Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   4   5   6   7   8   9   10   11   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
28 
xüsusiyyətlərini, daxili və xarici siyasətinin real nəticələrini və 
s. məsələləri şərh edir, bəhs olunan sahə üzrə çoxsaylı əsaslan-
dırılmış fikir və mülahizələr irəli sürürlər.
11
 
Azərbaycanın milli təhlükəsizlik siyasətinin bəzi ümumi 
aspektlərinin öyrənilməsi baxımından tədqiqatçılardan Adil 
Rəcəblinin  əsərləri
12
  də müəyyən elmi-nəzəri  əhəmiyyət kəsb 
edir. Onun monoqrafiyasında milli maraqlar və beynəlxalq 
təhlükəsizlik məsələləri nəzəri cəhətdən  şərh edilir, Azərbay-
canın milli təhlükəsizlik siyasətinin  əsasları ilə bağlı ümumi 
xarakterli bir çox elmi mülahizələr irəli sürülür və araşdırılır. 
 Xəzər hövzəsi və Qafqaz regionunda XXl əsrin  əvvəllə-
rində mövcud ümumi geosiyasi vəziyyəti, bölgənin hərbi-geo-
strateji və siyasi mənafeləri uğrunda həyata keçirilən beynəl-
xalq, regional və yerli rəqabət mübarizəsi, Xəzər hövzəsinin 
enerji resursları, transmilli geoiqtisadi layihələri və digər ma-
raq dairələri uğrundakı müasir hədəflər və s. məsələlər tədqi-
qatçı alimlər Pərvin Darabadinin və Nurulla Əliyevin  əsər-
lərində də öz əksini tapmışdır.
13
  
Azərbaycan Respublikasının sabit inkişafı və təhlükəsizliyi 
problemlərinin bəzi aspektləri Cənnətxan Eyvazovun əsərində 
                                                 
11
Səmədov.A Azərbaycanın qurtuluş tarixi. 4 cilddə. Bakı, “Ozan” nəşriyyatı 
2002-2004; Səmədov.A. Böyük xilaskar. Bakı, “Ozan” nəşriyyatı, 2004; 
Mirzəzadə A. Azərbaycan, zaman, inkişaf. Bakı, “Azərbaycan” nəşriyyatı, 
2008; Əlizadə M. Milli müdrikliyin Heydər Əliyev zirvəsi. Bakı, 2006 və s. 
12
Раджабли  А.  Национальные  интересы  и  международная  безопасность 
(анализ  внешнеполитического  поведения).  Баку,  изд-во  “Kitab aləmi”, 
2004; Раджабли А. Teoрия национальной безопасности, Баку, БСУ, 2005. 
13
Дарабади  П.  Кавказа  и  Каспий  в  мировой  истории  и  геополитике  ХХl 
века.  Москва, 2010; P.Q.Darabadi,N.A.Əliyev. Xəzər bölgəsində geosiyasi 
rəqabət və Azərbaycan. Bakı, BAHDM, 2001 və b. 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
29 
də  tədqiq olunur.
14
 Müəllif Xəzər hövzəsi və  Cənubi Qafqaz 
bölgəsində  cərəyan edən beynəlxalq, regional və yerli hərbi-
geostrateji maraqlar dairəsini, Azərbaycanın bu şəraitdəki təhlü-
kəsiz inkişafını  şərtləndirən siyasi, iqtisadi və  hərbi amilləri 
göstərir, milli və regional təhlükəsizliyinin müasir vəziyyətini 
araşdırır, Azərbaycanın bu sahədəki strategiyasını  təqdim və 
şərh edir. Müəllifin tədqiqata cəlb etdiyi Azərbaycanın regional 
və milli təhlükəsizliyi probleminin bəzi aspektləri - hal-hazırkı 
regional vəziyyəti, milli təhlükəsizliyinin özünümüdafiə  və 
müttəfiqlik prinsiplərinin uzlaşdırılması üzərində qurulması 
strategiyası və s. məsələlər ciddi elmi və siyasi yükə malikdir. 
Tədqiqatçı alimlərdən A. Piriyevin “Siyasi strategiya və 
milli təhlükəsizlik” adlı monoqrafiyasında daha çox dünya 
dövlətlərinin siyasi strategiyasının  əsas istiqamətləri və milli 
təhlükəsizlik problemləri araşdırılır. Müəllif Azərbaycanın da-
xili və xarici siyasət strategiyasının, milli təhlükəsizliyinin 
müxtəlif tərəflərini də şərh edir.
15
  
 Bundan başqa, tədqiqatçılardan İ. Rzayevin Azərbaycanın 
iqtisadi təhlükəsizliyinin xarici iqtisadi əsaslarına dair əsərində 
beynəlxalq iqtisadi əlaqələrin inkişaf meyilləri öyrənilir və bu 
meyillərin fonunda ölkənin iqtisadi təhlükəsizliyinə yaranan 
əsas təhdidlərin müəyyənləşdirilməsinə  cəhd edilir. Müəllif 
həmçinin beynəlxalq nəqliyyat layihələrinin ölkə iqtisadiyyatı-
nın inkişafında və milli təhlükəsizliyin təmin olunmasında 
                                                 
14
Эйвазов Дж. Безопасность Кавказа и стабильность развития Азербайд-
жанской Республики. Баку, «Нурлан». 2004 
15
Piriyev A. Siyasi strategiya və milli təhlükəsizlik. Bakı, BDU nəşriyyatı, 
2005.  


 
ƏL İ  H ƏS ƏNOV  
 
30 
oynadığı rolla bağlı kifayət qədər maraqlı elmi mülahizələr 
irəli sürür.
16
 
Azərbaycanın milli inkişaf və  təhlükəsizlik siyasəti üzrə 
siyasətşünas alimlərdən E. Əhmədovun, E. Aslanovun, S. Qara-
şovanın, A. Güləliyevanın, G. Quliyevanın, D. Həşimovun və 
başqalarının elmi tədqiqat işlərində
17
 dünyada, Avropada və 
Cənubi Qafqazda cərəyan edən qloballaşma prosesləri, trans-
milli geosiyasət və s. məsələlərin kontekstində Azərbaycanın 
milli inkişaf strategiyasının formalaşmasının, milli təhlükəsiz-
liyinin təmin olunmasının ayrı-ayrı aspektlərinə toxunulur, 
müasir dünyada cərəyan edən fərqli geosiyasi, geoiqtisadi və 
hərbi-geostrateji maraqlara uyğun olaraq yürüdülən daxili və 
xarici siyasətin, xarici aləmlə əməkdaşlığın prinsipləri, beynəl-
                                                 
16
 Рзаев И.Б. Внешнеэкономические аспекты национальной безопасности 
Азербайджана. Автореф. дисс. на соискание уч.степ. к.э.н.,  М., 2006. 
17
 Əhmədov E. Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar. 
Bakı, 1998; Əhmədov EErmənistanın Azərbaycana təcavüzü: təhlili xronika 
(1998-2011). Bakı, “Letterpress”, 2012; Əhmədov E.  Azərbaycanın xarici 
siyasəti: beynəlxalq təhlükəsizlik və  əməkdaşlıq institutları ilə münasibətlər. 
Bakı, “Letterpress”, 2013; Асланов  Э.  Глобализация  и  стратегия  нацио-
нального  развития.  Автореф.  дисс.  на  соиск.  учен.  степ.  к.  полит.  наук, 
Баку, 2007; Гарашова С. Геостратегические интересы России и США на 
Южном  Кавказе.  Автореф.  дисс.  на  соиск.  учен.  степ.  к.  полит.  наук., 
Баку, 2007; Güləliyeva A. Azərbaycan Respublikasının Avropada Təhlükə-
sizlik və  Əməkdaşlıq Təşkilatında iştirakı. Siyasi elmlər namizədi alimlik 
dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 2007; 
Quliyeva G. Azərbaycan yeni geosiyasi münasibətlər sistemində. Siyasi elmlər 
üzrə  fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasi-
yanın avtoreferatı. Bakı, 2010; Həşimov. D. Siyasi təhlükəsizlik milli təh-
lükəsizliyin tərkib hissəsi kimi (Azərbaycan Respublikasının materialları 
əsasında). Siyasi elmlər üzrə  fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 
təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 2010 və b. 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
31 
xalq inteqrasiyada iştirakın mənfi və müsbət çalarları, milli 
inkişaf strategiyasının prioritet istiqaməti və s. problemlərin 
şərhi verilir.  
Tədqiqatçılardan C. Xəlilov, G. Əliyev, K. Allahverdiyev 
və N.Niyazovun əsərlərində Azərbaycanın milli təhlükəsizlik 
fəaliyyətinin müxtəlif aspektlərinə - milli mənlik  şüurunun 
müstəqil dövlət quruculuğunda və milli təhlükəsizliyin təmin 
edilməsindəki roluna, milli təhlükəsizliyin etno-siyasi tərəflə-
rinə  nəzər salınır, respublikanın etno-siyasi həyatının  əsas 
amilləri, milli təhlükəsizliyə yönəlik etno-siyasi təhdidlərin 
konfiqurasiyası  və parametrləri öyrənilir, Azərbaycanın hərbi, 
sərhəd və informasiya təhlükəsizliyinin təmin edilməsi istiqa-
mətində  həyata keçirilən işlərə  və s. məsələlərə toxunulur. 
Bundan başqa, bu əsərlərdə Cənubi Qafqazın təhlükəsizlik mü-
hitinin formalaşmasına və yerli ölkələrin milli təhlükəsizliyinə 
təsir göstərən təhdidlərə diqqət yetirilir, Azərbaycanın region-
da sülh və sabitliyin təmin olunması istiqamətində apardığı 
siyasətin əsasları təhlil olunur.
18
 
Azərbaycanın milli inkişaf və  təhlükəsizlik siyasətinin 
ayrı-ayrı aspektlərinin öyrənilməsində, xüsusən də Heydər 
Əliyevin bu sahədəki xidmətlərinin tədqiq olunmasında çox 
                                                 
18
Xəlilov C. Milli təhlükəsizliyin təmin olunmasında milli mənlik  şüurunun 
rolu. Siyasi elmlər namizədi alimlik dərəcəsi almaq üçün avtoreferat. Bakı, 
2003;  Əliyev G. Cənubi Qafqazda geosiyasi maraqlar və Azərbaycanın sülh 
diplomatiyası. Siyasi elmlər namizədi alimlik dərəcəsi almaq üçün avtoreferat. 
Bakı, 2009;  Аллахвердиев К. Этнополитическая безопасность: императив 
и парадигма эпохи глобализации. Баку, «Элм», 2009;  Ниязов  Н. Основ-
ные  векторы  политики  военной  безопасности  Азербайджанской  Рес-
публики в 1994 – 2010 годы. СПб ГУ, 2010.    


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə