Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə4/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   2   3   4   5   6   7   8   9   ...   72

11 
 
tempi  və  bundan  yaranan  ehtiyaclar  məhz  miqrasiyanı  zəruri 
etməkdədir.  Miqrasiya  proseslərinin  geniş  vüsət  alması 
beynəlxalq  əmək  bazarını,  beynəlxalq  əmək  bölgüsünü 
formalaşdırır.  Ölkələri  isə  öz  daxillərində  beynəlxalq  əmək 
bazarının  tələblərinə  cavab  verəcək  kadrların  hazırlanmasına 
cəlb edir. İqtisadi inteqrasiyanın, həm də mədəni inteqarsiyanın 
təmin  olunmasında  ixtisaslı  işçilərin,  mədəniyyət  və  incəsənət 
adamlarının  ölkələrə  köç  etmələri  önəmə  malikdir.  Onlar 
müəyyən elementləri özləri ilə daşıyırlar.  
Miqrasiya  prosesləri  bu  proseslərdə  iştirak  edən  və 
prosesləri  formalaşdıran  mərkəzlərin  təsnifatını  (mərkəzlərin 
hansı  əsaslar  üzrə  formalaşmasını)  da  meydana  gətirmişdir. 
Miqrasiyanın  müxtəlif  iqtisadi,  sosial  səbəbləri  özündə 
cəmləşdirən  fərqli  məkan  formaları  meydana  gəlmişdir. 
Məsələn,  son  zamanlarda  inkişaf  etmiş  ölkələrə  total  axınla 
müəyyən  olunan  miqrasiya,  kasıb  ölkələrdən  inkişaf  etməkdə 
olan  ölkələrə  total  axın  miqrasiyası,  inkişaf  etmiş  ölkələrdən 
mütəxəssislərin  və  ucuz  həyat  şəraiti  axtaran  şəxslərin  inkişaf 
etməkdə  olan  ölkələrə  miqrasiyası  (məsələn,  Avropadan 
Türkiyəyə köç edənləri buna nümunə göstərmək olar. İngiltərə 
və Fransadan Türkiyədə yaşamaq istəyənlərin sayı artır.
16
) kimi 
məkan  formaları  meydana  gəlmişdir.  Miqrasiyanın  məkan 
formalarında  iqtisadi,  sosial-mədəni  faktorlar,  siyasi  amillər 
mühüm  rol  oynayır.  Burada  ekoloji-siyasi  faktorların  rolu  da 
danılmazdır.  
Miqrasiya  prosesləri  dəyişikliyə  uğramaqla  yanaşı,  öz 
tarixi  mahiyyətini  də  qoruyub  saxlaya  bilmişdir.  Məsələn, 
səbəb  kimi  rahat  həyat  şəraiti  axtarmaq,  gündəlik  ehtiyaclara 
olan  tələbatları  ödəmək,  dəyərli  insan  kimi  dünyada  yaşamaq 
istəkləri  və  zərurəti,  eləcə  də  məcburiyyəti,  eyni  zamanda 
müharibələrin,  münaqişələrin  yaratdığı  məcburi  ölkədaxili  və 
                                                 
16
 Avrupalılar ‘gurbetçi’ oluyor. Deutsche Welle Türkçe. 
www.posta.com.tr/ekonomi/HaberDetay/Avrupalilar--gurbetçi--
oluyor.htm?ArticleİD=170772 


12 
 
ölkələrarası  miqrasiyalar  əvvəlki  əsrlərdə  olduğu  kimi  bu  gün 
də  öz  mövcudluğunu  qoruyub  saxlamaqdadır.  İnsanlar  tarixi 
keçmişdə olduğu kimi, bu gün də oxşar səbəblərdən miqrasiya 
edə bilirlər. Ümumiyyətlə isə qeyd etmək olar ki, miqrasiyanın 
məcburi,  zəruri,  könüllü  mahiyyəti  və  bu  səbəblərdən  irəli 
gələn tarixi formaları bü gün ənənə şəkilində öz mövcudluğunu 
saxlamaqdadır.  Bu  da  təbii  ki,  cəmiyyətin  və  insanların,  ayrı-
ayrı  qrupların  və  dövlətin  öz  mahiyyətini,  fəaliyyətinin  və 
mövcudluğunun  tarixi  forma  və  məzmununu  qoruyub 
saxlamasından  irəli  gəlir.  Miqrasiya  prosesləri  keçidlər  edərək 
həm  tarixin  meydana  gəlməsində  rol  oynayır,  həm  də  öz 
tarixini  (dünyanın  və  ölkələrin  miqrasiya  tarixi-daxili  və 
beynəlxalq miqrasiya tarixi) meydana gəririr.  
İnsanlar  ehtiyaclarının  ödənilməsindən  ibarət  olaraq, 
xoşbəxt  həyatlarını  təmin  etmək  üçün  dünyanın  ayrı-ayrı 
ölkələrini,  cəmiyyətlərini  özləri  üçün  seçim  obyektinə  və 
məkanına  çevirirlər.  Asiyadan  Avropa  və  Amerikaya,  Rusiya 
və  neft  ölkələrinə,  Avstraliyaya  böyük  axınlar  müşahidə 
olunmaqdadır.  Qloballıqdan  və  iqtisadi  inkişafdan  meydana 
gələn  bu  seçim  imkanları,  köç  etmək  istəkləri  və  istəklərin 
təmin  olunması  məqsədilə  atılan  müvafiq addımlar proseslərin 
sistemli  və  ardıcıl  şəkildə  müxtəlif  mərkəzlər  arasında  axın 
xarakteri  almasına  gətirib  çıxarır.  Dünyada  axın  istiqamətləri 
(bu  istiqamətlərə  miqrasiya  tranzitləri  kimi  ad  vermək  olur) 
miqrasiya  mərkəzləri  şəbəkəsini  formalaşdırır.  Miqrasiya 
proseslərinin  zaman  ardıcıllığı  ilə  sistemli  axını  ümumən 
dünyada  insanların  yaşayış  yerləri  üzrə  dəyişən  hərəkətlərinin 
(yaşayış  və  iş  yerlərinin  dəyişməsi  ilə  xassələnən  hərəkət-
lərinin)  əsaslarını  ortaya  qoyur.  Könüllü,  eləcə  də  istəklərdən 
irəli  gələn  zəruri  miqrasiya  (iradələrdən  meydana  gələn  köç 
etmək  istəkləri)  ideallığın axtarılmasını  və rahat həyatın təmin 
olunmasını qarşısına məqsəd kimi qoyur.  
Miqrasiya  proseslərinə  dünya  informasiya  şəbəkələri  də 
təkanverici  rol  oynayır.  İnkişaf  etmiş  ölkələr  haqqında  dolğun 


13 
 
məlumatların  digər  ölkələrdə  yayılması  miqrasiyaya  güclü 
təkan  verir.  Miqrasiya  informasiyadan  meydana  gəlməklə 
yanaşı,  miqrasiyanın  bir  proses  olaraq  özü  də  məlumatların 
axmasına  səbəb  olur.  Miqrasiya  prosesləri  haqqında  olan 
məlumatlar  miqrasiya  proseslərinin  zəruri  xarakter  almasına 
gətirib  çıxarır.  Köç  haqqında  kütləvi  məlumatlar  müəyyən 
müddət  üçün  köçün  ardıcıl  olaraq  baş  verməsini  zəruri  edir. 
Eləcə  də  əvvəlcədən  verilən  hidrometeoroloji  məlumatlar 
ölkədaxili fövqəladə miqrasiyanın  (məcburi-zəruri məzmunlu) 
baş verməsinə ilkin səbəbləri meydana gətirir.  
Miqrasiya  prosesləri  dünyanın  mədəni,  iqtisadi  və  sivil 
əsaslarla  bütövləşməsinə  və  vəhdətləşməsinə  gətirib  çıxarır. 
İnsanlar  öz  ölkələri  ilə  yanaşı,  digər  ölkələrdə  də  yaşamağı 
özlərinin  əsas  azadlıq  və  təbii  yaşamaq  hüquqlarının  tərkib 
hissəsi  kimi  görürlər.  Bu  nöqteyi-nəzərdən  də  yaşayış 
məkanları 
böyüyür. 
Ölkələrarası 
miqrasiya 
sayəsində 
mədəniyyətlərin 
qarışması 
ilə 
yanaşı, 
ümumdünya 
sərvətlərindən,  maddi  və  mədəni  irslərindən  birgə  istifadə 
meyarları meydana gəlmiş olur.  
Dünyanın  ayrı-ayrı  regionları  iqtisadi  cəhətdən  inkişaf 
etdikcə  həmin  regionlar  insanları  da  özlərinə  cəlb  edirlər. 
İnkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  əldə  olunan 
resurslar  hesabına  öz  inkişaflarına  əlavə  impulslar  qatırlar, 
resurs  çatışmazlığını  aradan  qaldırırlar.  Resurslarla  bağlı 
müəyyən  səviyyədə  ödənilən  tələbat  ayrı-ayrı  ölkələrin  təkrar 
olaraq  sürətlə  inkişafına  gətirib  çıxarır.  Burada iqtisadi inkişaf 
səviyyəsi  hüquqların  təmin  olunması  üçün  müqayisədə  daha 
çox  komponentləri  meydana  gətirir  ki,  bu  komponentlər  də 
insan  hüquqlarının  təmin  olunması  üçün  maddi-mənəvi 
kompozisiyanın,  resurs  ehtiyatları  bütövünün  əsaslarını  təşkil 
edir.  İqtisadiyyat  inkişaf  etdikcə  hüquqların  təmin  olunması 
resursları da artır. Həmçinin iqtisadi inkişaf şərtləri və şəraitləri 
azad  yerdəyişmə  hüququnu  şərtləndirir.  Dünyanın  maddi  və 
mədəni  irsinin  xalqlar  tərəfindən  birgə  mənimsənilməsi  haqqı 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə