Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

 
 
44
gələcək nəsillərin miras payıdır.  İqtisadiyyatlarını  əsasən neft 
faktoruna kökləmiş bu dövlətlər ehtiyacların tükənəcəyinə 
rəğmən yeni nəslə davamlı inkişafı  tə’min etmək məqsədi ilə 
yüksək texnologiyalı 
sənaye komplekslərini, aqrar 
təsərrüfatları, xidmət sahələrini, böyük kapital mənbəli bank-
ları ərmağan qoymuşlar. 
1973-cü ildə ümumi dünya neft böhranından sonra Qərbin 
inkişaf etmiş dövlətləri neftin qiymətində reqressiyanın qarşıs-
ını almaq üçün kompleks tədbirlər həyata keçirdilər. Alternativ 
enerji mənbələrinə, qənaətedici texnologiyalara diqqətin ar-
tırılması neft sərvətlərinin tükənəcəyinə bir işarə oldu. Geoloji 
axtarış  işləri göstərdi ki, regionda neft ehtiyatları yüksək olsa 
da, sonsuz deyildir. Neft firavanlığının  əbədi olmaması faktı 
qarşısında ilk olaraq Bəhreyn qaldı. Bəhreynin neftlə bağlı ta-
leyi digər neft ixrac edən monarxiyaları postneft epoxasını 
götür-qoy etməyə tuşladı. Belə reallıq region ölkələrinin 
neftdən sonra iqtisadiyyatının təminatında uzun müddətli ink-
işaf konsepsiyasının hazırlığına rəvac verdi. Bu konteksdə 
gələcək iqtisadiyyatın formalaşma prosesi region ölkələri üçün 
əsas üç istiqamətdə təzahür edir: 
1.
 
Təsərrüfatın diversifikasiyası; 
2.
 
Kapitalın xaricdə uzunmüddətli və möhkəm 
yerləşdirilməsi üçün miqyaslı maliyyə investision 
fəaliyyətin reallaşdırılması; 
3.
 
Müasir dünyaya uyğunlaşan olunan, intellektual-
mədəni mühiti formalaşdıran məşğulluğun əsas sfera-
larında kadrların yerləşdirilməsi. 
Başlanan proses yerli iqtisadiyyatın diversifikasiyasının 
həm istehsal, həm də qeyri-istehsal sferasını ehtiva edir. Re-
gion ölkələri çalışırlar ki, xam neftin və qazın ixracından neft, 
neft-qaz kimyasının məhsullarının ixracına keçsinlər. Hasil ol-
unan neftin 90%-ni emal edən Küveytin neftayırma zavodları 
xam neftə nisbətdə daha çox neft məhsullarının ixracından 
gəlir  əldə edirlər. Burada həm də müəyyən qədər yanacaq 


 
 
45
ixracını enerjitutumlu məhsullar, o cümlədən  əsasən Avstrali-
yadan gətirilən aliminiumun əridilməsindən alınanlar əvəz edir. 
İndi neft emalı, neft-kimyası, enerjitutumlu metallurgiya kom-
binatları Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Qatarda daha 
çox intişar tapır. Bununla belə region ölkələri kənd 
təsərrüfatının inkişafında müvafiq layihələrin gerçəkləşməsinə 
külli miqdarda pul xərcləyirlər. Səudiyyə  Ərəbistanın səhra 
şəraitinə baxmayaraq özünü taxılla təmin edir və  hətta 
müəyyən qədər də ixrac prosesini həyata keçirir. İndi Küveyt, 
BƏƏ müxtəlif meyvə-tərəvəz, çiçək ixracatında da 
üstünlüklərə nail olmuşlar. Turizmin, maliyyə sferasının inkiş-
afından da gəlir  əldə edilir. Regionda offşor biznesi də sürətlə 
inkişaf tapır. Küveyt Britaniyanın, Kanadanın, Yaponiyanın bir 
çox digər Qərbi Avropa ölkələrinin məşhur və qüdrətli 
transmilli korporasiyalarının həmsahibi kimi çıxış edir. Onun 
Qərbi Avropada minlərlə yanacaqdoldurma stansiyası, Dani-
markada, Hollandiyada və  İtaliyada iri neftayırma zavodları, 
böyük hava limanlarında çoxsaylı avia-yanacaq məntəqələri 
vardır. Bundan başqa özünün dəniz donanmasında 30-a yaxın 
tankerə malik olan Küveyt həm də inkişaf etmiş kapitalist 
ölkələrində 100 milyard dollardan çox sərmayə qoyuluşuna 
malikdir. Dünya ölkələri arasında, xüsusən Afrikada neft 
əsasən avtokratların inhisarındadır. Belə meyl hakim təbəqənin 
əlində olan neftdollarından səmərəli istifadədə məhdudiyyətlər 
yaradır. 
İnhisarlaşmanın möhkəmləndirilməsi azarı 
hakimiyyətin saxlanılmasında əsas vasitəyə çevrilir. 
İqtisadi anlamda Afrika az inkişaf etmiş, sadə  təsərrüfat 
strukturlarına malik sosial göstəriciləri yüksək olmayan bir re-
gion təssüratını verir. Dünyəvi mənzərədə Afrikanın təsərrüfat 
fəaliyyətinin miqyasları yetərli deyildir. Bəşəri qlobal 
problemlər regionda öz kəskinliyi ilə  fərqlənir. Regional 
meyarlar  əsasında işlənmiş  nəzəri sistemlər, riyazi modellər
metodik yanaşmalar Afrikanın təsərrüfatına, inkişafına və 
tədqiqinə yararlı hesab edilmir. Afrika mineral xammal ehtiyat-


 
 
46
larının geoloji kəşfi cəhətdən az tətqiq olunmuş ərazi hesab ol-
unur. Buna baxmayaraq burada kifayət qədər aşkarlanmış ehti-
yatlar mövcuddur. Energetik resurslar sferasında neft aparıcı 
mövqedə durur. Son onilliklərdə Liviyada, Nigeriyada, 
Əlcəzairdə  kəşf edilən iri neft yataqları ümumilikdə 9-10 
milyard ton miqdarında hesablanır. Dünya neft hasilatında Af-
rikanın payı 10% həddindədir və burada hər il 330-350 milyon 
ton neft hasil edilir. Okeanın o tayında Latın Amerikasında isə 
bu xüsusda başqa bir mənzərə mövcuddur. 
Latın Amerikası mineral xammal ehtiyatlarının praktiki 
olaraq bütün növləri üzrə təmin olunmuşdur. Kəşf olunmuş ya-
nacaq resursları içərisində neft və qaz əksəriyyət təşkil edir. 
Burada neft ehtiyatları 18 milyard tondur. İnkişafı təmin etmək 
marağı region ölkələrinin daha sıx inteqrasiyada qəbul olun-
masına təkan vermişdir. Burada müxtəlif sayda güclü inteqra-
sion regional qruplar vardır. Çox ölkələrdə latifundizm 
meylləri qalmaqdadır.  Əhalinin 40%-dən çoxunu kustar 
sənayedə çalışanlar təşkil edir. Təbii ehtiyatlar, tarixən imti-
yazlı təbəqələrin əlində olduğundan təsərrüfatı kiçik daxili ba-
zarı  və  zəif inkişaf etmiş  sənayeni xarakterizə edir. Məhz bu 
faktor regionu daha çox xarici kapital asılılığında qoyur. İnk-
işaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrdə birbaşa 
kapital qoyuluşlarının yarısı bu regionun payına düşür.  Əksər 
ölkələrdə dövlət infrastruktura və iri neft müəssisələrinə 
nəzarət edir. Latın Amerikası dünyanın  ən qədim neft 
rayonlarından sayılır. XIX əsrin ikinci yarısında Peruda sənaye 
üsulu ilə neft hasilatına başlamışdır. Bu gün Venesuellada
Meksikada regionun kəşf olunmuş ehtiyatlarının 90%-i 
cəmləşmişdir. Təkcə bu iki ölkədə  hər il 320-340 milyon ton 
neft istehsal edilir. Qaz hasilatının 80%-i, istehlakın 65%-i Ve-
nesuella, Meksika və Argentinanın payına düşür. Bütün 
bunlara baxmayaraq region ölkələri ABŞ və Yaponiyanın kapi-
tal asılılığında qalmaqdadılar. 
Qədim neft ölkəsi olan Venesuellada intensiv neft hasi-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə