Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə7/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   2   3   4   5   6   7   8   9   10   ...   72

20 
 
bazasında  insan  hüquqlarını  və  insanların  sosial  rifahının 
yaxşılaşdırılmasını  əsas  məqsəd  kimi  götürürlər.  Məsələn, 
Azərbaycan  Konstitusiyasının  Bərabərlik  hüququ  adlanan  
25-ci  maddəsi,  Azadlıq  hüququ  adlanan  28-ci  maddəsi, 
Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqları 
adlanan  69-cu  maddəsi  və  digər  maddələri  insan  hüquqlarının 
bərabər  əsaslarla  (bəzi  hallar  istisna  olmaqla)  müdafiəsini  və 
təmin  olunmasının  siyasi-hüquqi  əsaslarını  özündə  təsbit  edir. 
Bir çox ölkələrin konstitusiyaları ilə yanaşı, məsələn, 1976-cı il 
25 aprel tarixində qüvvəyə minmiş Portuqaliya Respublikasının 
Konstitusiyasının  Bərabərlik  prinsipi  adlanan  13-cü  maddəsi 
də bütün  vətəndaşlara  ictimai şərəf  birliyi və qanun qarşısında 
bərabərlik verir. Bu maddədə həmçinin yazılır ki, mənşə, cins, 
dil, doğum yeri, dini mənsubiyyətlilik, siyasi və ideoloji etiqad, 
təhisl,  əmlak  və  ictimai  vəziyyət  heç  kəs  üçün  imtiyazlar 
qazanmaq,  gəlirlər  əldə  etmək,  ziyan  vurmaq,  hər  hansı  bir 
hüququ ləğv etmək və  yaxud da hər hansı bir öhdəlikdən azad 
olunmaq üçün əsas ola bilməz.
22
 Həmin Konstutusiyanın 15-ci 
maddəsi  xaricilər  və  apatridlər  adlanır.  Bu  maddənin  birinci 
bəndinə  əsasən,  Portuqaliyada  yaşayan  və  müvəqqəti  olan 
əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Portuqaliya 
vətəndaşları  ilə  eyni  hüquq  və  öhdəliklərə  məxsusdurlar. 
Maddənin  digər  bəndləri  isə  onların  vətəndaşların  malik 
olduqları  bir  çox  hüquqlara  məxsus  olmadıqlarını  əks  etdirir. 
Məsələn, onların siyasi hüquqları və dövlət vəzifələrini tutmaq 
hüquqları  yoxdur,  lakin  texniki  işləri  həyata  keçirə  bilərlər. 
Lakin  ölkədə  əcnəbilər  içərisində  portuqaldilli  ölkələrin 
vətəndaşları  üçün  xüsusi  hüquqlar  vardır.  Bu  xüsusda,  15-ci 
maddənin  3-cü  bəndinə  əsasən,  portuqaldilli  ölkələrin  vətən-
daşları  beynəlxalq  razılaşmalara  əsasən,  dövlətin  ali  hakimiy-
yətində  və  yerli  muxtar  vilayətlərin  idarəetmə  orqanlarında 
                                                 
22
 Конституция Португальской Республики. 
http://constitutions.ru/archives/278  


21 
 
vəzifələr  tuta  bilərlər,  həmçinin  hərbi  qüvvələrdə  xidmət  keçə 
və diplomatik işləri həyata keçirə bilərlər.
23
 Qeyd:
 
Portuqaliya 
unitar  dövlətdir.  Ərazi  Avropa  kontinentində  yerləşən  əsas 
hissədən  və  Azor  və  Madeyr  adlanan  arxipelaqlardan 
ibarətdir. Konstitusiyaya əsasən, Azor və Madeyr arxipelaqları 
özlərinin  hökumət  orqanları  olan  və  siyasi-administrativ 
statusa malik muxtar vilayətlər yaradırlar.
24
  
Qeyd  olunduğu  kimi,  miqrasiya  prosesləri  özündə  müsbət 
və mənfi nəticələri doğurur, bir tərəfdən insanların sosial-rifah 
hallarının  yaxşılaşmasını  təmin  edir,  digər  tərəfdən  isə 
problemləri,  həmçinin  demoqrafik  və  etno-milli  problemləri 
ortaya çıxarır.  
Bu  gün  miqrasiya  prosesləri  dünya  üzrə  geniş  vüsət 
almaqdadır.  Prosesin  coğrafi  ərazi  genişliyi  və  yaşayış 
məskənlərini  əhatə  etməsi  əvvəlcə  də  qeyd  olunduğu  kimi, 
dünyanın  miqrasiya  mərkəzlərini  yaratmaqdadır.  ABŞ, 
Rusiya,  Almaniya,  Səudiyyə  Ərəbistanı,  Birləşmiş  Ərəb 
Əmirlikləri,  Böyük  Britaniya,  Fransa,  Kanada,  Avstraliya  və 
İspaniya  kimi  ölkələr  (daha  çox  miqrasiya  qəbul  edən  ölkələr 
arasında  ilk  onluğa  düşən  dövlətlər)  dünyanın  miqrasiya 
mərkəzi  olan  dövlətləri  kimi  mühüm  yer  tuturlar.  Dünyanın 
miqrasiya mərkəzləri həmçinin dünyanın “əmək mərkəzlərinə”, 
dünyanın  “beyin  və  intellektual  mərkəzlərinə”,  dünyanın 
“cavan  əhali”  mərkəzlərinə,  dünyanın  “turist  mərkəzlərinə” 
çevrilməkdədir.  Bu  kimi  proseslər  özündə  iqtisadi,  siyasi  və 
mədəni 
sahələr 
üzrə 
qloballaşmanı 
və 
onun 
tərkib 
komponentlərini  ehtiva  edir.  Miqrasiyanın  coğrafi  mərkəzləri 
məhz  dövlətlərin  inkişaf  dərəcələrinin  meydana  gəlməsinə 
səbəb  olan  amilləri  özlərində  cəmləşdirir.  Dövlətlər  inkişaf 
göstəricilərinə  görə  və  miqrantların  iqtisadiyyatda  və 
                                                 
23
 Конституция Португальской Республики. 
http://constitutions.ru/archives/278  
24
 Yenə orada. 


22 
 
demoqrafik  tənzimləmədə  oynadığı  rollara  görə  kriteriyalara 
bölünürlər.  
Miqrasiya prosesləri regional və qlobal formalı olduğundan 
dövlətlərin  tənzim  etmək  siyasətinin  əsas  obyektinə  və 
istiqamətlərinə çevrilməkdədir. Tarixdə olduğu kimi bu gün də 
miqrasiya  prosesləri  makro  və  mikro  səviyyədə  müsbət  və 
mənfi 
tendensiyaları 
özündə 
əks 
etdirməkdədir. 
Bu 
tendensiyalar  onun  formalarında  mövcud  olur.  Köç  etmək  tək 
arzu  və  istəklərdən,  həmçinin  sosial  zərurətlərdən  meydana 
gəlmir,  eləcə  də  məcburi-hərbi-siyasi  (məsələn,  son  dövrdə 
Suriya 
əhalisinin 
qaçqına 
çevrilməsi) 
və 
fövqəladə 
vəziyyətlərdən 
(təbii 
fəlakətlərin 
nəticələrindən-məsələn, 
Yaponiyada  məlum  Fukusimo  hadisələrindən  irəli  gələrək)  də 
ortaya  çıxır.  Miqrasiyanın  məzmunları  onun  formalarını, 
formaları isə məzmunlarını meydana gətirir.  
Dövlətlər  hətta  miqrasiya  proseslərini  özlərinin  milli 
maraqlarına  təhlükə  aktları  kimi  də  qəbul  edirlər  və  bu 
baxımdan  da  kvotalar  müəyyən  edirlər.  Məsələn,  belə  bir 
rəqəm  mövcuddur  ki,  Rusiya  2014-cü  ildə  95  min  880  nəfər 
əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxsə  ölkə  ərazisində 
müvəqqəti  yaşamaq  üçün  icazə  verməyi  planlaşdırır.  Moskva 
şəhəri  üçün  müəyyən  edilmiş  kvotaya  görə  7  min  nəfər 
miqranta burada yaşamağa icazə veriləcək.
25
  
Miqrasiyanın  yüksək  səviyyədə  tənzim  olunması  və  bu 
prosesin  leqallaşdırılması  heç  də  bütün  ölkələrdə  mümkün  bir 
hala  çevrilmir.  Hər  bir  ölkədə  qanuni  və  qeyri-qanuni 
miqrantlar  üçün  hüquqi  vəziyyətlər  meydana  gəlir.  Ölkələr 
problemləri  demoqrafik  sosial  və  iqtisadi  aspektdə  qanunu 
yollarla tənzimləməyə çalışırlar.  
Qeyd:  Məsələn,  2014-cü  ilin  mart  ayının  məlumatına 
əsasən,  Azərbaycanda  150  min  nəfər  əməkçi  miqrant  yaşayır 
                                                 
25
 Rusiyada miqrant kvotası təsdiqləndi. http://migration-az.org/az-
opennews/24.html 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə