Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   2   3   4   5   6   7   8   9   ...   58

 
 
17
infrastrukturun qüdrətlənməsi və inkişafında əhəmiyyətli dönüş 
olacaqdır. 
Azərbaycanın karbohidrogen ehtiyatları haqqında 
məlumatlar daim dəqiqləşmələrə  məruz qalır. Bu ehtiyatların 
dinamikliyi xüsusiyyətindən irəli gəlir. Azərbaycanda neft-qaz 
hasilatı başlayandan indiyə kimi 1,8 milyon topdan çox neft, 
qaz və kondensatı ifadə edən karbohidrogen hasil edilmişdir. 
Ümumi təmin edilmiş hasilatda dənizdəki yataqlar 450 milyon 
ton neft, 330 milyard kubmetr qaz payına malikdirlər. Ehtiyat 
potensialı 1 milyard tondan çox neftə hesablanan Abşeron 
ərazisində yerləşən yataqlarda əksər neft hasil edilmiş, laylarda 
hesablamalara  əsasən 200 milyon tona qədər ehtiyat qalığı 
qalmışdır. Bununla belə qeyd edilməlidir ki, bir neçə neft 
yatağı öz ömrünü başa vurmuş, hasilatı indi davam etdirilən 
qurudakı 37 yatağın potensial imkanları azalmış, layların pay 
enerjisi tükənmiş, quyuların və əsas istehsal fondlarının mütləq 
əksəriyyəti istismar və amortizasiya müddətlərini dəfələrlə dəf 
edərək səmərəsiz vəziyyətə düşmüşdür. Yataqlarda 
tükənməkdə olan resursların hasilatı kiçik debitliyiklə müşayiət 
olunaraq istismara texniki-texnoloji problemlər gətirmiş, 
təchizat və maliyyə ilə bağlı  çətinliklər isə sabitliyin təmin 
edilməsinin əsas amilinə çevrilmişlər. 
Azərbaycanın quru sahələrində mövcud neft-qaz 
yataqlarının əksəriyyəti istismarın son mərhələsindədir. İndi bu 
kompleksdə  fəaliyyətsiz quyu fondu istismar fondu ilə 
mütənasiblik həddindədi. Fərq isə  fəaliyyətsiz quyu fondunun 
hesabına artmağa meyllidi. Kiçik debitli quyuların sayı ilbəil 
yüksəlir. Köhnə  dəniz yataqlarında da bu xüsusda vəziyyəti 
qənaətbəxş hesab etmək olmaz. 
Neft hasilatı sənaye xarakteri aldığı XIX əsrin ortalarında 
onun axtarışı xüsusi səylər tələb etmirdi. Torpağın üzərinə öz 
başına çıxan neft alt qatda yatağın olduğunu nişan verir, neftin 
göründüyü  ətraflarda isə quyular qazılırdı. Tələbin artması 
daha çox miqdar neftin axtarışı  vəzifəsini qarşıya qoruyurdu. 


 
 
18
Təbii neft vahələrinin  əhatə etdiyi ərazilərdə yeni quyuların 
qazılmasında uğursuqluqlar isə əndişələr doğururdu. Qazıntıda, 
istismarda yaranan paradokslar sahədə elmi təfəkkürün, müva-
fiq biliklərin formalaşmasını, vahid sistem halına gəlməsini 
gücləndirirdi. Bu perspektivdə ilk addım süxurların 
öyrənilməsinə yönəlmiş, hasilat geoloji axtarış erasına daxil 
olmuşdu. Elmi-texniki Tərəqqinin inkişafı neft kəşfiyyatına 
geofiziki, seysmik, kimyəvi və sair yeni axtarış üsulları gətirdi. 
İndi geniş  şəbəkəli, daha mütərəqqi üsullar neft və qazın ax-
tarışını təmin edir. 
Neftin ilk intensiv hasilatı dövrlərində ehtiyatlar məsələsi 
gündəlikdə durmurdu. Buxar qurğularından maye yanacaqla 
işləyən mühəriklərə keçid, industrial komplekslərin artan 
qüdrəti bir neçə milyon ton təşkil edən dünya neft hasilatını 
silkələməyə başladı. Bu proses nəticədə yeni yataqların kəşfinə 
təkan verdi. Mütəxəssislər ehtiyatların hesablanmasının yeni 
metodlarının işlənib hazırlanmasında səylərini artırdılar.  Əldə 
edilən nəaliyyətlər, toplanan təcrübə planetin istənilən 
nöqtəsində neft kəşfiyyatının xeyli asanlaşdırmasına səbəb ol-
du, torpağın daha dərin qatlarında təbii ehtiyatların axtarışına 
sövq etdi. 
Neft-qaz ehtiyatlarının hesablanmasında neft elminin ilk 
böyük alimlərindən olan İ.M.Qubkinin tədqiqatları mühüm yer 
tutur. Axtarışlarının nəticəsi kimi alim ehtiyatları hazırlanmış, 
öyrənilmiş (tədqiq edilmiş), görünən, güman edilən və geoloji 
təsnifata müvafiq olaraq A
1
, A
2
, V
1
, S
1
, S
2
-olan 5 qrupa 
bölmüşdür. Sonradan onun tərtib etdiyi ehtiyatlar kateqoriyası 
Sovetlər  İttifaqında təkmilləşməyə  məruz qalaraq 4 qrupda 
təsnifat tapmışdır. Burada A kateqoriyası tam öyrənilmiş; V-
karotaj və qazma ilə müəyyən edilmiş; S
1
-geoloji öyrənilmiş və 
bir quyu qazıması ilə təsdiq edilmiş; S
2
-yeni strukturdakı ehti-
yatlar, həm də  məlum yataqlarda tam öyrənilməmiş bloklar 
daxil edilməklə təsnifləşdirilmişdir. Okeanın o tayında ABŞ-da 
isə ehtiyatları sübuta yetmiş, mümkün, ehtimal olunan və hipo-


 
 
19
tetik qruplara bölmüşlər. Ehtiyatlar çeşidində A kateqoriyası 
ABŞ-la paralellik təşkil edir. Digər kateqoriyalarda isə 
bənzərlik olduğu qədər də müqayisələr mövcuddur. Bununla 
belə fərqli yanaşmada neft və qazın işlənməsi təsnifatında ehti-
yatlar balans və balansarxası bölgüyə də məruz qalır. Balans ehti-
yatlar sənaye ehtiyatları anlayışını verərək istismarı mümkün 
ehtiyatları diqqətə  gətirir. Balans arxası ehtiyatlar isə indiki 
məqamda istismarı, qeyri-rentabelli olanlara aid edilir. Ehtiyat-
ların terminoloji təsnifatında ümumi ehtiyatlar bu və ya digər 
ölkənin, regionun aşkarlanmış yataqlarda və proqnozlaşdırılan 
sahələr də neftin, qazın ümumi kəmiyyətini ifadə edir. Ümumi 
ehtiyatları 2 qrupda fərqləndirirlər: 
 
kəşf olunmuş  və  işlənmiş yataqlarda neft-qaz 
ehtiyatlarının miqyası; 
 
kəşfiyyatı aparılmamış sahələrdə  və ya az öyrənilmiş 
rayonlarda geoloji və geofiziki hesablamalar əsasında 
proqnozllaşdırılan neft-qaz ehtiyatlarının güman 
edilən həcmi. 
Neft yataqları isə formalaşmış təsnifata görə 4 qrupa bölünür: 
1.
 
Neft-qaz rayonları; 
2.
 
Zona; 
3.
 
Sahə; 
4.
 
Hövzə (bir neçə min km
2
-dən 1 milyon km
2
). 
Əlli il öncə planetdə neft hasilatı illik 500 milyon ton 
həddində olanda dünya ehtiyatları 20 milyon ton hesab edilirdi 
və yaxın 20-25 il ərzində ehtiyatların tükənəcəyi ehtimal ol-
unurdu. Lakin yeni perspektivli nəhəng yataqların kəşfi belə 
proqnozları reallığa çevirmədi.  İndi Azərbaycanın quru 
sahələrində ehtiyatların 87% mənimsənilməsinə baxmayaraq 
laylarda ehtiyatlar yetərli miqdarda qalmaqdadır. A+V+S
1
  və 
S
2
 kateqoriyalı çıxarıla bilən ehtiyatlar, S
3
-perspektivli ehtiyatlar, 
proqnoz ehtiyatları ilk potensial resursları 42%-ni təşkil edir. 
Mütəxəssis rəyincə ehtiyatlar 60-80 illik müddətə tükənə bilər. 
Bununla belə ehtiyatlar hər il dəqiqləşməyə məruz qalır. Ehti-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə