Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə3/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   2   3   4   5   6   7   8   9   ...   72


 
Qeyd:  Qətərin  işçi  qüvvəsinin  94  faizini  və  əhalisinin  isə 
70  faizini  miqrantlar  təşkil  edir.  2011-ci  il  üçün  belə  bir 
statistik göstərici var ki, 1 milyon 127 min 919 nəfər miqrantın 
22 faizi Pakistandan, 22 faizi Hindistandan, 16 faizi Nepaldan, 
13  faizi  İrandan,  11 faizi  Filippindən,  8  faizi Misirdən, 8 faizi 
isə  Şri  Lankadan  gələnlərdən  ibarət  olmuşdur.
10
 Qətəri  tərk 
edənlər  isə  çox  cüzidir.  2011-ci  ildə  cəmi  1,078  nəfər  Qətərli 
ölkədən  köç  etmişdir.  Onlardan  515  nəfəri  Kanadaya,  193 
nəfəri ABŞ-a, 121 nəfəri isə Almaniyaya emiqrasiya etmişdir.
11
 
 
Kapital  yenə  də  ticarət  mərkəzlərini  və  iqtisadi-maliyyə 
mərkəzlərini  (məsələn,  Dubai  İnternational  Finance  Sentre-
DİFC.  Mərkəz  dünyanı  regiona,  regionu  isə  dünyaya 
birləşdirən  və  onshore  maliyyə  və  biznes  mərkəzidir.  Başlıca 
məqsəd  BƏƏ  iqtisadiyyatı  nəzdində  maliyyə  xidmətlərinə  və 
əlaqəli  bölmələrə  böyümə  və  inkişaf  yardımı  göstərməkdən 
ibarətdir
12
)  meydana  gətirir.  Ümumdünya  miqrasiya  prosesləri 
bir tərəfdən  resurslar  axınını  yaradırsa,  digər tərəfdən tarazlığı 
pozursa,  başqa  bir  məkanda  isə  tarazlığı,  resurs  ehtiyatlarını 
meydana gətirir.  
Qeyd:  Kanadanın  əhalisi  2001-2006-cı  illərdə  G8 
formatına  daxil  olan  ölkələrin  əhalisindən  daha  çox  sayda 
artıb. (+5,4 faiz). 2006-cı ildə əhali artımının üçdə iki hissəsini 
isə beynəlxalq miqrasiya təşkil edib.
13
  
Kapitalın  yerdəyişməsi,  sosial  şəraitlərin  yüksək  olması, 
insan  hüquqlarının  inkişafı  və  sabit  cəmiyyət,  həmçinin 
                                                 
10
 Qatar’s migrants: how have they changed the country? 
www.theguardian.com/news/datablog/2013/sep/26/qatar-migrants-how-
changed-the-country. 
11
 Yenə orada.  
12
 Dubai İnternational Finance Sentre-DİFC. www.difc.ae/about 
13
 Daniel Schugurensky&Jorge Ginieniewicz. The Latin American 
Community in Canada: Some Challenges Ahead. Posted 2007/07/15. 
dialogos.ca/2007/07/the-latin-american-community-in-canada-some-
challlenges-ahead/  



 
dinamik inkişaf xüsusiyyətləri mövcud zamanın miqrasiyasının 
əsaslarını formalaşdırmaqdadır.  
Qeyd: 2010-cu ilin yanvar ayının 1-ə olan məlumata görə, 
Norveçdə  459 000  nəfər  immiqrant  qeydə  alınmışdır.  93  min 
nəfər  isə  miqrant  qohumu  olan  şəxs  qeydə  alınmışdır.  Bu, 
əhalinin  11,4  faizini  təşkil  etmişdir.  İmmiqrantların  257  min 
nəfəri  avropa  mənşəli  olmuşdur.  Qeyri-avropalılar  içərisində 
Pakistanlılar  və  Mərakeşlilər  (Osloda  yaşayanlar)  üstünlük 
təşkil  etmişdir.
14
 2010-cu  ildə  qeyri-Qərb ölkələrinin on qrupu 
ölkələrinə  İraq  (20,400),  Somali  (18,300),  Pakistan  (17,100), 
İran  (13,500),  Rusiya  (13500),  Bosniya  və  Herseqovina 
(13,100), Vyetnam(12,900), Filippin (12,100), Tailand (11,900) 
və Türkiyə (10,400) daxil olmuşdur.
15
 
 
Rusiya və Yaxın Şərqin neft ölkələri, Asiyanın yeni kapital 
mərkəzləri  bu  kimi  xüsusiyyətləri  özündə  cəmləşdirir. 
İqtisadiyyat  və  maliyyə  resurslarının  axını  özü  ilə  əməkçi 
miqrasiyasını  cəlb  etməkdədir.  Sabitlik,  sosial  amillər  və 
dinamik  inkişaf  xüsusiyyətləri  isə  humanitar  miqrasiyanın 
(məsələn, 
Suriyadan 
– 
2011-ci 
ildən 
başlayaraq, 
Ukraynadan  –  2014-cü  ilin  yayından,  əhalinin  qaçqına 
çevrilməsi)  əsaslarını  formalaşdırmaqdadır.  Sakit  həyat  tərzi 
axtarmaq  üçün  insanlar  miqrasiya  etmək  məcburiyyətində 
qalırlar.  Məlumdur  ki,  məkan,  yaşayış  məskənləri  bütün 
hallarda  sakitliyi  və  rahatlığı  tələb  edir.  Bu  günkü  Suriya, 
Ukrayna  miqrasiyasını,  Afrika  miqrasiyasını,  keçmiş  SSRİ 
(Ermənistan,  Gürcüstan)-dən  olan  digər  miqrasiyanı  həm  də 
humanitar  miqrasiyaya  misal  gətirmək  olar.  Münaqişələrdən, 
müharibələrdən,  yəni  humanitar  fəlakətlərdən  əziyyət  çəkən 
                                                 
14
 Cindy Horst, Jǿrgen Carling and Rojan Ezzati. Peace Research Institute 
Oslo (PRIO). Immigration to Norway from Bangladesh, Brazil, Egypt, 
India, Morocco and Ukraine. 
file.prio.no/Publication_files/Prio/Immigration%20to%Norway,%PRIO%20
Policy%20Brief%202010pdf.  
15
 Yenə orada.  


10 
 
əhali dinc ölkələrə üz tutmaqdadırlar. İşsizlik miqrasiyasına isə 
Pakistan,  Hindistan,  Misir  və  digər  bu  kimi  dövlətlərin  əhalisi 
məruz qalmaqdadır.  
Miqrasiya  proseslərinin  sürətlənməsində  informasiya 
texnologiyalarının da rolu böyük olur. Miqrasiya üçün əlverişli 
olan məskənlər arasında qiyabi əlaqələr, informasiya şəbəkələri 
meydana  gəlir.  Dünyanın  informasiya  bütövlüyü,  dünya 
haqqında  məlumatların  rahat  şəkildə  əldə  olunması  (miqrasiya 
mərkəzi  kateqoriyasına  aid  olan  ölkələrin  inkişaf  vəziyyəti  ilə 
tanış 
olmaq, 
insan 
hüquqlarının, 
həmçinin 
miqrant 
hüquqlarının  təmin  olunması  vəziyyəti  ilə  maraqlanmaq, 
qanunvericiliklə  tanış  olmaq,  kvotalar  haqqında  məlumatlar 
əldə  etmək,  vizaların  verilməsi  qaydalarını  öyrənmək,  tələb 
olunan  ixtisasları  və  peşələri  bilmək  və  s.),  ayrı-ayrı  ölkələrlə 
əyani və qiyabi tanışlığın artması, həyat şəraiti, iş imkanları və 
qanunvericilik  haqqında  dolğun  məlumatlar  və  onların  asan 
şəkildə  əldə  olunması  dünyada  insan  axınlarının  yüksək 
tempini  yaradan  faktorlar  kimi əks  olunmaqdadır.  İnformasiya 
texnologiyaları  və  beynəlxalq  şəbəkələr  operativ  məlumatların 
çatdırılmasını  təmin  edir.  İnformasiya  texnologiyaları  bu 
məsələdə  məhz  birləşdirici  vasitə  rolunu  oynayır.  Həmçinin 
dünyada  yeni-yeni  humanist  baxışların  formalaşması,  insan 
amilinin  münasibətlərdə  mərkəz  hesab  edilməsi  ölkələr 
arasında  regional  inteqrasiya  və  birləşmə,  bunlardan  irəli 
gələrək,  bir  çox  regionlarda  (məsələn,  Avropada)  “asan 
keçilən  sərhədlər”  rejiminin  tətbiqi,  bundan  ortaya  çıxaraq 
“sərhədlərsiz,  məftillərsiz  region”un formalaşması insanların 
artıq  öz  ölkələrinin  vətəndaşları  ilə  yanaşı,  “dünya 
vətəndaşları”  olmaq  imkanlarını  da  artırır.  İnformasiya 
vasitələri  dünya  vətəndaşlarını  həmrəy  olmağa  dəvət  edir. 
Dünya  və  onun  nemətləri  artıq  universal  məna  daşıyır.  Biznes 
ehtiyacları, 

cümlədən 
biznesin 
yüksək 
ixtisaslı 
mütəxəssislərə  olan  ehtiyacları  dünya  üzrə  əmək  kapitalının, 
işçi  qüvvəsinin  yerdəyişməsini  də  zəruri  etməkdədir.  İnkişaf 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə