Microsoft Word Metocor azeri



Yüklə 61,01 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü61,01 Kb.
#1665


Dərman vasitəsinin istifadəsi üzrə təlimat  

(xəstələr üçün) 

 

 

METOKOR     50 mq; 100 mq tabletlər 



METOCOR 

 

 



Beynəlxalq patentləşdirilməmiş adı: Metoprolol 

 

Tərkibi 



Təsiredici maddə: hər tabletin tərkibində müvafiq olaraq 50 mq və ya 100 mq metoprolol tartrat vardır. 

Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, mikrokristallik sellüloza, talk, povidon, natrium 

karboksimetilnişasta, susuz kolloidal silisium 4-oksid, maqnezium stearat. 

 

Təsviri 

Metokor 50 mq tabletlər 

Yumru, ağ və ya ağımtıl rəngli, yastı tabletlər. 



Metokor 100 mq tabletlər 

Yumru, ağ və ya ağımtıl rəngli, bir tərəfində bölmə xətti olan, yastı tabletlər. 

 

Farmakoterapevtik qrupu 

Selektiv beta

1

-adrenoblokatorlar. 



ATC kodu: С07АВ02 

 

Farmakoloji xüsusiyyətləri 



Farmakodinamikası 

Kardioselektiv beta

1

-adrenoblokatordur. Metoprolol hipotenziv, antianginal və antiaritmik təsirlərə malikdir. 



Ürəyin beta

1

-adrenoreseptorlarını blokadaya alaraq katexolaminlərlə stimuləolunmuş adenozintrifosfat (ATF) 



turşusundan siklik adenozinmonofosfatın (sAMF) əmələ  gəlməsini azaldır, kalsium ionlarının hüceyrədaxili 

axınını aşağı salır, mənfi xrono-, dromo-, batmo- və inotrop təsir göstərir (ürək yığılmalarının tezliyini (ÜYT) 

azaldır, keçiriciliyi və oyanıqlığı azaldır, miokardın yığılmasını aşağı salır). 

Beta-adrenoblokatorların istifadəsinin başlanğıcında (daxilə  qəbulundan sonra ilk 24 saat ərzində) ümumi 

periferik damar müqaviməti (ÜPDM) artır (alfa-adrenoreseptorların fəallığının resiprok artması  və beta

2

-



adrenoreseptorların stimulə olunmasının aradan qaldırılması nəticəsində), hansı ki, 1-3 gündən sonra əvvəlki 

vəziyyətə qayıdır, uzunmüddətli təyinat zamanı isə azalır. 

Hipotenziv təsiri qanın dəqiqəlik həcminin və renin sintezinin reflektor azalması, renin-angiotenzin-aldosteron 

sisteminin (RAAS) (ilkin renin hipersekresiyası olan xəstələrdə böyük əhəmiyyət kəsb edir) və mərkəzi sinir 

sisteminin (MSS) fəallığının zəifləməsi, aorta qövsü baroreseptorlarının həssaslığının bərpa olunması 

(arterial təzyiqin (AT) enməsinə cavab olaraq onların fəallığının güclənməsi baş vermir) və nəticədə periferik 

simpatik təsirlərin azalması ilə əlaqədardır. Sakit vəziyyətdə, fiziki gərginlik və stress zamanı yüksəlmiş AT-ni 

aşağı salır. Hipotenziv təsiri tez inkişaf edir (sistolik AT 15 dəq-dən, maksimum – 2 saatdan sonra enir) və 6 

saat müddətində davam edir, diastolik AT yavaş  dəyişilir: stabil enmə bir neçə  həftə mütəmadi qəbuldan 

sonra müşahidə olunur. 

Antianginal təsir ÜYT-nin (diastolanın uzanması  və miokard perfuziyasının yaxşılaşması) və miokard 

yığılmasının yavaşıması  nəticəsində miokardın oksigenə olan tələbatının azalması, həmçinin, simpatik 

innervasiyanın təsirinə qarşı miokardın həssaslığının aşağı enməsi ilə müəyyən olunur. Stenokardiya 

tutmalarının sayını  və  ağırlığını azaldır, fiziki yüklənməyə dözümlülüyü artırır. Sol mədəcikdə son diastolik 

təzyiqin artması  və  mədəciklərin  əzələ liflərinin gərilməsinin artması hesabına, xüsusən də xroniki ürək 

çatışmazlığı (XÜÇ) olan xəstələrdə oksigenə olan tələbatı artıra bilər. 

Antiaritmik təsiri aritmogen faktorların (taxikardiya, simpatik sinir sisteminin fəallığının artması, sAMF 

miqdarının artması, arterial hipertenziya) aradan qaldırılması, sinus və ektopik ritm aparıcılarının spontan 

oyanma sürətinin azalması  və atrioventrikulyar (AV) (AV düyünündən  əsasən anteqrad və az dərəcədə 

retroqrad istiqamətdə) və əlavə yolların keçiriciliyinin zəifləməsi ilə əlaqədardır. 

Supraventrikulyar taxikardiya, qulaqcıq səyriməsi, sinus taxikardiyası, ürəyin funksional xəstəlikləri və 

tireotoksikoz zamanı ÜYT-ni yavaşladır və ya hətta ürək ritminin bərpa olunmasına gətirib çıxara bilər. 

Miqrenin inkişafının qarşısını alır. 

Qeyri-selektiv beta-adrenoblokatorlardan fərqli olaraq orta terapevtik dozalarda istifadəsi zamanı tərkibində 

beta

2

-adrenoreseptorlar olan orqanlara (mədəaltı  vəzi, skelet əzələləri, periferik arteriyaların, bronxların və 



uşaqlığın saya əzələsi) və karbohidrat mübadiləsinə daha az təsir göstərir. Yüksək dozalarda (gündə 100 

mq-dan çox) istifadəsi zamanı beta-adrenoreseptorların hər iki yarımtipinə blokadaedici təsir göstərir. 



Farmakokinetikası 

Sorulması 


Metoprolol daxilə qəbulundan sonra demək olar ki, tam (95%) sorulur. Daxilə qəbulundan 1-2 saat sonra qan 

plazmasında maksimal qatılığa çatır. T

1/2 

orta hesabla



 

3,5 saat (1 saatdan 9 saata qədər hüdudda) təşkil edir. 

İntensiv presistem metabolizmə məruz qalır, biomənimsənilmə ilk dəfə daxilə qəbul edilən zaman 50% təşkil 

edir və  təkrari qəbul zamanı 70%-ə  qədər qalxır. Qida qəbulu biomənimsənilməni 20-40% artırır. 

Metaprololun biomənimsənilməsi qaraciyər sirrozu zamanı artır. 

Paylanması 

Qan plazması zülalları ilə birləşməsi – 5-10%-dir. Hematoensefalik və plasentar baryerdən keçir. Az 

miqdarda ana südünə keçir. 

Metabolizmi və xaric olunması 

Qaraciyərdə metabolizə olunur, 2 metaboliti beta-adrenoblokadaedici fəallığa malikdir. Preparatın 

metabolizmində СYP2D6 izofermenti iştirak edir. Preparatın təxminən 5%-i dəyişilməmiş şəkildə böyrəklərlə xaric 

olunur. Böyrək funksiyası aşağı olan xəstələrin müalicəsi preparatın dozasının korreksiyasını tələb etmir. 

Qaraciyər funksiyasının pozulması preparatın metabolizmini ləngidir, buna görə qaraciyər funksiyasının 

çatışmazlığı hallarında preparatın dozası aşağı salınmalıdır. 

Hemodializ zamanı xaric olunmur. 

 

İstifadəsinə göstərişlər 

- arterial hipertenziya (monoterapiyada və ya digər antihipertenziv vasitələrlə birlikdə); 

- ürək fəaliyyətinin taxikardiya ilə müşayiət olunan funksional pozğunluqları; 

- ürəyin işemik xəstəliyi: miokard infarktı (ikincili profilaktika), stenokardiya tutmalarının profilaktikası; 

- ürək ritminin pozulmaları (mədəciküstü taxikardiya; mədəcik ekstrasistoliyası); 

- hipertireoz (kompleks müalicə); 

- miqren tutmalarının profilaktikası. 

 

Əks göstərişlər 

- metoprolola və ya preparatın tərkibindəki digər maddələrə və ya digər beta-adrenoblokatorlara qarşı yüksək 

həssaslıq; 

- kardiogen şok; 

- II-III dərəcəli AV blokada; 

- sinoatrial blokada; 

- sinus düyününün zəifliyi sindromu; 

- nəzərəçarpan bradikardiya; 

- dekompensasiya mərhələsində xroniki ürək çatışmazlığı; 

- Prinsmetal stenokardiyası; 

- kəskin miokard infarktı (ÜYT 45 vurğu/dəq-dən az, PQ intervalı 0,24 san-dən çox, sistolik AT 100 mm 

civə.süt-dan az); 

- laktasiya dövrü; 

- eyni zamanda verapamil tipli «ləng» kalsium kanalları blokatorlarının (LKKB) venadaxili yeridilməsi; 

- 18 yaşa kimi yaş dövrü (effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb); 

- feoxromositoma (alfa-adrenoblokatorlarla eyni zamanda istifadə edilmədikdə); 

- beta-adrenoreseptorlara təsir edən inotrop vasitələrlə uzun müddətli və ya intermittə edici (fasiləli) müalicə 

alan pasiyentlər. 

Şəkərli diabet, metabolik asidoz, bronxial astma, AXOX (ağciyərlərin emfizeması, xroniki obstruktiv bronxit), 

periferik damarların obliterasiyaedici xəstəlikləri («növbələşən» axsaqlıq, Reyno sindromu), xroniki qaraciyər 

və/və ya böyrək çatışmazlığı, miasteniya, feoxromositoma, I dərəcəli AV blokada, tireotoksikoz, depressiya, 

psoriaz, hamiləlik zamanı, həmçinin yaşlı pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Hipotenziv təsirin  əhəmiyyətli dərəcədə güclənməsi ilə  əlaqədar olaraq monoaminoksidaza (MAO) 



inhibitorları ilə eyni vaxtda istifadəsi məsləhət görülmür. Müalicə zamanı MAO inhibitorları  və metoprolol 

qəbulu arasındakı fasilə 14 gündən az olmamalıdır. 

Eyni zamanda verapamilin v/d yeridilməsi ürəyin dayanmasına səbəb ola bilər. 

Eyni zamanda nifedipinin təyini AT-nin əhəmiyyətli dərəcədə enməsinə gətirib çıxarır. 



İnhalyasion narkoz üçün vasitələr (halogenləşdirilmiş karbohidrogenlər) miokard funksiyalarının zəifləmə və 

arterial hipotenziyanın inkişaf etmə riskini artırır; metoprololun verapamil, diltiazem, antiaritmik vasitələr 



(amiodaron), rezerpin, metildopa, klonidin, quanfasin, ümumi anesteziya vasitələri və ürək qlikozidləri ilə 

istifadəsi zamanı ÜYT-nin nəzərə çarpan dərəcədə yavaşlamasını yüksəldir və AV keçiriciliyini zəiflədir. 



Beta-adrenomimetiklər, teofillin, kokain, estrogenlər (natrium ionlarının ləngiməsi), indometasin və digər 

qeyri-steroid iltihab əleyhinə preparatlar (natriumun ləngiməsi və böyrəklərdə prostaqlandinlərin sintezinin 

blokada olması) hipotenziv təsiri zəiflədir. 



Tri- və tetrasiklik antidepressantlar, antipsixotik vasitələr (neyroleptiklər), sedativ və yuxugətirici vasitələr 

MSS-nin zəifləməsini gücləndirir. 




Daxilə qəbul üçün hipoqlikemik vasitələr ilə birlikdə qəbulu zamanı onların təsirinin aşağı enməsi; insulin ilə - 

hipoqlikemiyanın inkişaf riskinin yüksəlməsi, onun ifadəliliyinin güclənməsi və uzanması, hipoqlikemiyanin 

bəzi simptomlarının (taxikardiya, tərləmə, arterial təzyiqin yüksəlməsi) gizlənməsi mümkündür. 

Hipotenziv vasitələr, diuretiklər, nitroqliserin və ya  «ləng» kalsium kanallarının blokatorları ilə birlikdə 

istifadəsi zamanı AT-nin kəskin enməsi baş verə bilər,  prazozin  ilə birlikdə istifadə olunduqda xüsusilə 

ehtiyatlı olmaq lazımdır. 

Əgər metoprolol və  klonidin  eyni zamanda qəbul olunarsa, klonidinin qəbulu metoprololun qəbulunun 

dayandırılmasından bir neçə gün sonra («kəsmə» sindromunun inkişaf riski ilə əlaqədar olaraq) dayandırılır. 

Qaraciyərin mikrosomal fermentlərinin induktorları (rifampisin, barbituratlar) metoprololun metabolizminin 

güclənməsinə, qan plazmasında metoprololun konsentrasiyasının aşağı düşməsinə  və onun farmakoloji 

təsirlərinin azalmasına gətirib çıxarır. Qaraciyərin mikrosomal fermentlərinin inhibitorları (simetidin, peroral 

kontraseptivlər, fenotiazinlər) - qan plazmasında metoprololun qatılığını artırır. 

İmmunoterapiya üçün istifadə olunan allergenlər  və ya  dəri sınaqları üçün istifadə olunan allergen 

ekstraktları metoprolol ilə birlikdə istifadə olunduqda sistem allergik reaksiyaların və ya anafilaksiyanın inkişaf 

riskini yüksəldir; v/d yeridilmə üçün yod tərkibli rentgenokontrast maddələr anafilaktik reaksiyaların inkişaf 

riskini yüksəldir. 

Ksantinlərin (diprofillindən başqa), xüsusilə  də, siqaret çəkmənin təsiri altında  əvvəlcədən artmış teofillinin 

klirensini aşağı salır. Lidokainin klirensini aşağı salır, qan plazmasında onun qatılığını artırır. 



Antidepolyarizəedici miorelaksantların  təsirini gücləndirir və uzadır,  kumarin törəmələrinin  antikoaqulyant 

təsirini uzadır. 



Katexolaminlərin (məsələn, rezerpin) ehtiyatını azaldan vasitələr beta-adrenoblokatorların təsirini gücləndirə 

bilər, buna görə  də, bu dərman vasitələrini yanaşı  qəbul edən xəstələr AT-nin kəskin enməsi və ya 

bradikardiyanın olması əlamətinə görə daimi həkim nəzarəti altında olmalıdırlar. 

 

İstifadə qaydası və dozası 

Daxilə qəbul olunur. 

Tabletləri həm qida ilə, həm də acqarına maye içərək qəbul etmək olar, lakin çeynəmək olmaz. 

Preparatın gündə 1 dəfə qəbulu zamanı onu səhərlər; gündə 2 dəfə qəbulu zamanı - səhər və axşam qəbul 

etmək məsləhət görülür. 



Arterial hipertenziya 

Başlanğıc doza gündə 1-2 dəfə 50 mq təşkil edir. Kifayət qədər terapevtik təsir olmadıqda doza tədricən, 

gündə 2 dəfə, 50-100 mq-a qədər artırıla bilər və/və ya əlavə olaraq digər antihipertenziv vasitələr təyin 

oluna bilər. 

Maksimal gündəlik doza 200 mq təşkil edir. 

Stenokardiya, aritmiyalar 

Gündə 2 dəfə 50-100 mq. 



Miokard infarktının ikincili profilaktikası 

Gündə 2 dəfə 100 mq. 



Ürək fəaliyyətinin taxikardiya ilə müşayiət olunan funksional pozğunluqları 

Gündə 1-2 dəfə 50 mq. 



Miqren tutmalarının profilaktikası 

Gündə 2 dəfə 50-100 mq. 



Hipertireoz 

Gündə 3-4 dəfə 50 mq. 



Böyrək funksiyalarının pozulması 

Böyrək funksiyalarının pozulması olan pasiyentlərdə dozanın korreksiyasına ehtiyac yoxdur. 



Qaraciyər funksiyalarının pozulması 

Adətən plazma zülalları ilə  zəif birləşdiyinə görə metoprololun dozasının korreksiyası  tələb olunmur. Lakin 

qaraciyər funksiyalarının ağır pozulmaları zamanı (qaraciyər sirrozunun ağır formaları  və ya portokaval 

anastomoz olan pasiyentlərdə) dozanın azaldılması tələb oluna bilər. 



Yaşlı pasiyentlər 

Yaşlı pasiyentlərdə dozanın korreksiyasına ehtiyac yoxdur. 



Uşaqlar 

Uşaqlarda Metokor preparatının istifadə təcrübəsi məhduddur. 

 

Xüsusi göstərişlər 

Beta-adrenoblokatorlar qəbul edən xəstələrə nəzarət özündə ÜYT və AT-yə, şəkərli diabet xəstələrində qan 

plazmasında qlükozanın konsentrasiyasına müntəzəm nəzarəti birləşdirir. Ehtiyac olarsa şəkərli diabet 

xəstələri üçün insulinin və ya daxilə  təyin olunan hipoqlikemik vasitələrin dozasını  fərdi olaraq seçmək 

lazımdır. Xəstəni ÜYT-ni sayma üsuluna öyrətmək və ÜYT 50 vurğu/dəqiqədən az olduqda həkimlə 

məsləhətləşmənin vacibliyi haqqında məlumatlandırmaq lazımdır. 

Allergik reaksiyaların (ağırlaşmış allerqoloji anamnez fonunda) nəzərə çarpan güclənməsi və epinefrinin 

(adrenalin) adi dozalarının yeridilməsindən təsirin olmaması mümkündür. 




Yaşlı xəstələrdə böyrəklərin funksiyasına nəzarət etmək (4-5 ayda 1 dəfə) məsləhət görülür. Periferik arterial 

qan dövranının pozulma simptomlarını gücləndirə bilər. 

Preparatın qəbulunun dayandırılmasını tədricən, dozanı 10 gün ərzində azaltmaqla həyata keçirirlər. Arterial 

hipertenziya zamanı təsir 2-5 gündən sonra baş verir, stabil təsir 1-2 aydan sonra müşahidə olunur. 

Gərginlik stenokardiyası zamanı preparatın seçilmiş dozası ÜYT-ni sakitlik vəziyyətində 55-60 vurğu/dəq. 

hüdudunda, yüklənmə zamanı - 110 vurğu/dəq-dən çox olmayaraq təmin etməlidir. 

«Siqaret çəkənlərdə» beta-adrenoblokatorların effektivliyi aşağıdır. 

Metokor tireotoksikozun bəzi klinik təzahürlərini (məsələn, taxikardiyanı) gizlədə bilər. Tireotoksikozlu xəstələrdə 

qəbulun qəfil dayandırılması əks göstərişdir, belə ki, simptomatikanı gücləndirə bilər. 

Şəkərli diabet zamanı hipoqlikemiya nəticəsində yaranan taxikardiyanı gizlədə bilər. 

Qeyri-selektiv beta-adrenoblokatorlardan fərqli olaraq, insulinin yaratdığı hipoqlikemiyanı demək olar ki, 

gücləndirmir və qanda qlükozanın konsentrasiyasının normaya qədər bərpa olunmasını ləngitmir. 

Bronxial astmalı  xəstələrə yanaşı terapiya kimi təyin olunması lazım olarsa beta

2

-adrenomimetiklər; 



feoxromositoma zamanı - alfa-adrenoblokatorlar istifadə edirlər. 

Cərrahi müdaxilənin aparılması vacib olarsa, həkim-anestezioloqu  Metokorun  qəbulu haqqında xəbərdar 

etmək lazımdır (ümumi anesteziya üçün minimal mənfi inotrop təsirli vasitənin seçimi), preparatın qəbulunu 

dayandırmaq məsləhət görülmür. 

N.vagus-un resiprok fəallığını v/d atropin (1-2 mq) yeritməklə aradan qaldırmaq olar. 

Artan bradikardiya (50 vurğu/dəq-dən az), arterial hipotenziya (sistolik AT 100 mm.civə.süt-dan aşağı), AV 

blokada, bronxospazm, mədəcik aritmiyaları, qaraciyər və böyrək funksiyalarının ağır pozulmaları baş verdiyi 

hallarda dozanı azaltmaq və ya müalicəni dayandırmaq lazımdır. 

Beta-adrenoblokatorların qəbulu ilə  əlaqədar yaranmış  dəri səpgiləri və depressiyanın inkişafı zamanı 

müalicənin dayandırılması məsləhət görülür. 

Müalicənin qəfil dayandırılması zamanı «kəsmə» sindromu (stenokardiya tutmalarının güclənməsi, AT-nin 

yüksəlməsi) inkişaf edə bilər. Preparatın qəbulu dayandırıldıqda stenokardiyalı  xəstələrə xüsusi diqqət yetirmək 

lazımdır. 

Kontakt linzalar istifadə edən xəstələr nəzərə almalıdırlar ki, beta-adrenoblokatorlarla müalicə fonunda gözyaşı 

mayesinin ifrazı azala bilər. 

Tərkibində buğda nişastası olduğuna görə bu preparatı seliakiya (qlüten enteropatiyası) olan pasiyentlərə 

tətbiq etmək olmaz. 

Metokoru nadir büruzə verən irsi qalaktozaya yüksək həssaslıqdan, Lapp laktaza çatışmazlığından və ya 

qlükoza-qalaktoza malabsorbsiya sindromundan əziyyət çəkən pasiyentlərə qəbul etmək olmaz. 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 

Hamiləlik  zamanı  Metokor yalnız ciddi göstərişlərə  əsasən,  əgər ana üçün gözlənilən fayda döl üçün 

potensial riskdən üstün olarsa (döldə bradikardiyanın, arterial hipotenziyanın, hipoqlikemiyanın inkişafının 

mümkünlüyü ilə  əlaqədar olaraq) təyin oluna bilər. Bu zaman ciddi müşahidə aparmaq, dölün inkişafına 

xüsusi diqqət yetirmək lazımdır. Doğulduqdan sonra 48-72 saat müddətində yenidoğulmuşa ciddi nəzarət 

etmək lazımdır. 



Laktasiya 

Əgər Metokor preparatının laktasiya dövründə qəbulu vacibdirsə, ana südü ilə qidalandırmanı dayandırmaq 

lazımdır. 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 

Müalicə müddətində nəqliyyat vasitələrini və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər 

potensial təhlükəli mexanizmləri idarəetmə zamanı ehtiyatlı olmaq lazımdır. 

 

Əlavə təsirləri 

Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi ifadə edilir: tez-tez rast gələn (≥10%), çox rast gələn 

(≥1% və <10%), az rast gələn (≥0,1% və <1%), nadir hallarda (≥0,01% və <0,1%), çox nadir hallarda, ayrı-

ayrı məlumatlar daxil olmaqla (<0,01%). 



Mərkəzi sinir sisteminə: 

Çox rast gələn: yüksəlmiş yorğunluq, zəiflik, baş ağrısı. 

Az rast gələn: psixi və hərəki reaksiyaların sürətinin ləngiməsi. 

Nadir hallarda: ətraflarda paresteziyalar («növbələşən» axsaqlıq və Reyno sindromu olan xəstələrdə), 

depressiya, narahatlıq, diqqət konsentrasiyasının aşağı düşməsi, yuxululuq, yuxusuzluq, «qorxulu» 

yuxugörmə, huşun qarışması  və ya yaddaşın qısa müddətli pozulması, miasteniya, hallüsinasiyalar, 

asteniya. 

Hiss orqanlarına: 

Nadir hallarda: görmənin zəifləməsi, gözyaşı mayesinin sekresiyasının azalması, gözlərin quru və  ağrılı 

olması, konyunktivit. 

Çox nadir hallarda: qulaqlarda cingilti. 




 

Ürək-damar sisteminə: 

Çox rast gələn: sinus bradikardiyası, ürək döyünməsi hissiyyatı, AT-nin nəzərə çarpan enməsi, ortostatik 

hipotenziya (başgicəllənməsi, bəzən huşun itməsi). 

Az rast gələn: miokardın yığılma qabiliyyətinin aşağı düşməsi, xroniki ürək çatışmazlığı simptomlarının 

müvəqqəti ağırlaşması (ayaq pəncəsi və/və ya baldırın aşağı hissəsinin ödemi, təngənəfəslik). 

Nadir hallarda: aritmiyalar, angiospazmın təzahürü (periferik qan dövranının pozulmasının güclənməsi, aşağı 

ətrafların soyuması, Reyno sindromu), kardialgiya. 

Çox nadir hallarda: AV keçiriciliyinin əvvəl mövcud olan pozulmalarının ağırlaşması. 



Həzm sisteminə: 

Çox rast gələn: ürəkbulanma, qarında ağrı, ishal, qəbizlik. 

Az rast gələn: qusma. 

Nadir hallarda: ağız boşluğu selikli qişasının quruluğu, dadın dəyişməsi. 

Çox nadir hallarda: hepatit. 

Dəri örtüklərinə: 

Az rast gələn: övrə, dəri qaşınması, səpgi, tər ifrazının güclənməsi. 

Çox nadir hallarda: psoriazın gedişinin kəskinləşməsi, psoriazabənzər dəri reaksiyaları, dəri hiperemiyası, 

fotosensibilizasiya, geriyə dönən alopesiya. 



Endokrin sisteminə: 

Az rast gələn: hipoqlikemiya (insulin qəbul edən xəstələrdə). 

Nadir hallarda: hiperqlikemiya (şəkərli diabet xəstələrində), hipotireoz. 

Tənəffüs sisteminə: 

Çox rast gələn: fiziki güc zamanı təngənəfəslik. 

Az rast gələn: bronxospazm. 

Nadir hallarda: rinit. 



Digər: 

Nadir hallarda: digər beta-adrenoblokatorlar kimi tək-tək hallarda bədən kütləsinin cüzi artmasına səbəb ola 

bilər. 

Çox nadir hallarda: beldə və ya oynaqlarda ağrı, artralgiya, libidonun və/və ya potensiyanın aşağı düşməsi. 

 

Doza həddinin aşılması 

Doza həddinin aşılmasının ilk simptomları preparatın qəbulundan 20 dəq - 2 saat sonra büruzə verir. 



Simptomları:  nəzərəçarpan sinus bradikardiyası, başgicəllənmə, ürəkbulanma, qusma, sianoz, AT-nin 

nəzərəçarpan enməsi, aritmiya, mədəcik ekstrasistoliyası, bronxospazm, bayılma, doza həddinin kəskin 

aşılması zamanı – kardiogen şok, huşun itməsi, koma, AV-blokada (tam köndələn blokadanın inkişafına və 

ürəyin dayanmasına kimi), qıcolmalar, tənəffüsün dayanması. 



Müalicəsi:  mədənin yuyulması  və adsorbsiyaedici vasitələrin qəbulu; simptomatik müalicə: AT-nin 

nəzərəçarpan enməsi zamanı – xəstə Trendelenburq vəziyyətində olmalıdır; AT-nin həddən artıq enməsi, 

bradikardiya və ürək çatışmazlığı zamanı – v/d 2-5 dəq intervalı ilə arzuolunan effektə nail olana kimi beta-

adrenomimetiklər və ya v/d 0,5-2 mq atropin. Müsbət nəticə olmadıqda - dopamin, dobutamin və ya 

norepinefrin (noradrenalin). Sonrakı  tədbirlər kimi 1-10 mq qlükaqonun yeridilməsi, süni ritm aparıcılarının 

qoyulması mümkündür. 

Bronxospazm zamanı v/d beta

2

-adrenomimetiklər yeritmək lazımdır. 



Hemodializ effektiv deyil. 

 

Buraxılış forması 



Metokor 50 mq tabletlər 

10 tablet PVX/Al blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 



Metokor 100 mq tabletlər 

10 tablet PVX/Al blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

25ºС-dən yuxarı olmayan temperaturda saxlamaq lazımdır. 

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

3 il. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

Aptekdən buraxılma şərti 

Rеsеpt əsasında buraxılır. 

 

 



 

İstehsalçı 

«ADİFARM EAD» 

Bulvar “Simeonovskoye şose”, №130 

1700 Sofiya, Bolqarıstan 

 

 



Azərbaycanda rəsmi distribyutor 

«TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi, 14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

www.tetrada-az.com



 

Yüklə 61,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə