olduqda ata susar, ögey ana isə səsini başına atardı. 

*** 

Ləya böyüyüb, gözəl qız olmuşdu, lakin gözəlliyi gözə görsənmirdi. Çünki, 



bütün günü ev işləri görür, analığının qulluğunda dayanırdı. Onun saçlarını 

darayar, dırnaqlarını tutardı. Elə buna görə də saçlarını daramağa vaxt tapmaz, üz-

gözünə sığal çəkə bilməzdi. Bir sözlə, qızın gözəlliyi tör-töküntü içərisində itib-

batmışdı. 

Qardaşı ortada yeyib, qıraqda gəzərdi. Acanda isə bağırardı: 

– Ləya, Ləya, hardasan? Acından ölürəm! Yeməyə nə var?

Ləya qardaşının qulluğunda canla-başla dayanırdı. Çünki o, qardaşını çox 

istəyirdi. 

*** 

Ləyanın atası  xəstələnmişdi. Ömrünün son günlərini yaşayırdı. Bir gün o, 



ölüm yatağına düşdü. Hamı atanın başına toplandı. O, Ləyanı yanına çağırıb 

yorğun səslə pıçıldadı: 

– Qızım, sən ağıllı qızsan, yəqin ki, mənim dediklərimi başa düşəcəksən?!

Ləya ağladı; 

– Yox, ata, sənə heç nə olmayacaq. Heç nə demə, xahiş edirəm! –deyib,

atasının əllərindən öpə-öpə ona yalvarmağa başladı. 

Vaxt idi...ata bu dünyadan ayrılırdı. Qızının gözlərinə baxa-baxa son sözü; 

– Bağışla məni, qızım,- kəlməsi oldu.

*** 

Ləyanın ağır güzəranı atanın ölümündən sonra bir az da ağırlaşdı. Analığı 



ona yamanlıq edir, dinclik vermir, tez-tez bəhanə taparaq onu döyürdü. Belə 

vaxtda Ləya atasının qəbri üstünə gedər, ağlayar, yüngülləşərdi. 

Ləyanın qardaşı  uşaqlarla dalaşar, boş-boşuna kəndi gəzərdi.  Əlindən heç 

bir iş gəlməyən oğlan anasının ona tapşırdığı işi bacısına gördürərdi. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə