Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
  1   2   3   4   5   6   7   8   9   ...   58


 
 
2
E.M.HACIZADƏ    T.Ə.PAŞAYEV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
NEFT-QAZ SƏNAYESİNDƏ 
YENİ BAZAR MEXANİZMLƏRİNİN 
FORMALAŞDIRILMASI 
İSTİQAMƏTLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - ELM - 2000 
 


 
 
3
 
Azərbaycan Elmlər Akademiyası 
İqtisadiyyat İnstitutunun Elmi Şurasının 
qərarı ilə çap olunur 
 
 
Elmi redaktorları:  
i.e.d   
Ə.X.Nuriyev 
i.e.d. prof. 
A.A.Ağayeva 
 
Rəyçilər: 
  i.e.d. 
 N.Ə.Nəbiyev 
i.e.n.  
Ə.B.Sarıyev 
 
 
E.M.Hacızadə, T.Ə.Paşayev. Neft-qaz sənayesində yeni bazar 
mexanizmlərinin formalaşdırılması istiqamətləri  (monoqrafiya
Azərbaycan dilində. Bakı. «Elm» 2000. 200 səh. 
 
Monoqrafiyada yeni reallıqlar kontekstində neft-qaz 
sənayesinin müasir vəziyyəti, inkişaf meylləri, dayanıqlı inkişafın 
təmin edilməsinin iqtisadi aspektləri, vergiqoymanın 
təkmilləşdirilməsi, neft-qaz sənayesində fiskal mexanizmlər və digər 
bazar təsisatlarının tətbiqi məsələləri tədqiq edilmişdir. 
Neft-qaz sənayesinin mütəxəssisləri, elmi işçilər, iqtisadçılar, 
ali məktəb tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə 
tutulmuşdur. 
 
 
 
 
 
2000
)
07
(
655
0605010407

H
 
qrifli nəşr 
 
ISBN 5-8066-1289-9. 
 
 
MÜNDƏRİCAT 


 
 
4
 
Giriş   
 
 
 
 
 
 
05 
 
I Fəsil 
Azərbaycanın neft-qaz sənayesinin müasir vəziyyəti və inkişaf 
meylləri 
 
1.1.Mövcud infrastrukturun və ehtiyatlar potensialının 
qiymətləndirilməsi 
 
 
 
 
 
11 
1.2.Yeni reallıqlar konteksində neft-qaz sənayesinin 
müasir vəziyyətinin təhlili 
    21 
1.3.İnteqrasion proseslər və inkişaf perspektivləri  
30 
1.4.Dünya neft bazarı və qiymətlərdəki meyllər   35 
1.5.İstehsalçı ölkələrdə energetik siyasət və postneft 
strategiyası 
 
 
 
 
 
 
42 
 
II Fəsil 
Neft-qaz kompleksində dayanıqlı inkişafın təmin edilməsinin 
iqtisadi aspektləri 
 
2.1.Neft-qaz sənayesində iqtisadi islahatların dərinləşməsi 
 və təkmilləşdirilməsinin aktual problemləri 
  52 
2.2.Azərbaycanın qaz sektoru islahatların yeni 
mərhələsində   
 
 
 
 
 
62 
2.3.Struktur islahatları və yeni idarəetmə formaları  
73 
2.4.Neftqazçıxarma müəssisələrinin yeni bazar subyektinə 
 çevrilməsi problemləri 
 
 
 
 
82 
2.5.Amortizasiya prosesində mütərəqqi metodların 
tətbiqinin genişləndirilməsi   
 
 
 
91 
2.6.Neft biznesində yeni kontrakt formalarının tətbiq 101 
 
 
III Fəsil 
Neft müqavilələrində tətbiq edilən fickal-vergi 


 
 
5
mexanizmlərinin təkmilləşdirilməsi problemləri 
 
3.1.Neft müqavilələrinin Azərbaycanın iqtisadi 
dirçəlişində 
rolu      106 
3.2.Müasir dövrdə neft resurslarına tətbiq edilən başlıca 
fiskal mexanizmlər 
     125 
3.3.Neft hasilatı sahəsində vergi mexanizmlərindən 
istifadə problemləri 
     140 
3.4.Azərbaycanın xarici neft şirkətləri ilə bağladığı 
 müqavilələrdə vergiqoyma məsələləri   149 
 
 
Nəticə və təkliflər 
 
 
 
 
 
176 
 
Заключение   
 
 
 
 
 
184 
 
Resume 
 
 
 
 
 
 
186 
 
İstifadə olunmuş ədəbiyyat siyahısı  
 
 
188 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
GİRİŞ 
 


 
 
6
Azərbaycan dünyanın  ən qədim neft ölkəsi kimi həm 
ənənəvi  əl  əməyinə  əsaslanan primitiv qazma üsulla, həm də 
sənayecə hasilata başlayan ölkələr siyahısına başçılıq edir. XIX 
əsrin ortalarından intensivləşən neft hasilatı  sənayeləşmənin, 
texnoloji və industrial komplekslərin təşəkkülünün ilk indika-
toru olmuşdur. Enerji mənbələrinə artan tələbat dünyanın 
mənzərəsinə yeni cizgilər gətirmiş, planetin iqtisadiyyatı əsaslı 
dərəcədə neft-qaz resurslarının inhisarına düşmüşdü. 
Ötən son iki əsrin qovşağında hasilatda liderlik edən 
Azərbaycan siyasi ehtirasların, iqtisadi maraqların toqquşduğu 
məkan kimi dünya neft məhsulları istehsalı və satışının, kapital 
axınının ən mühüm mərkəzlərindən biri olmuşdur. Ekstensiv və 
intensiv metodlarla müşayiət olunan digər tərəfdən isə elmi 
əsaslara sığınmayan «vəhşi» istismar prosesi ehtiyatların vax-
tından əvvəl tükənməsinə rəvac vermiş, təbiətə sağalmaz yara-
lar vurmuşdur. 
Uzun illər  Şimala axan neft sərvətlərimizin energetik 
gücünü möhtəşəm bir dövlətin  ərsəyə  gətirilməsini 
qanaqlandıran, investisiyalaşdıran, II cahan savaşında onun 
hərbi maşınına təkan verən və böyük qələbəni təmin edən 
mühüm amil kimi qiymətləndirmək olar. Sonrakı illərdə tpla-
nan təcrübə, elmi-praktiki biliklər, yaranmış əlverişli infrstruk-
tur Azərbaycan geoloqların yeni yataqların axtarışını  səfərbər 
etmiş, hasilat qurudan dənizə istiqamət götürmüşdür. Sovetlər 
İttifaqının artan qüdrəti daha böyük vəzifələri qarşıya qoy-
duğundan dənizdə  kəşf edilən iri, yeni ehtiyat mənbələrinin 
şöhrəti də uzun sürməmişdir. Volqaboyunda, Uralda, Sibirdə 
nəhəng yataqların kəşfi Azərbaycanda səngimədə olan, böyük 
kapitaltutumlu neft-qaz hasilatına marağı azaltmışdı. Quyuların 
enerjisi və bununla bağlı debitinin aşağı düşməsi, məhsulun 
maya dəyərinin yüksəlişi, təchizatın pisləşməsi, dövləti 
mənafelərin, iqtisadi baxışların, daha çox yeni sənaye 
sahələrinə, kənd təsərrüfatının inkişafına yönəlmiş meylləri 
hsilatın dinamikasında  əks olunaraq enmə prosesində  mənfi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə