Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   2   3   4   5   6   7   8   9   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
20 
regional təhlükəsizlik siyasətini, bu siyasətin Azərbaycanın 
hərbi-geostrateji maraqlarına təsiri məsələlərinin öyrənilməsi; 
8.  Türkiyə,  İran və digər bölgə ölkələrinin Xəzər-Qara 
dəniz hövzəsi və  Cənubi Qafqazın regional təhlükəsizliyinə 
yanaşması  və bu əsasda Azərbaycanın regional təhlükəsizlik 
maraqları və regional təhlükəsizlik siyasətinin şərh edilməsi; 
9.  Cənubi Qafqazın  əsas təhlükəsizlik məsələsi hesab 
olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi-
nin tarixi köklərinin tədqiqi, problemin yaranması  və sonrakı 
inkişafında beynəlxalq, regional və milli maraqların araşdırıl-
ması, münaqişənin doğurduğu beynəlxalq və regional problem-
lərin təhlil edilməsi, Azərbaycanın işğalın nəticələrinin aradan 
qaldırılması və öz ərazi bütövlüyünün bərpa edilməsi istiqamə-
tində beynəlxalq, regional və ölkə daxili fəaliyyətinin  şərh 
edilməsi, münaqişənin həlli istiqamətində beynəlxalq təşkilat-
ların rolu və fərqli maraqlarının cərəyan etmə xüsusiyyətlərinin 
tədqiq edilməsi və s.  
Problemin öyrənilmə dərəcəsi. Azərbaycanda milli inki-
şaf və təhlükəsizlik siyasəti indiyə qədər nə beynəlxalq, nə də 
ölkə siyasətşünaslığında ayrıca elmi araşdırma mövzusu olma-
mış  və  bəhs olunan sahə üzrə sistemli, kompleks tədqiqat işi 
qeydə alınmamışdır. Lakin bu sahənin ayrı-ayrı sahələrini, 
Azərbaycanda milli inkişaf və təhlükəsizliklə bağlı reallaşdırı-
lan fəaliyyəti, yürüdülən dövlət siyasətini, praktiki tədbirləri 
əks etdirən çoxsaylı mənbələr, rəsmi materiallar, ölkə rəhbərli-
yinin və digər ali vəzifəli şəxslərin çıxışları toplanmışdır.  
Bundan başqa mövzu üzrə indiyə  qədər bir çox xarici və 
yerli müəlliflərin məqalələri və kitabları çap olunmuş, bəzi 
hadisələrin xronikası  tərtib edilmişdir. Düzdür, həmin mənbə 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
21 
və  tədqiqatlarda Azərbaycanın milli inkişaf və  təhlükəsizlik 
siyasəti, bu siyasətin elmi-nəzəri, praktiki əsasları, prinsipləri, 
xüsusiyyətləri və istiqamətləri, milli inkişaf strategiyası  və 
təhlükəsizlik siyasəti arasındakı qarşılıqlı əlaqələr, onların bir-
birinə  təsiri və s. məsələlər ayrıca bir tədqiqat obyekti kimi 
ortaya qoyulmamış və sistemli araşdırmaya cəlb edilməmişdir. 
Lakin bu problemin ayrı-ayrı aspektləri üzrə  bəzi tədqiqat 
əsərləri yazılmışdır. 
Müstəqillik illərində Azərbaycanın milli inkişafı və təhlü-
kəsizlik siyasətinin müxtəlif aspektlərinin, xüsusən də milli in-
kişafın öyrənilməsi baxımından aparılan elmi araşdırmalar sı-
rasında akademik Ramiz Mehdiyevin əsərləri xüsusi əhəmiyyət 
kəsb edir. Onun bu məsələnin ayrı-ayrı problemlərinə  həsr 
edilmiş çoxsaylı kitab və  məqalələri tədqiqat obyektinə  və 
mövzuların geniş spektrinə görə siyasətşünaslar tərəfindən 
yüksək qiymətləndirilir.  
R.Mehdiyevin geniş informasiya yüklü siyasi-fəlsəfi əsər-
lərində ölkənin milli inkişafı  və  təhlükəsizlik siyasətinin for-
malaşması və həyata keçirilməsinin nəzəri- praktiki məsələləri 
öz əksini tapmış, ayrı-ayrı illərdə bu sahədə görülən işlər, hə-
yata keçirilən dəyişikliklər təhlil edilmiş və əhəmiyyətli elmi-
praktiki tövsiyələr verilmişdir. Bundan başqa, müəllifin mo-
noqrafiyalarında müstəqil dövlət quruculuğu və müasir dünya-
da cərəyan edən qlobal geosiyasi proseslər kontekstində Azər-
baycan dövlətinin milli inkişafının müxtəlif məsələləri  təhlil 
olunmuş, planetar transformasiyaların Azərbaycan dövləti və 
cəmiyyətinin mövcud reallıqlarına təsiri, milli inkişaf strategi-


 
ƏL İ  H ƏS ƏNOV  
 
22 
yasının istiqamətlərinin müəyyənləşməsində rolu ilə bağlı bir 
çox elmi fikirlər irəli sürülmüşdür.
3
 
R. Mehdiyevin “Azərbaycanın inkişaf dialektikası” (Bakı, 
2000)  əsəri Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu-
nun dialektikasına, həmin dövrün xarakterik xüsusiyyətlərinə 
və s. məsələlərə  həsr edilmişdir. Kitabda Azərbaycanda Xalq 
Cümhuriyyəti dövründən başlayaraq sovet hakimiyyəti illəri də 
daxil olmaqla, müstəqillik dövrünün ictimai-siyasi prosesləri, 
respublikada milli inkişaf siyasətinin formalaşması  və  həyata 
keçirilməsinin tarixi şəraiti, dövlət quruculuğu, demokratikləş-
mə  və modernləşmə kimi daxili siyasət məsələləri təhlil edil-
mişdir. Bu əsər milli inkişafın  əsaslarını  əks etdirməklə  bəra-
bər, həm də problemin elmi-siyasi mənzərəsini açmaq baxı-
mından önəm daşıyır.  
R. Mehdiyevin digər  əsərləri də Azərbaycanın milli inki-
şaf siyasətinin öyrənilməsində mühüm rol oynayır. Bu baxım-
dan onun “2005-ci il parlament seçkiləri: ilkin təhlil” (Bakı, 
2006), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” (Bakı, 2006) 
və s. əsərlərini qeyd etmək olar.  
R. Mehdiyevin tədqiqatlarında Ulu Öndər Heydər  Əliyev 
tərəfindən Azərbaycanın inkişafının əsas sütunlarından sayılan 
birləşdirici millli ideyanın – azərbaycançılığın siyasi gündəmə 
gətirilməsi, 90-cı ilərdə rəsmi dövlət siyasəti səviyyəsinə qaldı-
                                                 
3
Mehdiyev R. Azərbaycanın inkişaf dialektikası. Bakı, Azərbaycan MEN, 
2000; Mehdiyev R. XXI əsrdə milli dövlətçilik. Bakı, XXI –Yeni Nəşrlər Evi, 
2003; Mehdiyev R. Azərbaycan: qloballaşma dövrünün tələbləri – keçmişin 
dərsləri, bu günün reallıqları  və  gələcəyin perspektivləri. Bakı, XXI – Yeni 
Nəşrlər Evi, 2005; Mehdiyev R. Yeni siyasət. 2 cilddə. Bakı, Şərq–Qərb, 2008; 
Mehdiyev R. Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti. 
Bakı, Şərq-Qərb, 2008 və s.  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
23 
rılması, milli dövlət quruculuğu prosesindəki tətbiqi məsələlə-
rinə toxunulur, Heydər  Əliyevin dövlət quruculuğu təlimi və 
siyasi irsi təhlil olunur, Azərbaycanda formalaşan və  həyata 
keçirilən milli inkişaf siyasətinin ideya-siyasi mənzərəsi,  əsas 
mərhələləri, xüsusiyyətləri və fərqli aspektləri  tədqiq edilir. 
Müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi tərəq-
qisinin və  həyata keçirilən hüquqi-demokratik islahatların 
Heydər Əliyevin strateji dövlətçilik və idarəçilik xəttinin tərkib 
hissəsi kimi araşdırılması  və  həmin milli inkişaf siyasətinin 
Prezident İlham Əliyev tərəfindən 2003-2011-ci illərdə davam 
etdirilməsi, bu siyasi xəttin keyfiyyətcə yeni səviyyəyə qaldı-
rılması  məsələləri R. Mehdiyevin “Azərbaycan: qloballaşma 
dövrünün tələbləri” (Bakı, 2005), “Vətəndaş  cəmiyyətinə yol 
açan ideyalar” (Bakı, 2006), “Demokratiya yolunda: irs haq-
qında düşünərək” (Bakı, 2007) və s. əsərində  təqdim edilir.
 4 
Bu  əsərlərdə  həm də müasir dünyanın transmilli inkişafı  və 
qloballaşması fonunda Azərbaycanın milli inkişafı, cərəyan 
edən ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyəti izah 
edilir, ölkənin milli inkişaf perspektivləri ilə bağlı  bəzi tövsi-
yələr verilir. 
R. Mehdiyevin “Yeni siyasət: inkişafa doğru”, (2 cilddə, 
Bakı, 2008), “Modernləşmə xətti yenə də gündəmdədir” (Bakı, 
2008) və s. əsərlərində Azərbaycanın milli inkişaf tarixi, keçid 
dövrünün qanunauyğunluqları və özünəməxsus xüsusiyyətləri, 
müasir sosial-iqtisadi və siyasi həyatın bəzi özəllikləri təhlil 
                                                 
4
Bu haqda daha ətraflı bax: S.Xəlilov. Akademik Ramiz Mehdiyevin elmi-
fəlsəfi fəaliyyəti  haqqında // Ramiz Mehdiyev. Biblioqrafiya. Bakı,  Şərq-
Qərb, 2009, s. 87-64; Ə.Həsənov. Akademik Ramiz Mehdiyevin elmi yaradıcı-
lığı haqqında //Yenə orada, s.157-161. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə