Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   2   3   4   5   6   7   8   9   10   ...   58

 
 
23
yalnız 0,1 milyonunu daxili ehtiyaclara səfərbər edir. Qalan 
hissə isə ixracata yönəlir. Yüksək kapital qoyuluşları son illər 
ÜDM strukturunda köklü dəyişikliklər gətirmişdir.  İndi neftin 
çəkisi burada ÜDM-in 
1
/
4
-nə bərabərdir. Tikinti, emal sənayesi, 
nəqliyyat, elektroenergetika, kənd təsərrüfatı, balıqçılıq və 
digər sahələr isə qalan 
3
/
4
 hissəni əhatə edir. Əlverişli templərlə 
sürət alan inkişaf prosesi ölkənin sosial həyatında yeni 
yüksəlişlər rəvac vermişdir. BMT-nin məlumatlarına  əsasən 
BƏƏ  səhiyyənin, təhsilin sosial sferanın, ümumiyyətlə, 
iqtisadiyyatın səviyyəsinə görə dünya üzrə 14-cü yerdə  qərar 
tutur. Bütün bunları  bəyan etməkdə  məqsəd Azərbaycanın 
ehtiyatlar potensialının rasional bölgüsündə  BƏƏ-yə paralel 
olan perspektivini nəzərə gətirməkdən ibarətdir. 
Tarixi inkişafın indiki mərhələsində inteqrasion meyllər o 
qədər güclənmişdirki, hazırda məhsuldar qüvvələrin xarici iqti-
sadi əlaqələrdən kənarda inkişafı perspektivsizdir. Müasir iqti-
sadi tərəqqi dünya təsərrüfatında  əhəmiyyətli mövqeyi, 
beynəlxalq standartları ifadə edən iqtisadi mexanizmlərin 
vəhdətində inkişaf tapır. Respublika iqtisadiyyatının, o 
cümlədən, milli neft sənayemizin dirçəlişinin təminatı nəzərdən 
keçirilən amilləri diqqətə almadan mümkün deyildir. Bu gün 
neft sənayemizi gücləndirən fundamental əsaslarla yanaşı ink-
işafı  ləngidən neqativ reallıqlar da mövcuddur. Məlumdur ki, 
Sovetlər  İttifaqı dövründə Azərbaycanda 5 illik planların 
müşaiyəti ilə güclü sənaye, nəqliyyat və kənd təsərrüfat poten-
sialı yaradılmışdır. 1970-1980-ci illərdə ÜDM-nin adam başına 
bölgüsündə Azərbaycan Türkiyə ilə eyni təsnifatda olmuşdur. 
Lakin müstəqillik ərəfəsində güclənən dağıdıcı təsərrüfatsızlıq 
meylləri, milli münaqişələr və digər siyasi-iqtisadi amillər 
Azərbaycanın da iqtisadiyyatına ağızrzərbə vurmuşdur. 
Sovetlər ittifaqında son illərində reallaşan mənfi meyllər 
Azərbaycana da xeyli çətinliklər miras qoymuşdur.  İstehsal 
münasibətlərinin dəyişməsi, yeni siyasi-iqtisadi prinsiplər
keçid dövrünün metamorfozları dövlət quruculuğu prosesində 


 
 
24
ciddi əks olunmuşdur. Azərbaycanın ərazi bütövlüyü, Qarabağ 
problemi, hakimiyyət uğrunda çəkişmələr, xarici qüvvələrin 
təsir amili, artan təsərrüfatsızlıq, zəif nəzarət, məsuliyyətsizlik, 
sürətlənən inflyasiya iqtisadiyyatın idarə edilməsində ciddi 
problemlər törətmişdir. SSRİ-məkanında,  ənənəvi iqtisadi 
əlaqələrin qırılması,  əlverişli bazarın itirilməsi, həm də mik-
roiqtisadi səviyyədə  vəziyyəti ağırlaşdırmışdır. Müəssisələr 
maliyyə dayanıqlıqlığını və ödəniş qabiliyyətliyini itirmiş ölkə 
iqtisadiyyatını total «ehtikar biznesi» bürümüş, vaxtı ötmüş 
daxili borcların miqyası astronomik həddə çatmışdır. İndi neft 
sənayesində debitor və kreditor borcları manat hesabı ilə 13 
həddli rəqəmlə ölçülür. Görülən tədbirlər isə borcların 
mülayimləşdirilməsində radikal nəticələrə gətirmişdir. Konkret 
faktlar göstərir ki, istehsal sahələrində vəziyyət ürək açan dey-
ildir. Vəziyyətin yaxşılaşması isə neft-qaz sənayesində ba-
şlanan islahatlar prosesinin ardıcıl xarakter daşımasından asılı 
olacaqdır. 
Məlum həqiqətdir ki, köhnə yataqlarda ehtiyatların 
tükənməsi  əlavə istismar xərcləri hesabına başa gəlir.  İstehsal 
olunan məhsulun maya dəyərinin yüksək olması istehsal 
xərcləri prosesinə yeni yanaşmanı  zərurətə çevirir. Digər 
tərəfdən, bazar prinsiplərinə keçir, hər yerdə olduğu kimi neft 
iqtisadiyyatında da müvafiq bazar islahatları tələb edir. Bütün 
bunlar kompleks şəkildə islahatların aparılması ilə şərtlənir. 
Azərbaycanın quru və  dənizdə mövcud kabrohidrogen 
ehtiyatlarının miqyası müxtəlifdir. Hesablamalar göstərir ki, 
quru  ərazilərdə  aşkarlanmış neft-qaz resurslarının  əksəriyyəti 
çıxarılmışdır. Son mütəxəssis hesablamaları quru sahələrində 
700-800 milyon ton karbohidrogen ehtiyatının qaldığını qeyd 
edir. Digər mənbələr bu ehtiyatların daha çox, hətta son 130 
ildə hasil olunandan da artıq olmasını ehtimalını verir. 
Dəqiqləşdirilmiş rəqəmlər isə hazırda istismarı davam etdirilən 
42 yataq üzrə 130 milyon ton neft, 30 milyard kubmetr qaz 
olduğunu deyir. Qurudakı mədənlərdə istismar son mərhələsini 


 
 
25
yaşayır. Bəzi yataqlarda ikinci metodla hasilat da yetərli 
səmərə vermir. İndiki templər hasilatın mövcud yataqlarda hələ 
də 70-80 il davam edəcəyini  şərtləndirir. Xəzərin Azərbaycan 
sektorunda isə ehtiyatların miqyası  hər il dəyişikliklərə  məruz 
qalır. Təbii ki, ehtiyatların dəqiq ölçülərini hakimiyyət orqanları 
aşkarlamağa həvəs göstərmirlər. Bunu anlamaq mümkündür. 
Xəzərdə Azərbaycan tərəfi isə bağlanmış 15 beynəlxalq neft 
müqavisəni  əsas götürdükdə burada 3-4 milyard ton neftin 2-
2,5 trilyon kubmetr qaz ehtiyatının olmasını hesablamaq müm-
kündür.  İndi bağlanmış 20 beynəlxalq neft kontraktı üzrə 
sərmayələrin ümumi həcmi 50 milyard dollar təşkil edəcəkdir. 
Kəşfiyyat uğurlu olacağı təqdirdə hasilatın illik həcmi neft üzrə 
70 milyon ton, qaz üzrə 25-30 milyard m
3
-ə yüksələcəkdir. 
Köhnə  dəniz yataqlarında olan ehtiyat qalığını  və yeni 
bağlanacaq müqavilələrin perspektivini nəzərə alsaq, burada 
daha çox ehtiyatın olacağı ehtimal edilir. Geoloji məlumatlara 
əsasən respublika ərazisinin azı 15%-i neft-qaz yataqlarının 
mövcudluğu baxımından hələ tam öyrənilməmişdir. Bu 
ərazilərdə  də xeyli ehtiyatların olması gümanı da yüksəkdir. 
Bununla belə potensial neft ehtiyatlarının 40-45, qaz re-
surslarının 80%-i kəşf edilməmiş qalır. Kəşf edilmiş neftin 
24%-i, təbii qazın isə 15%-i qurunun payına düşür. Hazırda 
aşkarlanan neft-qaz layları 5000-7000 metr dərinliklər 
mövcuddur. Respublikaya mənsub karbohidrogen yataqlarının 
güman edilən ümumi sahəsi 64,5 min km
2
-dir. Yerin daha 
dərin qatlarında çoxlu karbohidrogen ehtiyatının olması ehti-
malı yetərlidir. Belə vəziyyət daha yüksək texnoloji hazırlığı və 
maliyyə vəsaiti tələb edir. İndiki rentabillik həddi Azərbaycan 
üçün bir yataq üzrə ehtiyatların 80-100 milyon ton olmasını 
şərtləndirir. 
Dünya  əhalisinin energetik tələbatı ilbəil yüksəlir. 
Məlumatlar təsdiqliyir ki, yaxın 20 il ərzində neftə olan ehtiyac 
32% artacaqdır. Son 30 ildə dünya neft kompleksinin inkişaf-
ında mühüm faktor dünya okeanında neft-qaz hasilatının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə