Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə12/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   8   9   10   11   12   13   14   15   ...   141
2017-1715

1.3.2. Şüşə qablar 
Şüşə qablar çox qat istifadə oluna bildiyindən emal sənayesin-
də aparıcı yer tutmaqdadır. Bundan başqa digər qablardan onların 
əsas üstünlüyü hər cür kimyəvi təsirlərə dayanıqlı olması, tərki-
bində turşu, duz, zülal və digər maddələr olan hər növ konservlə-
rin doldurulması üçün istifadə oluna bilməsidir. Şüşə qablardan 
daha çox şirə, mürəbbə, cem, kompot, sous, pomidor pastası, no-
xud və bir çox digər məhsulların doldurulmasında istifadə olunur. 
Şüşə qabların çatışmazlıqları da vardır. Bu, onların kütləsinin çox 
olması zərbəyə və böyük temperatur dəyişmələrinə davamsız ol-


47 
malarıdır. Bundan əlavə şüşə qabların silindrik formaları nəqliyyat 
xərclərini artırır və anbarlarda daha çox yer tutur. 
Şüşə bankalar QOST 5717-81 saylı standartın tələblərinə uyğun 
hazırlanır. Həmin standarta əsasən bankalar üç tipdə olur: bankalar, 
butillər, butulkalar. Bütün bu qablar meyvə-giləmeyvə məhsullarını 
doldurmaq üçün istifadə olunur. Mürəbbə, cem, kompot, şirə, şərab 
və s. belə məhsullardandır. Bəzi illərdə şüşə qablarda buraxılan 
meyvə-tərəvəz konservləri, ümumi konserv buraxılışının 70-80%-ni 
təşkil etmişdir. Şüşə qablar bağlanma üsulundan asılı olaraq 3 tipə 
bölünür: I – diyircəkli; II – sıxıcı; III – vintli. 
Bankalar şərti işarələrlə göstərilir ki, buraya da tip (I, II yaxud 
III), boğaz halqasının diametri [(boğazın eni və hündürlüyü)-58, 
82, 68] və tutumu (ml) daxildir. Məsələn, konserv bankası 1-82-
1000, başqa sözlə boğaz halqasının diametri 82 mm və tutumu 
1000 ml olan diyircəkli banka; yaxud 11-82-650 boğaz halqasının 
diametri 82 mm, tutumu 650 ml olan sıxma banka. 
Bankanın boğazının böyüklüyündən asılı olaraq, onun bağlan-
ma üsulu müəyyən olunur. 
1. Bankalar, enli ağız butulkalar, stəkanlar və butillər – kipləş-
dirici rezin halqaları olan tənəkə qapaqlarla bağlanır. Qabların ağ-
zını bağlamaq üçün diyirlətmə maşınlarından istifadə olunur. Hə-
min maşınların iş orqanı onların diyircəyidir. Tənəkə bankalardan 
fərqli olaraq şüşə bankaların ağzını yalnız bir əməliyyatda diyir-
cəklə bağlayırlar. Diyircək, qapağın kənarlarını əyib bankanın bo-
ğazının halqası ətrafına keçirilir. Bu zaman rezin kantın üzərində 
yastılanır və nəticədə bankanın hermetikliyi təmin edilir.
Konserv istehsalında ən çox (steklyannaya konservnaya obkad-
naya – diyircəkli şüşə konserv qabı) tipli qablardan istifadə olu-
nur. Bu onunla izah olunur ki, şüşə qabların ağzının bağlanması 
üsulu son dərəcə asandır, qabın hermetikliyini təmin edir, çox cüzi 
çıxdaş olur və çox məhsuldar avtomat bağlama maşınlarından isti-
fadə etməyə imkan verir. Hər növə aid şüşə qabların müəyyən öl-
çüləri olmalı və boğazları düzgün silindr şəklində hazırlanmalıdır 
(cədvəl 1.2). 


48 
Cədvəl 1.2 
SKO qablarının əsas ölçü və tutumları 
Qabın 
növü 
Şərti işarəsi
Nominal 
tutumu, 
ml-lə 
Boğaz halqa-
sının diamet-
ri (lent üzrə) 
mm-lə 
Yol verilən
ovallıq (ən 
çoxu),
mm-lə 
Qalınlığı, mm-lə
gövdənin Dibin
Banka SKO–58-1
200
57,3-56,6
1,3
1,6-3,5
2,5-5,5
Banka SKO–83-5
350
82,1-83,6
1,5
2,3-3,5
2,7-6,7
Banka SKO–83-1
500
82,1-83,6
1,5
2,0-3,5
2,7-6,7
Banka SKO–83-2
1000
82,1-83,6
1,5
2,0-4,0
3,3-7,3
Butulka SKO–58-2
500
57,3-58,6
1,3
2,0-3,5
2,7-6,7
Butıl 
(balon) 
SKO–83-3
3000
82,1-83,6
1,5
2,5-4,5
2,9-8,0
Butıl 
(balon) 
SKO–83-4
10000
82,1-83,6
1,5
2,5-4,5
3,5-10,0
Stəkan SKO–70-1
200
68,5-70,0
1,5
2,0-4,5
2,5-5,5 
Bu, qapağı bağladıqda hermetikliyi təmin edir. Bankaların bo-
ğazı ovallıq cəhətdən yoxlanır, yəni onun ən böyük və ən kiçik xa-
rici diametrləri arasındakı fərq müəyyən edilir. 
2. Ağzı kənarları tacvari tənəkə qapaqlarla bağlanan darboğaz 
butulkalar. Belə butulkaların ağzını bağladıqda tacvari qapağın 
kənarları butulkanın boğazındakı halqanın ətrafına sıxılıb bərkidi-
lir. Qabın hermetikliyini təmin etmək üçün qapağın altına rezin-
dən, mantardan və ya polietilendən tıxac qoyulur. Bu qat qapağın 
bütün daxili hissəsini örtməlidir. Bankanın ağzının bu qayda ilə 
bağlanması onun nəinki hermetikliyini, habelə daxili təzyiqə mü-
qavimət göstərməsini təmin edir. Buna görə də qazlı spirtsiz içki-
lər hazırlandıqda qabların ağzı kənarları taclı qapaqlarla bağlanır.
3. Süni surətdə vakuum yaratmaq yolu ilə hermetikliyi təmin 
edən şüşə və ya tənəkə qapaqlı bankalar. Bu zaman havanın xarici 
təzyiqi bankadakı təzyiqdən artıq olduğundan içərisinə kipləşdirici 
rezin halqa qoyulmuş qapağı qabın boğazına kip sıxır və qapağın 
altındakı rezin halqa bankanın daxilinə hava keçməsinə mane olur. 
Bankaların ağzının bu üsulla bağlanması istehlakçı üçün əlverişli-


49 
dir: o rezin halqanın irəliyə çıxmış çıxıntısından tutub dartmaqla 
bankanın qapağını asanlıqla aça bilir. Rezin halqanı dartdıqda 
bankanın hermetikliyi pozulur, bankadakı vakuum itir və qapaq 
rahat açılır. Bəzən rezin halqa əvəzinə kipləşdirici pastadan da is-
tifadə olunur. Uzaq xaricdə və son vaxtlar ölkəmizdə tətbiq olu-
nan «Evrokan» (Avropa qapağı – Evropeyskaya krışka) adlı qa-
paqlar buna misaldır.
4. Qapağın basma yolu ilə boğazına bərkidilən tənəkə qapaqlı 
şüşə bankalar. Bankanın ağzının kip bağlanmasını təmin etmək 
üçün qapaq ilə bankanın arasına kipləşdirici rezin halqa qoyulur.
5. Boğazına tənəkə qapaq vintlənən şüşə bankalar. Bu məqsəd-
lə bankada və onun qapağında vintvari yiv açılır. Kipləşdirici pas-
ta ilə bağlanır. Xaricdə bu tip bağlanan bankalar geniş yayılıb (III 
tip) «Tvist off» (ingiliscə – «açmaq») adlanır.
Şüşə qabların keyfiyyəti şüşənin keyfiyyətindən və onun hazır-
lanma texnikasından asılıdır. Konserv üçün işlədilən şüşə qablar 
rəngsiz və ya yarımağ olmalıdır. Şüşə qabların mexaniki möhkəm-
liyi kifayət qədər olmalı, temperatur təsirlərinə dözə bilməli, kon-
servləşdirici məhsulun kimyəvi təsirinə davamlı olmalıdır. Kon-
serv üçün işlədilən şüşə qablar xarici və daxili təsirə davam gətirə 
bilməlidir. Boş şüşə qabları, xüsusilə də hazır məhsulu anbarda 
üst-üstə yığdıqda böyük xarici təzyiq yaranır. Tutumu 1 litrə qədər 
olan şüşə qablar hündürlük etibarı ilə azı 300 kq, tutumu 3 l olan 
şüşə qablar isə azı 500 kq təzyiqə davam gətirməlidir; qabın göv-
dəsi isə 150 kq-dan az olmayan təzyiqə dözə bilməlidir.
Sterilizə prosesində bankaların daxilində kifayət qədər yüksək 
təzyiq yarandığından bankalar aşağıda göstərilən daxili təzyiqə 
davam gətirməlidir: 1 litrə qədər tutuma malik olan bankalar – 5 
atmosfer, 3 litr – 4 atm, 10 litr – 3 atm. Şüşə konserv qablarının 
qalınlığı eyni olmalıdır ki, ona doldurulan mal bir qərarda qızsın. 
Qabların hazırlandığı şüşənin ən səciyyəvi qüsurları onda səth 
kristalları, qovuqcuqlar, daş qırıntıları, kapilyar çatlar və şəffaf qa-
rışıqlar olmasıdır. Belə qüsurlara həmçinin divarlarda çıxıntılar, ti-
lişkələr, qırışlar, sınıb tökülən bucaqlar və mazut ləkələri olması 


50 
aiddir. Bütün qablar istifadədən əvvəl yoxlanmalı və qüsurlu olan-
lar kənar edilməlidir. Sonra qabları əllə və ya maşınla yuyucu şö-
bədə yuyurlar. Bankalar əvvəlcə suda yaxud 2%-li qələvi məhlu-
lunda 40-45
0
C-də yaxalanır, sonra buğ hava qarışığı ilə 60-65
0
C-
də işlənir. Bundan sonra isə bankalar 80-85
0
C-yə qədər qızdırılmış 
yuyucu məhlula daxil edilir, sonra isə isti su ilə şprisləmə yolu ilə 
möhkəm yuyulur.
Şüşə qablar sınmasın deyə kardon qutularda daşınmalıdır. Açıq 
hava şəraitində saxlandıqda temperaturun kəskin dəyişməsi, həm-
çinin silkələnmə və zərbədən şüşə qabların səthində xırda çatlar 
yarana bilər. Odur ki, şüşə qabları yalnız bağlı stasionar qab an-
barlarında saxlamaq lazımdır. Bəzən kənarları bağlı çardaq altında 
da saxlamağa icazə verilir. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə