Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   2   3   4   5   6   7   8   9   10   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
24 
olunur, dünyada “soyuq müharibə”nin başa çatması ilə yaranan 
yeni dünya nizamının doğurduğu proseslər, müstəqillik yolu 
tutmuş müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın gələcək 
inkişafı, ictimai-siyasi perspektivləri və s. araşdırılır, gənc döv-
lətlərin inkişaf yollarına dair müəllif mülahizələri irəli sürülür.  
Azərbaycanın milli inkişaf siyasətinin və müstəqillik illə-
rində həyata keçirilən dövlət quruculuğunun fəlsəfi-siyasi təh-
lili tədqiqatçı alim Səlahəddin Xəlilovun  əsərlərində  də geniş 
şərh olunur. Xüsusən, müstəqilliyin möhkəmlənməsi və milli 
dövlət quruculuğu, davamlı inkişafın təmin olunmasında Prezi-
dent Heydər  Əliyevin reallaşdırdığı milli ideyaların, milli-
siyasi təşkilatlanma, milli-mənəvi özünüdərk proseslərinin ak-
tual problemlərinin elmi-nəzəri təhlili onun yaradıcılığında 
mühüm yer tutur. 
Heydər Əliyevin milli inkişafla bağlı fikir dünyası, dövlət-
çilik təlimi və ideyaları,  əməli fəaliyyətinin dövlət və dövlət-
çiliklə, azərbaycançılıqla bağlı məqamları S. Xəlilovun “Lider, 
dövlət, cəmiyyət” adlı fundamental əsərində xüsusi elmi tədqi-
qata cəlb edilir. Bu əsər Azərbaycanın milli inkişafının mahiy-
yəti və Heydər  Əliyevin milli dövlətçilik fəlsəfəsinin öyrənil-
məsi sahəsində çox sanballı bir tədqiqat hesab oluna bilər. 
Əsərdə müstəqillik illərində  həyata keçirilən böyük siyasi, 
iqtisadi, sosial və  mədəni-mənəvi quruculuq proseslərinin 
ümumi aspektləri tədqiq olunur, Heydər Əliyevin rəhbərliyi ilə 
reallaşdırılan dövlət siyasətinin  əsasında dayanan başlıca 
prinsiplər ümumiləşdirilir və elmi şəkildə öyrənilir.  Əsərdə 
həm də Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi fonun-
da, Azərbaycanda yeni cəmiyyət quruculuğu, milli dövlətçilik 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
25 
və milli ideologiya məsələlərinin elmi-nəzəri tədqiqinə geniş 
yer verilir.
5
  
 Azərbaycanın milli inkişafının bəzi tarixi aspektlərinin 
öyrənilməsi, müstəqillik illərində Prezident Heydər  Əliyevin 
formalaşdıraraq həyata keçirdiyi milli inkişaf siyasətinin ayrı-
ayrı tərəflərinin tədqiqi tarixçi alim Yaqub Mahmudovun yara-
dıçılığında da mühüm yer tutur. Onun “Azərbaycan tarixində 
Heydər Əliyev şəxsiyyəti” və s. əsərlərində müstəqillik illərin-
də Azərbaycan dövlətinin inkişaf siyasətinin formalaşması  və 
həyata keçirilməsinin ayrı-ayrı  həlledici məqamları, Prezident 
Heydər  Əliyevin milli dövlətçilik baxışları, qurtuluş mübari-
zəsi və tarixi dirçəliş konsepsiyası, yürütdüyü daxili və xarici 
siyasətin xüsusiyyətləri və s. kimi məsələlər geniş  əks olun-
muşdur. Y. Mahmudovun Azərbaycanın milli inkişafı  və 
Heydər  Əliyevin bu sahədəki xidmətlərinin araşdırılması ilə 
bağlı yazdığı  əsərləri fərqləndirən  ən mühüm amil və yenilik 
onunla şərtlənir ki, müəllif bütün bəhs olunan məsələləri Azər-
baycanın beş minillik dövlətçilik tarixinin ümumi mənzərəsi 
fonunda sistemli şəkildə  öyrənir və vacib nəticələrə gəlir.
6
 
Milli təhlükəsizlik probleminin bir çox ümumi siyasi, hü-
quqi və etnik-milli aspektləri, xüsusən Azərbaycan Respubli-
kasında milli dövlət quruculuğu prosesinin təhlili, mövcud 
Konstitusiya quruluşunun formalaşması və inkişafının xarakte-
ristikası, ölkədaxili sosial-siyasi, ictimai, milli-etnik vəziyyətin 
təhlili, daxili sabitliyin yaradılması və qorunub saxlanmasının 
                                                 
5
Xəlilov. S. Lider, dövlət, cəmiyyət. Bakı, “Azərbaycan Universiteti” nəş-
riyyatı, 2001. 
6
Mahmudov Y. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı, “Təhsil” 
nəşriyyatı, 2002. 


 
ƏL İ  H ƏS ƏNOV  
 
26 
zərurəti və qanunauyğunluqları, milli inkişafın və  təhlükə-
sizliyin digər bir çox aspektləri siyasətşünas alimlər  Əlikram 
Tağıyev və Mahir Şükürovun yaradıcılığında da mühüm yer 
tutmuş və öz geniş həllini tapmışdır.
7
 
Tədqiqatçı alim Musa Qasımlı öz yaradıçılığında daha çox 
Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiya-
sının əsasında dayanan milli maraqlar və regional təhlükəsizlik 
məsələlərinə diqqət yetirir, ölkənin xarici siyasətinin konsep-
tual əsaslarının müəyyənləşməsində milli inkişaf maraqlarının 
və vəzifələrinin təsirini araşdırır. Bundan başqa, müəllif xüsusi 
olaraq Azərbaycanın milli inkişaf məsələlərini, görkəmli döv-
lət və siyasi xadim Heydər Əliyevin hələ SSRİ dövründə müs-
təqil dövlətçilik baxışlarının, milli inkişaf dünyagörüşünün for-
malaşması  və müstəqilliyə nail olduqdan sonra bu ideyaların 
həyata keçirilməsi və s. problemləri geniş şərh edir.
8
 
Tədqiqatçılardan Hicran Hüseynova Azərbaycanın milli 
inkişaf və regional təhlükəsizlik məsələlərini Avropaya inteq-
rasiya fonunda öyrənir və ölkənin Avropa strukturlarına qoşul-
masını zəruri edən bir çox ilkin şərtləri, o cümlədən milli ma-
raqlardan irəli gələn bəzi mühüm vəzifələri təhlil edir.
9
 
Azərbaycanın milli inkişaf yolunun və Heydər  Əliyevin 
dövlətçilik irsinin tarixi və siyasi aspektlərinin araşdırılması 
baxımından İradə Hüseynovanın “Müstəqil Azərbaycan dövlə-
                                                 
7
Tağıyev  Ə.,Şükürov M. İki  əsrin qovşağında Azərbaycan: milli və millət-
lərarası problemlərin həlli yolunda. Bakı, Adiloğlu, 2004. 
8
Qasımlı M. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991-1995-ci 
illər). Bakı,  “Gənclik” nəşriyyatı,  1996; Qasımlı M. Azərbaycanın xarici siya-
səti (konsepsiya məsələləri). Bakı, “Mütərcim” nəşriyyatı, 1997. Qasımlı M. 
Heydər Əliyev-istiqlala gedən yol. Bakı, “BDU” nəşriyyatı, 2006. 
9
Hüseynova H.  Azərbaycan Avropa inteqrasiya prosesləri sistemində (1991-
1997).  Bakı, Nurlan, 1998.  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
27 
tinin qurucusu” adlı monoqrafiyası da milli tarixşünaslıqda 
əhəmiyyətli yer tutur. Müəllif Azərbaycanın son 35 illik ən ye-
ni tarixinin, ümummilli lider Heydər Əliyevin milli dövlətçilik 
sahəsində  həyata keçirdiyi fəaliyyətin geniş  mənzərəsini ya-
ratmış, prezident kimi 1993-cü ildən sonrakı dövrdə reallaşdır-
dığı daxili və xarici siyasəti, ictimai-siyasi sabitliyin bərqərar 
olması, iqtisadi, sosial-siyasi və  mənəvi inkişafla bağlı ardıcıl 
islahatların aparılması, Azərbaycanı dünya siyasətinin mərkə-
zinə çevirməsi, yeni neft strategiyasının və digər transmilli 
enerji, nəqliyyat-kommunikasiya layihələrinin işlənib hazırlan-
ması, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ 
probleminin həll edilməsi və s. sahədə nümayiş etdirdiyi  fəa-
liyyəti geniş işıqlandırmışdır.
10
  
Azərbaycanın müstəqillik dövrünün daxili ictimai-siyasi 
proseslərinin öyrənilməsi və mahiyyətinin dərk olunması, milli 
inkişaf siyasətinin bəzi konseptual nəzəri və praktiki aspektlə-
rinin, xüsusən 1993-2003-cü illərdə Heydər Əliyevin xilaskar-
lıq və prezidentlik fəaliyyətinin, milli dövlət quruculugu sahə-
sində  həyata keçirdiyi qətiyyətli dövlət siyasətinin qavranıl-
ması baxımından tədqiqatçılardan Abutalib Səmədovun, Aydın 
Mirzəzadənin və  Məmməd  Əlizadənin  əsərləri də müəyyən 
elmi-nəzəri və siyasi əhəmiyyət kəsb edir. Hər üç müəllif 
Azərbaycanın ən yeni tarixinin ayrı-ayrı məqamlarını, ictimai-
siyasi həyatında baş verən hadisələrin təfərrüatını və mahiyyə-
tini, ölkənin milli inkişaf siyasətinin formalaşdırılması  və  hə-
yata keçirilməsi sahəsində Prezident Heydər Əliyevin xidmət-
lərini, onun milli dövlət quruculuğu siyasətinin prinsip və 
                                                 
10
Hüseynova  İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı,”Təhsil” 
nəşriyyatı, 2004.   


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə