Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

 
 
29
Xəzərdəki Neka terminalına, daşınmasını lazım gələrsə, ikinci 
neft-kəməri Neka-Reyin inşasını təklif edir. Bütün bunlar hələ 
Xəzər nefti ilə bağlı əsas nəqliyyat problemi kimi qarşıda 
durur. 
Azərbaycan neftinin yeni bazarlar fəth etməsi göründüyü kimi 
olduqca strateji əhəmiyyət daşıyan dövləti məsələdir. 
Məsələnin həlli uzun vaxt tələb etsə  də, onun qısaldılmasında 
bütün imkanlar cəm olunmalıdır. Böyük neft kəmərləri prob-
lemi həllini tapmadıqca, böyük tərəqqi də  şirin xəyal olaraq 
gerçəkləşməyəcəkdir. 
Azərbaycan neft-qaz potensialı, mövcud infrastruktur bu-
rada hasilatın daha böyük templərdə davamlılığını  şanslı edir. 
Aparılan təhlil göstərir ki, XXI əsrin ortalarına qədər 
Azərbaycan iqtisadiyyatında neft sektoru aparıcı mövqedə dur-
araq və respublikamızı dünyanın neft mərkəzləri sırasına 
qovuşduracaqdır. 
Milli neft sənayemizin inkişafı planetar qloballaşmadan, 
inteqrasion meyylərdən kənarda böyük effektlərdə  təzahür ol-
una bilməz. Yeni infrastrukturun formalaşmasında və 
genişlənməsində bu amil ciddi nəzərə alınmalı, onun reallaş-
ması bütünlüklə xarici sərmayədarların üzərinə qoyul-
mamalıdır. Tarixi neft ölkəsinin yeni inkişaf zolağına 
keçidində daxili təbii resurslar təməldə dayandığı kimi, onun 
elmi potensialı da texnoloji nailiyyətlərin hərəkətverici 
qüvvəsinə çevrilməlidir. Böyük iqtisadi yüksəlişə nail olunması 
isə heç şübhəsiz ehtiyatların rasional bölgüsündən, onların 
milli dövlət mənafelərinə uyğun səmərəli istifadə edilməsindən 
keçir. 
 
 
 
 
 
 
1.3. İnteqrasion proseslər və inkişaf perspektivləri 
 


 
 
30
Ölkənin enerji resurslarının onun siyasi müstəqiliyinin, 
iqtisadi təhlükəsizliyinin təməlini təşkil edən  əsas amil kimi 
qiymətləndirilir. Mineral xammal ehtiyatlarının yer kürəsində 
yerləşməsi, paylanışı qeyri-bərabər bölgü ilə xarakterikdir. Bu 
da şübhəsiz ki, təbii, tektonik, geoloji dövrlərdə faydalı qazıntı-
ların yaranma şərtləri və digər bu kimi proseslərlə bağlıdır. 
Müasir iqtisadi inkişafı  təbii resursların köməyi olmadan 
təsəvvür etmək çətindir. Təbii enerji daşıyıcılar arasında 
əlverişli istifadəyə, faydalılığına görə neft-qaz resursları daha 
çox seçilir. Dünya sənayesi və  nəqliyyatı son dərəcə neft-qaz 
resurslarının inhisar sferasına daxil olmuşdur. Resursların qey-
ri-bərabər yerləşməsi beynəlxalq əmək bölgüsünə də təsir edir. 
Sənaye məhsulu istehsalının bazasını  təşkil edən mineral-
xammal sektoru dünya iqtisadiyyatında aparıcı mövqedə durur. 
Bu baxımdan Azərbaycanın artan neft-qaz potensialına müasir 
mərhələdə müvafiq resursların beynəlxalq aləmdə yerləşməsi, 
neftin istehsalı, emalı ilə bağlı komplekslərin sayı, beynəlxalq 
neft biznesində  və bazarlarında gedən meyllər, aparıcı neft 
şirkətlərinin və investorların gücünə diqqət yetirməyimizi 
zəruri edir. Qloballaşma, inteqrasion proseslər planetin ener-
getik bazasına, onun tələblərinin, gücünün inkişafına resurslar 
bazasında nəzər yetirməyə sövq edir. 
Müasir zamanda dünyanın  şərti yanacaq ehtiyatları 
bölgüsündə neft və  təbii qaz 27% paya malikdir. Bu müvafiq 
daş-kömür ehtiyatlarından 2 dəfədən də azdır. Lakin bununla 
belə istehsalda və hasilatda fərqli mənzərə mövcuddur. Burada 
neft və qazın həcmi 67-70% təşkil edərək daş-kömür hasilatın-
dan 2 dəfə çoxdur. Hər 3 təbii resursun illik hasilatı neftə 
ekvivalentdə 7,6 milyard ton təşkil edir. Neftin və qazın 
dünyəvi ehtiyatları haqqında məlumatlar müxtəlifdir. Bu da 
ehtiyatlarlar amilinin dəyişkənliyi və dinamikliyi ilə izah edilir. 
Son onilliklərdə güclənən axtarış-kəşfiyyat işləri, innovasion 
nailiyyətlər ehtiyatlar potensialının artımına xeyli təsir 
göstərmişdir. XX əsrin sonunda daha çox dəqiqləşdirilmiş 


 
 
31
məlumatlarda dünya neftinin həqiqi ehtiyatları 136 milyard 
ton, kəşf edilmiş ehtiyatlar 900 milyard ton təşkil edir. Təbii 
qaz ehtiyatları isə 141 trilyon kubmetr hesablanır.  Əsas neft 
istehsalçıları  və ixracatçılarını  təmsil edən OPEK ölkələri 
dünya neft ehtiyatlarının 77%, qaz ehtiyatlarının 41%-ə malik-
dir. Neft-qaz resurslarına tələblərin neçə illər ödənəcəyi 
haqqında mülahizələr də müxtəlifdir. Bunun da ən azı 50 il, ən 
çoxu isə 2-3 əsr sürəcəyi ehtimal edilir. Dünyada neft-qaz hasi-
latı  hər il artmaya məruz qalır. Regional bölgüdə Yaxın  Şərq 
ölkələri liderlik edir. Burada ehtiyatların həcmi 90 milyard ton 
hesablanır. Yaxın Şərq ölkələri hər il 900-950 milyon ton neft 
çıxararaq hasilatda da liderlik edirlər. Böyük neft ehtiyatları 
Amerika qitəsində, Avropada və Afrikada yetərincədir. Son 
illər Avstraliyada da xeyli miqdarda yeni neft-qaz resursları 
kəşf edilmişdir. Dünya neft ehtiyatlarının cəm olduğu ən böyük 
ölkə  Səudiyyə  Ərəbistanıdır. Burada dünya neft ehtiyatlarının 
1
/
4
-i cəmləşmişdir. 
Aşağıda dünyanın 10 əsas neft və qaz potensiallı ölkələri 
mümkün düzümdə verilib: 
Neft. Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, İran, Ru-
siya, Venesuela, ABŞ, Meksika, Norveç; 
Qaz. Rusiya, İran, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Qa-
tar, Əlcəzair, Kanada, Norveç, Türkmənistan. 
Neft ehtiyatlarının adambaşına bölgüsündə  BƏƏ 8400 
ton, Küveyt 6300 t, Qatar 1300 ton bölümdə liderdirlər. Neft-
qaz ehtiyatları hazırda quru yataqlarda istismar edilməklə 
yanaşı, həm də dənizdə hasil edilir. Dəniz şelfində indi 2000-
dən çox neft-qaz yatağı  aşkarlanmışdır. Dünyanın  şərti yana-
caqdan istifadəyə ehtiyacları  hər il artmaqdadır. Proqnozlara 
görə yaxın 10 il ərzində  şərti yanacaqdan istifadənin həcmi 3 
milyard ton da artaraq 2010-cu ildə 12 milyard tona qədər 
yüksələcəkdir. Proqnozlara görə 2010-cu ildə enerji daşıy-
ıcılardan istifadədə neft öz mövqeyini qoruyub saxlayacaq, 
qazdan istifadə isə artacaqdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə